Xii fəSİl pul-kredit sistemi



Yüklə 52,78 Kb.
səhifə1/6
tarix25.11.2023
ölçüsü52,78 Kb.
#134354
  1   2   3   4   5   6
İqtisadiyyat 12 fesil (seh 185-196)


XII fəsil. Pul-kredit sistemi

XII FƏSİL


PUL-KREDİT SİSTEMİ


12.1. Müasir pul sistemi və onun tərkibi
12.2. Kredit: mahiyyəti, prinsipləri və formaları
12.3. Banklar, vəzifələri və funksiyaları


12.1. Müasir pul sistemi və onun tərkibi

İqtisadiyyatda pul mühüm funksiyaları yerinə yetirir və əhali pulu həmin funksiyalarına görə qiymətli sayır.


Bazar iqtisadiyyatı sistemində pul daim hərəkətdə olur, öz funk­siyalarını yerinə yetirir. Pulun tədavülü fasiləsiz olmalıdır və bunsuz bazarlar fəaliyyət göstərə bilməz. Pulun daim hərəkətdə olması pulun dövriyyəsi adlanır.
Pul sisteminin ən mühüm tərkib hissələri aşağıdakılardır:

  1. vasitəsilə əmtəə və xidmətlərin qiymətləri ifadə olunan milli pul vahidi (manat, dollar, rubl, dinar və s.);

  2. nağd pul dövriyyəsində qanuni ödəmə vasitələri hesab olu­nan kredit və kağız pullar, xırda metal pullar;

  3. pul emisiyası sistemi, yəni tədavülə pul buraxmağın qa­nunla müəyyən edilməsi qaydası;

  4. pul tədavülünün tənzimlənməsi ilə bağlı məsələlərlə məş­ğul olan dövlət orqanları;

  5. valyuta nisbəti.

Dünyada pul tədavülünün müxtəlif sistemləri mövcuddur və onlar tarixi inkişafın gedişi ilə formalaşmış və hər dövlətin öz qanunları ilə təsbit edilmişdir. Deməli, pul sistemi dedikdə, hər bir ölkədə qərarlaşmış və dövlət tərəfindən qanunvericilikdə müəyyən edilmiş pul tədavülünün təşkili forması başa düşülür.
Dövriyyədə olan pullar müxtəlifdir və bu pulların növündən asılı olaraq pul dövriyyəsi sistemi iki tipə ayrılır:

  • tam qiymətli qızıl və gümüş pulların dövriyyədə olduğu, kredit pulların isə sərbəst şəkildə metal pullara dəyişdirildiyi metal pul tədavülü sistemi;

  • qızıl pulların tədavüldən çıxarıldığı və buna görə də kredit və kağız pulların qızıl pullara dəyişdirilmədiyi kredit və kağız pulların dövriyyəsi sistemi.

Tarixdə iki cür metal pul sistemi mövcud olmuşdur: bime­talizm və mo­no­me­ta­lizm. Bimetalizm ikili pul sistemidir. Bu sistemdə pul kimi qızıl və gümüşdən is­tifadə olunurdu. İkili pul sistemi bir sıra Qərbi Avropa ölkələrində mövcud ol­muş­dur. XIX əsrin axırlarında gümüş mədənlərinin kəşfi, gümüş metalının bolluğu nəticə etibarilə onların kəsilməsinin dayandırılmasına gətirib çıxardı. Bimetalizm mo­nometalizmlə (bir pul sistemi) əvəz olundu və yalnız qızıl pullardan istifadə olun­mağa başlandı. Bu zaman kredit və kağız pullar sərbəst surətdə qızıla dəyişdirilirdi. Monometalizmin üç növü mövcud olmuşdur: qızıl-sikkə standartı, qızıl büdcə standartı, qızıl devizli standartı.
1929-1933-cü illərdə dünyanı bürümüş dağıdıcı böhran monometalizm sisteminə də son qoydu və kredit pul sistemi adlanan yeni bir sistem qə­rar­laşmağa başladı. Bu yeni sistemin səciyyəvi cəhətləri aşağıdakılardan ibarətdir:

  1. kredit pulların üstünlük təşkil etməsi;

  2. qızıl pulların tədavüldən çıxarılması;

  3. kağız pulların (banknotların) qızıla dəyişdirilməsindən imti­na edilməsi və bu pulların qızıl məzmununun ləğv edilməsi;

  4. pul tədavülünün dövlət tərəfindən tənzimlənməsi və s.

Beləliklə, müasir pul tədavülü kredit və kağız pullardan və xırda pullardan iba­rətdir. Kredit və kağız pulların buraxılması funksiyası ancaq dövlətə məx­sus­dur. Dövlətin bu funksiyasını onun tabeli­yində (mülkiyyətində) olan Mərkəzi Bank icra edir.
Hər bir ölkədə onun iqtisadiyyatına xidmət edən müəyyən miqdarda pul küt­ləsi olur. Pul kütləsi dedikdə, bütövlükdə ölkədə əmtəə və xid­mətlərin alqı-satqısını, nağd və nağdsız formalarda ödənişləri təmin edən mövcud pul vəsaitlərinin məc­musu nəzərdə tutulur. Pul kütləsinin strukturu iki hissədən ibərət­dir: aktivpassiv hissə. Təsərrüfat dövriyyəsinə real surətdə xid­mət edən pul vəsaitləri aktiv hissəyə, pul yığımları, hesablarda qalan qalıqlar isə pas­siv hissəyə aiddir. Passiv pullardan hesablaş­ma vasitəsi kimi istifadə olunur. İnkişaf etmiş bazar iqtisadiyyatlı ölkələrdə passiv pullardan (çeklərdən, kredit kartlarından və s.) daha geniş istifadə olunur.
Bunlardan başqa pul kütləsinin passiv hissəsində elə kompo­nentlər var ki, onlardan bilavasitə alqı-satqı vasitəsi kimi istifadə etmək olmaz. Bunlara aiddir: kommersiya banklarında və digər kredit-maliyyə müəssisələrindəki əmanətlər, müddətli hesablara qoyulmuş pullar, qısa müddətli dövlət istiqrazları, investisiya fondlarının səhmləri. Adı çəkilən bu komponentlər (ünsürlər) “kvazi-pullar” ad­lan­dı­rılır. (Kvazi - latın mənşəli “quasi” sözü olub, mənası - sanki, elə bil ki, guya de­mək­dir) Bunlar qeyri-həqiqi pullar hesab olunsalar da pul kütləsinin strukturunda daha çox paya malikdir və onların payı sürətlə artır.
Pul tədavül vasitəsi funksiyası ilə yanaşı, tədiyyə (ödəniş) vasitəsi funksiyasını da yerinə yetirdiyinə görə, pul tədavülü qanununu tam şəkildə aşağıdakı kimi ifadə etmək olar:

Burada, M - tədavül edən pulun miqdarı, Əq - reallaşdırılacaq əmtəələrin qiymətlərinin cəmi, Kq - kreditə satılan əmtəələrin qiymətlərinin cəmi, T - ödənilmə vaxtı çatmış tədiyyələr, qT - qarşılıqlı ödənilən tədiyyələr, Ds - pulun dövriyyə sürəti.


Hər bir bazarda olduğu kimi pul bazarında da tarazlıq tələb olunur. Bu o zaman mümkündür ki, pula olan tələblə pul təklifi arasında uyğun nisbət yaranır.



Yüklə 52,78 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin