Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə110/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   106   107   108   109   110   111   112   113   ...   162
Elektron diw

Paradontun  funksiyaları  müxtəlifdir.  O,  sədd  (müdafiə),  trofik,  plastik,  amorizasiya 
funksiyalarını yerinə yetirir, habelə çeynəmə rəzyiqinin tənzimçisi rolunu oynayır.  
Sədd  (müdafiə)  funksiyası  bir  sıra  mexanizmlərin  təsiri  sayəsində  həyata  keçirilir. 
Dişlərin  ətraf  toxumalarla  möhkəm  fiksasiyası,  təzyiqin  dişi  əhatə  edən  toxumalara 
bərabər paylanması və diş ətinin dişə möhkəm yapışması nəticəsində paradont mexa 
təsirlərə  tab  gətirir.  Diş  əti  mukopolisaxaridlərinin  normal  vəziyyətdə  olması 
toxumların  mikrob  və  toxuma  amillərindən  qorunmasını  təmin  edir.  Paradontda 
tosqun  və  plazmatik  hüceyrələrin  olması  anticisimlərin  hazırlanması  üçün  şərait 
yaradır. Kapilyarların histoloji strukturları (endoteli və bazal membran) böyük müdafiə 


rolu oynayır. Onlar normal vəziyyətdə olduqda orqanizmi yad cisimlərin daxil olmasına 
imkan  vermir.  Bundan  əlavə,  dərmanların  divarlarının  normal  vəziyyəti  parodont 
toxumalarının fizioloji vəziyyətini təmin edir.  
Paradontun əsas funksiyası baryer funksiyasıdır. Paradontun innervasiyası üçlü sinirin 
şaxələri ilə təmin olunur.  
Sədd  funksiyasını  nəzərdən  keçirərkən  diş  əti  mayesi  üzərində  dayanmaq  vacibdir. 
Bəzi  müəlliflərin  göstərdiyi  kimi,  bu  maye,  transsudatın  immunoloji  xassələrini  və 
hüceyrə  elementlərinin  faqositar  fəallığı  sayəsində  parodontun  müdafiə 
mexanizminin mühüm hissəsini təşkil edir. Diş əti mayesi normal halda az miqdarda 
əmələ  gəlir.  Tərkibində  fermentlər  (lizosim,  fosfatazalar,  proteazalar  və  s.), 
elektrolitlər,  qan  lövhəcikləri  (leykositlər)  və  s.  vardır.  Diş  əti  mayesindəki  bəzi 
fermentlərinin  fəallığının  qan  zərdəbındakına  nisbətən  yüksək  olması  vacibdir. 
Müəyyən edilmişdir ki, iltihab zamanı toxuma mayesinin miqdarı və keyfiyyət tərkibi 
dəyişilir.  
Sıx  kapillyar  şəbəkəsinin  və  çoxlu  miqdarda  sinir  liflərinin  olması  sayəsində  trofik 
funksiya  yaranır.  Bu  strukturları  (kapillyar  və  sinir  liflərini)  əhatə  edən  toxumaların 
vəziyyəti məhz həmin strukturlardan asılıdır. Toxumaların trofik vəziyyətinin səviyyəsi 
həm də digər funksiyalara, xüsusən plastik və sədd funksiyasına xeyli dərəcədə təsir 
edir.  
Plastik  funksiya  bütün  həyat  boyu  təzahür  edir.  Gənclərdə  bu  daha  intensiv,  yaşa 
dolduqca  isə  az  intensiv  olur.  Plastik  funksiya  parodontun  ayrı-ayrı  strukturlarının 
(sümük  toxumasının,  lifli  strukturların,  hüceyrə  elementlərinin)  daim  əmələ 
gəlməsindən  ibarətdir.  Parodont  toxumalarını  osteoblastlar,  sementoblastlar  və 
fibroblastlar əmələ gətirir.  
Amortizasiya  funksiyası  bir  sıra  struktur  və  törəmələrin  qarşılıqlı  təsiri  ilə  həyata 
keçirilir.  Birinci  növbədə,  kollagen  lifləri  göstərmək  lazımdır.  Onların  sayəsində  diş 
sanki yuvada asılı vəziyyətdə olur və bununla da dişə düşən şaquli təzyiq periodontun 
digər sahələrinə də paylanır. 
Parodontun makro və mikro boşluqlarını doldurmuş maye və kalloidlər, habelə qan 
damarları dolğunluğunun dəyişilməsi amortizasiya funksiyasında mühüm rol oynayır.  
Çeynəmə təzyiqi reflektor surətdə tənzim olunur. Parodontda çoxlu sinir reseptorları 
vardır. Onlar qıcığı qəbul edərək müxtəlif refleksogen yollarla örtürür. Belə yoldan biri 
İ.R.Rubinovun göstərdiyi kimi, periodont-əzələ yoludur (periodontun reseptorundan 
çeynəmə əzələlərinə gedir). Bu refleks sayəsində çeynəmə təzyiqinin qüvvəsi tənzim 
edilir.  
Həmin  sistematikaya  uyğun  olaraq  aşağıdakı  terminlər  və  nozoloji  qruplar 
müəyyənləşdirilmişdir:  

I. Gingivit – ümumi və yerli amillərin təsiri nəticəsində dil ətinin selikli qişasının 
iltihabı: xəstəlik diş əti bütövlüyünü pozmadan gedir.  
 
Formaları: kataral, hipertrofik, xoralı, deskvamativ, atrofik.  
Gedişi: kəskin, xronik.  


Lokallaşması: ocaqlı, diffuz.  

II. Periodontit (marginal)-marginal periodontun (yəni diş ətinin və parodontun 
bir  yaxud  bir  neçə  digər  toxumasının)  iltihabı;  periodontal  bağın  və  sümüyün 
şiddətlənən destruksiyası ilə xarakterizə olunur.  
 
Formaları: kataral, hipertrofik, xoralı, abses verən.  
Gedişi: kəskin, xronik.  
Lokallaşması: ocaqlı, diffuz.  
Mərhələləri: başlanğıc, şiddətlənən, stabilləşən.  
Zədələnmə dərəcəsi: I,II,III  

III.  Parodontoz  –  parodontun  distrofik-iltihabi  zədələnməsi;  onun  bütün 
elementləri prosesə cəlb olunur, diş və diş əti birləşməsi dağılır, çənələrin alveolyar 
çıxıntılarının sümüyü bütün diş sırası boyu şiddətlənən destruksiyaya uğrayır.  
 
Formaları: distrofik-iltihabi, distrofik.  
Gedişi: kəskin, xronik.  
Lokallaşması: yayılmış.  

IV. Mərhələləri: başlanğıc, şiddətlənən, stabilləşən.  
II 
V. Zədələnmə dərəcəsi: I,II,III  
 

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin