olunur. Yalançı forma dilin üzərində sapvari məməciklərin tünd rəngə boyanmış
hiperplaziyasıdır. Xəstələr qusma refleksindən şikayətlənir.
«Tüklü dilin» əmələ gəlməsində 3 əsas faktor iştirak edir:
1. Trofiki (dilin epitelinin mübadilənin pozulması)
2. Fiziki-kimyəvi (spirtli içkilər, tütün, dərman preparatları, ağız suyu turşuluğunun
dəyişməsi);
3. Mikrob (infeksiya).
«Rombabənzər dil» (rombvari qlossit) – C.F.Vursterə görə embriogenezin, yəni
disembriogenetik pozğunluğun nəticəsidir. Bəzi alimlər xəstəliyin qazanılma xarakterli
olmasını vurğalayırlar. Etiologiya və patogenezdə
Candida albicans səbəbkar ola bilər.
Q.P.Uysocki (1987) rombabənzər qlossiti yuvenil şəkərli diabetlə əlaqələndirir. Ağız
suyunun dəyişməsində (turş mühit) sapvari məməciklərin ocaqlı atrofiyası əmələ gəlir.
P.R.Cohen, M.E.Qrossman (1993) rombvari, deskvamativ qlositlərin etiologiyasında,
residivləşən herpesin rolunu qeyd edirlər.
Diferensial diaqnostikanı- dilin şişəbənzər məməciklərinin xəstəlikləri, spesifik
infeksion xəstəliklər və leykoplakiya ilə aparılır.
Büküşlü (şırımlı) dil. Həm uşaqlarda, həmdə böyüklərdə rast gəlinir. Əksər hallaarda
Melkersson-Rozental sindromunun bir əlaməti kimi götürülür, bəzən coğrafi dil ilə
birlikdə müşahidə olunur. Büküşlü dil Daun xəstəliyinin bir simptomudur. Klinikada
dilin üzərində orta xətdə və yan səthlərdə büküşlər, şırımlar, büküşlərin içində -
məməciklər görünür. Bəzi hallarda makroqlossiya təzahür edir. Xəstəlik müalicə tələb
etmir. Lakin ciddi gigiyena şərtlərinə riayət etmədikdə büküşlərdə qida qalıqları və
mikroorqanizmlər dilin absesini yarada bilirlər.
Dostları ilə paylaş: