MİSAL
__________________________________________________________________
Growth Corporation özünün sürətlə inkişaf edən əməliyyatları üçün yeni telekommunikasiya və kompüter şəbəkəsi infrastrukturu sisteminin alınmasını planlaşdırır. Hazırda onun sistemi tam alması üçün yetərincə nağd pulu və kapitalı yoxdur. Bundan əlavə, şirkət alınacaq sistemin gələcək bir neçə il üçün onun ehtiyaclarını yerinə yetirəcəyindən əmin deyil və şirkət həmçinin kommunikasiya sistemlərinin dəyərində qiymətlərin sürətli enişindən narahatlığını bildirmişdir.
Şirkət iki seçimlə üzləşir: 150,000 dollar dəyərində kommunikasiya sistemi autraytının alınması və ya lizinq sövdələşməsinə daxil olunması.
-
Alıcının bank krediti hesabına maliyyələşməsi halında, bank faiz ödənişlərinin, eləcə də 150,000 dollar dəyərindəki əsas məbləğin ödənilməsinə səlahiyyət verəcəkdir. Ödənişin strukturundan asılı olaraq, şirkət kreditin və ona hesablanan faizin ödənişini özündə cəmləyən aylıq ödənişlərlə üzləşəcəkdir. Aylıq faiz dərəcəsinin 8% olduğu üç illik kredit üzrə hesablanan faizin və əsas məbləğin ödəndiyi aylıq kreditin ümumi həcmi 4,700 dollardır.
-
Alıcının bank lizinqi hesabına maliyyələşməsi halında, bank faiz ödənişlərinin, eləcə də əsas məbləğin bir qisminin ödənilməsinə səlahiyyət verəcəkdir. Lizinqin strukturundan asılı olaraq, şirkət ödənişləri aylıq ödəyə və ləvazimatı lizinq müddətinin sonuna almaq istəyə bilər. Bankın üç illik müddətin sonuna 80,000 dollar hesabladığı ləvazimat alışının səlahiyyətləndirilməsi halında, faiz hesablanmasının 8% olması halında, aylıq ödəniş 2,700 dollardır.
________________________________________________________________
Şəkil 4.10 hər iki alternativ üçün nağd pul axınının həcmini göstərir.
Lizinq müddətinin sonuna ləvazimatın alış qiymətinə sistem dəyərinin gecikmiş ödənişi daxil olduğundan, lizinq qiymətləri kreditin müqayisəli ödənişlərindən aşağı olur. Ləvazimatın lizinq müddətinin sonuna alınması seçimi ilə birgə olan aşağı nağd pul ödənişləri – sonradan nağd pulun kənara axınını ləngitməklə - lizinqi bu cür şirkətlər üçün cəlbedici alternativ edir.
Şəkil 4.10 Kredit və lizinq üzrə nağd pul axınları
lizinq
kredit
Growth Corporation Gamma Bankdan kommunikasiya sistemini üç illik lizinq formasında götürməyə qərar verir. Growth Corporation sistemdən üç il müddətində istifadə edəcək və əvəzində Gamma Banka aylıq ödəniş ödəyəcəkdir. Üç illik müddətin sonunda kommunikasiya sistemi şirkətin tələblərinə cavab verməzsə, bu zaman Growth Corporation onu almaq məcburiyyəti daşımır və onu Gamma Banka geri verərək ehtiyaclarına daha yaxşı cavab verən sistemə investisiya qoya bilər. Həmçinin sistemdə problemlərin yaranması halında, sistemin sahibi Gamma Bank olduğundan, bu problem Growth Corporation tərəfindən deyil, Gamma Bank tərəfindən həll olunmalıdır. Bu halda, Growth Corporation-in kapitala məhdud çıxışı və onun kommunikasiya sisteminin gələcək əhəmiyyətliliyi ilə bağlı narahatlığı nəzərə alınmaqla, lizinq çox səmərəli biznes həlli təklif edir.
Ümumiyyətlə şirkətin və ya şəxsin almalı, yaxud lizinq götürməli olduğu ilə bağlı hər hansı hazır cavab yoxdur. Nəzərə alınacaq amillər çoxsaylı və individualdır. Hətta diqqətli təhlildən sonra belə, yekun qərar maliyyə hesablamasının nəticəsinə deyil, şirkətin və ya fərdin adi biznes qərarlarına əsaslana bilər.
4.5.8 İpotekalar
İpoteka, borcalana daşınmaz əmlakı əldə etməyə və girov olaraq da daşınmaz əmlakdan istifadə etməyə imkan verən maliyyə xidmətidir. İpotekalar kommersiya və reteyl müştərilərə verilir. Alınacaq daşınmaz əmlak kredit üçün girov və ya “təminat” olaraq istifadə oluna bilər.
İpotekalar kommersiya və yaşayış ipotekalarına bölünür. Kommersiya ipotekaları əsasən biznes və sənaye məqsədləri ilə istifadə olunan ofis binalarını, fabrikləri və hər hansı daşınmaz əmlak növünü maliyyələşdirir. Kommersiya ipotekalarının əsas istifadəçiləri girov olaraq maliyyələşən daşınmaz əmlak üçün müraciət edilməsinin qarşılığında bankın aşağı dərəcə təklif etməsi səbəbindən, üstün maliyyə mənbələrini nəzərdə tutan biznes müəssisələridir. Yaşayış ipotekaları eksklüziv olaraq ev və bina kimi yaşayış məqsədli daşınmaz əmlakın alınmasını maliyyələşdirir. Demək olar ki, dünyanın bütün yurisdiksiyaları ipotekaya qarşı daha müqayisəli olan daşınmaz əmlak üzrə təhlükəsizlik marağının iştirakını təklif edir. Bunun nəticəsi olaraq fərqli yurisdiksiya ərazilərinin hüquqi və prosedural qaydaları və kommersiya konvensiyaları ipoteka maliyyələşməsinin dərəcəsini müəyyən edir.
MİSAL
__________________________________________________________________
Growth Corporation rəhbərliyi fəaliyyətinin dəstəklənməsi məqsədilə yeni anbar və reteyl təchizat mərkəzi almaq qərarına gəlir. Bu məqsədilə Gamma Bank 5,000,000 dollar məbləğində ipoteka verir. Kreditin qarşılığında Growth Corporation anbarı girov olaraq qoyur. Growth Corporation-in ödənişi ödəyə bilməməsi halında, anbarı banka itirə bilər.
__________________________________________________________________
4.5.9 Overdraft Kreditləri
Overdraft kreditləri borcalanlara cari hesablarındakı depozitlərinin həddi keçməsi halında borc alma imkanı verir. Ovredraft kreditləri maliyyələşmənin çevik formasını təmin etsə də, faiz dərəcəsi digər maliyyələşmə seçimləri ilə müqayisədə əhəmiyyətli dərəcədə çoxdur ki, bu da onu bahalı seçim edir. Depozitlər hesabdan götürüldüyündən onlar ilk növbədə overdraft kreditdən qalan hər hansı borc məbləğə tətbiq olunur. Overdraft krediti üzrə borcun ödənilməsindən sonra hər hansı qalan vəsait borcalanın hesabına depozit olaraq tətbiq olunacaqdır. Biznes müştərisi üçün bu qısamüddətli biznes ehtiyaclarının maliyyələşdirilməsi üçün səmərəli (lakin bahalı) vasitə ola bilər. Overdraft kreditlər həm kommersiya, həm də reteyl müştərilərə verilir.
MİSAL
__________________________________________________________________
Growth Corporation adi xərclərinin ödənilməsini təmin etmək üçün Gamma Bank-dan overdraft formasında 100,000 dollar vəsait götürür. Burada iş investisiyası tələblərinin ödənilməsindən başqa hər hansı xüsusi məqsəd bildirilmir (buna əlavə inventar və debitor borcların, eləcə də mənfəət-zərər hesabında qeyd olunan xərc bəndlərinin maliyyələşməsi daxil ola bilər). Growth Corporation istədiyi vaxt həmin 100,000 dolları hesabdan çıxara bilsə də, ilk növbədə cari hesabındakı vəsaitdən istifadə etməlidir; yalnız bundan sonra overdraft kreditinə çıxış imkanı əldə edə bilər.
__________________________________________________________________
Banklar kreditin istifadə edilib-edilməməsi, istifadə vaxtı və hansı müddətə istifadə olunmasına real nəzarət edə bilmədiklərindən, konvensional kreditlə müqayisədə overdraft kreditlərinin təmin olunmasında daha böyük riski öz üzərilərinə götürürlər. Bu, overdraft kreditlərinə çıxış imkanı olan maliyyə gərginlikli borcalanların maliyyələşmə mənbəyi olaraq bu xidmətlərdən istifadəyə başlaması ilə kəskinləşir ki, bu da bir sıra səbəblərdən bankın kredit riskinə məruz qalma ehtimalını artırır. Bu overdraft kreditlərinin özünəməxsus riskidir.
4.5.10 Layihə və ya İnfrastruktur, Maliyyə
Layihə və ya infrastruktur, maliyyə ümumiyyətlə zəruri kapitalın təmin olunması məqsədilə müxtəlif bankların və ya digər maliyyə institutlarının resurslarını bir araya toplamaqla uzunmüddətli infrastruktur və sənaye layihələrini maliyyələşdirir. Layihənin özü kreditləri təminatla təmin edir və kreditlər layihədən əldə olunan nağd pul vəsaitləri vasitəsilə ödənilir.
MİSAL
__________________________________________________________________
AcmePower Şirkəti elektrik enerjisi istehsal edərək müştərilərə satır. Onun əsas elektrik stansiyası təbii qazla işləyir. BigGas Şirkəti AcmePower Şirkətinə təbii qaz satmaq niyyətindədir. Hər iki şirkət BigGas Şirkətinin qaz sahələrindən AcmePower Şirkətinin elektrik stansiyasına boru kəmərinin çəkilməsi ilə bağlı razılığa gəliblər. Boru kəməri layihəsinin dəyərinin bir neçə yüz milyon olacağı proqnozlaşdırılır. Layihənin maliyyələşdirilməsinə lazımi inkişaf vəsaitinin təmin olunması məqsədilə hər iki şirkət Gamma Bankın rəhbərliyi altında konsorsiumda birləşdi. Konsorsiumun kreditləşdirmə təhlilinin nəticəsində bildirilmişdir ki, boru kəmərinin tikintisi bir neçə il davam edəcək və onun ömrünün bir neçə on il olması proqnozlaşdırılır. Həmçinin qeyd olunur ki, AcmePower Şirkətinin növbəti illərdə fəaliyyətini inkişaf etdirməsi gözlənilir və BigGas Şirkəti təbii qazı AcmePower-in inkişaf etməkdə olan bazarının genişləndirilməsinə və ona xidmət imkan verən ən vacib amillərdən biri olacaqdır. Bank konsorsiumu kreditlərin ödəniş müddətlərinin boru kəmərinin fəaliyyətə başlamasından sonra ondan əldə olunan gəlirlərlə əlaqələndirilməsinə və kreditin başlanğıc ödənişinin boru kəmərinin tikilib qurtarması və işə başlamasına qədər yubadılması ilə bağlı razılığa gəliblər.
__________________________________________________________________
4.5.11 Bərpa Olunan Kredit Xətti
Bərpa olunan kredit xətti ümumiyyətlə müvəqqəti və ya mövsümi borcalma tələblərinə malik biznes müəssisələrinə təqdim olunur. Kredit kartları və şəxsi kapitallı kredit xəttinin bərpasının reteyl forması nümunələrindən biridir.
MİSAL
__________________________________________________________________
Growth Corporation sürətlə genişlənməkdədir və bu prosesin sona çatdırılması üçün tələb olunan maliyyəyə sahib olduğundan əmin olmaq istəyir. O, Gamma Bank-da üç illik müddətə 1 milyon dollar məbləğində bərpa olunan kredit xətti açır. Birinci il ərzində kreditin 550,000 dollarını hesabdan çıxarır və bu məbləği faizi ilə birgə ilin sonuna ödəyir. O, məbləğ 1 milyon dollara çatanadək istədiyi qədər və ya üç illik ödəniş müddətinin sona çatmasına qədər hesabından pul çıxara bilər. Hər dəfə o kreditdən çıxarış edəndə və həmin məbləği geri ödəyəndə geri ödəmiş olduğu məbləği hesabdan çıxarması mümkün olur. Məsələn, Growth Corporation 550,000 dolları geri ödəyərsə 1 milyon dollardan istifadə etmə imkanını yenidən əldə edir.
__________________________________________________________________
Kredit kartının kreditləşməsi istehlak kreditinin bərpasına bir nümunədir və istehlakçının istəyindən asılı olaraq alış və ya nağd pul çıxarmaları vasitəsilə hesabdan çıxarıla bilən əvvəlcədən razılaşdırılmış kredit xəttinə əsaslanır. Bərpa olunan istehlak kreditlərinə çıxış məqsədilə istifadə olunan kredit kartları ən yüksək istehlak krediti artımı dərəcələrindən birinə malikdir. Kredit kartı borcu üzrə sürətli artım bir çox ölkələrdə Satış nöqtəsində ödənişin elektron köçürməsi (“EFTPOS”) və Bankomat (“ATM”) aparatlarından istifadə vasitəsilə tezləşdirilmişdir.
MİSAL
__________________________________________________________________
Müasir həyatda kredit kartları hər yerdə istifadə olunur. İlk vaxtlarda kredit kartlarından rəhbər, vəzifəli şəxslərin rahatlığı məqsədilə korporativ səfərlərinin ödənişinin həyata keçirilməsi üçün istifadə olunurdu. Kredit kartlarına çıxış imkanı iri məbləğdə pulun cibdə daşınmasına olan ehtiyacı və rəhbər vəzifəli şəxslərin soyulması ehtimalını azaltdı. Tezliklə kredit kartlarından daha geniş miqyasda istifadə olunmağa başladı və bu gün istehlakçılara öz vəsaitlərinə qısa müddətə çıxış imkanı təklif edir.
__________________________________________________________________
Bərpa olunan kredit xəttini uzadan banklar vəsaitlərin istifadə edilib-edilməməsi, istifadə vaxtı və hansı müddətə istifadə olunmasına real nəzarət edə bilmirlər və konvensional kreditlə müqayisədə bərpa olunan kredit xəttinin təmin olunmasında daha böyük riski öz üzərilərinə götürürlər. Bərpa olunan kredit xəttinə çıxış imkanı olan maliyyə gərginlikli borcalanların maliyyələşmə mənbəyi olaraq bu xidmətlərdən istifadəyə başlaması ilə kəskinləşdikdə, bankın kredit riskinə məruz qalma ehtimalı artır. Bu bərpa olunan kredit xəttinin özünəməxsus riskidir və overdraft kreditlərinə bənzərdir.
4.5.12 Sindikatlaşdırılmış Kredit
Sindikatlaşdırılmış kreditlər bir sıra bankların birgə fəaliyyətləri vasitəsilə borcalanlara təklif olunan kreditlərdir. Kreditin təmin olunması məqsədilə birgə fəaliyyət göstərən banklar konsorsium adlanır. Bank tərəfindən şirkətin maliyyələşdirilməsi ehtiyacını (ehtiyaclarını) ödəmə bacarığı və ya istəyi yetərli olmadıqda sindikatlaşdırılmış kreditlər şirkətləri kapitalla təmin edir. Banklar üçün konsorsium şəklində fəaliyyət göstərməyin aşağıda qeyd olunan faydaları var:
-
Balans hesabatı və ya digər maneələr səbəbindən kreditləşmə əməliyyatında iştirak edə bilməyən banka bu cür əməliyyatda iştirak imkanı verilir;
-
hər hansı potensial zərər konsorsiumun bütün üzvləri arasında bölünməsi səbəbindən, bankın əməliyyatla bağlı məruz qala biləcəyi ümumi risk azalır.
Sindikatlaşdırılmış kreditdə iştirakçı banklardan biri digər bankların əməliyyatı yerinə yetirmə səylərini əlaqələndirməklə onların əməliyyat üzrə nümayəndəsi olaraq fəaliyyət göstərir.
MİSAL
__________________________________________________________________
Big Sky Builders şirkəti tərkibində yaşayış evlərinin və ofislərin olacağı dünyanın ən hündür binasını inşa etmək istəyir. Layihənin dəyərinin 4 milyard avro olacağı proqnozlaşdırılır. Big Sky binanı inşa edəcək vəsaitə malik olmadığından kredit üçün Gamma Banka müraciət etmək qərarına gəlir. Layihəni təhlil edən Gamma Bankın bunu böyük ehtimalla uğurlu olacaq müsbət layihə olaraq qiymətləndirsə də, layihəni tək maliyyələşdirmək istəmir. Gamma Bank Big Sky Builders-in layihəsinin maliyyələşdirilməsi üçün 6 digər bankla birgə sindikat qurur. Layihə üzrə yarana biləcək hər hansı risk layihənin iştirakçı banklar arasında maliyyələşdirmə payları nisbətində bölüşdürülür. Məsələn, konsorsiumun aparıcı bankı olan Construction Bank 1.5 milyard dollar vəsait ayırır. Digər banklar isə layihənin qalan 2.5 milyard dolları ödəməyə razılır verirlər. Hər bir bankın iştirak payı onun maliyyələşdirmə imkanı və istəyindən asılı olaraq dəyişir. Money Bank digərlərindən iri olduğundan 1 milyard dollar, qalan 5 bankın hər biri isə 300 milyon dollar vəsait ayırır. Konsorsiumun təşkilatçısı Gamma Bank olduğundan həyata keçirdiyi təşkilati işlərə görə kompensasiya hüququ əldə edir. Gamma Bank həmçinin ödənişin borcalana çatdırılması, ödənişin Big Sky Builders şirkətindən alınması və ödənişlərin konsorsiumun digər 6 bankı arasında bölüşdürməsinə görə də haqq alır.
________________________________________________________________
FƏSİL 5
Kredit Prosesi və
Kredit Riskinin İdarə Olunması
Fəsil 5 kredit riskini və kredit prosesini təfsilatlı şəkildə nəzərdən keçirir. Fəslin birinci yarısı kredit prosesinin mərhələləri – banklar tərəfindən kredit meydana gətirilməsi, qiymətləndirilməsi və monitorinqi və kredit analizi prosesini – izah edir. Fəsil 5-in ikinci yarısı isə bankların kredit riskinə məruz qalmasını, kredit riskinin ölçülməsi və idarə olunması üçün Bazel II Sazişi üzrə təlimatları müzakirə edir.
Fəslin İcmalı
-
5.1 Kredit Prosesi
-
5.2 Kredit Təhlili Prosesi
-
5.3 Portfelin İdarə Olunması
-
5.4 Kredit Riski və Bazel II Sazişi
Əsas Məqamlar
-
Kredit prosesi cari baza əsasında kredit imkanlarının müəyyənləşdirilməsi, kreditlərin qiymətləndirilməsi və kreditlərin monitorinqi daxil olmaqla, bir sıra ardıcıl mərhələlərdən ibarətdir.
-
Borcalanın borcunu geri ödəmə qabiliyyətliliyini təhlil etmək üçün bank fərqli metod və informasiya mənbələrindən istifadə edərək borcalanın maliyyə vəziyyətini ciddi şəkildə qiymətləndirən mürəkkəb kredit təhlili prosesini həyata keçirir.
-
Banklar özlərinin kredit portfellərinin ümumi riskini azaltmaq üçün müxtəlif alətlərdən istifadə edirlər.
-
Bazel II Sazişi bankı özünün kredit portfelinə qarşı saxlamalı olduğu kapitalı ölçməsi üçün üç əsas yanaşma ilə təmin edir: Standart Yanaşma, Təməl Daxili Reytinq Əsaslı Yanaşma və Üstün Daxili Reytinq Əsaslı Yanaşma.
Əsas terminlər
|
| -
Aktivlə təmin olunan qiymətli kağız
| | | | | | | -
Praym kreditləşmə dərəcəsi
| | | | | | | -
Daxili reytinq əsaslı yanaşma
| -
Sekyuritizasiya edən aktivlər
| | | | | | |
__________________________________________________________________
-
KREDİT PROSESİ
Kredit təhlili və ya kreditin qiymətləndirilməsi borcalanın borcu ödəməsi qabiliyyəti ilə ölçülməsi əsasında riskin qiymətləndirilməsi prosesidir. Kredit təhlili və ya qiymətləndirmə prosesi çərçivəsində analitiklər defolt halında bərpanın mümkünlüyünü nəzərdən keçirir və dəstəkləyici girovu və kreditor əlaqələrinin qurulması üçün bankın yekun qərarı ilə bağlı digər kredit dəstəyi alətlərini qiymətləndirir. Kreditin ödənilmə mümkünlüyünü qiymətləndirməklə kreditlə bağlı qərar kommersiya xarakterli olur: borcalanın vəziyyətini nəzərə almaqla ödənişlə bağlı risk qəbul olunandırmı və şərtlər bankın riskini lazımi səviyyədə azaldırmı?
Kreditin qiymətləndirilməsi dəqiq elm deyil və hər hansı amil, nisbət və ya digər göstərici ayrılıqda xüsusi kreditdə riskin səviyyəsinin lazımı səviyyədə olduğunu müəyyən etmək iqtidarında deyil. Kredit prosesinin strukturlaşdırılmasına və maliyyə nəticələri və mənfəətliliyinin təkmilləşdirilməsinə yardım məqsədilə bank sektoru bir sıra metodlar hazırlamışdır. Metodların bəzilərinə bunlar daxildir: daxili bal kartları və borcalanın reytinqləri; nağd pul axını təhlili; kompüter həssaslığı modelləri və Moody’s Investor Service, Fitch Ratings və Standard & Poor’s şirkətləri tərəfindən buraxılanlar kimi xarici reytinqlər. Hansı metodun istifadə olunmasından asılı olmayaraq, kredit analitikləri bütün mövcud məlumatları balanslaşdırmalı və xüsusi kreditlə bağlı ümumi riskin məqsədi və yaxşı əsaslandırılmış rəyi ilə təmin etməlidir. Şəkil 5.1 kredit prosesinə cəlb olunan mərhələləri göstərir.
Şəkil 5.1 Kredit prosesinin mərhələləri
Kredit imkanın müəyyənləşdirilməsi
-
Yeni imkanların axtarılması
-
Gələcək borcalanla ilkin əlaqənin qurulması
|
Gələcək borcalanın qiymətləndirilməsi
-
Biznes risklərinə baxış
-
Maliyyə risklərinə baxış
-
Struktur risklərə baxış
|
Kreditlə bağlı qərar
-
Kredit mütəxəssisinin qərarı
-
Rəhbərliyin qərarı
-
İri kreditlər üçün şuranın qərarı
|
Kreditin verilməsi
-
Hüquqi razılaşma
-
Borcalana pulun verilməsi
|
Kredit monitorinqi
Borcalanın maliyyə icraatının monitorinqi
|
5.1.1 Kredit İmkanının Müəyyənləşdirilməsi
Kredit prosesində kredit mütəxəssisi və ya əlaqə meneceri potensial borcalanla münasibət qurur. Bir çox banklarda kredit mütəxəssisinin əsas funksiyası marketinqdir: yeni biznes imkanlarının axtarıb tapılması və onların qiymətləndirməyə təqdim olunması.
5.1.2 Kreditin Qiymətləndirilməsi
Kredit mütəxəssisi tərəfindən imkanın müəyyənləşdirilməsindən sonra, mütəxəssis bütün tələb olunan məlumatları borcalandan yığaraq kredit analitikinə təqdim edir. Daha sonra kredit analitiki təklif olunan kredit növünü və potensial riskləri (biznes riski, maliyyə riski və struktur riski) qiymətləndirməklə potensial borcalanın kredit qabiliyyətliliyini təhlil edir və kreditin verilib-verilməməsi, veriləcəyi halda hansı şərtlərlə (veriləcək məbləğ, kreditin faizi, girov və ya digər təminatlardan istifadə, ödəniş müddəti və s.) verilməsi ilə bağlı tövsiyələrini verir. Kredit analitikinin qiymətləndirməsi bir çox hallarda sayt vizitlərinin keçirilməsi, biznesin davamiyyətinin cari və potensial vəziyyətinin qiymətləndirilməsi, kreditin dəstəklənməsi üçün girovun mövcudluğu və digər müvafiq məlumatlar daxil olmaqla, keyfiyyətli amillərlə müşayiət olunur.
Kredit analitikinin potensial borcalanla bağlı topladığı və nəzərdən keçirdiyi məlumatlara aşağıdakılar daxildir:
-
Daxili mühasibat qeydləri və mühasibat hesabatının icra vəziyyəti
-
Keçmiş və cari maliyyə hesabatı (ümumiyyətlə iriformatlı cədvəllərdə əhatə olunan məlumatlar)
-
Rəhbərlik hesabatları və planları
-
Borcalanın Dun & Bradstreet və ya oxşar (kiçik bizneslər üçün), Moody’s, S&P, Fitch Ratings (iri firmalar üçün) kimi müstəqil reytinq agentlikləri tərəfindən təqdim olunan xarici reytinqləri
-
Şirkətin vebsaytı və broşürləri
-
Qrup strukturu, sahibkarlıq və rəhbərliklə bağlı məlumatlar (Direktorlar şurası ilə bağlı məlumat daxil olmaqla)
5.1.3 Kreditlə bağlı Qərarın Qəbul Edilməsi
Bir çox hallarda kreditlə bağlı qərarlar kredit mütəxəssisi və kredit analitiki tərəfindən birgə və ya komitə tərəfindən qəbul olunur. Kredit mütəxəssisləri verilən kreditlərin sayına görə kompensasiya alır. Bu potensial olaraq maraqların münaqişəsinə səbəb olur və bu səbəbdən kredit mütəxəssisinin kreditlə bağlı qərar qəbul etməsi risk yaradır. Kreditin verilməsi ilə bağlı qərarlara zidd olacaq əlamətləri qəbul etməyərək mümkün qədər çox kreditin verilməsi kredit mütəxəssisinin marağındadır. Bu problemdən qorunmaq üçün bank bütün kreditlərə müstəqil baş menecer və ya kredit analitiki tərəfindən baxılmasını tələb edəcək prosesləri həyata keçirir. Daha iri və ixtisaslaşmış kreditlərlə bağlı qərarlar əksər hallarda bankın daha yüksək vəzifəli şəxsləri və ya yüksək vəzifəli şəxslərindən ibarət komitəsi, bəzi hallarda isə bankın İdarə heyəti (ümumiyyətlə İdarə heyəti kreditləşmə/risk güclərinin müxtəlif səviyyələrini kredit komitəsinə və baş kredit mütəxəssislərinə ötürür) tərəfindən qəbul olunur.
Kreditlə bağlı qərarın qəbul olunmasında əsas nəzərə alınan məsələ kreditin maliyyə qiymətinin təyin olunmasıdır – bankın borcalana təyin etdiyi haqlar və faiz dərəcələridir. Faiz dərəcəsi kreditin minimal dərəcəsini müəyyən edən və müxtəlif qiymət təyinetmə amillərini özündə cəmləyən kredit qiymətinin təyin olunması modeli tərəfindən müəyyən oluna bilər. Ümumiyyətlə bank xüsusi borcalana kredit verdikdə daha böyük risklə qarşılaşması halında, daha yüksək qiymət – faiz dərəcəsi – təyin edir. Kredit qiymətinin təyin olunması modelinin dəqiqliyi çox əhəmiyyətlidir. Bir çox hallarda banklarda kreditdən əldə etdikləri gəlir ilə kreditin maliyyələşməsi, təhlili və monitorinqi xərcləri arasındakı marja çox kiçik olur. Kredit qiymətinin normadan aşağı olması halında bankın üzərinə götürdüyü riskə qarşı kompensasiya əldə etmə ehtimalı çox aşağıdır. Qiymətin normadan yüksək olması halında isə potensial borcalanın istədiyi maliyyə vəsaiti üçün digər münasib borcverənə ötürülməsi zərurəti yarana bilər.
Kreditin qiymətinin təyin olunması modeli kifayət qədər mürəkkəb ola bilər. Hətta bu modellərin ən sadələri belə aşağı qeyd olunan amilləri nəzərə alır:
-
Borcalanın risk reytinqi
-
Bankın əsas maliyyələşmə xərcləri
-
Kreditin inzibati və prosessinq xərcləri
Defolt riskinin yüksək olması kredit qiymətinin də yüksək olması ilə nəticələnə bilər. Nəticədə daha çox riski olan borcalanlar daha az riski olan borcalanlara nisbətən daha yüksək məbləğ ödəyirlər. Bir çox hallarda bank risk amillərini elə qiymətləndirir ki, gələcəkdə borcalanın vəziyyətinin yaxşılaşması halında kredit qiyməti də aşağı düşür. Bu cür qiymətləndirmə strukturu borcalana güclü maliyyə stimulu verir və düzgün istifadə olunması halında, borcverənin üzləşə biləcəyi riski azaltmış olur. Bankın əsas maliyyələşmə xərcləri bankın depozit, kredit və digər bank borclarının təminatı üçün ödəmiş olduğu qiyməti əks edir. Ödəniş müddəti və mənfəət marjası kredit qiymətinin təyin olunmasında əhəmiyyətli təsirə malikdir.
-
Ödəniş müddəti kreditin əsas məbləğin son ödənmə tarixidir. Ümumiyyətlə, kreditin ödəniş müddətinin uzun olması onun faiz dərəcəsinin yüksək olmasını bildirir.
-
Bankların faiz dərəcəsindən əldə edəcəyi mənfəət onların aktivləri (banklar tərəfindən verilən kreditlər və bankın saxladığı qiymətli kağızlar) ilə bankın passivləri (bankdakı depozitlər və bankın özünün borcları) arasındakı fərqdir (Bölmə 2.2.4-ə baxın). Kreditlərin verilməsi və alınması üzrə faiz dərəcələri bazar tərəfindən müəyyən olunur və indeks tərəfindən əhatə oluna bilər. Praym kreditləşmə dərəcəsi – bankların ən yaxşı müştərilərinə təklif etdikləri dərəcə - riskə uyğunlaşdırılmış mənfəətliliyin möhkəmləndirilməsi üçün əlavə olunan marja ilə kreditin əsas dərəcəsi olaraq istifadə olunan ümumi baza üçün bir nümunədir.
Hər bir bank (həcmi, riskə ehtimalı və biznesi baxımından) rəhbərlik və/və ya bankın İdarə heyəti komitəsi tərəfindən ratifikasiyası olunmalı olan kredit növlərini müəyyən edən kredit qərarı siyasətlərini hazırlayır. Ümumiyyətlə daha iri məbləğli və daha riskli kreditlərinin bank qəbuletmə ierarxiyası üzrə bir neçə mərhələ keçməsi ehtimalı çoxdur.
Dostları ilə paylaş: |