Xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsi metodları. Plan


Beynəlxalq ticarətin qeyri – tarif metodları əsasında tənzimlənməsi



Yüklə 55,23 Kb.
səhifə5/9
tarix08.06.2023
ölçüsü55,23 Kb.
#127947
1   2   3   4   5   6   7   8   9
referat 621

3. Beynəlxalq ticarətin qeyri – tarif metodları əsasında tənzimlənməsi.
Hər hansı iqtisadi fəaliyyət kimi malların idxalı və ixracı dövlət siyasəti obyekti sayılır. Beynəlxalq ticarətin inkişafı prosesində bu siyasətin bir sıra vasitələri yaradılmış və bütün ölkələrdə istifadə edilir. Gömrük sərhədindən keçirilən mallar mütləq gömrük orqanlarında rəsmiləşdirilməlidir. Gömrük ərazisinə malların idxal və ixracı müəyyən hallarda qadağan edilə və məhdudlaşdırıla bilər.
Dünya təcrübəsində qeyri-tarif məhdudiyyətlərinə münasibət kifayət qədər ziddiyyətlidir. Ümumdünya Ticarət Təşkilatı rəsmi olaraq belə tədbirlərin ləğv edilməsi və müstəsna olaraq tarif üsullarından istifadə edilməsi məsələsini ortaya qoyur.
Bununla bərabər tələblərin birmənalı şəkildə qəbulu digər məsələlərdə arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Belə ki, Ümumdünya Ticarət təşkilatının üzvü olan ölkələr xarici ticarətdə qeyri-tarif tənzimləmə metodlarından həm əvvəl, həm də indi istifadə etməkdədirlər. Bəzi qeyri-tarif məhdudiyyətlərinin aradan qaldırılması sadəcə olaraq qeyri-mümkündür. Belə ki, qeyri-tarif məhdudiyyətləri daxili iqtisadi siyasətin digər ölkələrlə iqtisadi əlaqələrinə təsirinin təcəssümü kimi çıxış edir. Bununla belə, beynəlxalq ticarət sistemi tərəfindən qanuniləşdirilmiş qeyri-tarif tənzimləmə tədbirləri , daha doğrusu xarici malların idxalının kəskin artımı ilə milli iqtisadiyyata vurulan zərərin qarşısının alınması məqsədi güdən müdafiə tədbirləri, həmçinin xarici ixracatçılar tərəfindən qeyri-sağlam rəqabətin qarçısının alınmasına yönəlmiş digər tədbirlər mövcuddur.
Qeyri – tarif tədbirlərinin rəngarəng olmasına baxmayaraq onları iki böyük qrupa bölmək olar: iqtisadi inzibati.
İqtisadi qeyri – tarif məhdudiyyətlərinə aşağıdakılar aiddir:



İnzibati qeyri – tarif məhdudiyyətləri daha çoxcəhətlidir və aşağıdakılardan ibarətdir:

  • embarqo;

  • lisenziyalaşdırma və kvotalaşdırma;

  • ixracın məhdudlaşdırılması;

  • monopolist tədbirlər;

  • proteksionist məqsədlər üçün standart və texniki normalardan istifadə edilməsi;

  • əlavə gömrük sənədləri və əməliyyatları.

İqtisadi məhdudiyyətlər bazar mexanizmi vasitəsilə təsir göstərərək idxal və ixrac mallarını bahalaşdırır, inzibati məhdudiyyətlər isə bazar münasibətlərindən başqa idxal mallarının daxil olmasını və ixrac mallarının xaricə çıxarılmasını məhdudlaşdırır.
İqtisadi qeyri – tarif məhdudiyyətləri tətbiq edildikdə istehlakçı öz seçimini özü müəyyən edir və daha bahalı idxal, yaxud ucuz milli mal alacağına qərar verir.
İnzibati qeyri – tarif məhdudiyyətləri tətbiq edildikdə dövlət faktik olaraq daxili bazarın əmtəə strukturunu müəyyən edir, yəni daxili bazarı həm idxalın təsirindən qoruyur, həm də çətin tapılan milli məhsulun çatışmazlığının qarşısını alır. Bu halda istehlakçı sərbəst əmtəə seçimindən məhrum olur.
Qeyri – tarif metodlarının əsas qruplarına geniş nəzər salaq.

Yüklə 55,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin