Vi fəsil. C++ dilində proqramlaşdırma


Onluq yazılışında təkrarlanmayan rəqəmlər olan bütün üçrəqəmli ədədləri çıxışa verən proqram yazın. 7



Yüklə 1,02 Mb.
səhifə18/74
tarix04.01.2023
ölçüsü1,02 Mb.
#121980
1   ...   14   15   16   17   18   19   20   21   ...   74
Alqoritmik dillər(C kitab) (10)

6. Onluq yazılışında təkrarlanmayan rəqəmlər olan bütün üçrəqəmli ədədləri çıxışa verən proqram yazın.

7. n>2 tam ədədi verilmişdir. [2,n] arasında olan bütün sadə ədədləri çıxışa verən proqram yazın.
8. Tam onluq ədədi ikiliyə çevirən proqram yazın.
9. Tam onluq ədədi 16-lıq ədədi çevirən proqram yazın.

6.13. Massivlər
Massiv eyni tipli elementlər yığımıdır və yaddaşda kəsilməz bir sahədə yerləşir. Massivin elementlərinə indeks adlanan dəyişəndən isitifadə etməklə müraciət edilir. Massiv aşağıdaki üç parametrlə xarakterizə olunur: adı, tipi, ölçüsü.
Massivin təsviri formatı aşağıdaki kimidir:
elementlərin tipi adı [ölçülü];
Məsələ,
int A[10];
Bu massiv tam tipə malik 10 elementdən ibarətdir. İndeksin aşağı sərhəddi “0” qəbul olunur: A[0], A[1], A[2], . . . , A[9].
Pascal dilindən fərqli olaraq C++ dilində indeksin dəyişmə diapazonunu ixtiyari götürə bilmərik. Massivin təsvirində göstərilən ölçü indeksin maksimal qiymətindən bir vahid çox olmalıdır.
Əgər massivin təsvirində elementlərin qiymətləri verilərsə, onda massivin ölçüsünü göstərməmək olar:
int p[ ]={2,4,6,5,8};

Bu halda aşağıdaki qiymətlərlə olan massiv formalaşır:


A[0]=2, A[1]=4, A[2]=6, A[3]=5, A[4]=8.
Əgər massiv
int M[6]={5,3,2};
-kimi elan olunarsa, onda 6-elementdən ibarət massiv yaranır. Birinci üç elementi göstərilən qiymətləri alır. Yerdə qalan elementlər isə ya qeyri-müəyyən olur və ya sıfra bərabər olur (əgər massiv statistik olarsa).
Bir ölçülü massivə aid aşağıdaki misallara baxaq:
Misal 1. Bir ölçülü massivin elementlərini klaviaturadan daxil edən və ekrana çıxaran proqram yazaq:
//Massivin elementlərinin daxil edilməsi və çıxışa verilməsi.
#include
#include
using namespace std;
void main ( )
{int i, a[5];
clrscr ( );
for (i=0; i<5; i++)
{cout<<”a[“<>a[i];}
for(i=0; i<5; i++)
{cout<<”a[“<
}
Misal 2. Elementləri həqiqi tipə malik olan massivin elementlərinin ədədi ortasını tapan proqram yazın.
//Massivin elementlərinin orta qiyməti
#include
#include
using namespace std;
void main ( )
{const int n=10;
int i; double a[n], sa;
clrscr;
for (i=0; i
{cout<<”a[“<> a[i];}
sa=0;
for(i=0; i
sa=sa+a[i];
sa=sa/n;
cout<<”/n orta qiymət=” << sa;
}
Misal 3. Massivin elementlərini artan sıra ilə nizamlayan proqram yazaq.
//Massivin nizamlanması
#include
#include
using namespace std;
void main ( )
{int x[ ]={6,4,9,3,2,1,5,7,8,10};
int i,j,n,a;
clrscr;
n=sizeof(x)/size of (x[0]);
for(i=0; i
for(j=0; j
if(x[j]>x[j+1]){a=x[j]; x[j]=x[j+1]; x[j+1]=a;}
for(i=0; i
}
Sizeof(x)-funksiyasının nəticəsi 20 bayta, sizeof(x[0])-ın nəticəsi 2 bayta bərabərdir. Nəticədə n=10-massivin elementlərinin sayını alarıq. Proqramın yerinə yetirilməsi nəticəsində ekranda aşağıdaki ardıcıllığı alarıq:
1 2 3 4 5 6 7 8 9 10


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin