Uşaqlarda abdominal cərrahiyyə
646) Kəskin appendisitdə Sitkovski sindromu necə olur?
A) Göbək nahiyyəsindən başlanan ağrının sağ qalça çuxurunda lokallaşması
B) Sağ qalça çuxurunda palpasiya zamanı sağ ayağı yuxarı qaldırdıqda ağrıların
C) Sağda xayanın sola nisbətən yuxarı yerləşməsi
D) Xəstə sol böyrü üstə uzandıqda sağ qalça çuxurunda ağrıların artması
E) Siqmanı təkanvari sıxdıqda sağ qalça çuxurunda ağrıların artması
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
647) Dumbadze sindromu kəskin appendisitdə necə olur?
A) Rektal müayinə zamanı sağ qalça çuxurunda ağrıların olması
B) Kor bağırsaq künbəzini medial istiqamətdə hərəkət etdirdikdə ağrıların artması
C) Qarnı üstə uzandıqda ağrıların azalması
D) Periton reflekslərinin azalması
E) Göbək həlqəsinin palpasiyada ağrılı olması
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
648) Kəskin appendisitdə qanın analizində hansı xarakter dəyişikliklər müşahidə edilir?
A) Dəyişiklik olmur
B) Leykositoz və neytrofillərin sola meyilliyi
C) Leykopeniya
D) Hiperleykositoz
E) EÇS artması
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
649) Şeynleyn-Qenox xəstəliyində hansı xarakter ələmətlərdən biri kimi abdominal sindrom olur?
A) Dərini sürtdükdə nöqtəvari qansızmanın yaranması
B) Dəridə hemorragik dəyişikliyin olması
C) Oynaqların ağrılı şişməsi
D) Bütün sadalananlar
E) Hematuriya, albuminuriya
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
650) Uşaqlarda kəskin mezodenitin xarakterik əlamətləri olduqda həkimin taktikası necə olmalıdır?
A) Müşahidə
B) Sağ qalça çuxurundan olmaqla təcili cərrahi əməliyyat
C) Antibakterial terapiyanın başlanması
D) Xəstənin cərrahiyyə şöbəsindən terapiya şöbəsinə köçürülməsi
E) Laparoskopiya
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
Dostları ilə paylaş: |