Ustad Misbah Y?zdi



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə54/156
tarix23.04.2022
ölçüsü0,84 Mb.
#115474
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   156
Əbədi öyüd 2022

ƏMƏLDƏ IFRAT
Fərdi  və  ictimai  vəzifələrə  diqqətli  olmaq  tapşırığı
bə’zilərinin əməldə ifrata varması üçün bəhanə olur. Daim işə
can  atıb,  təfəkkürə  vaxt  ayırmamaq  imanlı  və  ağıllı  insana
yaraşmaz.  İşə  başlamazdan  qabaq  vəzifəni  tanımaq,  şəraitlə
tanış  olmaq  lazımdır.  Süstlük  məzəmmət  olunduğu  kimi,
düşüncəsiz hərəkət də bəyənilmir. Həzrət (ə) buyurur: “Haqqa


71
doğru  hərəkətin  çətin  vaxtı  harada  olsa  meydana  gir...”  Yə’ni
həqiqətləri  tanımaq  üçün  çətinliklər  dəryasına  baş  vurub,
düşüncə  və  əməl  meydanında  həqiqətə  nail  olmaq  lazımdır.
İmam  Sadiq  (ə)  təhsil  haqqında  buyurmuşdur:  “Elmə  çatmaq
üçün  dərin  dəryalara  baş  vurmaq  lazımdır.  Bu  yolda  candan
keçməyə də dəyər.”
Bəli,  insan  həm  həqiqəti  tanımaq,  həm  də  ona  çatmaq  üçün
çalışmalıdır.  Hər  iki  sahədə  süstlükdən  çəkinmək  lazımdır.
Süstlük  məqsədə  çatmaq  yolunda  ciddi  maneədir.  Məbada,
zahidlik  və  təqva  adı  altında  insan  cəmiyyətdən  kənarlaşıb,
özünə  qapıla.  Süstlük  insanın  təqvasını  onun  əlindən  almaqla
yanaşı,  özünü  də  azğınlığa  düçar  edir.  Gəlin,  özümüzü
aldatmayaq. Allah daha yaxşı bilir ki, bizi guşənişin edən səbəb
təqva, yoxsa süstlükdür. Süstlüklə mübarizə etmək istəyən şəxs
çətinliklərlə 
didişməli, 
özündə 
fədakarlıq 
hissini
gücləndirməlidir.  Rahatlığa  vərdiş  vermiş  adam  üçün  belə  bir
mübarizə çox çətindir. Belə insanlar kiçik çətinliklər qarşısında
müqavimət göstərə bilmirlər. Onlar çətinlikdən yaxa qurtarmaq
üçün  vacib  vəzifəni  tərk  edirlər.  Məsələn,  daim  valideyn
himayəsində  rahat  yaşamış  övlad  evdən  uzaq  düşən  kimi
təhsilini yarımçıq qoyub, evə qayıtmağa çalışır. O, ana qayğısı
olmayan  tələbə  həyatının  çətinlikləri  qarşısında  təslim  olur.
Zəif insan kiçik iqtisadi problemlə üzləşən kimi borc alır. Belə
vaxtlarda zəif, naqis otaq yoldaşı, dost işi bir az da çətinləşdirir.
Nəhayət, oxumaq üçün evdən ayrılmış gənc öz şər’i vəzifəsini
tərk edib, rahat şəraitə üz tutur. 
Fərdi  çətinliyə  misal  çəkdik.  Bə’zən  insan  vacib  vəzifəsini
icra  etmək  üçün  ictimai  maneələrlə  mübarizə  aparmalı  olur.
Allah  və  Onun  rəsulunun  (ə)  istəyincə  məntiqi  bir  həyat
yaşamaq  istəyən  insan  ciddi  maneələri  adlamalı,  mövcud
çətinliklərə  dözməlidir.  Şübhəsiz  ki,  rahatlığa  vərdiş  vermiş
şəxs  belə hallarda  meydandan  qaçır.  Ona elə gəlir ki, bir belə
məşəqqətlərə  dözməkdənsə,  əkin-biçinlə  məşğul  olub,  yavan
çörək  yemək  yaxşıdır.  Düşünürlər  ki,  pul  qazanıb,  fəqiri


72
doyurmaqla  da  behiştə  getmək  olar.  Hansı  ki,  insan  dözdüyü
çətinliklər  müqabilində  mükafatlandırılır.  Behişt  əhli  arasında
da  məqamlar  var.  Axirət  aləmində  peşimanlıq  çəkmək
istəməyən  şəxs  Allahın  layiqli  bəndəsi  olmaq  üçün  vəzifədən
doğan çətinliklərə qatlaşmalı, bu problemləri can-dildən qəbul
etməlidir. 

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin