Ustad Hüseyn Ənsariyan


On ikinci fəsil Qeybə çəkilmiş imam



Yüklə 1,03 Mb.
səhifə12/48
tarix22.10.2017
ölçüsü1,03 Mb.
#9300
1   ...   8   9   10   11   12   13   14   15   ...   48

On ikinci fəsil

Qeybə çəkilmiş imam


Ötən fəsildə qeyd etdik ki, imam Mehdi (ə.c.) hicri 260-cı ildə atası imam Həsən Əskərinin (ə) şəhadətindən sonra 4-5 yaşlarında ikən imamət məqamına çatmışdır. Bəni Abbas padşahları həzrət Peyğəmbərin (s) və digər mə`sum imamların buyuruqları əsasında ondakı imamət nişanələrini bilirdilər. Onlara mə`lum idi ki, imam Mehdi (ə.c.) zülmlə mübarizəyə qalxıb sitəmkarların hakimiyyətinə son qoyacaq. Bu səbəbdən də onu qətlə yetirməyə çalışırdılar. Bu və bundan başqa səbəblərə görə imamın qeybə çəkilməsi zəruri olmuşdur. Amma onun xalqla rabitəsi birdəfəlik kəsilməmişdi. İnsanlar naib və vəkil adlanan bə`zi mö`təbər şəxslər vasitəsi ilə imamla əlaqə saxlayırdılar. Bu yolla onlar öz şər’i suallarına cavab alır, ehtiyaclarını tə`min edirdilər. Bu vəziyət 70 ilədək davam etdi. İmamın 70 illik uyğun qeybi “qeybəti-suğra”, yə`ni kiçik qeyb dövrü adlanır. Həmin müddət başa çatdıqdan sonra imamın son naib və vəkili dünyasını dəyişdi və hicri 329-cu ildə imamın insanlarla rabitəsi kəsildi. Həmin vaxtdan “ğeybəti-kubra”, yə`ni böyük qeyb dövrü başladı. Böyük qeyb dövrü üçün imam xüsusi naib tə`yin etməmişdir. İnsanlar öz dini ehtiyaclarını ödəmək üçün həmin dövrdə fəqihlər və müctəhidlərə müraciət etməlidirlər.

Bütün yer üzünə hökmü çatacaq vahid İslam hökumətinin təsisi üçün zəmin yarananadək imam qeybdə qalasıdır. Elə bir dövr gəlməlidir ki, bütün insanlar həmin hökuməti arzulasınlar və başqa ünvanlardan ümidləri üzülsün. Həmin vaxt imam zühur edəcək və ixtiyarındakı böyük iqtidarlar zülm üsul-idarəsini dağıdacaq. İmamın hakimiyyət dövründə bütün yer üzündə hökmlər icra olunacaq, ədalət bərpa ediləcək.


Həzrət Mehdinin (əc.) zühurunun gözlənilməsi (intizar)


Həzrət Mehdinin (əc.) zühurunu inkar edənlər deyirlər: “İmamın zühuruna e`tiqad insanı yuxuya verir, mövcud vəziyyətdən qəflətdə saxlayır, təslimçilik və süstlüyə şərait yaradır.” Amma unutmamalıyıq ki, intizar, yə`ni imam Mehdinin (ə.c.) zühurunun gözlənilməsi mövcud durumdan narahat olan insanın ruhiyyəsidir. İntizarda olan insan daha üstün ictimai-siyasi durum üçün çalışır, sağalmasını gözləyən xəstə kimi vurnuxur. Ata uzun müddətə ayrıldığı oğlunu necə intizarla gözləyirsə, həzrət Mehdinin (əc.) intizarını çəkənlər də beləcə narahatdır. Həzrət Mehdinin (əc.) ədalətli hökumətinin intizarı və o böyük xilaskarın qiyamı mövzusu iki səciyyə ilə müşayiət olunur:

1. Zülm və azğınlığa qarşı müxalifətçilik;

2. Mövcud durumun ədalətin qələbəsi ilə müşayiət olunacaq münasib bir durumla əvəz olunması istəyi.

Əgər bu iki yönüm insan ruhiyyəsində kök atarsa, onda iki növ rəftar müşahidə olunar: Zülm və azğınlıq amilləri ilə mübarizə, fiziki və mə`nəvi baxımdan vahid İslam hökumətinin gəlişinə hazırlıq.

Həqiqi müntəzir (imam Mehdinin (əc.) intizarını çəkən) şəxs müəyyən hədislərə əsasən imam Mehdinin (əc.) qərargahındadır və gələcəyə biganə deyil. Zalım və azğın insan zülmün kökünə balta çalacaq bir şəxsin intizarını necə gözləyə bilər?! Dostun gəlişi intizarında olan, meyvə fəslini səbirsizliklə gözləyən şəxs daim hazırlıqdadır. Qonaq gözləyən evi təmizləyir, qonağın istiqbalı üçün hazırlıq görür. Meyvə yığımına hazırlaşan müxtəlif alətlər əldə edir. Cahanşümul xilaskarın qiyamı intizarında olan insan böyük bir inqilaba hazırlaşır. Belə bir intizar insanı tərbiyələndirir, ona agahlıq və hərəkət verir. Zühur intizarının insanı süstləşdirdiyini düşünmək kökündən yanlış bir təsəvvürdür.

İntizarın tə`sirləri


Söhbətimizin bu məqamında həzrət Mehdinin (əc.) zühur intizarının üç mühüm tə`sirini yada salırıq:

1. Fərdi özünü tərbiyə

Yer üzündə bütün cinayət və sitəmlərə son qoyulması və böyük islahatlar üçün əzmkar, dözümlü, dərin təfəkkürlü, ruhi hazırlıqlı fərdlərə ehtiyac var. İntizarda olanın qarşısında belə bir proqram dayanır və onu yerinə yetirmək üçün hərəkət lazımdır. Həqiqi müntəzir öz ruhunu və düşüncəsini paklayır, həzrət Mehdinin (ə) silahdaşları cərgəsinə qatılmaq üçün vücudundakı çirkabları təmizləyir.

2. İctimai həmkarlıq

Həqiqi müntəzir özünü tərbiyələndirməklə yanaşı ətrafına münasibətdə özünü vəzifəli bilir, başqalarının da islahı üçün çalışır. Çünki onun intizarını çəkdiyi böyük proqram fərdi proqram deyil. Həqiqi müntəzir özünü islah etməklə yanaşı başqalarının da islahını vəzifə bilir.

3. Ümidvarlıq

Cəmiyyətdə fitnə-fəsad tüğyan qoparıb əksəriyyəti öz ağuşuna aldığı vaxt bə`zən pak insanlar ümidini itirir, mövcud vəziyyətin islahını mümkünsüz sayır. Bədbinliyə düçar olmuş belələri elə düşünürlər ki, artıq nə özlərini, nə də başqalarını xilas edə bilərlər. Belə bir ümidsizlik insanı mühit qarşısında təslimçilik və fəsada sürükləyə bilər. Belə bir məqamda yalnız xilaskarın zühuruna e`tiqad insana ümid verib onun addımlarını möhkəmləndirə bilər. Zühur intizarı insanı fəsad tufanında sığortalayır, onu süstləşməyə qoymur. Bir şərtlə ki, insanlar intizar mövzusunu düzgün şəkildə anlasınlar, ifrat və təfritdən çəkinsinlər. Təhrif olunmuş intizar inancında yuxarıda sadalanan müsbət tə`sirlər yoxdur.

Allahdan yardım diləyək ki, öz ləyaqətli rəftarlarımızla həzrət Mehdinin (əc.) ədalətli hökuməti üçün zəmin hazırlaya bilək.





İkinci hissə

Əxlaq və batini sifətlərin tarazlığı

Birinci fəsil

İnsan xoşbəxtliyində əxlaqın rolu


“Oxuculara” mövzusunda qeyd olundu ki, insanın varlıq mərhələlərindən biri hisslər və meyllər mərhələsidir. Bu mərhələ insanın ruhu ilə bağlıdır və onun mərkəzi insan qəlbidir. İnsan ruhunda eşq və dostluq, eləcə də onların ziddi kin və eqoistlik var. Bu sifətlərdən istənilən biri tənhalıqda zərərlidir. Uyğun zərəri aradan qaldırmaq üçün addım atılmalı və ruhi sifətlər arasında tarazlıq yaradılmalıdır. Bu yolla insan öz həyatında orta həddi gözləyə bilir. Uyğun məqsədə çatmaq üçün əxlaq və nəfsin paklanması elmi nəzərdə tutulur. Qur`ani-məcidin buyuruqlarından aydın olur ki, peyğəmbərlər insanlara ilahi ayələri bəyan etdikdən sonra onların növbəti vəzifəsi ruhların paklanmasıdır.1 Peyğəmbərlər insanların ruhundakı bulaşıqlıqları təmizləməli, onu fəzilət çiçəkləri ilə bəzəməli idilər. İslam peyğəmbəri (s) buyurur: “Mən əxlaqi fəzilətləri kamilləşdirmək və zirvə nöqtəsinə çatdırmaq üçün peyğəmbərliyə seçildim.”2

Aydın məsələdir ki, insanda kamilliyə və paklanamağa doğru hərəkət hazırlığı olmadan uyğun məqsədə çatmaq mümkünsüzdür. Çünki öz rahatlığını azğın nəfs istəklərinə itaətdə görən inadkar və eqoist insan mə`nəviyyat səfərində vahid tövfiqdən məhrum olur. Bütün bunları nəzərə alıb fürsət əldən çıxmamış özümüzü islah etmək barədə düşünməliyik. İnsan bütün vücudunu azğın nəfsin hakimiyyətindən azad etməli, ağılın səsini dinləməlidir. Qulağı, gözü, dili, qarını, şəhvəti, ən əsası düşüncəni günah çirkabından təmizləmək zəruridir. İnsan öz istedadlarını ağılın səsini dinləməyə öyrətməli, bu sahədə cəhd göstərməlidir. Çünki o ilkin mərhələdə əridilmiş maye kimidir və hansı qaba tökülərsə həmin qabın formasını alar. Bəli, uşaq yaşlarında insanın xarakterini dəyişmək asandır. Amma ömür keçdikcə xasiyyətlər kök atır, insanın xarakterinə hopur. Qəlibə tökülmüş ərinmiş filiz vaxt keçdikcə bərkidiyi kimi xarakter də möhkəmlənir. Soyumuş filizin formasını və möhkəmlənmiş xarakteri dəyişmək çox çətindir. Amma əgər insani fəzilətlər xarakterə çevrilərsə insanın doğru yoldan çıxması ehtimalı azalar. Uyğun nöqtələrlə bağlı Sə`di Şirazi deyir:


Uşaqlıqda ədəb görməsə insan,

Çətin ki qurtula böyüyən zaman.

Əyri dayanarsa budaq yaş ikən,

Onu yalnız odla aça bilərsən.
Bəli, ağacdan yenicə dərilmiş yaşıl budaq asanlıqla əyilib-düzəlir. Ondan istənilən şəkildə istifadə etmək olur. Bir müddət keçdikdən sonra Həmin budaq quruyur və yalnız istilik verməklə formasını dəyişir. Beləsə, hər birimiz pis xasiyyətlər xarakterimizə hopmamış özümüzü islah etməyə çalışmalıyıq.

Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin