Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat


PERİODONTUN İLTİHABI (PERİODONTİT)



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə76/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   72   73   74   75   76   77   78   79   ...   162
Elektron diw

 
PERİODONTUN İLTİHABI (PERİODONTİT)  
 
Periodontun iltihab xarakterli xəstəliyi periodontit (periodontitis) adlanır. 
Stomatoloji xəstəliklər içərisində periodontit əsas yer tutur.  
Periodontit, adətən məhdud yerli xəstəlik kimi gedir. Çox vaxt iltihabı proses 
periodont nahiyəsindən ətrafdakı toxumalara yayılaraq, periostilə, çənə və üz 
nahiyəsinin fleqmonasına. Haymoritə, osteomielitə, intensivliyindən və orqanizmin 
reaktivlik qabiliyyətindən xeyli asılıdır. Periodont nahiyəsindəki xronik infeksiya 
ocaqları (qranulma, kista) çox vaxt orqanizmin ağır xəstəliklərinə (xroniosepsis, 
revmatizm, endokardit və s.) səbəb olur.  
Pulpitin heç müalicə edilməməsi, yaxud müalicəsinin gecikdirilməsi infeksiyasının diş 
pulpasından periodonta yayılmasına kömək edir. Bundan əlavə, travmatik amillər və 
dərman amilləri də periodontitə səbəb ola bilər. Beləliklə, zirvə periodontitinin 
iltihabını törədən səbəblər içərisində infeksiya yoluxmasını, travmanı maddələrinin 
toksik təsirini də ayırd edirlər.  
İnfeksion periodontitə daha çox təsadüf edilir. O, diş kanalından periodonta patogen 
mikroorqanizmlərin keçməsi nəticəsində baş verir. Çox nadir hallarda, 
mikroorqanizmlər hematogen yolla və yaxınlıqdakı infeksiya mənbələrindən 
(ostemomielit, haymorit) daxil ola bilir.  
İnfeksion periodontit zamanı zirvə nahiyəsinin mikroflorası iltihablı pulpanın və 
infeksiyalı kök kanallarının mikroflorasına identik olur. İnfeksion periodontitdə 


mikroblar assosasiyası aşkar edilir. Mikrofloranın tərkibində streptokokklar və 
stafilokoklar 91-95% olur (L.N.Rebreyeva, V.F.Kuskova, 1967)  
Travmatik periodontit periodontun kəskin travma alması (dişə güclü zərbə 
vurulması, kökün perforasiyası və s. nəticəsində), uzun müddət dəfələrlə təkrar 
olunan xronik mikrotravmalara məruz qalması (düzgün qoyulmanı plombun, yaxşı 
hazırlanmamış süni qapağın və s. təsirindən, ortodontik müalicə prosesində dişə 
həddən artıq yük düşməsindən və s) nəticəsində olur.  
Travmatik periodontit pulpitin müalicəsi zamanı həkimin bəzi ehtiyatsızlığı 
ucbatından periodontun pulpekstraktola, drelburğacla və s. zədələnməsi nəticəsində 
də baş verə bilər.  
Güclü zədələyici amilin təsirindən (belə halda damar-sinirin dəstəsi də qırıla bilər). 
Ağır hallar olur. Xronik travmanın təsiri zamanı proses yavaş gedir, demək olar ki, 
ağrısız olur, xəstə bunu heç hiss etməyə də bilir.  
Medikamentoz periodontiti (kimyəvi periodontit) dişin müalicəsi zamanı dərman 
preparatlarının dozası həddən artıq olduqda və ya formaldehid, arsenli pasta, 
qüvvətli turşu, qələvi və s. bu kimi güclü təsirli maddələr tətbiq olunduqda inkişaf 
edir. Yerli immunoloji toqquşmaya səbəb olan preparatların (antiobiotiklər, mixək 
yağı və s.) tətbiqi nəticəsində yaranan periodontitləri A.İ.Ribakov və V.S.İvanov bu 
qrupa aid edirlər.  
Medikamentoz periodontitləri çox vaxt, pulpitləri arsenli pasta, paraformaldehid, 
antiforminlə müalicə etdikdə, habelə, kanalları formalinli, timollu və s. pastalarla 
plombladıqda da baş verir. Belə hallarda söhbət toksik periodontitdən gedir.  

I. Kəskin zirvə periodontitləri: periodontitis acuta apicalis.  
1. Kəskin serozlu periodontit: periodontitis acuta serosa.  
2. Kəskin irinli periodontit: periodontitis acutapurulenta.  
II. Xronik zirvə periodontitləri: periodontitis chronica apicalis.  
1. Xronik fibroz periodontit: periodontitis chronica fibrisa.  
2. Xronik qranulyasiyalaşan periodontit: periodontitis chronica granulas.  
3. Xronik qranulyasiyalaşan periodontit: periodontitis chronica granulomatosa.  
III. Kəskinləşmiş xroniki periodontit  
 
PERİODONTİTİN KLİNİKASI VƏ DİAQNOSTİKASI  

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin