Xiii respublika elmi konfransının mater I allari (Bakı, 24 may, 2013) Bakı – “Elm və təhsil” – 2013 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,06 Mb.
səhifə25/41
tarix20.01.2017
ölçüsü4,06 Mb.
#726
1   ...   21   22   23   24   25   26   27   28   ...   41

Ədəbİyyat:


  1. Azərbaycan tarixi, I c. «Çıraq» nəşriyyatı, Bakı – 2005. -719 səh.

  2. Bəyani Mehdi. Əhval və asari xoşnevisan, celde sevvom və çəha­rom. Çapxaneyi «Məharət» – 1345. -3040 səh.

  3. Mirhəmzə bin Mustafa Əfəndi. Xətt və xəttatan. «Əbülziya» mət­bəəsi. İstanbul -1893. -285 səh.

  4. Mirzə Sənglax. Təzkirətül-xəttatin. I c. İran, 1291 (1874). -956 səh.

  5. Nəcib Mail Herəvi. Ketabarayi dər təməddone Eslami. İran, Məş­həd. 1372 (1993). Astani qüddisi Rezəvi. -1139 səh.

  6. Hacı Mirzə Əbdülməhəmmədxan İrani. Peydayişi xətt və xəttatan. «Çeh­renüma» çapxanası. Misir – 1345. -264 səh.

  7. Məhəmmədəli Tərbiyət. Danişməndani Azərbaycan. Tehran, mət­bəeyi-Məcles – 1314.-414 səh.

  8. Кази-Ахмед. Трактат о каллиграфах и художниках. Государ­ственное Издательство «Искусство», Москва – Ленинград, 1947. -201 стр.

  9. Казиев. А. Ю. Художественное оформление Азербайджанской ру­ко­писной книги веков. Москва – 1977. Издательство «Книга». -357 стр.



Mir Firidun RİYAZİ

(İİR, Təbriz)
NİZAMİ GƏNCƏVİNİN «XOSROV VƏ ŞİRİN» POEMASINDA FƏRHAD SURƏTİ
Yaxın və Orta Şərq xalqları ədəbiyyatının ən məşhur surət­lərindən biri də Fərhaddır. Onun adı neçə əsrdir ki, zövq əhli­nin dilində əzbərdir. Hicri VI əsrdən günümüzə qədər Fərhadın dastanını qələmə almayan və ya onu yad etməyən, şeirlərində onun nakam eşqinə toxunmayan şair az tapılar. Cəsarətlə deyə bi­­lərik ki, Fərhadı bu şöhrətə çatdıran böyük şair Nizami Gən­cəvinin qüdrətli sənəti olmuşdur. Daha öncəki mənbələrdə Fər­hadın adına rast gəlinsə də, nakam eşqinə sədaqət rəmzi olan Fərhad surətini yaradan, onun sonrakı dövr sənətkarlarına nümunə olmuş dasta­nını yazan Nizami olmuşdur. Nizamidən son­ra bir çox şairlər onun yolunu davam etdirərək Fərhadın nakam eşqindən bəhs edən əsərlər yaz­salar da, bu təqlidlərin heç biri Nizaminin əsərinin şöhrətini qazana bilməmişdir (1).

Fərhad surətinin farsdilli ədəbiyyata nə zamandan gəlməsi barədə dəqiq məlumatımız yoxdur. «Tarixi-Təbəri», «Seyfəl­mü­lük», «Qorər-əxbar» kimi kitablarda onun adına rast gəl­mirik. «Müstəməlüt-təvarix vəl qisəs» əsərinin bir neçə ye­rin­də Xosrovun ordusunun sərkərdəsi kimi Fərhadın adı çəkilir. Lakin onun Şirinə aşiqliyi barədə bir söz de­yilmir. Belə nəticə­yə gəlmək olar ki, Fərhadın surəti Nizamidən öncə ədəbiyyat­da geniş işlənməmişdir (2).

Nizami «Xosrov və Şirin» dastanına aşiqanə mövzusu sala­raq onu ətraflı işləmiş, aşiq olan şəxsin psixoloji durumunu, hə­yəcanlarını ona qədərki orta əsrlər ədəbiyyatında mövcud olmayan bir dəqiqliklə şərh etmişdir. O, mənzuməsində İbn Həşm və İbn Qəyyumun eşqə dair nə­zəriyyələrini poetik şəkil­də şərh etmiş, bir sıra hallarda eşqə irfani nöq­teyi-nəzərdən ya­naşmış, məqsədinə uyğun olaraq Fərhadın özünə­məx­sus xa­rak­terini təsvir etmişdir (3).

«Xosrov və Şirin» poemasında Şapur Fərhadı Şirinə bir mü­­həndis kimi tanıtdırır və əlavə edir ki, bu mühəndis bəzək için­də də mütəxəs­sis­dir. Bu mənzumədə Fərhadın işi ancaq mü­­həndislikdən ibarət olmuş­dur. Şirin onu ilk dəfə ona görə çağırtdırır ki, daşdan bir arx düzəlt­dir­sin. Çünki o süd içməyi se­vir, lakin onun yaşadığı vadidə zəhərli bitki­lər çox olduğu üçün mal-qara oradan kənar gəzir (4).



كه هست اين جا مهندس مردي استاد جواني نام او فرزانه فرهاد

به وقت هندسه عبرت نمايي مجسطي دان اقليدس گشايي

به تيشه چون سر صنعت بخارد زمين را مرغ بر ماهي نگارد

به صنعت سرخ گل را رنگ بندد به آهن نقش چين بر سنگ بندد

دل شيرين حساب شير مي كرد چه فن سازد در آن تدبير مي كرد

كه شير آوردن ازجايي چنان دور پرستاران او را داشت رنجور

زما تا گوسفندان يك دو فرسنگ ببايد كند جويي محكم از سنگ

كه چوپانانم آنجا شير دوشند پرستارانم اين جا شير نوشند

Münazirə, dialoq şeirdə ən gözəl bədii ifadə vasitələrindən biridir. Farsdilli ədəbiyyatda onun ilk nümunəsinin Əsədi Tusi tərəfindən ya­ra­dıldığı qeyd edilmişdir. Nizaminin bu mənzu­mə­sindəki Xosrovla Fərhadın münazirəsi yalnız bu əsərdə, şairin yaraldıcılığında deyil, bütün farsdilli ədəbiyyatda ən diq­qətəlayiq poetik parçalarındandır. Xosrov burada ondan dağı yararaq yol saldırmaq istədiyini bildirir:



كه مارا هست كوهي در گذرگاه كه مشكل مي توان كردن بدو راه

چنانك آمد شد ما را بشايد ميان كوه راهي كند بايد

Nizaminin Fərhadı başqa xüsusiyyətləri ilə bərabər, həm də incə, dərin mənaları gözəl bilən nüktədan bir şəxsiyyətdir. Şair bu fil gövdəli, dağ yaran qəhrəmanına aşiq nüktədanlığı ilə bə­rabər, gözəl natiqlik qa­biliyyəti də bəxş etmişdir. Şirinin ya­nın­da utandığından cavab verməyə bir söz tapmayan Fərhadın natiqlik qabiliyyətinə Xosrov heyrət edir.



زبانش كرد پاسخ را فرامشت نهاد از عاجزي بر ديده انگشت

به هر نكته كه خسرو ساز مي كرد جوابش هم به نكته باز مي كرد

چوعاجز گشت خسرو در جوابش نيآمد بيش پرسيدن صوابش به ياران گفت كز خاكي و آبي نديدم كس به اين حاضرجوابي

Nizaminin Fərhadının diqqəti cəlb edən gözəl xüsusiyyət­lərindən biri onun nəhəng cüssəli və güclü olmasıdır. Nəhəng cüssəli, güclü olmaq Fərhad üçün çox zəruridir, çünki o qaya­ları yarıb arx çəkməlidir, dağ döşündə keçid yaratmalıdır:



درآمد كوه كن مانند كوهي كز او آمد خلايق را شكوهي

چو يك پيل از ستبري و بلندي به مقدار دو پيلش زورمندي

به هر زخمي فكند از پاي كوهي كزان آمد خلايق را شكوهي

Fərhadın başqa bir keyfiyyəti heykəl yonma məharətidir ki, bu, əsərdə ancaq bir əyləncə kimi göstərilir. Dağı yarmaqla məş­ğul olan Fərhadın əyləncə üçün gördüyü ilk işi daş üzə­rində Şirin, Xosrov və Şəbdizin surətlərini yonmaq olur. Ni­za­mi bunun səbəbini açıqlamır:



برآن كوه كمر كش رفت چون باد كمر دربست و زخم تيشه بگشا د

نخست آزرم آن كرسي نگه داشت بر او تمثال هاي نغز بنگاشت

به تيشه صورت شيرين بر آن سنگ چنان برزد كه ماني نقش ارژنگ

پس آنگه از سنان تيشه ي تيز گزارش كرد شكل شاه وشبديز

Fərhad incə qəlbli, bir insandr. Onun incəliyi, kövrəkliyi nə­­həng gövdəsinə heç cür uyğun gəlmir. Fərhad Şirinlə ilk də­fə görüşərkən pərdə arxasından onun xoş səsinin, Şirin söz­lə­ri­nin təsirindən huşunu itirib yıxılır. Xosrovun elçisi ona ya­landan Şirinin ölüm xəbərini çatdı­ran­da isə Fərhad buna dözə bilməyib ölür.



چوبگرفت آن سخن فرهاد در گوش زگرمي خون گرفتش در جگر گوش

برآورد از جگر آهي شغبنا ك چو مصروعي زپاي افتاد در خاك

چو افتاد اين سخن در گوش فرهاد زطاق كوه چون كوهي در افتاد

صلاي درد شيرين در جهان داد زمين بر ياد او بوسيد و جان داد

Fərhadın faciəsinin təsvir edildiyi bu dastanın iki yerində onun nəfsi bütünlüyündən bəhs olunur. Əsərdə Fərhadın heç nə­yə və heç kəsə ehtiyac duymaması, nəfsi bütövlüyü, təmən­nasızlığı onun Şirinə aşiq olmasından sonrakı dövrə aiddir. Süd arxının və hövuzunun tikintisi qutardıqdan sonra Şirin Fər­hadın əsərinə baxmağa gələndə ona muzd yerinə qulağın­da­kı çox qiymətli gövhərdən sırğalarını vermək istəyir. Fərhad isə bu sırğaları alıb Şirinin ayağı altına atır. Sonra Xosrov onu Şirinin eşqindən çəkindirmək üçün yanına çağırtdırır:



گشاد از گوش با صد عذر چون نوش شفاعت كرد كاين بستان و بفروش

چو وقت آيد كزين به دست يابيم زحق خدمتت سر بر نتابيم

برآن گنجينه فرهاد آفرين خواند زدستش بستد و در پايش افشاند

Məhəmmədəli Tərbiyət yazır ki, rəssam Şapur və dağ yaran Fərhad Xosrov Pərvizlə Büzüngümid dövrünün tanınmış sə­nət­karları olmuşlar (11). Zərrinkub göstərir ki, Fərhadla Şahur Çində bir sinifdə oxumuşlar. Şirinə qırx və hovuz çəkən Fər­had ona olan eşqindən dağlara çəkil­dik­dən sonra adı dillərə düş­müşdür (12).

Bəl’əlmi yazır ki, bəzi mənbələr («Mücməlüt-təvarix vəl qisəs») Fər­hadı Sipəhbüd-qoşun başçısı, sərkərdə adlandırırlar. Bisütun yazı­larının onun adına çıxılması isə səhvdir.

Nizamidən sonra bəziləri onu Həkim Fərhad da adlandır­mış­lar. Bə­ziləri isə onun Kəlhor tayfasına aid edirlər (14).

Aşiqlik, sədaqət, güc, qüvvət, şücaət, iradə, sənətkarlıq, şədr­şü­naslıq Fərhadın ən diqqətəlayiq cəhətlərindəndir. «Kuh­kən» («dağ çapan») kimi də tanınan Fərhadın şöhrəti bütün dün­yaya yayılmışdır (15).

Əşkani şahlarından 5-cisinin adı yunanca «Fra ates» kimi tələffuz olunur ki, bu da pəhləvicə «Frhat», farsca Fərhad for­ma­sına düşmüşdür. Bəzi tədqiqatçılar onu adı epik rəvayətlərə yol tapmış qədim dövrün şahlarından biri hesab edir (16).

Fərhadın aşiqliyi əhvalatı Nizamidən öncəki farsdilli şifahi ədə­biyyatda mövcud olmuşdur. Lakin bu eşq əhvalatı yalnız Ni­zamidən son­ra geniş miqyasda yayılmışdır. «Hind səbki»n­də yazan şairlər bu mövzuda maraqlı obrazlar yaratmışlar (17).

İran tədqiqatçısı Xanləri Nizaminin Fərhadı ilə Səfəvilər dövrünün böyük şairi Vəhşi Bafqinin Fərhadını müqayisə edə­rək yazır: «Nizami­nin Fəhadı arif və ədibanə bir şəxsiyyət olsa da, sadəlövh bir işçidir. Vəhşinin Fərhadı isə öz dəyərini yaxşı bilən bir sənətkardır» (18).

Qeyd etmək istərdik ki, bu poemasında Nizami Xosrov Pər­vizin məcazı eşqinə qarşı Fərhadın arifanə eşqini qoymuqşdur ki, tədqiqatçı İqbal Lahuri demişkən, məcazı eşqləri həqiqi eşq­lərdən fərqləndirsin (19).

در عشق و هوسناكي داني كه تفاوت چيست آن تيشه ي فرهادي اين حيله ي پرويزي

Farsdilli şairlərdən Xaqani, Sədi, Hafiz, Saib və b. öz əsər­lə­rində təlmih və təmsil sənətlərindən istifadə etməklə bu əh­valatı bədii şəkildə müxtəlif cür mənalandırmışlar.

Hafiz:

جهان پير است و بي بنياد از اين فرهاد كش فرياد

كه كرد افسون ونيرنگش ملول از جان شيرينم

Cahan qoca və əlacsızdır, bu Fərhadı öldürəndən fəryad!

Onun övsanu məni Şirin canından təngə gətirdi (20)

Sədi:


اول روز دانستم كه با شيرين در افتادم

كه چون فرهاد بايد شست دست از جان شيرينم من

Mən Şirinə mübtəla olduğun ilk gündən bildim ki, gərək

Fərhad kimi Şirin canından əl çəkim (21).

Saib:


جوي شير از قدرت فرهاد مي بخشد خبر مي توان در زخم ديدن جوهر شمشير را

Süd arxı Fərhadın qüdrətindən xəbər verir, qılıncın cövhəri yarada bilir (22).

Xaqani:

تا چند كني كوهي كو را نبود گوهر در كندن كوه آخر فرهاد نخواهي شد

Gövhərsiz dağı qazmaqla Fərhad ola bilməzsən qazma (23).

Nizami Xosrov Pərvizin simasında məcazi eşqin nümayən­də­sini təs­vir etmişsə, Fərhadın simasında irfani-mənəvi eşqi təs­vir etmişdir. Bö­yük İran şairi Məsud Sə’d Səlmanın dediyi kimi, dünya durduqca Fər­ha­dın dastanı əsərlərdən-əsərlərə ya­yı­lacaqdır.
Qaynaqlar:

پرويز ناتل خانلري ،يك مقايسه ي ادبي فرهاد نظامي و فرهاد وحشي ،جلد سوم ، صص 175- ‌، انتشلرات توس ، تهران، چاپ اول 1369 ،سخن هفتاد – 1

تهران ، چاپ دهخدا ،صص 207و208 سال 1351 بديع الزمان فروزانفر ، ، اشعارو مقالات مجموعه -2

شيرين در چشمه ، نصرالله پور جوادي ، نشريه ي مركز دانشگاهي ، سال يازدهم ، شماره ي چهارم ، خرداد ماه و تير ماه ، سال 1370 -3

كليات نظامي گنجوي ، مطابق نسخه ي وحيد دستگردي ، به اهتمام بابايي ، انتشارات نگين ،جلد اول ، چاپ سوم ، سال 1378، صفحات 236- 246 - 10,9,8,7,6،5، 4

مجموعه مقالات تربيت، محمد علي تربيت ، ارغنون ، به كوشش طباطبايي مجد ، شماره ي28، چاپ اول، نشر ابوتبريز، صص 201-188 -11

پير گنجه در جستجوي نا كجا آباد، عبدالحسين زرين كوب ، تهران ، انتشارات سخن ، چاپ اول ، 1372، ص 88 -12

تاريخ بلعمي ، به تصحيح محمد تقي بهار و پروين گنابادي ، تهران 1341 -13

فرهنگ اساطير ، محمد جعفر ياحقي ، انتشارات سروش تهران ، چاپ اول ، سال 1369، ذيل فرهاد -14

فرهنگ تلميحات ، سيروس شميسا، انتشارات فردوس، تهران ، چاپ چهارم ، سال 1373، ذيل فرهاد -15

-اساطير ،جعفر ياحقي، سروش ، تهران ، چاپ اول، 1369 ، ذيل فرهاد 17,16

يك مقايسه ي ادبي ، پرويز ناتل خانلري ، انتشارات توس ، 1369، صص 175 -165 -18

كليات اشعار فارسي اقبال لاهوري ، مولانا اقبال لاهوري ، با مقدمه ي احمد سروش ، تهران، انتشارات سنايي، 1343 ، ص 249 -19

ديوان حافظ ، به اهتمام محمد قزويني و قاسم غني ، تهران ، انتشارات زوار ، سال 1310، ص 243 -20

كليات شيخ سعدي ، تصحيح محمد علي فروغي ، تهران ، كتابفروشي علمي ، ص632- 21

كليات صائب تبريزي ، به تصحيح خود صائب ، با مقدمه اميري فيروز كوهي ، جلد 2، تهران ، كتابخانه ي خيام ، 1336، ص 35 -22

ديوان خاقاني شرواني ، تصحيح ضياء الدين سجادي ، تهران ، انتشارات زوار ، 1338، ص 768 -23

ديوان مسعود سعد سلمان ،به تصحيح رشيد ياسمي،تهران ،انتشارات پيروز، سال 1339،ص 114 -24


Ağayev Pərvİz

(Şərqşunaslıq İnstitutu)
Orta əsr Əlyazmaları arasında İmadəddİn İsfahanİnİn yaradıcılığı
Bəşər tarixinin əvəzolunmaz abidələrindən biri də bu günümüzə qə­dər gəlib çıxan qədim əlyazmalardır. Bu əlyazmalar böyük tarixi mər­hə­lə keçməsi ilə yanaşı özlərində daşıdıqları elmi ədəbi və s. zəngin­lik­ləri ilə günü gündən qiyməti biçilməz sərvətə çevrilirlər. Tarixdə baş ver­miş müharibələr, qiyamlar və ya digər təbii fəlakətlər nəticəsində qə­dim dövürlərdə ərsəyə gəlmiş bu əlyazma abidələr məhv olmuş, yan­dırılmış və ya istifadəsi az yararlı hala gətirilmişdir. Ümumilikdə Dün­ya miqyasında mövcud olan əlyazmalar arasında orta əsr əlyazmaları daha çox üstünlük təşkil edir. Xüsusəndə Şərq dünyasında islam dinin gəlməsi bu sahədə Bir çox Quran və İslam elmlərinin və bununla yanaşı digər elmi sahələrin inkişafi, çoxsaylı kitabların yazılmasına münbit şə­rait yaratdı. Beləki, o dövrdə elmi zərurətlə əlaqədar bir çox məktəblər məd­rəsələr elmi və dini hövzələr kitabxanalar təsis olundu. Oraya dün­yanın bir çox ölkələrindən məşhur alimlərin elmi nəzəriyyələrini və ix­ti­­ralarını özündə əks etdirən əlyazma kitablar gətizdirildi. Təbii ki bu ki­tablar o dövr üçün bir kitab kimi əhəmiyyət kəsb edirdisə, hal hazır­da yaşadığımız dövr üçün həm kitab həm də tarixi abidə kimi milli sər­vət olaraq böyük dəyər sahibidir.

İndi isə haqqında bəhs edəcəyim əlyazma kitab 12 ci əsrə aid olub o dövrün say seçmə ədiblərini, şairlərini, onların yaradıcılığını özündə əks etdirən nadir tarix incisidir. Kitabın müəllifi İmadəddin İsfahanidir. İs­fahani öz müasirlərinin yaradıcılığından seçmə şerləri qəsidələri bu ki­tabda toplamış və bu səbəbdən kitaba "Xəriydətu Əl Qəsr və Cəriy­dətu Əl Əsr" yəni Qəsrin incisi və Əsrin kitabəsi adını vermişdir. Bu əl­yaz­ma 10 Hissədən ibarət olub ayrı ayrılıqda kitab şəklində Misir, Şam, Mə­rakeş, Hicaz, İraq, və Əcəmi, Fars ölkələrinin şairlərini onların şeir­lə­rini və digər yaradıcılıqlarını özündə əks etdirən bir xəzinədir.

Bu 10 hissədən ibarət olan kitab dünyanın bir çox ölkələrinin kitab­xa­nalrında, Muzeylərində və əlyazmaların qorunduğu və tədqiq olun­du­ğu insitutlarda mövcuddur. Çünki bu əlyazma qarşıda adını sada­la­ya­ca­ğımız bir neçə nüsxədən ibarət olub Fransa, Britaniya, Hollandiya, Da­ni­marka, Misir, Mərakeş, İraq, İran kitabxanalarını öz nəfisliyi ilə bəzə­mək­dədir. Bu kitabın doğma vətənimiz Azərbaycanla bağlılığına gəl­dik­də isə onu qeyd etmək olar ki hal hazırda bu kitabın "Fars və Əcəm böyüklərinin zikri" yəni ikinci qisminin əlyazmasının 50 Fotosurəti AMEA-nın akad. Z.Bünyadov adına Şərqşunaslıq insitutunda mövcud ol­masıdır. Bu fotosurətlər Azərbaycana görkəmli akademikimiz mər­hum Z.Bünyadov tərəfindən gətizdirilmişdir. Ərəb ölkələrinə etdiyi sə­fər­lərinin birində bu əlyazma ilə tanış olan alimimiz, bu qisimdə Azər­bay­can müəlliflərinin də ola biləcəyi ehtimalını irəli sürmüşdür. Beləki Ziya müəllim böyük bir əməyin nəticəsində əlyazmanın fotosurətlərini Ba­kıya gətizdirir. Lakin Məlum səbəbdən görkəmli akademikə bu əsə­rin tərcüməsi və tədqiqi nəsib olmur. Hal hazıra insitut rəhbərliyinin xü­susən də professor Gövhər xanım Baxşəliyevanın elmi dəstəyi ilə bu ki­tabın tərcüməsi və tədqiqi mənə həvalə olunmuşdur. Həmin kitab haq­qın­da əldə etdiyim bütün məlumatların ən dəyərli və zərurilərini bu mə­qalədə oxuculara çatdırmağa çalışacam. Çünki bu kitab Azərbaycan mən­­bə­şunaslığına bir çox töhfələr vermək iqtidarında olan bir abidədir.

Müəllifin əsl adı Məhəmməd ibn Səfiəddin Məhəmməd ibn Nəfi­səd­din Hamid ibn Həbətullah ibn Alihidir. Ailəsinin mənsub olduğu Alihi so­yadı Fars dilində Qartal Şahin deməkdir. Ləqəbi isə Katib İma­dəd­din­dir.



O, Hicri 519 cu ildə Cəmadül axır ayının bazar ertəsində İsfahan şə­hə­rində elmi mühütün tam hökm sürdüyü bir ailədə dünyaya gəlmişdir. Onun Əmisi Əzizəddin Əhməd ibn Hamid ibn Əbi Rəca Səlcuqi döv­lə­tində vəzir olmuşdur. Lakin siyasi gərginlik nəticəsində Onun əmisi Tək­rit şəhərində qətlə yetrilmişdir. İmadəddin gənclik dövrlərində bir çox çətinliklərlə üzləşmiş və sahib olduqları bütün əmlakları müsadirə olun­muşdur. O bu mərhələdə yenidən fitnəyə bulaşmasınlar deyə İsfa­ha­nın şəhərətrafi nahiyələrinin birində məskunlaşırlar. İmadəddinin ata­sı hələ o uşaq ikən onun elm almasına böyük diqqət yetirmişdir. Beləki onu elm dərnəklərinə üzv etmiş, öz dostlarının və müridlərinin elmin­dən bəhrələnməsi üçün onlara həvalə etmişdir. İmadəddin müəyyən ya­şa çatdıqdan sonra Bağdada gedərək Nizamiyyə mədrəsəsinə daxil olur. Orada bir çox şeyxlərin elmi hövzələrində elm öyrənməyə başlayır. Ora­da tez bir zamanda özünə şeyxlərdən və müridlərdən çoxlu dost qazanır. İsfahani bunların hamısına hələ 16 yaşı tamam olmamış bir ədib kimi sahib olur. Onun ədəbi şəxsiyyətinin formalaşmasında təbii ki Ni­zamiyyə mədrəsəsində və İsfahandakı müəllimlərinin böyük xidmət­ləri olmuşdur və onlardan bəziləri aşağıdakılardır:

  1. Əbu Mənsur Səid ibn Məhəmməd ibn Rəzzaz.

  2. Əbu Bəkr Əşqar

  3. Əbu Həsən Əli ibn Abdussalam

  4. Əbu Qasim Əli ibn Sibağ

  5. Əbu Mənsur ibn Xəyrun

  6. Əbu Məkarim Mübarək ibn Əli Səmərqəndi

  7. Əbu Abdullah Fəravi

  8. Əbu Qasim ibn Həseyn

  9. Məhəmməd ibn Əbdüllətif Xucəndi

  10. Əbu Məali Vərkani

İmadəddin 548 ci hicri ilində Allah evinin ziyarətinə getməyi niyyət edir. Həcc səfərinə gedərək Müqəddəs yerləri ziyarət edir həm də bəzi dost­ları və Şeyxləri ilə görüşür. Onların bəzilərinin ədəbi görüşlərini gö­­­türərək müəyyən qeydlər aparır. İsfahani bütün etdiyi səfərlər haq­qın­dakı məlumatlarını yazı şəkilində toplayırdı. Və bu səfərlər onun mədəni irsinin mənbəsi hesab olunur. Hansı ki görüşdüyü o insanlar öz dövrlərinin şairlərinin yaradıcılıqlarına, məcmuələrinə şerlərinə və şeyx­lərinə, yaxşı bələd idilər. İsfahani bəzi müəlliflər haqqında öz "Xə­ridə" kitabında onların yazdıqları şerlərdən əzbərlədiyini və bildiyini vurğulamışdır. Həmçinin Həcc ziyarətində olan zaman başqa ədiblər və şairlər də İsfahanin şerilərindən bəhrələnmiş və onun haqqında bir çox şeylər rəvayət etmişlər. Çünki İsfahaninin yaradıcılığı bizlərə təkcə öz əlyazmaları ilə deyil digər müəlliflərin əsəsrləri ilə də gəlib çatmışdır. İmadəddin İsfahani çox güclü hafizəyə malik bir insan olmuşdur. Onun minlərlə beyt əzbərdən bildiyi həmçinin də "Divanul Buhtəri" və digər divanları hafizəsində əzbər qaldığı bildirilir. Sahib olduğu fitri iste­dad­lardan biri də Fars dilində əzbərlədiyi şerləri tam qafiyəli şəkildə ərəb dilinə çevirməsi idi. Bu çox məsuliyyətli bir məsələ olub divan müəl­lif­ləri qarşısında heç də kiçik görülməyən bir iş hesab edilir. Yaradıcılıq ilə yanaşı İsfahanin həyatında siyasi məsələlər də yer alırdı. İmədəd­dinin atası onu incidənlərə qarşı hər zaman müxalif idi və ibni Covzinin ifadəsi ilə desək yanılmarıq "O öz evində ev dustağı edilib ailəsinin sa­hib olduğu hər şey qarət olunub".

İsfahani 551 ci hicri ilində atası ilə yenidən Bağdada qayı­dır. Bu də­fə Abbasi xilafətinin birinci vəziri ilə tanış olur və onu mədh edən çox­lu qəsidələr yazır. Görünür ki ailəsinin adı Bağdadda bəzi dövlət rəsmi­lərinin yanında böyük hörmət əldə edir. İbn Hubeyrə onu qazi edərək Bəs­rəyə sonradan isə Bəvasitə təyin edir. Bu hər iki şəhər öz şair ədib və alimləri ilə məşhurdur. Bu fürsəti dəyərləndirən İmadəddin oradakı çoxsaylı ədiblər, şairlər ilə görüşür, onların tərcümə əsərlərini şerlərini nəsrlərini öz "Xəriydə" kitabında İraq bölmündə qeyd edir. İsfahani onu bu vəzifəyə təyin edən vəzir dünyasını dəyişənə qədər

Qazi olaraq qalır. Sonra isə Bağdadı tərk edərək Dəməşqə gəlir. Dəməşqdə onu Nurəddin Mahmud ibn Atabəy böyük bayram ilə qar­şılayır və onu o zamanın Əyanları ilə tanış edir. Kəmaləddin Əbu Fəzl Mah­mud ibn Şəhrzuri onu Nurəddin Mahmuda məxsus olan Şafei Nuru mədrəsəsinə qazi kimi təyin edir hansı ki, sonradan bu mədrəsə İmadiyyə adi ilə tanınır. Artıq İsfahani özünü əyan aşrafın əhatəsində tapır və Dəməşqdə yalnız qalmır. Böyük təcrübəsinə əasasən o Nəc­məddin Əyyub ilə Təkritin hakimi olur. Nəcməddin həm də İsfahaninin Əmisi Əzizəddinin dostu idi. Nəcməddin tez tez onun ziyarətinə gedər hətta oğlu Səlahəddini yanında apararaq onu İsfahani ilə tanış edərdi. İsfahani də öz növbəsində onun təkrar ziyarətinə gedərək bu gözəl zi­yarəti qəsidə ilə mədh edir :

Görüşə niyyət etdiyim gün ömrümdən hesablanmış deyil,

Həyatıma mənsub olan kəs ilə mənə ayrılıq yoxdur.

Nəcməddin dünyadan köçəndən sonra İsfahani onun oğlu olan Səla­həd­din Əyyubi ilə əlaqələrini saxlayır və onun bütün müharibələrində iştirak edərək hər şeyə şahid olur. Onunla Misrə gedərək İskəndəriy­yə­də Əhməd ibn Məhəmməd ibn Silfə İsfahaninin bəzi dərsləridə iştirak edir. Sonra Səlahəddinin yoldaşlığı ilə Dəməşqə gəlir. Onun yanında birinci katib və mətbuat vəziri olur. Bu müddət ərzində bir çox kitablar yazır və bu 597 ci hicri ilinə yəni İsfahani dünyasını dəyişənə qədər da­vam edir. O sufi qəbirsanlığında dəfn olunur. Və hal hazırda ora Də­məşqin Bəraməkə bölgəsində yerləşir və universitetin rəyasət binası kimi fəaliyyət göstərir. Amma Onun İmadiyyə Mədrəsəsi digər bölgədə Babul Fərəcdə yerləşir ki bu gün də Dəməşqin tarixi abidələr siyahısın­da ön cərgədə durur.

İmadəddin İsfahani həmçinin Səlcuqi dövləti haqqında da kitab yaz­mış­dır və ona "Nəsrətul fətrə və əsrətul ətra" adını vermişdir. İsfahani Fəth ibn Bəndərinin kitabını ixtisar etmiş və onu "Tariyxu dövlətü ali Səlcuq" ünvanı ilə yenidən yazmışdır. Bu kitab Parisdə sonralar isə Qahirə və Beyrutda nəşr olunmuşdur. Amma kitabın orjinal nüsxəsin­dən bir parça Paris milli kitabaxanasında vardır. Sonra İmadəddin İsfa­hani

"əl bostan əl cami kitabını" 592 ci hicri ilində yazmağa başlayır və onu 1 ildən sonra tamamlayır. Bu kitab müxtəsər bir tarixdir ki məx­lu­qa­tın yaradılışından başlayaraq 593 cü ilə qədər baş vermiş hadisələri orada qeyd edir. Daha sonra isə İsfahaninin nəvələrindən biri o kitabı götürərək ona müəyyən əlavələr etməklə 636 ci hicri ilinə qədər baş ver­miş hadisələri də oraya əlavə edir. Bu naqis bir nüsxə hesab olunur və 215 vərəqi aya sofiyada III Əhməd kitabxanasında qorunur.

İmadəddin İsfahaninin şer və məktublar divanı da vardır. Onun şerlə­rini İraqlı mütəxəssislərdən biri toplamış və bir cilddə nəşr et­miş­dir. İsfahaninin şerləri o qədər çoxdur ki Səbəki onun haqqında demiş­dir: "Onun şeri sahili olmayan bir dənizdir ki bütün mövzuları əhatə edir".

İmadəddin İsfahani dövlət divanında həm katib həm də qazi idi. Bu həm də onun dövlət işçisi olduğunu göstəricisi idi. Onun üzərində bö­yük məsuliyyət vardı Və buna görə də İmadəddin bütün tarixi və ədəbi məlumatların yazılması qərarına gəlir. Zamanının xəlifələrini vəzirlərini əmirlərini öz şerlərində mədh edirdi. Onun məşhur kitablarından biri olan Xəriydəsi ilə bağlı maraqlı xatirə vardır. Beləki İmadəddinin oğlu bu haqda deyir : "Xəriydəni hazırladıqdan sonra onu Əbdülrəhimə gön­dər­di. Əbdülrəhim onun 8 hissədən ibarət olduğunu gördükdə sual etti Haradadır yerdə qalan iki hissə? Əbdülrəhimin bunu belə tez anla­ma­sı­nın səbəbi müəllifin onu 10 mirvari dənəsinə bənzətməsi olub."

Bu kitabın yazılması bizlərə həm də tarixi bir silsiləni, bir birinə bağlanmış həlqəqləri xatırladır. Çünki Müəllif öz Xəriydəsini Əbu Məali Səd ibn Əli Vərraq Xətərinin "Ziynətü Dəhr" kitabına davam olaraq yazmışdır. Vərraq da öz kitabını Bəxrəzinin "Dimmətil qəsr əsrətu əhli əsr" kitabına davam olaraq yazmışdır. Bəxrəzi də öz kitabını Səalibinin "Yətiymətü dəhr" kitabına davam olaraq yazmışdır. Səalibi də öz kitabını Harun Muncəmin "Kitabul Bari" kitabına davam olaraq yazmışdır. İmadəddinin bu kitabında əksər İraq, Yəmən Hicaz, Şam Mərakeş, Misir şairləri cəm olmuşdur. O bəzi ədibləri çıxmaq şərti ilə əksəriyyət haqqında orada faydalı xəbərlər vermişdir.

İsfahani 7 cilddə Bərqu Əş-şam kitabını yazmışdır. Həmin kitab ta­ri­xi məcmuədir və belə adlanmasının səbəbi həmin zaman onun şimşək kimi sürətlə yayılması olub. Bu kitabın 2 hissəsindən başqa heç bir nüs­xə­si qalmayıb və o İordaniyanın paytaxtı Ommanda qorunub saxlanılır. Kitab tarixi hadisələrin və məktubların məcmuəsidir. Hansı ki o hadi­sələrdə şəxsən özü yaxından iştirak edib. Həmçinin 2 cilddə "Fəthu qasiy fiy fəthi qudsi" kitabını yazmışdır orada Səlahəddin Əyyubiinin keyfiyyətləri və Xaçlılarla etdiyi müharibələrdən və Qüdsün fəthindən yazmışdır. Bu kitab Qahirə və Avropada dəfələrlə çap edilmişdir. Ədi­bin "Seyl əla Zeyl" kitabı da vardır ki Xəriydə kitabına əsasən yazmış­dır və bu kitab Kopenhagendə nadir orta əsr əlyazması kimi qorunur.

Müəllifin "Xəriydətu əl qəsr və cəriydətu əl əsr" əsəri üzərində apardıqım ilkin araşdırmalar nəticəsində bu kitabın müxtəlif ölkələrdə fərqli nüsxələrinin olduqunu gördüm. Ona görə də Onları aşağıdakı şəkildə sıralayaraq oxuculara bu əlyazmanın nüsxələri haqqında qısa amma çox mühüm bilgilər verməyi özümə borc bilirəm.

1. Birinci məcmuə Qismu Əs-səni yəni " Fars Əhli və Əcəm böyük­lərinin zikri" ilə başlayır. Onun əvvəli Sədr Şəhid Əzizəddin Əhməd ibn Hamidin tərcüməsidir. Axırı isə Əbu İsmayıl Xəttatın tərcümə­si­dir. (Tərcümə deyildikdə müəllifin həyatından qısa məlumat və yaradıcılı­ğın­dan seçilmiş şerlər və qəsidələr nəzərdə tutulur)

Vərəqlərin sayı 50, sətirlərin sayı isə 27 dir. Bu həmin hissədir ki, Öncə qeyd ettiyim kimi görkəmli akademikimiz Z.Bünyadov bunu İraq­dan gətirmişdir. Və hal hazırda onun üzərində tərcümə və tədqiqat işi gedir.

2. İkinci məcmuə "Fars əhli" ilə başlayır. Əvvəli Qazi Əbu Bəkr Ər­caninin, axırı isə Xorasan şairi Əbyurdinin tərcüməsidir. Bu nüsxə 62 vərəqdən ibarət olub əlyazmanın surəti kimi Tehran mərkəzi universite­tinin kitabxanasında qorunur. Həmçinin digər əlyazma surəti Qahi­rə­dəki Ərəb əlyazmaları insitutunda Mikro film şəklində vardır. Bu əlyaz­ma Misir, Şam, İraq, şairlərini əhatə edir.

3. London əlyazması- Britaniya Muzeyi. O nüsxəni sahibi Marşaya nisbət olaraq "M" hərfi ilə işarələdik. 140 vərəqdən hər və hər vərəq də 17 sətirdən ibarətdir. Üzərində "Tarixu əbna əsr və xariydətul əsr" ya­zı­lıb. Onun Əvvəli Zulbəraeteyn Tac İsfahan Nətənziy İsfahanin tərcü­mə­sidir, axır isə Ərcaninin sonu "Yə" Hərfi ilə qəfiyələnən şeri ilə bitir. 12 Tərcümədən ibarətdir :

Rza Xüzayi – Əbu Həsən Əli ibn Abdullah ibn Zahir İsfahani

Əbu Şüca Dəhcar ibn Əbu Vəfa

Həkim Əbu Qasim Əhvazi – Hibətullah ibn Həsən ibn Əli Təbib

Əbu Nəcm ibn Mehran İsafahani

Həmdan ibn Məhəmməd ibn Fürca

Əbu Qasim Mehruqani

Vələd Əminıəddin ibn Şahmərdan İsfahani

Əhməd ibn Rəğməş Hilali Cərbəzəqani

Əbulkərim ibn İbrahim

Müəyyədin əbu Əli Məhəmməd ibn İsfəhsalar ibn Məhəmməd

Əbu İsmayıl Xəttat

Əbu Bəkr Ərcani

4. Rəbat nüsxəsi, onu " Ta " hərfi ilə işarələdik.

Bu nüsxənin əvvəli Rza Xüzainin həmçinin şair Ərcanin tərcü­mə­sin­dən ibarətdir. Axırı isə Əbu Muxtar Şərif Nübəndəcanin tərcü­mə­si­dir. Baxımsızlıqdan həşəratlar onun bəzi yazı hissələrini məhv etsədə 162 vərəqdən və hər vərəqi 24 sətrdən ibarət olan nüsxəsi bizə gəlib çat­mışdır.

5. Abbas Əzəvi Nüsxəsi : Onu "Ayn" Hərfi ilə işarələdik. Bu nüs­xə­nin əvvəli və axırı bəlli deyil. Çünki Əvvəlindən ortasından axırından da müəyyən vərəqlər düşmüşdür və çox əcaib şəkildə bir birinə qarış­mışdır. Əvvəlində Ərcani və Əbyurdinin bəzi şerləri vardır. Axırı isə Şeyx Əbu Zəkəriyya Təbrizinin tərcüməsidir. Vərəqlərin sayı 158 dir və hər vərəq 17 sətirdən ibarətdir. Bu nüsxə Tehran universitetinin mər­kəzi kitabxanasında qorunur.

6. İki Leydon nüsxəsi : Onu L-1, L-2 hərfləri ilə işarələdik. Bu iki nüsxənin qaynağı birdir hər ikisi də Mərakeş nüsxəsindən götrülmüş­dür. Vərəqlərinin sayı birincidə 131, ikincidə 129 dan və hər ikisi də 23 sətirdən ibarətdir. Hər iki nüsxənin vərəqlərində bəzi Haşiyələr də var­dır. Onun əvvəli Qazi Əbu Bəkr Ərcaninin şerindən "Eyn" qafiyasi ilə başlayır. Vəzir Cəlaləddin Əbu Əli ibn Siddiqi mədh edən qəsidədəndir. Axırı isə Ədib Şaşinin qalan şeridir.

7. İltiqa Ələvi Nüsxəsi: Bu nüsxə Mərakeşin Fez şəhərindəki kitab­xa­nsındadır, və onun üzərində Xəriydədən 6 ci hissə yazılıb. Onun üzə­rində İltiqa ələvi xətti ilə bu yazı vardır :

"Bismillahir Rəhmanir Rəhim. Xəridə kitabından olan Bu cild mənə şəri irs ilə mərhum oğlum Məhəmməd ibn Məhəmməd Ələvidən initqal etmişdir. Mərakeş Mədğura vahəsi, Tafulat nahiyəsi.

O, 1367 ci ildə dünyasını dəyişmişdir. Allah ona rəhmət etsin ki onu qanuni yol ilə özü üçün satın almışdır."

Məhəmməd İlitiqa Ələvi Fez şəhərindəki Qərviyyin Şəriyfə Uni­ver­sitetində ümumi tarix müəllimidir. Bu nüsxə 261 sahifədən 17 sətirdən ibarətdir. Onun əvvəli "Ayn" hərfi ilə Əbyurdinin şeri ilə başlayır Axırı isə Ədib Şaşinin şeri ilə bitir.

8. Qərviyyin nüsxəsi : Onu " Qaf " hərfi ilə işarələdik. Qazi Əbu Bəkir Ərcaninin "Ayn" qafiyəli şeri ilə başlayır. Xəridənin ikinci bö­lü­mü bittikdən sonra 3 cü bölüm yəni "Qismu Əs-Səlis Şam böyüklərinin zikri gəlir. 335 səhifədən və hər səhifə də 21 sətirdən ibarətdir.

9. Paris Nüsxəsi : Paris Milli kitabxanasında qorunur və orada Təğ­rainin bəzi tərcümələri və şerləri vardır. Mərhum Doktor Əli Cavad Tahir

"Şer arabi fi iraq və biləd əcəm" kitabında ona işarə edərək deyir : "Nun" nüsxəsində gələn şer ilə Təğrainin bəzi şerlərini bərpa etdik çün­ki onun oxunuşu qeyri mümkün idi. Nüsxə 27 səhifədən ibarətdir və biz yalnız onun 5 vərəqini istifadə edə bildik."

Bu əlyazma ilə bağlı apardığım tərcümə və tədqiqat işləri ilə əla­qədar bir neçə kitaba nəzər yetirdim. Bu işlə məşqul olan hər kəsin nə­hayətdə bir arzu amalının olduğuna şahid oldum. Bu da Ədibin tarixi əl­yazmasının tam kamil şəkildə böyük bir əsər kimi bir yerdə əlimizdə olmasını görmək idi. İnşallah ki bir gün gələcək əlimizdəki "Xəriydətu əl qəsr və cəriydətu əl əsr" kitabı laiq olduğu yeri tapacaq və onun işıq­lı tarixi bu günki və gələcək ədəbiyyatımıza işıq saçacaq. Burada ya­zılanları hələ görülən işlərin müqəddiməsi kimi qəbul edir və bu işdə daha da uğurlu olacağıma İnanıram.


Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin