Halvanik stomatitlər. Uzun müddət halvanik cərəyanların (150mV) təsiri nəticəsində
əmələ gələn patologiyadır. Kliniki olaraq hiperkeratoz prosesi inkişaf edir və
leykoplakiyanı xatırladır, qırmızı yastı dəmrovun papulalarına bənzəyir. Dilin üzərində
selikli qişa al qırmızı rəngdə olur və buynuzlaşmış ağ epitellə örtülür. Uzun müddət
belə sağalmayan eroziya, çatlar, ağrı və yanğı hissiyatı ilə xarakterizə olunur.
Dilin absesi. Dilin travması nəticəsində, kəskin qlossitlər zamanı təzahür edir. Ağız
boşluğu dibinin ödemi, regionar limfadenit və temperaturun qalxması kimi əlamətlər
diferensial diaqnostikada böyük əhəmiyyətə malikdir.
Abses dilin arxa səthində yerləşdikdə ola bilər ki, bir neçə gün ərzində proses fəsadsız
keçsin və funksional pozğunluqlar yaranmasın. Selikaltı qatda abses məhdudlaşmış və
çox ağrılı olur. Lakin dilin daxilində olan proses, ağır fəsadlarla xarakterizə olunur: dil
şişir, ağıza yerləşmir, çeynəmə və tənəffüs çətinləşir, səs telləri ödemləşir. Belə
vəziyyətdə cərrahi müdaxilə mütləqdir, yəni traxeostomiya olunmalıdır. Proses
flqmonaya keçsə kəskin iltihab çənəaltına və boyun nahiyəsinə yayılır. Difrensial
diaqnoz bədxassəli aparılır.