VƏSIYYƏT EDƏN
İndi isə vəsiyyət edənin kimliyini aydınlaşdıraq. Həzrət (ə)
özünü ölümü yaxınlaşmış pir ata kimi tanıtdırır. O, ölümünün
yaxınlaşdığı bir vaxtda coşqun gəncliyini yaşayan bir cavana
vəsiyyət edir.
Həzrət (ə) bu tə’birlərlə özünü yalnız bir ata kimi nəzərdə
tutur. Öz həyatı və keçmişlərdən əldə olunmuş mə’lumat və
təcrübələrə əsaslanan pir ata bildirir ki, hələ də həyatın bütün
çətinliklərini dərk etməmişdir və qarşıda bir çox müsibətlər
vardır. Gələcəkdə çətinliklərlə qarşılaşacağını bilən, xilas yolu
axtaran hər bir gənc bu vəsiyyətdən istifadə etməyə can atır.
Əgər Həzrət (ə) bu vəsiyyəti mə’sum övladı imam Həsən ibn
Əliyə (ə) ünvanlasaydı, başqaları bu vəsiyyətlə bir o qədər də
maraqlanmazdılar. Belə bir fikir yaranardı ki, bu vəsiyyət iki
mə’sum imama aiddir və başqaları ilə heç bir bağlılığı yoxdur.
Həzrət (ə) öz ali məqamından enərək, sadə pir atanın sadə gənc
övladına tövsiyyəsi dilində danışır ki, bütün başqa cavanlar bu
vəsiyyətnamədən faydalana bilsinlər. Bu üslub başqalarının da
uyğun vəsiyyətnamədən bəhrələnməsinə səbəb olur. Bu
səbəbdən də ata və oğul arasındakı bağlılıq olduğu kimi təsvir
olunur: “Ey oğlum! Mən sənə nə qədər bağlıyam! O qədər
bağlıyam ki, bütün fikrim özümdə cəmləşdiyi vaxtda səni
unuda bilmirəm!”
Gündəlik həyatda insanın diqqətini bir çox müxtəlif məsələlər
cəlb edir. Malik olduğu müxtəlif məs’uliyyətlərə görə,
müşahidələr və düşüncələr səbəbindən ortaya çıxan müəyyən
işlər olur. Bununla belə, ata öz canparəsi övladını unuda bilmir.
Ona görə də Həzrət (ə) buyurur ki, hamını kənara qoyub, yalnız
özü ilə qaldığı vaxt da övladını unuda bilmir, onu öz canparəsi,
bəlkə də, bütün varlığı hesab edir, onu özü kimi bilmir.
Həzrət Əli (ə) bu sözləri ona görə buyurur ki, başqasının
nəsihətini eşidərkən onun məhəbbətdən deyildiyinə, öz xeyrinə
olduğuna inanan şəxs həmin nəsihətə həvəslə qulaq asır. Siz də
10
deyilən məsələni sınaqdan keçirə bilərsiniz. İnsan bir şəxsə
inandığı qədər onun nəsihətini dinləyir. Ehtimal versək ki,
deyilən sözlərin yaxşı-pisliyindən asılı olmayaraq, onlar bizə
yox, bir başqasına xatir deyilir, həmin sözlərə laqeyd olarıq.
Belə bir nəsihətə diqqət və əməl etməyə lüzum qalmır. Amma
əmin olsanız ki, nəsihət verənin məqsədi sizə qarşı
xeyirxahlıqdır, nəsihəti diqqətlə dinləyir, ona əməl edirsiniz.
Bu səbəbdən də Həzrət (ə) özünü ömrünün sonu çatmış ata
kimi təqdim edərək, bəlalar və çətinliklərlə qarşılaşacaq oğluna
buyurur: “Mən səni o qədər sevirəm ki, sanki vücudumun
parəsisən, bəlkə də, bütün vücudumsan...” müraciət olunan şəxs
bu
sözləri
oxuduqda
vəsiyyət
edənin
xeyirxahlığını
anladığından onu həvəslə dinləyir. Əmirəl-mö’minin (ə) kimi
bir atanın özü kimi bildiyi bir övladına bu sayaq vəsiyyətindən
hamının faydalanmasına dəyər. Xoşbəxtlik yolunu öyrənib, biz
də bu yolla səadətə çatmalıyıq. Bəli, Həzrət (ə) diqqəti cəlb
etmək üçün həmin yoldan istifadə edib, sonra sözə başlayır.
Deyildiyi
kimi, az
moizələrdə
bu
ilahi
vəsiyyətin
xüsusiyyətləri ilə rastlaşırıq. Bu vəsiyyətnamə elə bir vaxtda
yazılır ki, Əmirəl-mö’minin (ə) Süffeyn döyüşündən yenicə
qayıtmış və müharibə çətinlikləri arxada qalmışdır. Bu döyüş
“həkəmiyyət” məsələsi ilə nəticələnmişdir. İndi Həzrət (ə)
ömrünün bütün təcrübəsini öz övladına təhvil verir. Artıq o,
ömrünün son günlərini yaşayır. Fürsəti əldən vermək olmaz.
Ona görə də altmış illik ömrün təcrübəsi vücudunun parəsi və
ya öz vücudu kimi olan ən üstün bir şəxsə verilir. Altmış yaşlı
ömür ağacının meyvəsindən daha layiqli kim var ki?
Bu vəsiyyətdə insanın kamilliyinə çox tə’sirli olan dəyərli
mətləblər bəyan olunmuşdur. Ümid var ki, bu izahlar dinləyici
və oxucuların həmin vəsiyyəti anlamasına və ona əməl
etməsinə səbəb olacaqdır. İnşaəllah.
Vəsiyyətnamədə Əmirəl-mö’minin (ə) özünü ömrü sona
çatmış pir kimi təqdim edərək, imamət elmi və mə’sumluğunu
nəzərdə tutmadan öz oğlunu belə nəsihət edir: “Bu, axirət
|