Hipertrofik gingivit xronik hiperplastik prosesə aiddir və bir qayda olaraq, iltihabdan
sonra başlayır.
Hipertrofik gingivitin baş verməsinə çox vaxt uzun müddət təsir edən qıcıqlandırıcı
amil, o cümlədən, diş əti altı və diş əti üstü diş daşının olması, dişləmin pozulması,
yaxşı hazırlanmış protez səbəb olur. Bununla yanaşı, hormonal dəyişikliklər (gənclərdə
yuvenil gingivit, hamiləlik gingiviti), dərman preparatları (difenin) və digər amillər də
mühüm rol oynayır.
Bir sıra müəlliflər (İ.O.Novik, 1959; D.Svrakov, Y.Atanasova, 1962 və b.) hipertrofik
gingivitin iki formasını ayırd edirlər: ödemli və fibroz.
Adətən, proses ödemli formadan başlayır. Bu vaxt diş əti məməciklərinin ölçüləri
böyüyür, hiperemiyalaşır, bəzən göyümtül çalara malik olur. Zondlama zamanı çox
vaxt diş daşı, patoloji diş əti cibi, qangəlmə aşkara çıxarılır. Qangəlmə qidanı
dişləyərkən və dişləri təmizləyərkən, bəzən də gecələr ola bilər. Dişarası məməciklərin
ölçülərinin böyüməsi hesabına diş tacının 1/3 və daha çox hissəsi örtülür, diş əti kənarı
isə şəbəkəli görkəm alır.
Hipertronik gingivitin fibroz forması zamanı diş əti məməcikləri böyüyür, sıxlaşır, lakin
rəngini az dəyişir, adətən, açıq-çəhrayı rəngdə qalır. Xəstələr diş ətinin görünüşünün
dəyişildiyindən, nadir hallarda isə qan gəlməsindən, ağrı olmasından şikayətlənirlər.
Diş əti məməciklərinin böyüməsi hesabına saxta dərin diş əti cibləri yaranır.
Diş ətinin hipertrofiyası məhdud sahədə, məsələn, dişlərin vəziyyətinin anomaliyası
zamanı frontal sahədə ola bilər, lakin o, ümumiləşmiş xarakter də daşıya bilər.
Hipertrofik gingivit uzun müddət davam etdikdə patoloji proses alt qatlara yayılır və
həm daşarası çəpərin sümük toxuması, həm də dişinin bağlayıcı aparatı dağılır.
Rentgenoloji cəhətdən bu, alveolyar çıxıntının sümük toxumasının rezorbsiyası
halında aşkara çıxarılır.
Atrofik gingivit zamanı normal rəngli diş əti dişin boyun hissəsinə deyil, kökünə sıx
birləşir. Bunun nəticəsində dişin kökü vestibülyar səthində.
Bu patologiya zamanı patoloji ciblər və irinli ifrazat olmur. Çox vaxt diş daşı çökmür.
Lakin dişə lazimi qulluq etmədikdə diş daşı əmələ gəlir. Bu vaxt diş əti kənarının selikli
qişasının iltihabı baş verir. Atrofik gingivit uzun müddət davam etməsi və prosesin ləng
şiddətlənməsi ilə xarakterizə olunur. Sümük toxumasının xeyli itməsi və kökün
üstünün açılması zamanı hiperesteziya baş verir. adətən, diş tərpənmir, bu diş arası
çəpərlərdə sümük toxumasının uzun müddət saxlanması ilə izah olunur. Bəzi hallarda
sümük toxumasının atrofiyası kök zirvəsi nahiyəsinə çatır.
Rentgenoloji təhqiqat zamanı dişarası arakəsmələrdə uzun müddət ərzində sümük
toxumasının saxlandığı aşkar olunur.
Dostları ilə paylaş: