GÖRMƏNİN GİGİYENASI.
Gözlərin mühafizə funksiyası göz qapaqları,göz yaşı vəziləri və göz almasının səmtini dəyişən hərəki əzələlər tərəfindən təşkil olunur.
Görmənin həddən artıq qərginliyi tez-tez və uzun müddət təkrar olunduqda bir sıra pozuntu halları (yaxından görmə, çox hallarda çəpgözlülük) inkişaf etməyə başlayır. Buna görə də tərbiyə, tədris və digər istehsal müəssisələrində görmə orqanının öz funksiyalarını yerinə yetirməsi üçün müvafiq şəraitin yaradılması çox zəruridir. Bunlardan başlıcası zəif işıqlanma və güclü akkomadasiya hesab olunur. Buna görə də məktəbəqədər uşaqların olduğu otaqlarda işıqlanmadan və işlənməsi zəruri olan əşylardan gözə qədər məsafələrin düzgün seçilməsinə dəqiq əməl etmək tələb olunur. Uzunmüddətli və gərgin məşğələlər ( şəkil çəkmək, naxış işləri, tikiş tikmək və s.) zamanı göz əzələləri yorulur. Bunu aradan qaldırmaq üçün uşaqları vaxtaşırı bu işlərdən ayırmaq və işlənən əşyaları nisbətən uzaq məsafələrdə yerləşdirmək vacibdir. Bu halda kirpikli əzələlərə istirahət vermiş oluruq.
Bəzi adamlar hündür stolun arxasında,işıq pis düşən yerdə kitab oxuyarkən,yazı yazarkən mətni gözunə lap yaxın tutmalı olur.Bu vəziyyətdə büllur uzun müddət qabarıq şəkildə qalır ki,bu da müəyyən vaxtdan sonra yaxından görmə qüsurunun əmələ gəlmə-sinə səbəb ola bilir.Kitab oxuduqda,yazı yazdıqda,yaxud xırda işlərə baxmaq lazım gəl-dikdə,bunları gözdən 30-35 sm aralı tutmaq lazımdır.İş yerinin işıqlı olması və işığın sol-dan düşməsi vacib hesab olunur.Çox parlaq işıqlanma zamanı gözün torlu qişasının işıq qəbul edən hüceyrələri həddən artıq qıcıqlanmış olur.Bu gözə olduqca pis təsir göstərir.
Gözə düşən toz onu qıcıqlandırır və eyni zamanda tozla birlikdə xəstəlik törədən mikroblar da gözı düşə bilər.Çox vaxt gözə infeksiyanın düşməsinə çirkli əl,dəsmal, burun yaylığı səbəb olur.Məs;konyuktivanın(göz qapaqlarının içəri tərəfi) iltihabı
konyuktivit və s.xəstəliklər görmə orqanında dərin fəsadlar törədir,bəzən də gözün kor olmasına səbəb olur.Buna görə də gözləri tozdan və çirkli əşyalardan düşə biləcək xəs-təliktörədən mikroblardan qorumaq çox vacibdir.Bir qayda olaraq,gözə hər hansı bir qıcıqlandırıcı düşdükdə onu əllə ovuşdurmaq olmaz.Belə hallarda təmiz dəsmaldan istifadə etmək və yaxud da həkimə müraciət etmək lazımdır.
Dostları ilə paylaş: |