Vilayət bağçası beşİncİ cİld



Yüklə 1,05 Mb.
səhifə20/22
tarix14.07.2018
ölçüsü1,05 Mb.
#56585
1   ...   14   15   16   17   18   19   20   21   22

Həqiqi elm və inkişaf29

Bismillahir-Rəhmanir-Rəhim.


Bir neçə cümlə deyirəm və sonra buraya təşrif buyurmuş dostların sözlərini eşitməyə hazıram.

Əvvəla, bütün qardaş və bacılara xoşgəldin deyirəm. Bu məclisin təşkil olunduğuna, alim və müəllimlərin buraya toplandığına görə özümü xoşbəxt sayıram. Bu mənim üçün şərəfli və sevindirici haldır. Əgər ölkənin bütün müəllimlərini bir yerə toplaya və saatlarla oturub dinləyə bilsəydik, şübhəsiz, bunu edərdik, amma təbii ki, mümkün deyil. Buna görə də, hələlik bu qədər dostlarla kifayətlənirik: "Hamısı mümkün olmayanın bəzisi tərk edilməz".


Müəllimlərə hörmət

Bu məclislər birinci növbədə müəllimlərə hörmət üçün təşkil olunur. Bu, simvolik bir işdir. Biz bununla müxtəlif sahələrin müəllimlərinə, ölkədə elm və universitet işinin həqiqi və mənəvi icraçılarına sevgi və hörmətimizi göstəririk. Bilirik ki, elmi inkişaf etdirmənin bir neçə şərtindən biri alimə hörmətdir. Buna görə, əməli surətdə bu hörməti bildirmək istəyirik.


Mövcud olanlarla kifayətlənmək

Bu məclisin ikinci məqsədi budur ki, bəzi məsələləri sizin dilinizdən eşidək. Siz zehninizdə olanın xülasəsini deyin, mən yaxşı dinləyiciyəm. Ümidvaram ki, bu dinləmək xeyirli və təsirli olsun. Bəllidir ki, bu qısa vaxtda yalnız bəzi şəxslər danışmaq imkanı əldə edə bilərlər. Lakin yenə də, hamısı mümkün olmayanın bəzisi tərk edilməz. Sizin deyəcəyiniz məsələlərin bəzisi bəlkə də burada iştirak edənlər, yaxud mənim üçün yeni olmasın. Lakin şübhəsiz, onların çoxu yeni olacaq. Bundan əlavə, eşitməkdə bilməkdə olmayan bir təsir var. Bu baxımdan, dinləmək lazımdır. Bu dinləmək yolu ilə Allaha şükür olsun ki, bəzi işlər də həll olunmuşdur. Biz ötən illərdə ramazan ayında bu məclisi keçirirdik. Bəlkə də siz qardaş və bacıların bəzisi, yaxud bir çoxu o məclislərdə iştirak ediblər. Bu il Tehrandan kənarda olan bəzi dostlara da bu məclisdə xidmət göstərmək və onlardan istifadə etmək məqsədilə ramazan ayından sonraya saldıq. Bu gecə bu səadət bizə nəsib olmuşdur. Buna görə də, ikinci məqsəd sizi dinləməkdir. Bu bizim üçün faydalıdır.


Tətbiqi tədqiqat və dissertasiyalar

Bir məsələ ölkədəki tədqiqat işlərinin tətbiqiliyini təmin etməkdən ibarətdir; istər müəllimlər və elmi nümunələr tərəfindən olsun, istər universitetlərdə dissertasiya yazan tələbələr tərəfindən. Təhsil zamanı, yaxud onun sonunda tələbə və müəllim tərəfindən bir dissertasiyanın, tədqiqat işinin hazırlanmasına çox qiymətli saatlar sərf olunur. Bu mövzuların seçimi plan əsasında və ölkənin ehtiyaclarına uyğundurmu? Müəllim və tələbənin müştərək halda və yaxud ümumi şəkildə yerinə yetirdiyi tədqiqat məhsulu icra və əməl mərhələsinə çatırmı? Bunun vasitəsi ilə bizim universitetimiz, elmimiz və tədqiqatımız inkişaf edir, yoxsa yox? Bəzi tələbələr öz dissertasiyalarını cildli və qəşəng şəkildə mənə göndərirlər. Mən kitabxanamda bir şkafı bu dissertasiyalar üçün ayırmışam. Təəssüf ki, onları oxumağa vaxtım olmur, lakin üzərlərində gördüyüm adların bəzisi çox maraqlı və gözəldir, adamda oxumağa həvəs yaradır. Bəzisi də çox kənar, ölkənin elmi, praktik və icra sahəsindən çox uzaq mövzulardır. Dəyərli saatların sərf olunduğu bu tədqiqat, dissertasiya və elmi işi səmərəli etmək üçün hansı çıxış yolu var? Çıxışınız əsnasında buna toxunsanız, faydalı olar.


Universitetlərdə məsuliyyət hissi

İkincisi budur ki, Allahın lütfü ilə bu gün bizim müəllim və tələbələrimiz arasında ictimai məsələlərə dair məsuliyyət hissi çox aydın şəkildə müşahidə olunur. İnqilabdan öncəki universitet mənim yaxşı yadımdadır. Bu gün tələbənin və müəllimin ölkə məsələlərinə, ictimai məsələlərə dair məsuliyyət hissi yaxşıdır. Bunun nümunələrini görməkdəyik. Lakin ölkənin taleyi qarşısında bu məsuliyyət hissinin və bu ruhiyyənin gücləndirilməsi üçün nə etməliyik? Nə edək ki, qaynar və həvəskar mühitdə, elm və tədqiqat ruhiyyəsinə malik olan, fəaliyyət və gənclik hissi ilə aşıb-daşan universitetdə bu məsuliyyət hissi daha artıq olsun? Müəllim və tələbələrin hamısı, yaxud böyük əksəriyyəti ölkənin taleyinə və gələcəyinə, nəsillərin gələcəyinə aid məsuliyyət hiss etsinlər, fərdiyyətçilik ruhiyyəsi, öz şəxsi taleyi barədə fikirləşmək hissi bir qədər zəifləsin, yəni tələbə və müəllimin bütün fikri-zikri özünə gələcək qurmaq olmasın.


Seminarlar barədə bir xatırlatma

Təbiidir ki, belə bir dost və səmimi məclisdən elmi-ixtisaslı bir seminar kimi bəhrələnməyi gözləmirik. Əlbəttə, mən tövsiyə edirəm ki, bütün mühüm sahələrdə həqiqi seminarlar keçirilsin, formal və şərti seminarlar yox. Bəzən insan görür ki, beynəlxalq, yaxud daxili bir seminar və konfrans keçirilir. Lakin çox zaman axırından bir şey çıxmır. Doğrudan da faydalı olan elmi-ixtisas seminarları təşkil olunmalıdır. Biz dostcasına keçirilən bu səmimi məclisdən belə bir şey gözləmirik. Amma bu məclis bütün ölkəyə yayımlanacaq. Bu baxımdan, ilham bəxş edib tamaşaçılara çoxlu ipucları versin.


Böyük Rəhbərin müəllimlərin çıxışından sonrakı söhbəti
Elm – həqiqi inkişafın mərkəzi

Ölkədə iş üfüqu çox yaxşıdır, istedadlar yaxşıdır. Ölkədə mövcud olan potensiallar məqbuldur. Bu imkanları artırmaq olar. Dövlətin icraçı məsul qurumları elmə əhəmiyyət verməkdə maraqlıdırlar, elmin ölkə üçün həqiqi inkişaf amili olduğunu qəbul etmişlər. Biz elmsiz bir yerə çata bilmərik. Bu həm iyirmiillik mənzərə sənədində gəlib, həm də bu məsələ ətrafında baş verən müzakirələrdə.


Elm istehsalı və elm təhsili

Əhəmiyyətli olan elm istehsalıdır. Dostlar bəzi statistikalar göstərdilər, mən də qəbul edirəm. Tədqiqat inkişafları və dünyanın mötəbər elmi jurnallarında çap olunan məqalələr barədə də məlumatlar verildi. Lakin unutmayın ki, elm istehsalı, yəni elmin sərhədlərini keçib inkişaf etmək elm öyrənməkdən və dərin biliyə malik olmaqdan fərqli bir şeydir. Bizim birinciyə ehtiyacımız var. Əlbəttə, bu o demək deyil ki, ikincisinə ehtiyacımız yoxdur; ehtiyacımız var, lakin kifayət etmir. Alimlərin müxtəlif elmi sahələrdə, istər humanitar, istərsə də təcrübi elmlərdə araşdırmalarının son sözə və meyara çevrilməsi yaxşı deyil. Biz görürük ki, bu və ya digər sahələrdə tədqiqatları, araşdırma və nəzəriyyələri öyrənmək Qərb dünyasında da qəbul olunan və etmiad göstərilən əsas deyil, xüsusən humanitar sahədə belədir. Əlbəttə, bu, təcrübi elmlərdə və texnologiyada da özünü göstərir.


İslam, məsihilik və elm

İslamın insana, elmə, insan həyatına, təbiətə və varlıq aləminə baxış tərzi yeni məlumatlar ortaya qoyur. Bu baxış Qərbdə elmi tədqiqatların əsası və təməli olmayıb. Qərbdə elmi tədqiqatlar din adlandırdıqları bir şeylə ziddiyyət fonunda aparılıb. Əlbəttə, onlar buna haqlı idilər. Renessansın qiyam etdiyi, dünyanın elm və düşüncə istqamətinə zidd olan bir din din deyildi, din adı altında xurafat və əfsanələr toplusu idi. Orta əsrlər kilsəsinin dini əsl din deyildi. Təbii idi ki, alimlərin, ziyalıların və düşüncə sahiblərinin beyinlərində düyün və şübhələr qalsın və onlar antidin çıxış yolları axtarsınlar. Buna görə də, onlar üçün elm və dinin bir araya gəlməsi çox çətin məsələdir, bizdə isə problem deyil. Bizim dünyagörüşümüzdə elm dindən baş qaldırır, elmin ən yaxşı həvəslənidiricisi dinin özüdür. Bizim tanıdığımız din, Qurandan öyrənib əxz etdiyimiz dini dünyagörüş, eləcə də yaranış, insan, metafizika, tövhid, ilahi iradə, qəza və qədər haqda təsəvvürlərimiz elmə uyğundur. Ona görə də din elmə səbəb olur və həvəsləndirir. Nümunəsinə özünüz tarixdə baxın. Bu dinin həvəsləndirməsinə görə İslamın ilk əsrlərində bütün sahələrdə elmi hərəkət yüksəlib o zamana qədər analoqu olmayan həddə çatdı. O zaman elm və dinin bir-birinə sıx bağlı olduğu şəraitdə elm, tədqiqat və texnika özünə görə çox inkişaf etdi.

Bu gün Qərbdə mövcud olan humanitar elmlərin - iqtisadiyyat, sosiologiya, idarəetmə və digər sahələrin bünövrəsi İslamın uca tövhid etiqadına inananlar üçün etibarsız olan antidin və qeyri-dini dərkə əsaslanır, yüksək biliyə və İslam tövidinə inanan şəxslərə görə etibarsızdır. Biz bu sahələrdə işləməliyik. Biz təcrübi elmlərdə də işləməli, özümüzdə elmi inkişaf bacarığı, yeni yol və üfüqlər açmaq istedadı yaratmalıyıq. Məqsədimiz bu olmalıdır, gözlənilən budur. Xöşbəxtlikdən, biz inkişaf etmişik; bunu açıq-aydın görmək olar.

Əgər elm qeyri-dini və antidin mühitdə inkişaf edirsə, inqilabdan qabaqkı dövrdə bu cəhətdən inkişaf etməli idik, amma biz bu sahədə geri qalmış və geridə saxlanmışdıq. 50 ildən artıq bir müddətdə bu ölkədə elmi fəaliyyətlər olduqca zəifləmiş, bəzi sahələrdə isə ümumiyyətlə, dayandırılmışdı. Yaradılmış maneələr bu millət üçün öldürücü zəhər kimi idi. Bizim xalqdan özünəinamı almışdılar. Bizim xalqımızı, istedadlı şəxslərimizi və aydın beyinlərimizi bu sərhədlərdən xaricdə olanlara o qədər vurğun etmişdilər ki, ümumiyyətlə, heç kəs cürət və cəsarət toplayıb o söz və nəzəriyyələrin əleyhinə, yaxud onlardan fərqli bir fikir yürütmək haqqında düşünmürdü. Biz hələ də müəyyən həddə bu problemlə qarşı-qarşıyayıq. Əlbəttə, İslam bizə özünəinam verdi, inqilab bizə cəsarət bağışladı. Bu gün gördüklərimiz həmin cəsarətin nəticəsidir. Bu cəsarəti gücləndirib inkişaf etdirmək lazımdır. Bizim istedadlarımız yaxşıdır, cavanlarımız yaxşıdırlar. Əgər cənabların toxunduqları məsələlər - istedadların zamanında tanınıb cəlb edilməsi, düzgün istiqamətləndirilməsi, işlədilməsi və bu sahədə düzgün mənəvi təşkilatşılıq baş tutsa, Prezident aparatı yanında bizim təklif etdiyimiz İstedadlılar fondu yaradılsa, bu məqsədlərə yaxınlaşacağıq. Bu işlər mümkündür və onları icra etmək üçün kifayət qədər iradə vardır. Mən eşitmişəm ki, İstedadlılar fondunun bəzi işləri görülüb və əsasnaməsi də yazılıb.

Mən bir məqamı da düzəldim. Dostlar bir neçə yerdə bizə dedilər ki, fərman verin. Mən bu sahələrdə heç kimə heç bir fərman vermirəm. Çünki bu sahədə bizim işimiz fərman işi deyil. Misal üçün, Təhsil nazirliyinə fərman verim ki, bu sahədə belə edin. Xeyr, biz hökumətə və məmurlara siyasətləri elan edirik. Yaxud bəzi dostlar dedilər ki, hakimə fərman verin. Mən hakimə fərman vermirəm. Hakim öz işini yerinə yetirir, öz işinə cavabdehlik daşıyır. Necə ki, dövlət qurumlarının da öz məsuliyyətləri var. Biz çalışır və izləyirik ki, bu işlər öz qanuni, düzgün və məntiqli yollarında həyata keçsin. Bu məsələlər fərman məsələləri deyil. Çoxlu problemlər də fərmanla, sərəncamla, bu kimi məsələlərlə həll olunmur.

Hər halda, ümidvarıq Allah-Taala bizim buaxşamkı toplantımıza bərəkət versin, sizin dediklərinizi, zehninizdə olanları və yəqin ki bəzi dostların yazıb verəcəklərini bizim ali təhsil sahəsində işimizin daha artıq inkişafına vasitə etsin!

Allahın salamı və rəhməti olsun sizə!



Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin