Qalın dəstələr halında (diametri 5-10 mk) olan kollagen liflər
bir ucu ilə kökün
sementinə keçərək onun fibroz strukturlarına, digər
ucu ilə alveolun sümük
toxumasına daxil olur və beləliklə də, dişin etibarlı fiksasiyası təmin edilir. Fibroz
liflərin dəstələri müxtəlif istiqamətlərdə elə yerləşir ki, diş sanki alveolda “asılmış”
vəziyyətdə qalır. Fibroz dəstələrin yuvanın sümüyünə daxil olduğu yerlər onların kök
sementinə daxil olduğu yerlərdən hündürdür. Bu liflər
boyun nahiyəsində, demək
olar ki, üfüqi istiqamət alır, alveolyar arakəsmə zirvəsindən və diş ətindən gələn liflər
dəstəsi ilə qarışaraq diş boynunu üzük kimi əhatə edən halqavari bağ (lgamentum
circulare dentis) əmələ gətirir.
Periodontal yarığın yan şöbələrində kollagen lif dəstələri çəpinə istiqamət alır, həm
də üst ucları alveola, alt ucları isə sementə birləşir. Bir çox müəlliflər
dəstələrin belə
vəziyyətinə böyük əhəmiyyət verərək hesab edirlər ki, dişin bu cür açılması
nəticəsində damar-sinir dəstəsi çeynəmə vaxtı basılaq təhlükəsindən qorunur.
Bundan əlavə, çeynəmə təzyiqi qüvvəsi liflər vasitəsilə alveolun boyunhissəsinə
örtürülür.
Kökün zirvə hissəsində fibroz dəstələr radial istiqamətdə gedir. Periodontun zirvə
şöbəsində kollagen liflərin alveolun dibinə görə şaquli, üst şöbəsində isə üfüqi
yerləşməsi çeynəmə zamanı dişin yana və şaquli hərəkət imkanlarını məhdudlaşdırır.
Periodontun xəstəliyi zamanı liflərin dağılması dişin hərəkiliyini xeyli artırır.
Dostları ilə paylaş: