HIKMƏT, BATIN NURU Qəlbin digər bir sifəti onun işıqlı və ya qaranlıq olmasıdır.
Əməli və nəzəri hikmətdən məhrum olan qəlb qaranlıqdır. Bu
qəlb nə edəcəyini, nəyə inanacağını bilmir. Qəlbi işıqlandırmaq
üçün hikmət qazanmaq lazımdır. Onu işıqlandırmaq üçün
hikmətə ehtiyac var. Qəlb həm möhkəm, həm də nurani
olmalıdır. Çünki bə’zən qəlb möhkəm olsa da, yol qaranlıq
olduğundan hərəkət edə bilmir.
Qur’an ayələri və rəvayətlərdə, adətən, əməli hikmət kimi
nəzərdə tutulan hikmət yolu işıqlandırır. Əməli hikmətdən
faydalanan insan nə etməli olduğunu bilir. Amma qəlb nə qədər
güclü olsa da, qaranlıqda qaldıqda hansı sifətlərə yiyələnməli
olduğunu bilmir.
Bəli, qəlb nəzəri maariflə güclənir və şübhə tufanı onu
yerindən oynada bilmir. Əməli hikmət sayəsində yol işıqlanır,
qaranlıq sədlər aradan qalxır. “Qəvvihi bil-yəqini” tövsiyyəsi
yəqinliyin qəlbə faydasını təsdiqləyir. “Nəvvirhu bil-hikməti”
tövsiyyəsi isə əməli hikmətin qaranlığı yardığını sübuta yetirir.
Qur’an ayələri müsbət rəftar dəlili kimi nuru tanıtdırır.
Allah-təala buyurur: “Öldüyü halda diriltdiyimiz və xalq
arasında dolanması üçün nur verdiyimiz kəs qaranlıqda qərq
olub, ondan çıxa bilməyən kəs kimi ola bilərmi? Bu həmin
nurdur ki, insan onun vasitəsi ilə cəmiyyətdə hərəkət edir.
Demək, insan nura möhtacdır və bu nur təqva (pəhriz)
sayəsində əldə olunur. Digər bir ayədə buyurulur: “Ey iman
gətirənlər, Allahdan qorxun (təqvalı olun) və Onun rəsuluna
iman gətirin ki, Allah öz mərhəmətindən sizə iki pay nəsib
etsin: yol ketməyiniz üçün sizə nur əta etsin və sizi bağışlasın.”
Həzrət Əli (ə) “hikmət vasitəsi ilə qəlbinizi işıqlandırın”
buyurduqda əməli hikməti nəzərdə tutur. İnsanı düzgün rəftara
sövq edən əməli hikmətdir.
Əlbəttə ki, Əhli-beyt (ə) buyuruqlarının əhatə dairəsi
sonsuzdur. İnsan düşüncəsi bu dərinliyi dərk etməkdə acizdir.
35
Mə’sum imamların (ə) buyuruqlarının nurundan imkan
daxilində çox istifadə olunmalıdır.