Vi fəsil. C++ dilində proqramlaşdırma



Yüklə 1,02 Mb.
səhifə3/74
tarix04.01.2023
ölçüsü1,02 Mb.
#121980
1   2   3   4   5   6   7   8   9   ...   74
Alqoritmik dillər(C kitab) (10)

Tam sabitlərin yazılışı: Onluq tam ədədlərdən ibarət sabitlər 0-la başlamır: 4,356,-128. Tam səkkizlik ədələrin yazılışı 0-la başlayır:
Məsələ: 016, 077 və s.
Tam 16 sabitlərin yazılışı 0x-lə başlayır. Məsələ, 0x1A, 0x253, 0xFFF və s.
Həqiqi sabitlərin yazılışı: Həqiqi sabitlər double və ya float tipinə malikdirlər.
Misallar: 44.3, 3.14, 44E1, 1.5E-4.
Suffikslərdən istifadə edilməsi: Proqramçı suffikslərdən istifadə etməklə sabitin aşikar olaraq tipini verə bilər. Üç növ suffiks var:

F(f)-float


U(u)-unsigned
L(l)-long-(tam və haqiqi ədədlər üçün)
Bunlardan əlavə U və L suffiksləri birlikdə də UL və ya LU-şəklində işlənə bilər.
Məsələ,
3.14159F - float tipli sabitdir və 4 bayt yaddaş sahəsi ayrılır;
3.14L - long double tipli sabitdir və 10 bayt yaddaş ayrılır;
5000U - unsigned int tipli sabitdir və 2 bayt yaddaş sahəsi (4 bayt əvəzinə) ayrılır.
15LU - unsigned long int tipli sabitdir və 4 bayt yaddaş sahəsi ayrılır.
24242242LU - unsigned long int tipli sabitsir və 4 bayt yaddaş sahəsi ayrılır.
Sətir və simvol sabitlərin yazılışı. Simvol sabitlər ` (apostrof) arasında yazılır. Məsələ, `A`, `a`, `5`, `+`. Simvollardan ibarət sətirlər 2 qat dırnaq arasında yazılır. Məsələ, “kompüter”, “İlkin sabit” və s.
Bunlardan əlavə, idarəedici simvol adlanan bir cüt simvoldan da istifadə edilir ki, bunların 1-ci simvolu “\”-bu simvolla başlayır. Məsələ:

`\n`-təzə sətrə keçid;


`\t`-üfüqi tabulyasiya;
`\a`- səs signalının verilməsi və s.
İdarəedici simvol ardıcıllığını onların kodlarını göstərməklə də vermək olar. Simvolun kodunu 8-lik və ya 16-lıq say sistemində göstərmək olar. 8-likdə simvolun göstərilmə kodu `\ddd`, burada d-0-dan 7-yə qədər rəqəmlə ola bilər. 16-lıqda simvolun göstərilmə kodu `\xhhh`, burada h={0,1,...,F}. Məsələ, A-hərfinə uyğun olan simvol üç üsulla verilə bilər:
`A`, `\103`, `\x43` (A-simvolunun kodu 67-dir).


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin