6.5. C++ dilində yazılmış proqramın proqramlaşdırma sistemində yerinə yetirilməsi mərhələləri
Aşağıdaki şəkildə proqramın sistemdə yerinə yetirilməsi mərhələləri göstərilmişdir. Düzbucaqlı şəklində olan bloklar sistem proqramlarını, oval şəklində olan bloklar giriş-çıxış fayllarını göstırir.
1. Mətn redaktoru vasitəsi ilə roqramın mətni formalaşır və Cpp tipinə malik fayl yaranır.
2. Proqramın prosessor önü emalı yerinə yetirilir. Bu zaman proqramın başlığından əvvəl verilən direktivlər müəyyən olunur. Məsələ, #include direktivi vasitəsi ilə standart kitabxanadan *.h – faylı proqramın mətninə birləşdirilir.
3. Bu mərhələdə C++ dilində yazılmış proqramın kompilyasiya prosesi yerinə yetirilir. Kompilyasiya prosesində sintaksis səhvlər ola bilər və proqramçı bu səhvləri düzəltməlidir.
Kompilyasiya prosesi müvəfəqiyyətlə başa çatdıqdan sonra obj tipinə malik fayl alınır. Bu fayla proqramın obyekt kodu deyilir (məsələ, misal 1. obj).
4. Bu mərhələdə Linker sistem proqramı vasitəsi ilə proqramın kompanovka prosesi yerinə yetirilir. Bu mərhələyə əlaqələrin redaktə olunması mərhələsi də deyilir və burada kitabxana funksiyaları da proqrama birləşdirilə bilər. Kompanovkanın nəticəsində exe tipli yerinə yetirilən fayl alınır (məsələ, misal 1. exe).
6.6. Başlanğıc qiymətlə olan sabitlər (və ya adlı sabitlər)
dilində adlı sabitlərdən istifadə etmək olar. Adlı sabitləri təyin etmək üçün const-sözündən istifadə edilir. const-sözü onu bildirir ki, verilmiş kəmiyyətin qiymətini proqramın yerinə yetirilmə prosesində dəyişmək olmaz. Belə dəyişənlər mənimsətmə operatorunun sol tərəfində ola bilməzlər. Adlı sabitlərə aid misallar:
const foat pi=3.14159;
const int min=1, max=1000;
Sabitin təyini proqramın işləməsinin prosessor önü mərhələsində yerinə yetirilir.
Adlı sabitlərin verilməsinin digər yolu #define direktivindən istifadə edilməsidir. Bu direktivin formatı aşağıdaki kimidir:
#define .
Məsələ
#define min 1
#define max 1000.
Sabitin tipi aşikar olaraq göstərilmir, sabitin qiymətinin yazılış formasına görə müəyyən olunur. Direktivin sonunda nöqtə-vergül işarəsi də qoyulmur. Proqramın prosessor önü işləməsi zamanı sabitin adı onun qiyməti ilə əvəz olunur.
Məsələ,
x=max-min;
Prosessor önü işlənmə zamanı x=1000-1 – şəklinə düşür. Buna görə də proqramın daxilində max və min dəyişənlərinin təsvir edilməsi tələb olunmur.
Sadalanan tipli sabitlər. Sadalanan tipli sabitlərərdən istifadə etməklə tam qiymətlər alan adlı sabitləri təyin etmək olar. Sadalanan tipli sabitlərin təsviri aşağıdaki kimidir:
enum{1-ci sabitin adı, 2-ci sabitin adı, . . .};
Məsələ,
enum{A, B, C, D};
Nəticədə A-adına 0 sabiti, B-adına 1 sabiti, C-adına 2 sabiti və D-adına 3 sabiti qarşı qoyulur. Susma prinsipinə görə 1-ci sabitin qiyməti 0-a bərabər olur. İstənilən sabitin qiymətini aşkar olaraq göstərmək olar.
Məsələ,
enum{A=10, B, C, D};
Nəticədə, A=10, B=11, C=12, D=15 olar.
Aşağıdaki variant da mümkündür:
enum{A=10, B=20, C=30, D=100};
Əgər sadalanan tipə ad verilərsə, onda bu addan dəyişənlərin təsvirini istifadə etmək olar (Pascal-da olduğu kimi). Məsələ,
enum metal{Fe, Na, Co, Cu, Zn};
metal Met1, Met2; və ya enum metal{Fe, Na, Co, Cu, Zn} Met1;
Bu halda Metal identifikatoru tipin adı olur. Belə təsvirdən sonra aşağıdakiları yazmaq olar:
Met1=Na; Met2=Zn;
və ya enum Fixed{single, double, short};
Fixed Num=Short;
Dostları ilə paylaş: |