641) III dərəcəli xoralı-enterokolitin rentgenoloji əlamətinə hansı aiddir?
A) Aerokoliya
B) Bağırsaq divarının lokal pnevmotizasiyası
C) Lokal olaraq bağırsaq ilgəyinin qalınlaşması
D) Kiçik çanaqda mayenin olması
E) Çoxlu sayda müxtəlif kalibirli bağırsaqda maye səviyyəsi
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
642) Yeni doğulmuş uşaqlarda qanaxmanın artmasına səbəb hansıdır?
A) Anadangəlmə trombopatiya
B) Anadangəlmə koaqulopatiya
C) K vitamini çatmamazlığı
D) DVS sindromu
E) Anatomo-fizioloji xüsusiyyətlər
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
643) Yenidoğulmuşda Hirşprunq xəstəliyinin kəskin forması təyin edilib. Xəstənin ümumi vəziyyəti ağırdır, aparılan konservativ müalicələr effekt vermir. Düzgün taktikanı seçin:
A) Uşağın yaşını nəzərə alaraq konservativ müalicəni davam etdirmək
B) Svenson - HİAT - İsakov üsulu ilə əməliyyat aparmaq
C) Soave - Lyenişkin üsulu ilə əməliyyat aparmaq
D) Dühamel - Bairov üsulu ilə əməliyyat aparmaq
E) Kolostoma qoymaq
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 439
644) Yenidoğulmuşlarda hansı xəstəliklə Hişprunq xəstəliyini diferensasiya etmək lazım deyil?
A) Mekonial tıxac
B) Doğuş travması
C) Dinamiki bağırsaq keçməzliyi
D) Anadangəlmə mexaniki bağırsaq keçməzliyi
E) Anadangəlmə pilorostenoz
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 439
645) Yenidoğulmuşun nekrotik fleqmonasına görə cərrahi müdaxilə aparılmış xəstədə sarğı neçə saatdan bir dəyişdirilməlidir?
A) Hər 6 - 8 saatdan bir
B) Hər 36 saatdan bir
C) Hər 24 saatdan bir
D) Hər 10 - 12 saatdan bir
E) Hər 14 - 16 saatdan bir
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 241
Dostları ilə paylaş: |