İkinci halda gözləntilərə görə, kompromislər olacaq. Əks vəziyyətdə modifikasiya olunmuş qapalı dəniz statusu səmərə verməyəcəkdir.
Üçüncü halda Xəzər dənizinin statusu məsələsinin təyini beynəlxalq məhkəmənin köməyi ilə müəyyənləşə bilər. Belə bir presedent Şimal dənizi ilə bağlı dünya təcrübəsində sınanmışdır. Lakin bu da nəzərə alınmalıdır ki, Xəzər göl olduğundan onun status məsələsinə məlum BMT konvensiyası çərçivəsində baxıla bilməz. Bundan başqa, bu işdə sahilyanı ölkələrin razılığı da olmalıdır. Ən yaxşı hallarda status məsələsinin məhkəmə qaydasında həlli 5-7 il vaxt aparacaqdır.
Status məsələsinin hərbi həll ssenarisini də istisna etmək olmaz. Bunu milyard dollarlarla dəyərlərdə onun dünyanın üç neftli hövzəsi sırasında olması əlaqələndirə bilər. Bütün bu ssenarilərin isə fövqündə əlbəttə ki, razılaşmalar dayanacaqdır.