Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə117/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   113   114   115   116   117   118   119   120   ...   162
Elektron diw

Klinika.  Kliniki  gedişindən  asılı  olaraq  osteomielit  üç  formaya  bölünür:  kəskin, 
kəskinaltı və xronik. Çox vaxt kəskinaltı forma ilə xroniki formanı ayırd edən bir fərq 
olmur.  
Kəskin forma osteomielit vaxtında cərrahi əməliyyat edilərsə, patogenetik, səmərəli 
antibakterial, sensibilizasiyaya qarşı, immun sistemini stimuləedici terapiya aparılarsa 
sümük  toxumasında  patoloji  dəyişikliyin  geri  qaytarılması  fazasında  iltihabı  proses 
dayandırıla  bilər.  Bu  cür  nəticə  əldə  edildikdə  sümükdə  sekvestrasiya  müşahidə 
olunmur.  Əks  halda  sümükdə  müxtəlif  dərəcədə  destruktiv  proses  baş  verə  bilər. 
kəskin  osteomielitdən  sonra  destruktiv  dəyişikliklər  rentgenoloji  müayinədə  iki 
həftədən sonra aşkar edilir.  
Kəskin osteomielitlə xroniki prosesin arasında olan bu müddət kəskinaltı faza vaxtına 
düşür.  Ona  görə  osteomielitin  gedişatını  iki  fazada  kəskin  və  xroniki  göstərilməsi 
barədə müəlliflərin (peterson İ. 1988; Machtens E., 1994) fikirləri ilə razıyıq.  
Son  zamanlar  odontogen  osteomielitin  kliniki  gedişatı  bir  çox  səbəblərdən-
antibiotiklərin səmərəli istifadə edilməsindən, xəstəliyin törədicilərinin, onlara qarşı 
həssaslığının  olmadığından  asılı  olaraq  xeyli  dəyişib,  atipik  gedən,  birincili-xroniki 
formalar müşahidə olunur.  
Bunlarla  yanaşı  osteomielitin  kliniki  gedişatı  xəstə  orqanizmində  infeksiyaya  qarşı 
spesifik, qeyri-spesifik müdafiə faktorlarının vəziyyətindən, mikrofloranın növündən, 
xüsusiyyətlərindən asılı olaraq normergik, hipoergik, hiperergik reaksiyalar fonunda 
özünü biruzə verir.  
Əng və çənədə osteomielitin baş verməsində, kliniki gedişatında, sümükdə destruktiv 
dəyişikliyin nə dərəcədə yaranmasında, onların anatomik quruluşlarının müəyyən rolu 
vardır.  
Əngdə məsaməli maddə azdır, kortikal lövhədə çoxlu miqdarda dəliklər olduğuna görə 
eksudatın  çıxması  asandır.  Ona  görə  əngin  osteomieliti  yüngül  keçir,  sekvestrasiya 
məhdud olur. Çənədə xeyli miqdarda məsaməli maddə vardır. Kortikal qat qalındır, 
onda  dəliklər  azdır,  periodontdan,  sümükdən  eksudat  çətin  çıxır,  iri  məsaməli 
maddəyə yayılır. Çənədə osteomielit ağır keçir, destruktiv dəyişikliklər sümükdə geniş 
olur.  
Kəskin  osteomielit  zamanı  xəstə  çənənin  yarısında  irradiasiya  olunan  ağrılardan, 
ümumi zəiflikdən, titrəmədən, bədənin yüksək temperaturundan şikayətlənir.  


Obyektiv: xəstədə üzün cizgiləri ciddidir, dərisi solğundur, alın soyuq tərlə örtülüdür, 
nəbz sürətlidir, aritmikmidir, ürətonu kütdür, bədənin temperaturu ola bilər 39-40

C.  
Yerli  müayinədə:  xəstənin  sifəti  asimmetrikdir.  Osteomielitin  çənənin  hansı 
nahiyəsində  baş  verməsindən,  nə  dərəcədə  irinli  prosesin  yumuşaq  toxumaya 
yayılmasından asılı olaraq müxtəlif dərəcədə sifətdə şişkinlik qeyd olunur. Proses çənə 
bucağında, şaxəsində yerləşərsə xəstədə ağızın açılması məhdudlaşır.  
Ağız  daxili  müayinə  zamanı  dil  ərplə  örtülüdür.  Ağızdan  qoxulu  iy  gəlir.  Çox  vaxtı 
udqunma  ağrılı,  çətin  olur,  səbəbkar  diş,  ondan  arxada  və  qabaqda  duran  sağlam 
dişlər laxlayırlar. Dişəti alveol çıxıntısında hər iki tərəfdən şişkinli, hiperemiyalıdır, irinli 
periostitin şəkili başlayır, yumşaq toxumada abses, fleqmona gözlənilir. Alt dodağın 
yarısında paresteziya, Vensen simptomu qeyd olunur.  
Xəstələrdə  qanda  baş  verən  dəyişikliklər  prosesin  kliniki  hansı  fazada  gedişatından 
asılı  olaraq  müşahidə  olunurlar.  Normerkik  gedişat  zamanı  leykositlərin  miqdarı 
10,0×10/l – 12,0× 10/l, EÇS – 15-30 mm/s olur, limfositlərin miqdarı 15-17%-ə qədər 
azalır.  
Kəskin fazada çənənin diffuz osteomielitinin hiperergik iltihabı reaksiyası gedişatında 
leykositlərin miqdarı 15,0-20,0×10/l qədər artır, xeyli sola dəyişməklə EÇS 25-35 mm/s 
qədər  artır,  limfopeniya  müşahidə  olunur.  Eritrositlərin  miqdarı  azalır,  sidiyin 
tərkibində zülal 0,033 q/l olur, hemoqlobin aşağı düşür.  
Kəskin  osteomielitin  hipoergik  gedişatı  zamanı  leykositlərin  miqdarı  normada  qalır. 
Bəzi xəstələrdə leykopeniya müşahidə edilir, EÇS normada, hemoqlobin, eritrositlərin 
miqdarı aşağı səviyyədə olur.  
Kəskin  odontogen  osteomielit  zamanı  sümük  toxumasında  rentgenoloji-patoloji 
dəyişikliklər  baş  vermir.  Yalnız  səbəbkar  diş  kökü  zirvəətrafı  toxumada  xroniki 
peridontitə xas olan dəyişiklik aşkar olunur.  

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin