(d) Qeyri səmərəli təsərrüfat fəaliyyəti.
Xəzər dənizinin ətrafında torpaqların qeyri-səmərəli istifadəsi müxtəlif problemlərin yaranmasına səbəb olur. Ferma təsərrüfatları üçün meşələrin qırılması və aparılan tikinti işləri torpaqların böyük bir hissəsinin yuyulub Xəzərə axıdılmasına səbəb olur. Kənd təsərrüfatı üçün bataqlıqların qurudulması bataqlılaşmış təbii ərazilərin itirilməsi ilə nəticələnir. Digər tərəfdən turizmin inkişafı da təbii yaşayış məskənlərinin dağılmasına səbəb olur.
(e) Brakonyerlik və məhdudiyyətsiz balıq ovu.
Xəzərdə bir çox qiymətli balıq növləri məskunlaşmışdır. Bunlardan ən qiymətlisi nərə balığıdır. XX əsrin 90-ı illərində nərə balığının miqdarı indikindən 10 dəfə artıq idi. Beynəlxalq və milli qanunvericiliyin qəbul edilməsinə baxmayaraq brakonyerlik hələ də geniş yayılmışdır.
(f) Neft istehsalı və daşınması. Seysmoloji kəşfiyyat.
Dəniz neft istehsalının artması, Xəzərin şimalında qorunan sularda neftin çıxarılmasına başlanması və neftin tankerlər vasitəsilə daşınması Xəzərdə yaşayan bir çox növlərə və onların yaşayış mühitinə neqativ təsirin xeyli artmasına səbəb olur.
Neft bir çox iqtisadi və siyasi münaqişələrin əsas səbəbidir. Xəzərin və ətrafdakı ərazilərin neft yataqları 40-50 mlrd. bareldir. Potensial neft ehtiyatları 68-250 mld. barel həcmində qiymətləndirilir. Neft istehsalının artması Xəzərin və sahilyanı ərazilərin çirklənməsini hədsiz dərəcədə artıracaqdır. Bu isə Xəzərin biomüxtəlifliyinə və ekosistemlərə ciddi zərər vuracaqdır. Digər əsas neft mənbələrinin tükənməsini nəzərə alsaq yaxın gələcək üçün Xəzər əsas neft ehtiyatları mənbəyidir.
Bütün bunlar insanların fəaliyyəti nəticəsində yaranan regional problemləridir. Yaşadığımız ərazidə digər yerli amillər də ola bilər. Daha 2 mühüm məsələni də qeyd etmək lazımdır.
Birincisi odur ki, biz yaranmış problemlərdə özümüzü günahlandırmadan başqalarını günahlandıra bilmərik. İstehsalçı, biz istehlakçıların arzu etdiyini və ucuz qiymətə istehsal edir. Bizim maşınlarımız üçün benzin lazımdırsa, onu hardansa götürməliyik. Əgər biz benzin alırıqsa, onda çirkləndirmə zəncirinin bir hissəsinə çevrilirik. Biz çirkab sulardan xilas olmaq istəyirik və biz bundan ötrü pul ödəmək istəmirik. Bəs bu sular hara axıdılır-yenə də Xəzərə!
İkincisi, Xəzərə təsir göstərəcək digər qlobal problem-iqlimin dəyişməsidir. Sonuncu onillikdə insan fəaliyyəti nəticəsində «istixana qazların»nın tullantıları xeyli artmışdır. İqlimin dəyişməsinin Xəzərin biomüxtəlifliyinə təsiri tam öyrənilməsə də, alimlər belə hesab edir ki, temperaturun artması Xəzərə böyük təsir göstərəcəkdir.
Dostları ilə paylaş: |