Ustad Misbah Y?zdi


DÜNYAPƏRƏSTLIKLƏ MÜBARIZƏ YOLLARı



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə154/156
tarix23.04.2022
ölçüsü0,84 Mb.
#115474
növüDərs
1   ...   148   149   150   151   152   153   154   155   156
Əbədi öyüd 2022

DÜNYAPƏRƏSTLIKLƏ MÜBARIZƏ YOLLARı.
Dünyapərəstlik
meyillərini
gücləndirən
amillərlə
qarşı-qarşıya bu meyilləri susduran amillər də mövcuddur. Bu
amillərdən biri Qur’an ayələri və Əhli-beyt  (ə)  buyuruqlarına,
eləcə də,  nurani moizələrə diqqətdir.  Həzrət Əli  (ə)
vəsiyyətnaməsi ətrafında araşdırmaların də əsas məqsədi
şeytana qarşı mübarizə vasitələrinin gücləndirilməsidir. Həzrət
insanı dünyaya bağlayan amillərdən biri kimi ictimai amili
göstərir.  İmamın nəzərinə görə,  xalqın dünyaya üz tutmasının
əsas səbəblərindən biri çoxluğun,  eləcə də nüfuzlu şəxslərin
dünya ardınca qaçmasıdır.  Həzrət  (ə)  buyurur:  “Məbada,
dünyaya könül verən,  dünya üstə bir-birlərinin üstünə şığıyan
dünya əhlinin mehri səni çaşdıra.” Demək, insan çoxluğa yox,
kimin hansı işi nə üçün gördüyünə diqqət yetirməlidir.  Hətta
bütün xalq bir işə meyl etsə də,  insan ağlını işə salıb,  işin
mahiyyətini araşdırmalıdır.  İmam Baqir  (ə)  Cabir ibn Yezid
Cö’fiyə buyurur:  “Əgər bizim vilayət əhli olmaq istəyirsənsə,
Allahın razı olduğu bir işinə görə bütün xalq səni məzəmmət
etsə də, narahat olmamalısan.” Bəli, vəzifəsini icra edən insan
kimsənin
məzəmmətinə
məhəl
qoymamalıdır.  Hədisin
davamında vurğulanır ki,  xalqın  “afərin”  sədaları da mö’mini
sevindirməməlidir.  Vəsiyyətnamədə isə belə buyurulur:
“Həqiqətən dünyapərəstlər hürüşən itlər və yırtıcılardır ki,  ov
üstündə bir-birlərinin başlarına qışqırırlar.”  Bəli,  əksər
dünyapərəstlər belədirlər.  Axı iki boğuşan itdən kim ibrət
götürər?!  Bir sözlə,  işin necəliyi onun çoxluq tərəfindən
görülməsi ilə şərtlənmir.  Kəmiyyətə yox,  işin mahiyyətinə
baxmaq, ağıl işlətmək lazımdır. Allahın və mə’sumların, eləcə
də ağılın bəyənmədiyi işlərdən çəkinmək zəruridir. Allah-təala
buyurur: “Dünya həyatı aldadıcı həzzdən və əyləncədən başqa
bir şey deyil.”  Həzrət  (ə)  buyurur:  “Güclülər zəiflərə tamah


184
salır, onların böyüklüyü kiçikləri məğlub edir...” Doğrudan da,
böyüklərin kiçiklərlə qidalanması heyvanlara xas bir əlamətdir.
Ağıllı insan bu yolu tutarmı?!  Həzrət dünyapərəstləri qoyun
sürüsündən də əskik tanıtdırır.  Sürünün qayğısını çəkən,  ona
yol göstərən çoban olduğu halda,  dünyapərəstlər başlı-başına
qalmış xəstə sürüyə bənzəyirlər.  Bu sürüdə də bir çoxluq var.
Məgər bu çoxluğa qatılmaq olarmı?! Həzrət (ə) dünyapərəstləri
çobanın
başlı-başına
buraxdığı
xəstə
sürüyə
oxşadır.
Qur’ani-kərimdə
bu
barədə
buyurulur:  “Artıq
bizim
zikrimizdən üz döndərib,  dünya həyatından başqa bir şey
istəməyənlərdən uzaq ol.”  Bəli,  belələrinin elm və mə’rifəti
digər canlıların olmayan elm və mə’rifətindən fərqlənmir.
Onlar üçün nəfs istəklərini doyurmaqdan başqa məqsəd yoxdur.
Belələri heyvandan da aşağı məqamdadırlar.  Heyvan insana
fayda verdiyi halda,  dünyapərəst insanın zərrəcə faydası
yoxdur. Bu qəbil insanların çoxluğu sizi çaşdırmasın!

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin