Uşaq cərrahiyyəsi ixtisası üzrə test suallarına əlavələr və dəyişikliklər edilmişdir


) Yarım kəskin limfadeniti adətən nə ilə differensasiya etmirlər?



Yüklə 1,02 Mb.
səhifə67/340
tarix10.01.2022
ölçüsü1,02 Mb.
#108520
1   ...   63   64   65   66   67   68   69   70   ...   340
215) Yarım kəskin limfadeniti adətən nə ilə differensasiya etmirlər?

A) Hemangioma ilə

B) Şişlə

C) Vərəmlə

D) Pişik sıyrıntıları xəstəliyilə

E) Limfoqranulematozla


Ədəbiyyat : Тошовский В. Острые процессы в брюшной полости у детей. Прага, 1987, 471 с.
216) Uşaqda dırnaqətrafı yastığın qızarması və şişkinliyi ilə yanaşı, həm də dırnaq kənarı boyunca dərialtı irin qeyd edilir. Sizin diaqnoz hansıdır?

A) Dəri dolaması

B) Dərialtı dolama

C) Paronixiya

D) Fleqmona

E) Abses
Ədəbiyyat : Тошовский В. Острые процессы в брюшной полости у детей. Прага, 1987, 471 с.


217) Uşaqda göstərici barmaq nahiyyəsində epidermisi qaldıran kiçik irinlik qeyd edilir. Sizin diaqnoz hansıdır?

A) Dəri dolaması

B) Fleqmona

C) Paronixiya

D) Dırnaqaltı dolama

E) Dərialtı dolama


Ədəbiyyat : Тошовский В. Острые процессы в брюшной полости у детей. Прага, 1987, 471 с.
218) Uşaqda barmaq ucunun iynə ilə deşilməsindən iki gün sonra ağrı və dırnaq altında irin yığılması qeyd edilir. Sizin diaqnoz hansıdır?

A) Dəri dolaması

B) Dırnaqaltı dolama

C) Paronixiya

D) Dərialtı dolama

E) Fleqmona


Ədəbiyyat : Тошовский В. Острые процессы в брюшной полости у детей. Прага, 1987, 471 с.
219) On dörd yaşlı uşaqda barmağın uc nahiyyəsində 3 gündür ki, döyünən ağrı, ödem, qızartı, oynaqda hərəkət məhdudluğu, hipertermiya, palpasiyada kəskin ağrılar qeyd edilir. Sizin diaqnoz hansıdır?

A) Paronixiya

B) Dırnaqaltı dolama

C) Sümük dolaması

D) Dərialtı dolama

E) Dəri dolaması


Ədəbiyyat : Тошовский В. Острые процессы в брюшной полости у детей. Прага, 1987, 471 с.
220) On üç yaşlı uşaqda mil-bilək oynağınadək yayılmış barmaq əsası toxumalarının ödemi, ağrı, oynaqda aktiv hərəkət məhdudluğu, passiv hərəkətlərin kəskin ağrılı olması qeyd edilir. Sizin diaqnoz hansıdır?

A) Dəri dolaması

B) Paronixiya

C) Dərialtı dolama

D) Dırnaqaltı dolama

E) Vətər dolaması


Ədəbiyyat : Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
221) On dörd yaşlı uşaqda bilək nahiyyəsində kəskin ağrı, bilək arxasının ödemi, qızartı, hipertermiya, palpator kəskin ağrı qeyd edilir. Sizin diaqnoz hansıdır?

A) Vətər dolaması

B) Dəri dolaması

C) Sümük dolaması

D) Biləyin fleqmonası

E) Dərialtı dolama


Ədəbiyyat : Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
222) Beş yaşlı uşaqda sümük dolamasının cərrahi əməliyyatı üçün hansı ağrısızlaşdırma üsulu məqsədəuyğundur?

A) Yerli xloretil

B) İnfiltrasion anesteziya

C) Keçirici anesteziya

D) Maska narkozu

E) İntubasion narkoz


Ədəbiyyat : Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
223) On iki yaşlı uşaqda sümük dolamasının rentgenoloji əlamətləri nə vaxt meydana çıxır?

A) 10 - 12 sutkaya

B) 1- 2 sutkaya

C) 13 - 15 sutkaya

D) 7 - 9 sutkaya

E) 4 - 6 sutkaya


Ədəbiyyat : Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.

Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin