Xronik qranulyasiyalaşan periodontitin rentgenoloji müayinəsi zamanı kök zirvəsində
sümük toxumasının seyrəlməsini göstərir. Qranulyasiyalaşan periodontitin
xüsusiyyəti ondadır ki, toxumanın seyrətmə sahəsi alovabənzər əyri-üyrü kontura
malikdir və bu prosesin fəal getdiyini göstərir. Bundan əlavə, rentgenoqramda kök
zirvəsinin sorulması da aşkara çıxarıla bilər. Bu, dişin terapevtik müalicəsinin
mümkünlüyü barədə pis proqnozdur.
Xronik qranulyasiyalaşan periodontit başqa xronik formalara nisbətən daha tez-tez
kəskinləşmə verir.
Xronik qranuloiatoz periodontit sakit gedişi ilə xarakterizə olunur və xəstə onun
inkişafından xəbər tutmaya bilər. Bəzən xəstə diş nahiyəsində xoşagəlməz hislər olur.
Cuzi ağrı və ya dişləyərkən narahatlıq hissidə ola bilər. Bəzən xəstələr
diş kökünün
zirvə nahiyəsində diş ətində irincik olduğundan şikayətlənirlər. Müayinə zamanı
əksər hallarda selikli qişada dəyişiklik olmur. Diş intant,
plomblanmış ola bilir, bəzən açıq diş boşluğu və açıq kanalları dərin karioz
boşluq
olur və onun bütün dərinlik boyu zondlanması ağrı vermir. Çox vaxt dişin rəngi
dəyişir. Bəzən xəstələr göstərirlər ki, diş bir vaxtlar zədə almış
və ondan sonra dişin
rəngi dəyişilmişdir. Diş 250-300 kma və daha güclü cərəyana reaksiya verir.
Rentgenoloji müayinə zamanı kök zirvəsi yanında sümük toxumasının məhdud
seyrəlmə ocağı (konturları aydın görən)aşkara çıxarılır; bu fibroz kaisulun olduğunu
göstərir. Belə ocağın diametri 0,5 sm-ə qədər olduqda qranuloma, 0,5-0,8 sm
olduqda kistoqranuloma adlanır. Ona görə ki, mikroskopik müayinə qranulomadan
fərqli olaraq, kista əlamətləri meydana çıxdığını-epitelial döşəməli boşluqlar
olduğunu göstərir.
İlk vaxtlar kistanın klinik gedişi qranulomatoz periodontitin gedişi kimidir, yəni
xəstəliyin simptomları özünü göstərmir. Ancaq kistanın içərisindəki maye infeksiya
düşməsi düşməsi nəticəsində irinə çevrildikdə xəstəlik ağırlaşır. Rentgenoloji
müayinə zamanıdişin zirvə nahiyəsində sümüyün 0,8-1 sm və daha çox sorulub
getməsi aşkar edilir. Bəzən rentgenoqrama baxdıqda təkcə xəstə dişin deyil, 2-3
digər diş köklərinin də kisti nahiyəsində olması təsəvvürü yaranır (bu, kista
konturunun dişlərin kökləri üzərinə düşməsi nəticəsində müşahidə olunur). belə
hallarda, kistanın əmələ gəlməsinə səbəb olan dişi müəyyənləşdirmək lazımdır.
Müayinə zamanı bu, həmin dişin rəngini dəyişməsindən bilinir. Lakin bəzən xəstə dişi
müayinə və rentgen vasitəsilə aşkar etmək çətin olur. Belə hallarda düzgün diaqnoz
dişin elektrikdən qıcıqlanma qabiliyyətini müəyyənləşdirməklə qorulur. Pulpası
nekrozlaşmış diş 250-300 mka cərəyana reaksiya verdiyi halda, canlı pulpanı diş 2-6
mka cərəyana reaksiya verir. bəzən xəstə diş kistası qişasının qonşu dişlərin damar-
sinir dəstəsinin çıxılması nəticəsində həmin dişlərin elektrikdən qıcıqlanma
qabiliyyəti azalır, yəni 15-30-50 mkA olur.
Kəskinləşmə mərhələsində olan xronik periodontitə praktikada kəskin periodontitə
nisbətən daha çox təsadüf edilir.
Xronik periodontitin kəskinləşməsi zamanı xəstələr
həmişə intensiv, təngə gətirən
ağrının olmasından, dişləri bir-birinə basanda kəskin ağrıdan, dişin uzanması
hissindən şikayətlənirlər. 1-2 gündən sonra xəstə diş nahiyəsinin yumşaq toxumaları
şişə və limfa düyünləri ağrıya bilər. Orqanizmin ümumi vəziyyəti pisləşir-bədənin
temperaturu 38-38,5 C-yə qədər yüksəlir. Bəzən də asimmetrik olur. Belə hallarda
dişin ağrısı azalır. Palpasiya etdikdə limfa düyünləri ələ gəlir və ağrı verir.
A.. nəticəsində əksər hallarda dişin əvvəllər pulpitlə əlaqədar müalicə olunduğu, yəni
pulpanın çıxarıldığı aşkar edilir. Müayinə vaxtı karioz boşluq aşkara çıxarılır. Diş
doşluğunun açıq olduğuna baxmayaraq kök kanallarının anatomik xüsusiyyətlərinə
görə keçilmədiyi, yaxud plomb materialı ilə doldurulduğu (kanal açıq olduqda
kəskinləşmə üçün şərait olmur) aydınlaşır. Bəzən kəskinləşmə hdisəsi plomblu
dişlərdə də baş verir. belə hallarda dişin rəngi dəyişmiş olur. Diş perkussiyası həm
şaquli, həm də üfiqi istiqamətdə şiddətli ağrılardır. Diş ətinin selikli qişası xəstə
olduqda uyğun olaraq hiperemiyalıdır, ödemlidir. Keçid bükümünü barmaqla
basdıqda ağrı verir. diş temperatur qıcıqlarına reaksiya vermir, 300 mkA və daha
artıq cərəyana reaksiya verir.
Periodontda rentgenoloji yoxlama kəskinləşmədən qabaqkı xronik periodontitdə
olduğu kimi dəyişikliklərdən aşkara çıxarır. Belə ki, xronik fibroz periodontitin
kəskinləşməsi zamanı yeni osteoporoz mənbələri olan periodontal yarıq aşkara
çıxarılır. Qranulmatoz periodontitin kəskinləşmə mərhələsində kök zirvəsində sümük
toxumasının seyrəlmə sahəsini xroniki gediş üçün səciyyəsvi olan dəqiq hüdudları
itir. Xronik qranulyasiyalaşan periodontitin kəskinləşmə mərhələsində sümük
toxuması sahəsinin konturları aydın olmur. Bu, onu xronik qranulyasiyalaşan
periodontitin rentgenoloji mənzərəsindən az fərqləndirir.
Dostları ilə paylaş: