Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə109/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   105   106   107   108   109   110   111   112   ...   162
Elektron diw

Paradontun quruluşu 
Parodont  toxumlar  kompleksi  olub,  tərkibinə  diş  əti,  alveolun  sümük  toxuması, 
periodont, diş sementi daxildir.  
Bütün bu toxumalar dişlə birlikdə vəhdət təşkil edir və bir-biri ilə sıx genetik, anatomik 
və funksional əlaqədədir.  
Diş  əti  (gingiva)  dişin  boynuna  yapışır  və  alt  tərəfdə  yerləşən  toxumaları  örtür.  Diş 
ətində məməcikli (dişarası məməciklər), sərbəst və yapışmış hissələr ayrıd edilir.  
Yapışmış  diş  əti  özünün  xüsusi  selikli  qatının  kollagen  liflərinin  sümüküstlüyünə 
keçməsi  hesabına,  alt  tərəfdə  yerləşmiş  toxumalarla  möhkəm  birləşmişdir.  Dişin 
boyun nahiyəsində dişin dairəvi baqının (figamentum circulare dentis) kollagen lifləri 
diş ətinə keçir. Dairəvi bağ diş əti kənarının diş boynuna kip yapışmasını təmin edir, 
mühüm müdafiə funksiyasını yerinə yetirir, paradontu infeksion və travma xarakterli 
qıcıqlandırıcı amillərin təsirindən qoruyur.  
Diş  ətini  diş  yapışmayan  və  ondan  diş  əti  növü  ilə  ayrılan  hissəsinə  sərbəst  diş  əti 
deyilir.  Diş  ətini  dişə  yapışan  kənar  hissəsi  fizioloji  şəraitdə  dişi  təxminən  diş 
boynundan 1,5 mm yuxarıda möhkəm haşiyə əhatə edir.  
Diş əti epitelisinin diş tacı tərəfə olan səthi ilə diş arasında 1-2 mm uzunluğunda dərin 
olmayan yarıq əmələ gəlir. Bu yarığı fizioloji diş əti cibi (bursa gingivalis) adlandırırlar. 
Diş əti cibinin dibi epitelinin diş səthindən aralandığı yerdə olur. 

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin