toxumaların, xüsusən sementin artıq çökməsi nəticəsində hipersementoz
meydana
çıxa bilir. Periodontun plastik funksiyasının müxtəlif patoloji proseslər zamanı
saxlanması faktı onun mühüm cəhətidir. Bunun sayəsində haırda periodontun
konservativ müalicə metodu geniş yayılmışdır. Çox inkişaf etmiş periodont damarları
və sinirləri şəbəkəsi trofik funksiyaya –diş sementinin və alveol sümüyünün
qidalanmasına səbəb olur. Digər tərəfdən qan təchizatının və innervasiyanın bolluğu
iltihabın qabarıq təzahür etməsinə (kəskin ağrılara, hiperemiyaya, ödəmə və s.)
səbəb olur.
Periodont yuxıda göstərilən funksiyalardan əlavə, həm də kökün formalaşmasında,
dişlərin inkişafında, çıxmasında və dəyişilməsində iştirak edir, habelə refleksogen
zona olmaqla sensor funksiyanı da yerinə yetirir.
Periodontun sensor funksiyası dişə yüngülcə toxunmaları
və qida çeynəyərkən dişlər
arasında qalan bərk hissəcikləri insanın hiss etməsinə imkan yaradır.
Periodontun patoloji prosesin sümük toxumasına yayılması qarşısını almaqla
müdafiə funksiyasını da icra edir. Birləşdirici hüceyrə toxumalarının olması
iltihab
ocağında faqositoz hadisəsinə şərait yaradır. Qeyd etmək lazımdır ki, periodontun
müdafiə funksiyası böyükdür. Müalicə zamanı kök kanalının infeksiya mənbəyinin
ləğv edilməsi kökyanı toxumalarda dəyişikliyin sürətlə ləğv olması ilə nəticələnir.
Beləliklə, periodontun funksiyaları müxtəlif və mühümdür. Lakin əsas dayaq
funksiyası hesab olunur.
Dostları ilə paylaş: