5-ci cədvəl tədris müəssisələrinin ixtisas qrupları üzrə bölgüsü
nəfər və cins bölgüsü, yekuna görə faizlə
İxtisas qrupları
|
Yekuna görə faizlə
|
Cins bölgüsü
|
Qadınlar
|
Kişilər
|
Qadınlar
|
Kişilər
|
Təhsil
|
21,7
|
2,8
|
87,8
|
12,2
|
Səhiyyə
|
8,5
|
3,8
|
67,4
|
32,6
|
Təbiət elmləri istiqamətləri
|
16,7
|
5,7
|
73,2
|
26,8
|
Mədəniyyət və incəsənət
|
4,7
|
3,1
|
58,3
|
41,7
|
Humanitar və sosial ixtisaslar
|
29,2
|
19,8
|
57,7
|
42,3
|
Kommersiya
|
0,7
|
1,3
|
32,2
|
67,8
|
Kimya texnologiyası
|
0,6
|
0,9
|
39,3
|
60,7
|
Təbiət-texniki ixtisaslar
|
0,8
|
1,7
|
30,6
|
69,4
|
Aqrar və balıq təsərrüfatı
|
0,5
|
0,9
|
35,1
|
64,9
|
Sosial-mədəni sahədə servis
|
0,2
|
0,9
|
19,1
|
80,9
|
İnformatika və hesablama texnikası
|
0,9
|
2,1
|
29,0
|
71,0
|
Əmtəəşünaslıq
|
0,6
|
1,3
|
30,7
|
69,3
|
Ekologiya və təbiətdən istifadə
|
0,6
|
1,3
|
27,4
|
72,6
|
Qida məhsullarının texnologiyası
|
0,4
|
0,9
|
27,3
|
72,7
|
Çoxişlənən malların texnologiyası
|
0,3
|
0,5
|
30,2
|
69,8
|
İqtisadiyyat və idarəetmə
|
10,5
|
31,6
|
23,6
|
76,4
|
Avtomatika və idarəetmə
|
0,4
|
1,3
|
21,0
|
79,0
|
Memarlıq və inşaat
|
0,4
|
1,9
|
17,7
|
82,3
|
Cihazqayırma
|
0,1
|
0,8
|
14,6
|
85,4
|
Faydalı qazıntı yataq-nın geologiyası və kəşfiyyatı
|
0,2
|
1,2
|
13,8
|
86,2
|
Texnoloji maşınlar və avadanlıq
|
0,1
|
0,9
|
8,2
|
91,8
|
Elektrotexnika və elektromexanika
|
0,1
|
0,9
|
7,5
|
92,5
|
Elektron texnikası və telekommunikasiya
|
0,4
|
1,7
|
16,0
|
84,0
|
Energetika və enerji maşınqayırması
|
0,1
|
1,1
|
7,7
|
92,3
|
Texniki-məişət xidmətləri
|
0,0
|
0,3
|
10,8
|
89,2
|
Meşə təsərrüfatı və meşə ehtiyatlarının bərpası
|
0,0
|
0,1
|
18,9
|
81,1
|
Faydalı qazıntı yataqlarının yeraltı işlənməsi
|
0,2
|
1,7
|
7,2
|
92,8
|
Maşınqayırma və material emalı
|
0,0
|
1,0
|
3,9
|
96,1
|
Aviasiya və raket-kosmos texnikası
|
0,1
|
1,1
|
8,0
|
92,0
|
Metallurgiya
|
0,1
|
0,5
|
8,8
|
91,2
|
Yerüstü nəqliyyat vasitələri və nəqliyyatın istismarı
|
0,1
|
2,1
|
2,8
|
97,2
|
Dəniz texnikası və gəmiçilik
|
-
|
0,8
|
-
|
100,0
|
Sair ixtisaslar
|
0,8
|
4,0
|
15,6
|
84,4
|
Cəmi, faizlə
|
100
|
100
|
48,1
|
51,9
|
nəfər
|
51363
|
55519
|
-
|
-
|
(Mənbə: Azərbaycanda qadınlar və kişilər-2007)
5-ci cədvəlin məlumatlarından göründüyü kimi, ali məktəblərə qəbul olunan qadınlar əsasən humanitar və sosial, pedaqoji və təbiət elmlərinə, kişilər isə iqtisadiyyat və idarəetmə, humanitar və sosial yönümlü ixtisaslara üstünlük verirlər. 2006/2007-ci tədris ilində dövlət ali məktəblərində oxuyan bütün qadınların 29,2 faizi humanitar və sosial ixtisaslar, 21,7 faizi təhsil, 16,7 faizi təbiət elmləri, 10,5 faizi iqtisadiyyat və idarəeətmə, 8,5 faizi səhiyyə, 4,7 faizi isə mədəniyyət və incəsənət ixtisasları üzrə təhsil almışdır (sxem 6).
Sxem 6. Ali məktəblərdə (dövlət) təhsil alan tələbə qızların üstünlük vürdiyi ixtisaslar
5-ci cədvəlin məlumatlarında belə bir məqam da diqqəti çəkir ki, qadınların daha çox üstünlük verdiyi ixtisaslarda oxuyan tələbələrin ümumi sayında məhz qızlar daha çox paya malikdir. Belə ki, 2006/2007-ci tədris ilində dövlət ali məktəblərində təhsil istiqamətində oxuyan bütün tələbələrin 87,8 faizini, səhiyyə istiqaməti üzrə 67,4 faizini, təbiət elmləri sahəsində 73,2 faizini, mədəniyyət və incəsənət istiqaməti üzrə 58,3 faizini, humanitar və sosial ixtisaslarda isə 57,7 faizini qızlar təşkil edib. Bunlar hazırda cəmiyyətdə daha çox tələbat duyulan, lakin ödənilən əmək haqqının daha aşağı olduğu ixtisas sahələridir. Kommersiya, kimya texnologiyası, təbiət-texniki ixtisaslar, aqrar, informatika və hesablama texnikası, əmtəəşünaslıq, qida və çoxişlənən mallarının texnologiyası kimi ixtisaslarda oxuyan tələbələr arasında kişilər nisbi üstünlüyə (60-70 faizə qədər) malik olsalar da, bu ixtisasların da qadınlar üçün kifayət qədər cəlbedici və maraqlı olduğu görünür. İqtisadiyyat və idarəetmə, avtomatika və idarəetmə, memarlıq və inşaat kimi ixtisaslarda oxuyan tələbələrin təqribən hər 5-dən 1-i qadınlardır.
Sxem 7. Dövlət ali məktəblərində ayrı-ayrı ixtisaslar üzrə təhsil alan tələbələrin cinsi bölgüsü (2006/2007-ci tədris ili üzrə)
Cihazqayırma, faydalı qazıntı yataqlarının geologiyası və kəşfiyyatı, texnoloji maşın və avadanlıqlar, elektrotexnika və elektromexanika, energetika və enerji maşınqayırması, maşınqayırma və metal emalı, metallurgiya, aviasiya və raket-kosmos texnikası, dəniz texnikası və gəmiçilik ixtisasları isə hələ də ənənəvi olaraq kişilərin fəaliyyət sahələri kimi qəbul edilməkdə davam edir.
Yuxarıdakı məlumatlar bir daha təsdiq edir ki, müəllimlik həmişə qadınların ənənəvi peşələrindən biri olub və belə qalmaqda davam edir. DSK-nın məlumatlarına əsasın, ümumi orta təhsil məktəblərində işçilərin 69%-i, orta ixtisas məktəblərində 60%-i, ali təhsil müəssisələrində isə 42%-i qadınlardan ibarətdir. Lakin bütün bunlara rəğmən təhsil müəssisələrində qərar qəbuletmə səviyyəsində, yəni rəhbər kadrlar arasında kişilər çoxluq təşkil edirlər. 6-cı cədvəldən göründüyü kimi, 2006/2007-ci tədris ilində ölkənin gündüz ümumtəhsil müəssisələrində olan 11879 direktor və direktor müavini vəzifələrindən yalnız 34,0 faizində (4040 nəfər) qadınlar təmsil olunub. Xüsusilə direktor vəzifələrini tutan qadınların payı daha aşağı olub.
6-cı cədvəl
Dostları ilə paylaş: |