Şişlərin etiologiyası və patogenezi
Şişlərin əmələ gəlməsinə bir çox amillər hüceyrənin genetik aparatında bərpa
olunmayan dəyişikliklər yaradırlar və nəticədə zədələnmiş hüceyrədə nəzarət altından
çıxan bölünmə baş verir. Bu cür dəyişiklikləri müxtəlif kimyəvi, fiziki və vasitəli təsir
yarada bilərlər.
Kimyəvi kanserogen maddələr təbiətdə çox yayılmışdır. Bunlara polisiklik aromatik
karbohidratlar, aminazobirləşmələri, nitrozaminlər aiddirlər. Kimyəvi kanserogenlər
insan orqanizmindəmaddələr mübadiləsi zamanı endogen şəkildə yarana bilərlər
(tirozinin metabolitləri).
Fiziki kanserogenlər birbaşa DNK-ya zədələyici təsir göstərərək sərbəst radikal
proseslərini fəallaşdırıb genetik aparatın zədələnməsinə səbəb ola bilərlər. Fiziki
faktorlara ionlaşma, ultrabənövşəyi şüalanma, müəyyən dərəcədə yüksək dərəcədə
yüksək temperatur, yüksək gərginlikli ultrasəs, qalvanik cərəyanlar aiiddirlər. Digər
mexaniki kanserogen amillər xroniki travma, uzun müddət toxumanın sıxılması aiddir.
Bioloji kanserogenlər ilk növbədə onkogen viruslardır. Onların tərkibində bilavasitə şiş
törədən gen (onkogen) olur, ya da orqanizmdə müvafiq genləri fəallaşdırır. Lakin
virusun hüceyrəyə daxil olması ilə mütləq şişin əmələ gəlməsini demək olmaz, çünki
hər hüceyrədə onkogen viruslara qarşı tənzimedici supressor genlər vardır. Şiş o vaxt
baş verə bilər ki, başqa kanserogenlərin (fiziki, kimyəvi) təsiri altında mutasiya baş
versin.
Berkit limfoması, T-hüceyrəli limfoma, papilloma virus təbiətli törəmələrdir. Herpes,
HBV-virus və bir sıra adenoviruslar bir qrup epitelial şişlərin əmələ gəlməsində rol
oynayırlar.
Şişlərin inkişafında bir çox ekzogen və endogen faktorlar ayırd olunurlar. Onların bir
qismi bilavasitə mutagen təsirə (kanserogenlər) malikdirlər, başqaları kanserogenlərin
təsirini gücləndirir, ya orqanizmin şişə qarşı rezistentlik mexanizmini zəiflədirlər.
Bunlarla yanaşı şişlərin baş verməsində irsi meyillik, ətraf mühitin dəyişməsi, zərərli
adətlər, immun sistemin, sağlamlığın vəziyyəti, qida rasionu və s. rol oynayırlar.
Ekzogen faktorlara aiddirlər: səmərəsiz qidalanma, tənbəki çəkmək, yüksək
insolyasiya, sənayə kanserogenlərin təsiri, virus infeksiyası, spirtli içkilərin mütəmadi
istifadəsi və s.
Endogen amillərə aiddirlər: birincili ya ikincili immundefisit, irsi meyillik, antioksidant
sisteminin zəifləməsi, stress və s.
Elmi, texniki tərəqqi eyni zamanda kanserogenlərin artmasına səbəb oldu, hansılar ki,
insan orqanizmi rastlaşır. Kanserogenlər işlənmiş qazın, istehsalat tullantılarının, üzvü
və mineral kübrələrin, pestisidlərin, əlavə qida və konservantların, məişət kimya
məhsullarının tərkibində olurlar.
Ağız boşluğunda şişlərin baş verməsində tütün çəkmək xeyli rol oynayır. Tənbəki
tüstüsü tərkibində olan kanserogenlər və qatran (benzpiren, antasen, piren,
nitrozaminlər) temiki təsirlə birgə ağız boşluğu selikli qişasına təsir edərək, bir sıra
hiperplastik proseslər və törəmələr yaradırlar. Alt dodağın xərçənginin əmələ
gəlməsində əksər hallarda tənbəki çəkmənin təsiri sübut olunub.
Şişlərin baş verməsində qidalanma müəyyən dərəcədə aydın surətdə risk yaradır.
Rasion qidalanmada çoxlu miqdarda hisə verilmiş və konservasiya olunmuş qida
məhsulları kəskin, duzlu, yağlı, çox isti yeməklər, çoxlu miqdarda spirtli içkilərin qəbul
edilməsi kanserogenezə imkan yaradırlar. Alkoqol ağız boşluğu selikli qişasında təbii
kanserogenlər üçün difuzetmə qabiliyyətini yüksəldir. Böyük dozada alkoqol
antioksidant sistemini zəiflədir, immunsupressiv təsir göstərir.
İnsan orqanizmi həyat fəaliyyətində kanserogenlə əlaqədə olmaqdan kənar qalmır.
Buna baxmayaraq, hər vaxt şiş törəməsi inkişaf etmir. Bunun da səbəbi immun
sisteminin həlledici rol oynamışdır. İmmun sistemin zəifləməsi orqanizmin
kanserogenlərin təsirinə daha həssas olmasına səbəb olur. Birincili və ikincili immun
çatmamazlığı şişin inkişafına gətirib çıxardır. Şişlərin inkişafı ilə bağlı çoxsaylı ekzogen
amillər bilavasitə kanserogen hesab edilmirlər, lakin dolayı təsirlə immun,
antioksidant sistemini zəiflədirlər.
Sərbəst radikal oksidləşmə xromosomların zəifləməsinin universal mexanizmi hesab
edilir. Bir çox kanserogenlər öz təsirlərini bu mexanizmi fəallaşdırmaqla həyata
keçirirlər.
Bir sıra irsi sindromlar və xəstəliklər (Reklunqauzen xəstəliyi, piqmentli kseroderma,
Qardner sindromu, Maffurçi sindromu və s.) şişlərin inkişafında genetik meyilliyin
olmasını təsdiqləyirlər. Bu xəstəliklərin baş verməsi orqanizmin şişə qarşı rezistent
mexanizmin pozulması genetik defektlə əsaslandırılır.
Üz-çənə nahiyəsinin şişləri və şişəbənzər törəmələri kliniki gedişatına, morfoloji
quruluşuna və histogenezinə görə çox müxtəlif çeşidlidir. Bunların içində bir sıra şişlər
var ki, onlar bədənin başqa nahiyələrində də rast gəlirlər. Elə törəmələr də vardır ki,
onlar ciddi, spesifik olaraq yalnız üz nahiyəsində müşahidə olunurlar. Bu baş və
boyunun mürəkkəb anatomik quruluşu və histoarxitektonikası ilə xarakterizə olunur.
Burada üç embrional reşeym təbəqə törəməsi-müxtəlif növlü toxumalar təsvir
olunurlar, hansılar ki, şişin inkişaf mənbəyi ola bilərlər. Bunlardan əlavə, üz-çənə
nahiyəsi ekzogen mənşəli kanserogenlərin təsirinə çox məruz qalır və ona görə də bu
nahiyədə onkoloji xəstəliklərin rast gəlməsi yüksəkdir.
Üzün, boyunun küllü miqdarda cürbəcür şişlərinin və şişəbənzər törəmələrinin dəqiq
təsnifatını vermək və sistemə salmaq çox qəlizdir . böyük miqdarda təsnifatlar təklif
olunubdur, amma bu gün şişlərin yeganə təsnifatı yoxdur.
Dostları ilə paylaş: |