Üzrə tədqiqat Müəlliflər qrupu


-ci cədvəl Pensiyaçıların sayı və təyin olunmuş pensiyaların orta aylıq məbləği



Yüklə 0,67 Mb.
səhifə3/15
tarix17.11.2018
ölçüsü0,67 Mb.
#83962
1   2   3   4   5   6   7   8   9   ...   15

2-ci cədvəl

Pensiyaçıların sayı və təyin olunmuş pensiyaların orta aylıq məbləği

(ilin əvvəlinə) cins bölgüsü faizlə


  İllər

Min nəfər 

 

Cins bölgüsü,

faizlə

Təyin olunmuş pensiyaların orta aylıq məbləği, manatla

Qadınlar üçün təyin  olunmuş pensiyaların orta aylıq məbləğinin kişilərin pensiyasına nisbəti

Qadınlar

Kişilər

Qadınlar

Kişilər

2000

1 202

55,4

44,6

12,5

13,6

92,4

2001

1 219

56,7

43,3

14,2

14,7

96,5

2002

1 245

57,3

42,7

14,3

15,3

93,8

2003

1 285

58,5

41,5

17,1

18,6

92,1

2004

1 327

59,0

41,0

23,1

24,8

93,2

2005

1 373

59,2

40,8

23,1

25,4

90,7

2006

1 399

59,7

40,3

27,4

30,2

90,7

2007

1 227

62,0

38,0

37,1

47,7

77,8

(Mənbə: Azərbaycanda qadınlar və kişilər-2007. Bakı-2007 )

Təyin olunmuş pensiyaların orta məbləği də qadınlar və kişilər üzrə fərqlənir. Göründüyü kimi, bütün dövrlərdə qadınlara ödənilən pensiyaların orta məbləği kişilərin pensiyasından aşağı olub. Həm də ödənilən pensiyaların orta məbləği artdıqca cinslər arasında pensiyaların məbləğləri arasında olan fərq də artıma doğru meyllidir: əgər 2000-ci ilin əvvəlində qadınlar üçün təyin  olunmuş pensiyaların orta aylıq məbləğinin kişilərin pensiyasına nisbəti 92,4 olubsa, 2007-ci ilin əvvəlinə bu rəqəm 77,8-ə düşüb (2-ci cədvəl). Bunu sxem 3-dən də aydın görmək olar. Bu, pensiyanın hesablanması zamanı pensiyaya çıxanların əvvəlki dövrlər üçün əsas götürülən orta əmək haqqının səviyyəsi ilə bağlıdır. Deməli, ölkəmizdə işləyən kişilərdə orta aylıq əmək haqlarının səviyyəsi işləyən qadınların aldıqları orta əmək haqqı ilə müqayisədə daıa yüksəkdir.





Sxem 3. Qadın və kişilərə illər üzrə təyin olunmuş pensiyaların orta aylıq məbləği

2-ci cədvəldən göründüyü kimi, 2000-ci ildən başlayaraq ölkədə olan pensiyaçıların ümumi sayında qadınların xüsusi çəkisi artmaqdadır. Belə ki, əgər 2000-ci ilin əvvəlinə bu nisbət qadınların xeyrinə təqribən 55:45 olmuşdusa, artıq 2007-ci ilin əvvəlinə 62:38 təşkil edib. Bu, bir tərəfdən, artıq yuxarıda qeyd olunduğu kimi, 55-60 yaşdan yuxarı əhali arasında qadınların say üstünlüyünə malik olması və bu yaşlarda kişilər arasında ölüm hallarının çoxluq təşkil etməsi ilə əlaqədardırsa, digər tərəfdən, qadınların kişilərə nisbətən daha aşağı yaşda (orta hesabla təqribən 5 il) pensiyaya çıxmaları ilə bağlıdır.

Hər il pensiyaların yeni təyin olunduğu pensiyaçılar arasında da qadınlar hər zaman say üstünlüyünə malikdirlər: əgər 2000-ci ilin əvvəlinə ilk dəfə pensiya təyin olunan qadınlarla kişilər arasında nisbət 55:45 idisə, 2007-ci ilin əvvəlinə 65:35 olub (3-cü cədvəl).

3-cü cədvəl

2000-2007-ci illərdə pensiya təyin olunmuş pensiyaçıların sayı (ilin əvvəlinə)


Nəfər və cins bölgüsü, faizlə

  İllər

Nəfər

Cins bölgüsü

Qadınlar

Kişilər

Qadınlar

Kişilər

2000

34 975

29 240

54,5

45,5

2001

44 219

31 237

58,6

41,4

2002

47 980

33 725

58,7

41,3

2003

53 784

37 730

58,8

41,2

2004

62 458

41 428

60,1

39,9

2005

56 238

35 239

61,5

38,5

2006

49 244

29 407

62,6

37,4

2007

40 082

21 582

65,0

35,0

(Mənbə: Azərbaycanda qadınlar və kişilər-2007. Bakı-2007 )

2003-cü ilədək pensiyaya çıxan insanların sayı ildən-ilə artıma meylli olub (2000-ci ilin əvvəlində yeni pensiyaçıların sayı 64215 nəfər olduğu halda, 2004-cü ilin əvvəlində 103886 nəfər təşkil edib). 2004-cü ildən başlayaraq onların sayı azalmağa başlayıb və 2007-ci ilin əvvəlinə yeni pensiyaçıların ümumi sayı 61664 nəfərə düşüb: bunların 40 mini (65,0 faizi) qadın, 21600-ü (35,0 faizi) isə kişi olub. Lakin bu illərdə də pensiyaya çıxanalrın sırasında kişilərin sayının azalma tempi qadınların sayının azalma tempini qabaqlayıb (bax: Sxem 4).





Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin