238) Kəskin hematogen osteomielitdə (metadiafizar zədələnmə) ciddi immobilizasiya hansı müddətə aparılmalıdır?
A) Göstəriş deyil
B) 2-aya qədər
C) 1-1,5 həftə
D) 1 həftə
E) 4 həftə
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
239) Hematogen osteomielitlə xəstəliyin yarımkəskin dövründə formalaşmış sekvestral qutu olarsa, aşağıdakaılardan hansı göstərişdir?
A) Müşahidə
B) Voronçixin əməliyyatı
C) Sümükdaxili antibiotikoterapiya
D) Sekvestrektomiya
E) Fizioterapiya
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
240) Hematogen osteomielitlə xəstəliyin yarımkəskin dövründə sümüyün diffuz zədələnməsi sekvestrasiya ilə müşayiət olunmursa, hansı göstərişdir?
A) Sekvestrektomiya
B) Fizioterapiya
C) Çoxsaylı transdermal osteoperforasiya
D) Sümükdaxili antibiotikoterapiya
E) Müşahidə
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
241) Kəskin hematogen osteomielitə şübhə olarsa, sümükdaxili təzyiq göstəricisi normada neçə olmalıdır?
A) 122-140 mm.su süt.
B) 160-180 mm.su süt.
C) 96-122 mm.su süt.
D) 90 mm.su süt.-dan aşağı
E) 140-160 mm.su süt.
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
242) Kəskin hematogen osteomielitə şübhə olarsa, sümükdaxili təzyiqin ölçülməsinə göstəriş nədir?
A) Yumşaq toxumaların xəstəliyi sindromu
B) Bir oynağın zədələnməsi ilə revmatizm
C) Anamnezində travma
D) Ətrafda ağrının olması və yüksək hərarət
E) Bütün göstərilən hallarda
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
243) Kəskin hematogen osteomielitdə dekompressiv osteoperforasiya nəyə imkan vermir?
A) Sümükdaxili təzyiqi ölçməyə
B) Aydın olmayan hallarda diaqnozu dəqiqləşdirməyə
C) Ağrını götürməyə
D) Sümük iliyi kanalından sitoloji müayinə üçün ifrazat götürməyə
E) İltihab ocağını tam sanasiya etməyə
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
244) Kəskin hematogen osteomielitdə yumşaq toxumaların drenaj müddəti necə müəyyən edilir?
A) Patoloji ifrazatın xarakteri və miqdarı ilə
B) Əhvalın yaxşılaşması ilə
C) Ağrı sindromunu götürməklə
D) Rentgenoloji göstəricilərin dinamikası ilə
E) Laborator göstəricilərin dinamikası ilə
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
245) Kəskin hematogen osteomielitdə immobilizasiya əməliyyatdan sonrakı dövrdə nəyi təmin etmir?
A) Ağrının azalmasını və iltihabın məhdudlaşmasını
B) Sümük toxumasının sürətli bərpasını
C) Lazımi sakitliyi
D) Kontrakturanın inkişaf etməməsini
E) Çıxıq və deformasiyanın inkişaf etməməsini
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
246) Kəskin hematogen osteomielitdə ətrafın ciddi immobilizasiyası xəstəliyin normal gedişi zamanı hansı müddətdən çox saxlanmamalıdır?
A) 1,5 həftə
B) 1 ay
C) 2-3 həftə
D) 1 həftə
E) 2-3 ay
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
Dostları ilə paylaş: |