Türk dünyası, Qafqaz xalqları və Asiyaölkələri
I Dünya müharibəsi illərində.
Osmanlı
imperiyası.
Beynəlxalq aləmdə təklənmək təhlükəsi ilə üzləşən Osmanlı imperiyası Almaniya ilə yaxınlaşdı. 1914-cü il iyulunda imperiyasına ölkənin hakim dairələrindəki almanpərəst qrupun mövqelərini xeyli möhkəmləndirdi. Oktyabrın 20-də Rusiya Osmanlı imperiyasına müharibə elan etdi. I Dünya müharibəsi ərəfəsində Rusiya yenidən erməni məsələsini irəli sürmüşdü. 1912-ci ilin payızında bütün ermənilərin katalikosu II Nikolaya müraciət edərək Osmanlı imperiyasında yaşayan erməniləri müdafiə etməyi xahiş etdi. Ermənilər müharibənin onlar üçün əlverişli məqam olduğunu düşünürdülər. ŞərqiAnadolunun erməni əhalisi qiyam qaldırdı. Osmanlı dövləti 100 minə yaxın qiyamçı ermənini Suriya və Livana köçürmək haqqında qərar verdi. Köçürmə prosesində onlarınxeyli hissəsi kürdlər tərəfindən məhv edildi, 25 aprel indiyədək ermənilərin güya türklər tərəfindən “mütəşəkkil surətdə dövlət səviyyəsində məhvi” günü kimi irəli sürmüşdülər.
1915-ci ilin əvvəllərində Sarıqamış əməliyyatında məğlubiyyətdən sonra Osmanlı qoşunlarının əsas hissəsi müttəfiqlərin Dardanelə çıxardığı desanta qarşı döyüşlərə cəlb olunmuşdu. Rus hərbi hissələri 1915-1916-cı illərin qışında fəal əməliyyatlara başladılar. 1916-cı il yanvarın əvvəllərində ruslar Köprü-Köy bölgəsində osmanlıların müdafiəsini yardılar. Fevralın əvvəllərində Ərzurum qalasını ələ keçirdilər. YazdaTrabzon alındı. Qafqaz cəbhəsi “Antanta”nın sağ cınahının əlverişli bazasına çevrildi. 1918-ciil oktyabrında Osmanlı dövləti məğlub olduğunu bildirdi. Mudros sülh müqaviləsi imzalandı. Sazişin XI maddəsinə əsasən Osmanlı dövləti öz ordusunu Cənubi Qafqazdan çıxartmalı və bura m
Mərkəzi Asiya, Qazaxıstan
Volqaboyu, Ural türkləri.
üttəfiqlərin qoşunları daxil olmalı idi.
I Dünya müharibəsi Rusiyanın türklər yaşayan ərazilərinin iqtisadiyyatını səfərbər etmişdi. Sənayenin bir çox sahələri cəbhə üçün işləyirdi. Mərkəzi Asiya, Qazaxıstan, Volqaboyu və Uralda Rusiya hökuməti cəbhə üçün vacib olan xammal və sənaye məhsullarının daşınmasını sürətləndirmək üçün bir sıra tədbirlər görmüşdü. 1917-ci ilin aprelində Kazan quberniyası müsəlmanlarının I qurultayı çağırıldı. Quberniya müsəlmanlarının “Milli Şurası” yaradıldı.
Qafqaz xalqları. Müharibədə iştirak edən dövlətlərin hərbi planlarında son dərəcə əlverişli coğrafi mövqedə yerləşmiş Qafqaz və onun nefti mühüm yer tuturdu. 1914-cü il oktyabrında Qafqazda hərbi əməliyyatlar başladı. Qafqaz cəbhəsi Qara dənizdən Urmiya gölünədək uzanırdı. 1917-ci ildə Rusiyada oktyabr çevrilişindən sonra Qafqaz çəbhəsi ləğv olundu. Maykop və Qroznı bölgələrində çıxarılmış neftdən əla keyfiyyətli benzin alınırdı. Kubanda yeni neftayırma zavodu işə salındı.
Yaponiya. 1914-cü il avqustun 14-də yapon hökuməti Almaniyaya ultimatum verərək, bütün alman hərbi gəmilərinin yapon və çin sularından çıxarılmasını və heç bir şərt qoymadan Şandun yarımadasının yapon hökumətinə təhvil verilməsini tələb etdi. Almaniya bu tələbləri qəbul etmədi. Avqustun 23-də Yaponiya müharibəyə başlayaraq Şanduna qoşun çıxartdı. Yapon donanması Marşall, Marian və Karolin adalarını ələ keçirdi.
Yaponiya hakim dairələri Çini asılı salmaq üçün 21 tələb planını həyata keçirməyə başladı. Bu plan böyük dövlətlərdə narazılıq yaratmışdı. Bunları nəzərə alan Yaponiya tələblərin bir hissəsindən imtina etdi. Yaponiyanın təhriki ilə Çin 1917-ci il avqustunda Almaniyaya müharibə elan etdi. Əslində Çin müharibədə iştirak etmirdi. Onun ordusundan arxa cəbhədə istifadə olunurdu.
İran. İran hökuməti müharibə başlanan kimi öz bitərəfliyini elan etmişdi. Lakin “Antanta” dövlətləri beynəlxalq hüquq normalarını pozaraq İranın bitərəfliyinə məhəl qoymadılar. 1915-ci ildə Rusiya ilə İngiltərə İranın bir dəfəlik bölüşdürülməsinə dair razılığa gəldilər. İranın əcnəbi qoşunlar tərəfindən işğalı nəticəsində ölkədə siyasi və iqtisadi vəziyyət daha da pisləşdi. Zorakılıq və qarətlər artmışdı. 1914-cü ilin sonlarında “Cəngəllilər hərəkatı” başladı. Onların 3 əsas məqsədləri var idi: işğalçıları ölkədən qovmaq; İranın müstəqilliyini bərpa etmək; ölkədə ədalətsizliyə, mütləqiyyətə son qoymaq. 1916-cı ildə cəngəllilərlə rus qoşunları arasında şiddətli döyüşlər oldu. Bu döyüşlərdə məğlub olan cəngəllilər meşələrə çəkilərək işğalçılara qarşı partizan mübarizəsinə başladılar.
Hindistan. Müharibə Hindistanın bəzi sənaye sahələrinin dirçəlməsinə şərait yaratmışdı. Xaricdən gətirələn yeyinti məhsullarına və toxuculuq məmulatına qoyulan gömrük rüsumu artırılmışdı. Milli-azadlıq hərəkatının güclənməsində Mohandas Karamçand Qandinin (1869-1948) böyük rolu olmuşdu.
Ç
Dünya ölkələri iki cahan
müharibəsi arasında.
in. I Dünya müharibəsində Çində də vəziyyət gərgin idi. Yaponiyanın “21 tələb”lərini qəbul olunduğu gün mayın 9-u “milli biabırçılıq günü” elan edildi. 1915-ci il dekabrında Y. Şikay imperator titulunu qəbul etdi. Bu xəbər xalq kütlələrinin qəzəbinə səbəb oldu. Y. Şikay hakimiyyətini qorumaq üçün 1916-cı il martında imperator titulunu ləğv etdi. 1916-cı ildə Y. Şikayın qəfil ölümü onun hakimiyyətinə son qoydu.
Versal-Vaşinqton sistemi.
Paris konfransı.
I Dünya müharibəsindən sonra dövlətlərarası münasibətləri qaydaya salmaq üçün 1919-cu il yanvarın 18-də Parisdə sülh konfransı toplandı. Konfrans öz işini iyunun 28-nə kimi davam etdirdi. Konfransda 27 ölkənin nümayəndəheyəti iştirak etsə də, aparıcı rolu “Böyük üçlük”-ABŞ (prezidenti V. Vilson), Böyük Britaniya (baş naziri Devid Lloyd Corc) və Fransa (baş naziri C. Klemanso) oynayırdı. Məğlub ölkələr və Sovet Rusiyası konfransa dəvət olunmamışdılar. Əsas məqsəd Almaniya və digər məğlub ölkələrlə sülh müqaviləsinin hazırlanması idi. Müqavilələrin əsasını hələ 1918-ci il yanvarın 8-də ABŞ prezidenti V. Vilsonun konqresə göndərdiyi “14 maddəsi” təşkil edirdi.
1919-cu il iyunun 28-də Parisin Versal sarayında Almaniya ilə sülh müqaviləsi imzalandı. Müqaviləyə görə Almaniya təqsirkar olduğunu və onun nəticələri ilə müttəfiqləri ilə birgə məsuliyyət daşıdığını etiraf etdi. Almaniyanın qərb əraziləri 15 il müddətinə müttəfiqlərin işğalzonası elan edildi. Versal müqavıləsini Çin imzalamadı. Millətlər cəmiyyətinə daxil olmaq istəməyən ABŞ-ın senatı onu ratifikasiya (təsdiq) etmədi.
Versal sülh müqaviləsi Sen-Jermen, Trianon, Neji, Sevr müqavilələri ilə tamamlanır. Bunlar bütövlükdə Versal sistemi adlandırıldı. “Antanta” ölkələri ilə Avstriya arasında 1919-cu il sentaybrında Sen-Jermen sülh müqaviləsi bağlandı. Bu müqavilə Avstriya-Macarıstan imperiyasının dağılması və onun ərazisində Avstriya, Macarıstan, Çexiya, Serb-Xorvat-Sloven krallığı (1929-cu ildən Yuqoslaviya) dövlətlərinin yaradılmasını rəsmiləşdirdi. Triyest İtaliyaya verildi.
Bolqarıstanla 1919-cu ilin noyabrında bağlanmış Neji müqaviləsinə görə Rumıniya və Serbiyanın xeyrinə güzəştlər edildi. Bolqarıstan Egey dənizinə çıxışdan məhrum edildi. Noyabr ayında Macarıstanla Trianon sülh müqaviləsi imzalandı. Burada da Avstriya-Macarıstanın dağıldığı rəsmiləşdirildi. Macarıstan bir sıra ərazilərini Rumıniyaya, Serbiyaya. Çexoslavakiyaya və Avstriyaya verməli oldu. Odur ki, Macarıstanı “kəsilmiş dövlət” adlandırırdılar.
1920-ci ilin avqustunda Türkiyə ilə Sevr müqaviləsi imzalandı. Osmanlı imperiyasının dağılması rəsmiləşdirildi. Lakin M. Kamal Atatürkün rəhbərliyi ilə başlanmış azadlıq mübarizəsi Sevr müqaviləsinin bir sıra şərtlərini həyata keçirməyə imkan vermədi. Türkiyə ilə münasibətlər 1923-cü ildə Lozanna konfransında daha ədalətli həll olundu.
Versal sistemini tamamlamaq məqsədi ilə 1921-ci ilin sonu-1922-ci ilin əvvəllərində Vaşinqton konfransı çağırıldı. Versal-Vaşinqton sistemi müharibədən sonrakı dünyanın beynəlxalq hüquq normaları əsasında inkişafı üçün zəmin yaratdı, bir müddət sülh və təhlükəsizliyi təmin etdi. Lakin bütün ziddiyyətləri həll etmədi.
I
I Dünya müharibəsindən
sonra Avropanın geosiyasi
xəritəsində dəyişikliklər.
Dünya müharibəsindən sonra Avropanın siyasi xəritəsində böyük dəyişikliklər baş verdi. Böyük Britaniya hökuməti hələ 1917-ci ilin yazında dominionlara – Kanadaya, Cənubi Afrikaya, Avstraliyaya imperiya tərkibində muxtar dövlət hüququ vermişdi. 1931-ci ildə qəbul edilmiş Vestmin Statusuna əsasən dominionlara daxili və xarici siyasətdə tam müstəqillik verildi. 1921-ci ilin dekabrında ingilis irland müqaviləsi imzalandı. İrlandiya “Azad İrland” adı ilə Britaniyanın dominionu elan olundu.
Müharibə nəticəsində Almaniya da sosial ziddiyyətlər kəskinləşdi. 1918-ci ilin noyabrında Almaniyada inqilab baş verdi. Almaniyada monarxiya devrildi, Respublika elan edildi. 1919-cu ilin fevralında Veymar şəhərində parlamentə seçkilər keçirildi. Seçkilər nəticəsində sosial-demokratlar partiyasının lideri Ebert prezident, Şeydiman isə hökumət başçısı seçildi. 1919-cu il iyunun 31-də Veymar şəhərində Almaniya Respublikasının Konstitusiyası qəbul olundu. 1933-cü ilə qədər Almaniya Veymar Respublikası adlandırıldı. Almaniya federal quruluşlu parlamentli prezident respublikası elan edildi.
Avstriya Respublikası 1918-ci ilin noyabrında elan olundu. Avstriya prezident parlament quruluşlu federativ dövlətə çevrildi. Macarıstan Respublikası 1918-ci ilin noyabrında elan olundu. 1919-cu ilin martın 21-də kommunistlərlə sosialistlər birləşib Macarıstan Sovet Respublikasını yaratdılar, cəmi 133 gün yaşadı. Bundan sonra Macarıstanda hakimiyyətə admiral Xorti gəldi. Cexoslavakiya Respublikası 1918-ci il oktyabrında elan olundu. 1918-ci il dekabrında Serb-xorvat-sloven Krallığı yarandı. Polşa 1918-ci ilin noyabrında müstəqil respublika elan olundu. 1921-ci ildə Polşa- SSRİ müqaviləsi imzalandı. Qərbi Belorusiya və Qərbi Ukrayna torpaqları Polşaya çatdı. Polşada 1935-ci ilə qədər olan dövr tarixə “Sanasion” (sağlamlaşma) dövrü kimi daxil olmuşdu. Bolqarıstanda 1923-cü ildə faşist təşkilatları qiyam qaldırdılar. Ölkədə faşist diktaturası yaratdılar. Vətəndaş müharibəsində qələbədən sonra Rusiyada sovet rejimi möhkəmləndi. Sovet rejimli respublikaların müstəqillikləri əllərindən alındı. Onlar 1922-ci il dekabrın 30-da “könüllü olaraq” vahid dövlətdə SSRİ-də birləşdilər. İlk vaxtlar onun tərkibinə RSFSR, Ukrayna,Belorusiya və ZSFSRdaxil idi. 1924-cü il yanvarın 1-də SSRİ-nin I konstitusiyası qəbul olundu.
Qərbi Avropa ölkələrində və ABŞ-da siyasi
və sosial-iqtisadi sabitləşmə.
B
Böyük Britaniya.
öyük Britaniya qalib dövlət olsa da, müharibədən sonra borc alan ölkəyə çevrilmişdi. Müharibədə ən böyük qazancı yeni müstəmləkələr əldə etməsi idi. 1918-ci ilin dekabrında keçirilən seçkilərdə 100 ilə qədər İngiltərəni idarə etmiş liberallar 2 yerə bölündülər. Onlardan bir hissəsi leyboristlərə, digər hissəsi isə mühafizəkarlara qoşuldu. Baş nazir vəzifəsini liberal L. Corc tutdu. 1922-ci ildə L. Corcun koalision hökumətinin siyasəti iflasa uğradı. O, istefa verdi. Noyabr seçkilərində mühafizəkarlar qalib gəldi. Lakin 1923-cü ildə istefa verdilər. Seçkilərdə qalib gələn leyboristlər 1924-cü il yanvarında başda Ramsey Makdonanld olmaqla I Leyborist hökuməti təşkil etdilər. Oktyabrda keçirilən seçkilərdə qalib gələn mühafizəkarlar Stenli Bolduin başda olmaqla şaxtaçıların ümumi tətili başladı. 1926-cı ildə mayın 4-də bütün ölkədə şaxtaçıların ümumi tətili başlandı. Qarşıdurmanın ən yüksək nöqtəsi 1927-ci ildə “Sənayedə münaqişələr və tred-yunionlar haqqında” qanunun qəbul edilməsi oldu. Bu qanunla hakimiyyətə təsir göstərmək məqsədi daşıyan ümumi tətillər və nümayişlər qadağan edildi. Mühafizəkarların uğursuz daxili və xarici siyasəti onların 1929-cu ildə parlament seçkilərində leyboristlərə uduzması ilə nəticələndi. R. Makdonald başda olmaqla II leyborist hökumətini təşkil etdilər.
Fransa.Müharibə nəticəsində Fransa iqtisadiyyatı çox ağır vəziyyətə düşmüşdü. Ölkə maliyyə cəhətdən ABŞ və Böyük Britaniyadan asılı idi. 1919-cu il parlament seçkiləri ərəfəsində R. Puankare, A. Milyeran və A. Brianın başçılığı ilə 6 respublikaçı partiya tərəfindən yaradılan Milli blok daxili böhranı aradan qaldırmağa səy göstərdi. 1923-cü ildə Təzminatın ödənilməsinə nəzarət adı altında Fransa və Belçika qoşun hissələri Rur kömür hövzəsini işğal etdilər. Lakin ingilis-amerikan diplomatiyasının təzyiqi ilə qoşunlar Rurdan çıxarıldı. Bu Fransanın tarixinə olduqca mənfi təsir göstərdi. Rur avantürasının boşa çıxması Milli blokun dağılmasının başlanğıcını qoydu. 1924-cü il mayında keçirilən seçkilərdə E. Errionun başçılıq etdiyi Sol blok qələbə çaldı. Onlar sabitlik yarada bilmədilər. 1925-ci ilin noyabrında sol blok hökuməti istefa verdi. 1926-cı il iyulunda hökumətə yenidən Errio başçılıq etməyə başlasa da, elə həmin il Puankarenin başçılıq etdiyi Milli birlik hökuməti əvəz etdi. Puankare Milli birlik hökuməti yaratdı. Hökumət iqtisadi çətinlikləri qaldırmaq üçün bir sıra tədbirlər həyata keçirdi.
Almaniya. I Dünya müharibəsindən Almaniaya məğlub və iqtisadiyyatı dağılmış vəziyyətdə çıxmışdı. Qalib dövlətlər arasındakı ziddiyyətlərdən istifadə edən Almaniya 1922-ci il aprelin 16-da Rapollo şəhərində Sovet Rusiyası ilə müqavilə imzaladı. Bu, Almaniyanın diplomatik təklənmədən xilas olmaq yolunda atdığı ilk addım idi. 1925-ci il Lokarno konfransında Almaniya, Belçika, Fransa, Böyük Britaniya, İtaliya arasında imzalanmış Reyn təminat paktında Almaniya ilə ilk dəfə bərabərhüquqlu tərəf kimi tanındı. 1926-cı ildə Almaniya Millətlər Cəmiyyətinə üzvlüyə qəbul oludu. 1924-1929-cu illər Veymar Respublikasının “qızıl dövrü” adlanır. Əvvəllər Fəhlə Partiyası adlanan Almaniya Nasist Partiyasının əsası 1919-cu ildə qoyuldu. 1921-ci ildən Nasist Partiyasına (nasional-sosialist) Adolf Hitler başçılıq etməyə başladı. O, 1923-cü il “Pivə qiyamını” təşkil etdiyənə görə həbs edildi. Həbsdə olarkən “Mənim mübarizəm” (“Mayn kampft”) kitabını yazdı. O, 5 il həbsə məhkum edildi. 7ay həbsxanada yatdı.
A
Dünya iqtisadi böhranı
və ondan çıxmaq yolları.
BŞ. I Dünya müharibəsi ABŞ üçün “böyük biznes” mənbəyi oldu. ABŞ kapital idxal edən ölkədən onu ixrac edən ölkəyə çevrildi. O, dünya qızıl ehtiyatlarının 1/3-ni öz əlində cəmləşdirmişdi. 1920-ci ildə prezident seçkilərində respublikaçı U. Hardinq qalib gəldi. 1922-ci ildə ABŞ iqtisadi böhrandan qurtuldu. Ford zavodlarında ilk dəfə konveyer iş sisteminə keçildi,xronometrajdan istifadə olundu. 1923-cü ildə Alyaskaya səyahət zamanı Hardinq vəfat etdi. 1924-cü ildə noyabrında respublikaçı Kalvin Kuliç prezident seçildi. Onun “Amerikanın işi-biznesdir” şüarı ABŞ-ın iqtisadi (1924-1928-ci illər) inkişafına güclü təkan verdi. 1928-ci il seçkilərində də respublikaçılar qalib gəldilər. Herbert Huver prezident seçildi. Onun dövründə nisbi sabitlik sona yetdi. ABŞ iqtisadi (1929-1933) böhran dövrünə qədəm qoydu. ABŞ və Latın Amerikasında böhranın səciyyəvi cəhətlərindən biri onun məhsul artıqlığından törəməsi idi.
1929-cu ilin payızında Avropada və ABŞ-da iqtisadi sabitlik sonra isə yüksəliş dövrü sona yetdi. Oktyabr ayından iri sənaye ölkələrini böhran bürüdü. Qıtlıq böhranı kütləvi kasıblıq yaradırdı, artıqlıq böhranı isə sahibkarlara müfsizləşdirirdi. İşsizlərin sayı misli görünməmiş dərəcədə artırdı.
İqtisadi böhran nəticəsində Fransada bir neçə hökumət kabinetinin dəyişməsinə səbəb oldu. 1934-cü il yanvarında hakimiyyətə E. Daladye gəldi. ABŞ sənayesi aşağı enmişdi. Sənaye məhsulları iki dəfə azalmışdı. Bu iqtisadi böhran dərinliyinə və miqyasına görə əvvəlki böhranlardan tamamilə fərqlənirdi. Ona görə də bu tarixdə “Böyük böhran” adını almışdı. Böhrandan çıxmağın optimal yolu ilk dəfə ingilis iqtisadçısı Con Keyns tərəfindən irəli sürülmüşdü. O, dövlət tərəfindən tənzimedici tədbirlər görülməsini təklif edirdi.
Böhrandan çıxmaq yollarından biri də 1933-cü ildən ABŞ prezidenti olan F. Ruzveltin irəli sürdüyü “Yeni xətt” siyasəti idi. Ruzveltin siyasətinin ana xəttini cəmiyyətdə, iqtisadi fəaliyyətin və sosial proseslərin bütün sahələrində dövlətin tənzimedici rolunu artırmaq təşkil edirdi. Sənayeni bərpa etmək üçün Milli Bərpa İdarəsinin (NİRA) yaradılması barədə qanun qəbul edildi. Sənayedə əmək münasibətlərini qaydaya salmaq üçün Vaqner qanunu verildi.
Böhrandan çıxmağın yollarından biri də “İsveç modeli” idi. Bu yol 1932-ci ildən İsveçdə hakimiyyətə gəlmiş sosial-demokratlar tərəfindən təklif edilmişdi.Böhrandan çıxmaq yolları arasında vahid cəbhə Xalq Cəbhəsi yaratmaq da var idi. Bu təcrübə Fransa (1934) və İspaniyada (1935) daha çox yayılmışdı. Fransada 1936-cı il parlament seçkilərində Xalq Cəbhəsi (Leon Blümün) qələbə çaldı. 1938-ci ilin aprelində Daladye yeni hökuməti təşkil etdi. Xalq Cəbhəsi ilə əlaqəni kəsdi. Faşist İtalyası iqtisadi böhrandan çıxmaq üçün 1930-1936-cı illərdə “Korporativ” dövlət yaratmaq tədbirini həyata keçirməyə başladı. Bu əslində ölkə iqtisadiyyatına dövlət nəzarətini gücləndirmək idi.
Liberal demokratizmə
alternativ totalitar rejmlər.
I Dünya müharibəsinin geosiyasi nəticələrindən biri də liberal demokratizmə alternativ sistemlərin meydana gəlməsi idi. Müharibədən bir müddət sonra bəzi ölkələrdə yeni siyasi hakimiyyət formalaşdı. Onlar sonradan totalitarizm adını aldılar. “Totalitarizm” sözü mənaca hər şeyi əhatə etmək deməkdir. Totalitarizmdə demokratik azadlıqlar ləğv edilir, “Lazım olmayan” məhv olunurdu. İqtisadiyyatda hərtərəfli dövlət nəzarəti bərqərar olurdu. Hakimiyyət diktatorun və ya bir qrup “rəhbərin” əlində çəmləşirdi. Bu tip dövlətlər tezliklə iflasa uğrayırdılar. Nasist Almaniyasında və keçmiş SSRİ-də belə olmuşdur.
Almaniya. 1929-1933-cü illər iqtisadi böhranın yaratdığı çətinliklərdən istifadə edən nasistlər diktatura qurulmasını Versal müqaviləsinin buxovlarından qurtulmağın yeganə yolu hesab edir və populist çıxışlarla xalqı öz tərəflərinə çəkirdilər. Əhalinin geniş təbəqəsinin təzyiqi ilə prezident Hindenburq 1933-cü ilin yanvarında 30-da Hitleri reyxkansler təyin etdi. Fevralın 28-də Nasist Partiyasından başqa, digər partiyalar qadağan edildi. Gizli polis (gestapo) yaradıldı. 1934-cü ilin avqustunda Hindenburqun ölümündən sonra bütün hakimiyyət Hitlerin əlində cəmləşdi. Ölkədə hakim partiyanın (Nasist Partiyasının) avtoritar faşist diktaturası yaradıldı. Faşist diktaturasının yaradılması ilə böyük dövlətlər arasında ziddiyyətlərin artması nəticəsində Versal-Vaşinqton sistemini iflasa uğramağa başladı.
İtaliya. İtaliya I Dünya müharibəsindən məğlub ölkə kimi çıxmışdı. Müharibədən sonra ölkədə sosial ziddiyyətlər daha da kəskinləşmişdi. Benito Mussolini 1919-cu ildə “Faşist mübarizə dəstələrinin İttifaqı” adlı xüsusi dəstə yaratdı. İlk toplanış 1919-cu il martın 23-də Milanda keçirilmişdi. Onların proqramının əsasını 3 başlıca ideya təşkil edirdi: əməkdaşlıq, onu təmin edən güclü dövlət hakimiyyəti, millətçilik (Millət hər şeydən üstündür). 1921-ci ilin yayında İtaliyanın bir çox şəhərlərində Xalq cəsurları təşkilatları yarandı. Bu təşkilatlar faşist quldur dəstələrinə qarşı çıxırdı. 1921-ci il avqustunda Faşist partiyası və İtaliya Sosialist partiyasının rəhbərləri arasında “Sakitləşdirmə paktı” bağlandı. Bu səbəbdən İtaliyada antifaşist birliyin yaradılması ideyası baş tutmadı.
1922-ci ilin oktyabrında Neapolda faşistlərin 40 minlik toplanışında “Romaya yürüş” elan olundu. Mussolini hökumətə başçılıq etmək üçün kral III Viktor Emmanuil tərəfindən Romaya dəvət olundu. O, qatarla Romaya gəldi. Beləliklə, “faşist inqilabı” sona yetdi. Xalq arasında onu istehza ilə “yataq vaqonunda inqilab” adlandırırdılar. 1922-ci ilin dekabrında Mussolini başda olmaqla “Böyük Faşist Şurası” yaradıldı. 1926-cı ildə qəbul olunmuş qanunla Mussoliniyə diktatorluq səlahiyyətləri verildi.
İspaniya. Böyük böhran İspaniyada da vəziyyəti dəyişdi. Diktator M. Primo de Rivera 1930-cu ilin əvvəllərində istefa verməli oldu. Həmin ilin avqustunda İspaniya Sosialist Fəhlə Partiyası (İSFP) və respublikaçı partiyalar arasında respublika uğrunda birgə mübarizə barədə saziş imzaladı. Bu, tarixə San-Sebastyan paktı kimi daxil olmuşdur. 1936-cı ilin yanvarında İspaniya Kommunist Partiyası (İKP), Zəhmətkeşlərin Ümumiİttifaqı, Sol respublikaçılar partiyası və başqa təşkilatlar Xalq Cəbhəsi yaradılması barədə saziş imzaladılar. Fevralda keçirilən seçkilərdə qalib gələn Xalq Cəbhəsi yeni hökuməti təşkil etdi. Mərakeşdə 1936-cı il iyul ayında Xalq cəbhəsi respublikası əleyhinə qiyam baş verdi. Qiyama general Fransisko Franko başçılıq edirdi. Ölkədə faşistpərəst Franko tərəfdarları ilə respublika tərəfdarları arasında vətəndaş müharibəsi başlandı. 1939-cu ilin martında “5-ci dəstə” rolunu oynayan “Müdafiə xuntası” Madridi Frankoya təhvil verdi. İspaniyada avtoritar faşist diktaturası quruldu.
SSRİ. 1917-ci il oktyabr çevrilişindən sonra Rusiyada “qırmızılar” adlanan bolşeviklərlə devrilmiş qüvvələr “ ağlar” arasında mübarizə başladı. Sovet hakimiyyətinin 1918-ci ilinnoyabrında Müəssislər Məclisini qovması orta təbəqənin də “ağlara” qoşulmasına səbəb oldu. Ölkədə vətəndaş (1918-1920) müharibəsi başlandı. Sibirdə admiral Kolçak “Rusiyanın ali hökmdarı” elan edildi. Cənubda Denikin hərbi diktaturası yaradıldı. Şimalda Miller hərbi qubernatorluq təşkil etdi. 1918-ci il avqustun 30-da V. İ. Leninə qarşı sui-qəsd təşkil olundu. Sovet rejimini istəməyən xarici ölkələrdə Rusiyaya müdaxilə etdilər. Bolşevik Qırmızı ordusu 1919-cu ildə Sibirdə Kolçakı, cənubda Denikin, 1920-ci ildə cənubda Vrangeli, şimalda Yubeniçi məğlub etdi. 1920-ci ildə başlayan Sovet Rusiyası-Polşa müharibəsi 1921-ci ildə Riqa sülh müqaviləsinin bağlanması ilə başa çatdı.
Vətəndaş müharibəsi illərində bolşeviklər “ağlara” qarşı “qırmızı terror” elan etdi. 1918-ci il iyunun 16-da II Nikolayın ailəsi ilə birlikdə Yekaterinburqda güllələnməsi “qırmızı terrorun” ən dəhşətli səhifələrindən biri oldu. 1918-1920-ci illəri əhatə edən vətəndaş müharibəsi bolşeviklərin qələbəsi ilə başa çatdı. Sovet hökuməti 1921-ci ildə Yeni İqtisadi Siyasəti (YİS) təsdiq etdi. Ərzaq sapalağı ərzaq vergisi ilə əvəz olundu. Bu dövrdə təkpartiyalı sistem formalaşdı. RK(b) P-sı ölkədə yeganə siyasi qüvvəyə çevrildi. Tədricən digər sovet respublikaların müstəqilliyi əllərindən alındı. 1922-ci il dekabrın 30-da I Sovetlər qurultayında SSRİ elan edildi. SSRİ yaradılarkən RSFSR, Ukrayna, Belorusiya, ZSFSR onun tərkibində vahid dövlətdə birləşdilər.
1920-ci illərdə SSRİ-də sosializm quruculuğu xətti götürdü. Buraya sənayeləşdirmə, kollektivləşdirmə, mədəni inqilab daxil idi. Əhalinin sosial tərkibi dəyişdi. Sovet cəmiyyətinin əsasını iki sinif: fəhlə və kəndli, onların arasından çıxmış ziyalılar təbəqəsi təşkil etdi. Sosializm quruculuğu nəticəsində hakimiyyət Kommunist Partiyasının əlində cəmləşdi, totalitar rejim yarandı, marksizm-leninizm hakim dövlət ideologiyasına çevrildi, ölkədə repressiyalar (1930-1941-ci illərdə 20 mln.-dan çox insan) tuğyan etməyə başladı. Sovet totalitarizmi, alman totalitarizmindən öz məqsədlərini gizlətməyi ilə fərqlənirdi. O, əhalini SSRİ-də dünyada ən demokratik, ədalətli cəmiyyət qurulduğuna inandırmışdı. Əslində, SSRİ-də totalitar-avtoritar rejim hökm sürürdü.
Türk dünyası və Qafqaz xalqları.
Türkiyə. I Dünya müharibəsi Osmanlı imperiyası üçün fəlakətlə nəticələndi. Ölkə iqtisadiyyatı, xüsusən kənd təsərrüfatı dağıldı. Onsuz da zəif olan sənaye ağır vəziyyətə düşdü. Müharibənin hərbi-siyasi nəticələri daha ağır oldu: imperiya süqut etdi.
Avropa qoşunları Tütkiyə ərazisinin işğalına başladılar. 1919-cu ilin aprel ayına qədər ingilis qoşunları Anadolunun cənub-şərq hissəsini (Kilikiya), fransızlarla birlikdə isə Şərqi Frakiya və Qara dəniz boğazları zonasını işğal etdilər. Yunanıstan Qərbi Anadoluda İzmiri ələ keçirdi. Milli-azadlıq hərəkatın qalxan türk xalqına rəhbərliyi gənc zabit Mustafa Kamal paşa öz üzərinə götürdü. Onun rəhbərliyi ilə Sivasda bütün Anadolunu təmsil edən böyük Milli ümümtürk Konqresi toplandı. Sivas Konqresinin seçdiyi Nümayəndələr Komitəsi ölkə müqəddəratı üçün yeganə səlahiyyətli orqan idi. 1919-cu ilin axırlarında sultan VI Mehmet Vahidəddin yenidən Məçlis çağırmağaməcbur oldu. Seçkilərdə millət vəkili seçilən M. Kamal paşa İstambula getməkdən imtina etdi Ankaraya gəldi.
1920-ci il yanvarında İstanbulda Məclis fəaliyyətə başladı və “Milli and” (“Misaqi Milli”) qəbul etdi. Nümayəndələr Komitəsi özünü müvəqqəti hökumət elan edərək Ankarada yeni məclis çağırdı. Aprelin 23-də Ankarada Türkiyə Böyük Millət Məclisi (TBMM) açıldı. M. Kamal TBMM-in sədri seçildi. Ölkədə başlanan azadlıq hərəkatını boğmaq üçün 1920-ci il iyunun 22-də nizami yunan ordusunu Türkiyə ərazisinə yeridən müttəfiqlər 1920-ci il avqustun 10-da sultanı Sevr müqaviləsini imzalamağa məcbur etdilər. TBMM müqaviləni tanımaqdan imtina etdilər. Sultan hökuməti qanundan kənar elan olundu. Sevr müqaviləsi Türkiyəni faktik olaraq müstəqil dövlət hüququndan məhrum edirdi. Digər tərəfdən Daşnak Ermənistanı fəallaşdı, Türkiyəyə müharibə elan etdi. Lakin Kazım Qarabəkr paşanın qoşunları (1920) onları məğlub etdi. Ermənistan məğlub olaraq Gümrü sülhünü bağladı. Gürcüstanın əlində olan Ərdəhan və Artvin vilayətləri geri qaytarıldı.
1920-ci ildə müdafiə naziriCakmaq paşa və Baş qərargah rəisi İsmət paşanın səyi ilə güclü ordu yaradıldı. 1921-ci ilin yanvarında I İnönü döyüşündə yunanların qarşısı alındı. İsmət paşaya bu qələbəyə görə İnönü ləqəbi verildi. 1921-ci ilin martında II İnönü döyüşündə də yunanlar məğlub edildi. İngilislərin təhriki ilə yunanlar Sakarya istiqamətində hücuma keçsələrdə, sentyabrın 23-də məğlub oldular. Sakarya zəfərinə görə M. Kamal paşaya muşir (marşal) rütbəsi və Qazi adı verildi. 1922-ci ilin avqustunda Qoçatəpədən hücuma keçən türk ordusu müdafiə xəttini yarıb, Dumlıpınar döyüşündə yunanları ağır məğlubiyyətə uğradaraq Aralıq dənizinə sıxışdırdılar. Sentyabrın 9-da İzmir azad edildi. 1922-ci il oktyabrın 11-də “Antanta” dövlətləri və Yunanıstan Türkiyə ilə Mudanya sülh müqaviləsi imzaladılar.
1922-ci il noyabrın 1-də TBMM sultan hakimyyətini ləğv etdi. Sultan Maltaya qaçdı. “Antanta” dövlətləri ilə Türkiyə arasında 1923-cü il iyulun 24-də Lozanna sülh müqaviləsi imzalandı, Türkiyənin müstəqilliyi tanındı. 1923-cü il oktyabrın 29-da TBMM Türkiyəni respublika elan etdi. M. Kamal prezident (1923-1938) seçildi. Onun yaratdığı Xalq Partiyası Xalq Cümhuriyyət Partiyası (XCP) adlandırıldı. 1924-cü il aprelin 20-də TBMM Anayasa (konstitusiya) qəbul etdi. Anayasanın qəbulu ilə M. Kamal ölkəni Avropa ilə yaxınlaşdıraraq islahatlar həyata keçirməyə başladı. Onun elan etdiyi 6 prinsip: 1. Respublikaçılıq; 2. Millətçilik; 3. Xalqçılıq; 4. Etatizm (dövlət deməkdir. Dövlətin iqtisadi, sosial və mədəni sahələrdə rolunun artırılması mənasında işlədilir); 5. Dünyəvilik; 6. İnqilabçılıq. Bu prinsiplər “M. Kamal inqilabı” adını aldı. Bu islahatlar bəhrəsini verdi. Milli sənaye yarandı, kənd təsərrüfatı yüksəldi. 1932-ci ildə Türkiyə Millətlər Cəmiyyətinə daxil oldu. Lozanna Konvensiyasına yenidən baxılması üçün 1936-cı ildə beynəlxalq Montre konfransının çağırılmasına nail olundu. Boğazlar faktiki olaraq Türkiyənin daxili sularına çevrildi. 1937-ci ildə Türkiyə Əfqanıstan, İran və İraqla hücum etməmək haqqında Səədabad paktı bağladı. M. K. Atattürk 1938-ci ildə vəfat etdi. İsmət İnönü Türkiyə Cümhuriyyətinin prezidenti seçildi.
R
Mərkəzi Asiya və
Qazaxıstanın
türk xalqları.
usiyada fevral inqilabının qələbəsi M. Asiya və Qazaxıstanda da milli-azadlıq hərəkatının başlanmasına səbəb oldu. 1917-ci ilin martında Türküstanda çar müstəmləkə idarələrinin fəaliyyəti dayandırıldı. Dekabrda Qazaxısatanın milli partiyası Alaş tərəfindən Alaş-Orda adlandırılan milli qazax dövlətinin yaradıldığını elan edildi. Xalq Şurasının sədri vəzifəsinə A. Bukeyxanov seçildi. Bolşeviklərin oktyabr çevrilişindən sonra Buxara əmirliyi və Xivə xanlığı da öz müstəqilliklərini elan etdilər. 1919-cu ilin yayında Uralda Kolçakın əsas qüvvələrini məğlub edən Qırmızı Ordu M. Asiyaya daxil oldu. Sovet təhlükəsi ilə üzləşən Xivə xanlığı və Buxara əmirliyi Gənc xivəlilər və Gənc buxaralılar təşkilatını meydana çıxartdılar. Bolşevik təbliğatına uyan bu təşkilatlar (Xivədə 1920) üsyan qaldırdılar. Ümumxarəzm sovetlər qurultayı Xivəni Xarəzm Xalq Sovet Respublikası elan etdi. Tezliklə gənc xivəlilər hökumətdən çıxarıldı. Kommunistlərdən ibarət birpartiyalı hökumət təşkil olundu. Bu hadisələrBuxara əmirliyinə də təsir göstərmişdi. Gənc buxaralılarda gənc xivəlilərin səhvini təkrar etdilər. Nəticədə Buxarada hakimiyyət bolşeviklərin əlinə keçdi.
Ruslardan ibarət olan bolşeviklər Alaş-Orda dövlətini devirmək üçün Qazaxıstan ərazisinə silahlı müdaxilə etdilər. 1920-ci il martın 9-da Alaş-Orda dövləti süqut etdi. Onlara qanlı divan tutuldu. 1920-1925-ci illərdə Qırğızıstan Muxtar Sovet Sosialist Respublikası (MSSR), Türkmənistan SSR və Özbəkistan SSR təşkil olundu. 1929-cu ildə Tacikistan MSSR Özbəkistan SSRtərkibindən çıxıb müttəfiq respublika oldu. Kənddə sosialist dəyişiklikləri edilməyə başlandı. Fərdi kəndli təsərrüfatları kolxozlarda birləşdirildi. Milyonlarla köçmə və yarımköçəri təsərrüfatları oturaq həyata keçdilər. Şimali Qazaxıstanın xam torpaqları istifadəyə qaytarıldı.
R
Krım Voqaboyu və
Sibirin türk xalqları.
usiya imperiyasının dağılması, bolşeviklərin dövlət çevrilişi Krım türklərinin də milli-azadlıq mübarizəsinin başlanmasına şərait yaratdı. 1918-ci ilin noyabrında Krım Xalq Respublikası yaradıldı. Hökumətin başında general M. A. Sulkeviç dururdu. 1920-ci ilin noyabrında qırmızılar Krımda möhkəmlənmiş general Vrangelin qüvvələrini darmadağın etdilər. Bolşeviklər Krımın “yad ünsürlərdən” təmizlənməsi adı altında milli hərəkata amansız divan tutdular. 1917-ci ilin dekabrında Orenburqda Başqırd milli hökuməti yaradıldı. Kolçakın ordusunu məğlub edən bolşeviklərin Qırmızı ordusu 1920-ci ilin əvvəllərinədək Volqaboyu və Sibir ərazisini işğal etdilər. 1921-ci ildə bolşeviklərə qarşı müqavimət baş versə də, bunlar amansızlıqla yatırıldı.
Qafqaz xalqları. I Dünya müharibəsindən sonra Qafqazda da milli-azadlıq hərəkatı geniş vüsət aldı. Müvəqqəti hökumət Cənubi Qafqazı idarə etmək üçün 1917-ci ilin martın 9-da Xüsusi Zaqafqaziya (Cənubi Qafqaz) Komitəsini yaratdı. Oktyabr çevrilişindən sonra noyabrın 14-də XZK-ni Cənubi Qafqaz (Zaqafqaziya) Komissarlığı əvəz etdi. 1918-ci il fevralın 10-da Zaqafqaziya (Cənubi Qafqaz) Seymi yaradıldı. Zaqafqaziya Seyminin antiazərbaycan, antitürk siyasəti Osmanlı imperiyası ilə müharibənin başlanmasına səbəb oldu. Osmanlı ordusu Seymin qüvvələrini ağır məğlubiyyətə uğratdı. 1918-ci il mayın 26-da Seymdəki gürcü fraksiyası Seymdən çıxdığını və müstəqil demokratik respublika yaradıldığını elan etdi. Bundan sonra Zaqafqaziya Seymi öz fəaliyyətini dayandırdı. Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti və Ararat Respublikası yaradıldı. 1918-ci il mayın 11-də Şimali Qafqazın Dağlı İttifaqı öz müstəqilliyini elan etdi. 1918-ci il iyunun 4-də Azərbaycan, Gürcüstan və Ermənistan respublikaları arasında “Sülh və dostluq” haqqında müqavilələr imzalandı. Lakin ermənilər ikiyüzlü siyasət yürüdürdülər. Borçalı qəzasına 1918-ci il dekabırın 9-da erməni təcavüzü ilə Erməni Gürcüstan müharibəsi başlandı. Müharibə ingilislərin müdaxiləsi ilə dekabrın 31-də dayandırıldı. Qars şəhərində 1918-ci il dekabrın 1-də keçirilmiş iclasda Cənub Qərbi Qafqaz Respublikasının yaradıldığı elan edildi. (Qars və Batum vilayətləri, Ahalsux, Ahakələk, Şərur, Naxçıvan, Şürməli qəzaları və İrəvan qəzasının cənub-şərq hissəsinə daxil idi). Respublika parlamentinin sədri vəzifəsinə Əsəd bəy Hacıyev, hökumətin başçısı vəzifəsinə isə İbrahim bəy Canangirov seçildilər. Cənub Qərbi Qafqaz Respublikası Azərbaycan Xalq Cümhuriyyəti ilə tədricən yaxınlaşmaq və gələcəkdə isə birləşməyi planlaşdırmışdı. Bu isə təkcə Gürcüstanı və Ermənistanı deyil, həm də ingilisləri bərk qorxuya salmışdı. Daşnakların arzusunu həyata keçirən ingilis qoşunları 1919-cu il aprelin 12-də bu dövləti süquta uğratdılar. XI Qırmızı ordunun təcavüzü nəticəsində 1920-1921-ci illərdə Azərbaycanda, Gürcüstanda, Ermənistanda sovet rejimləri quruldu.
Asiya və Afrika ölkələri.
Yaponiya. Yaponiya hakim dairələri I Dünya müharibəsinin nəticələrindən istifadə edib Çində və Uzaq Şərqin digər ölkələrində öz mövqelərini möhkəmlətmək üçün istifadə etdilər. 1918-ci il avqustun 3-də Toyama əyalətinin kəndlərindən birində balıqçıların arvadları düyü yüklənmiş gəmilərdən birini, sonra isə möhtəkirlərin düyü anbarlarını talan etdilər. Bu qiyamlara “düyü qiyamları” deyilirdi. Avqustun 10-da şəhərlərdə yoxsulların çoxminlik hərəkatları başlandı. Qısa müddətdə “düyü qiyamları”Yaponiyanın 1/3 hissəsini əhatə etmişdi.
1923-cü ilin sonlarında Yaponiya da sabitləşmə mərhələsinə qədəm qoymuşdu. Dövlətin iri sənaye sahələrinə kömək etməsi onların vəziyyətini yüngülləşdirdi. 1930-cu illərin əvvəllərində kiçik və orta sahibkarlar, tacirlər, mülkədarlar ailəsindən çıxmış və özlərini “gənc zabitlər” adlandırılan qüvvələr bir sıra qəsdlər və siyasi qətllər törətdilər. 1932-ci ilin mayında ordu və donanmada bir qrup zabit dövlət çevrilişinə cəhd göstərdilər, qiyam yatırıldı. “Gənc zabitlər” mahiyyət etibari ilə faşizmin yapon forması idi. II Dünya müharibəsi ərəfəsində Yapon açıq militarist və işğalçılıq siyasəti yeritməkdə davam edirdi.
Çin. I Dünya müharibəsindən sonra Çin yarımfeodal ölkə olaraq qalırdı. Kəndlilərin çoxu torpaqsız, ya da az torpaqlı idilər. Sənaye zəif inkişaf etmişdi. Böyük dövlətlər onu “nüfuz dairələrinə” bölmüşdülər. Belə vəziyyət inqilabi şərait yaradırdı. İnqilabi hərəkata Sun Yatsenin başçılığı ilə Homindan partiyası rəhbərlik edirdi. 1923-cü ildə yaradılmış Quançjou hökuməti Milli İnqilabi Ordu (MİO) təşkil etdi. Milli demokratik qüvvələr müstəmləkəçiləri ölkədən qovmaq, vətəndaşlara hüquq bərabərliyi vermək, demokratik respublika yaratmaq prinsiplərini irəli sürürdülər. 1925-ci ildə Quanjou hökuməti özünü bütün Çinin milli hökuməti elan etdi. 1927-ci ildə Şanxay və Nankin şəhərləri yapon işğalından azad edildi. Bu qələbədən MİO-nun komandanı, Homindanın sağ cinahının lideri Çan Kayşinin mövqeyini gücləndirmişdi (1887-1975). 1927-ci ilin aprelində O, Nankində öz hökumətini yaratdı. Dövlət çevrilişi baş verdi, Vahid Milli Cəbhə süqut etdi. Kommunistlərin başçısı Mao Tszedunun (1893-1976) rəhbərliyi ilə Qırmızı ordu təşkil edildi. Ordunun köməyi ilə bəzi kənd bölgələrində Sovet hakimiyyəti quruldu. Çində ikihakimiyyətlilik yarandı: Homindançıların Nankin hökuməti və kommunistlərin Çin Sovet Respublikası . 1927-ci ildən başlayaraq ölkədə Homidançılarla kommunistlər arasında vətəndaş müharibəsi başlandı. 1936-cı ilin axırlarında tərəflər vətəndaş müharibəsini dayandırmaq haqqında razılığa gəldilər. 1937-ci ildə Çin kommunistləri və homindançılar yapon təcavüzünə qarşı birgə mübarizə aparmaq barədə saziş imzaladılar. Yaponiyaya qarşı mübarizə 8 il (1937-1945) davam etdi. 1945-ci ilin avqustunda SSRİ Yaponiyaya qarşı müharibəyə başladı. Mancuriya azad olundu. Yaponiyanın 1 mln.-luq Kvantun ordusu darmadağın edildi. Yaponlardan alınan hərbi qənimətlər Çin kommunistlərinə verildi.
Hindistan. I Dünya müharibəsindən sonra Hindistanın sosial-iqtisadi vəziyyəti xeyli yaxşılaşdı. Böyük Britaniyanın Hindistanda müstəmləkə rejimini möhkəmləndirmək üçün qəbul etdiyi “Hindistanın idarə edilməsi haqqında qanun” 1918-1921-ci illərdə milli-azadlıq hərəkatının yeni yüksəlişinə təkan verdi. 1920-ci ildə Qandinin rəhbərliyi ilə Hindistan Milli Konqresi (HMK) vətəndaş itaətsizliyi kampaniyasına başladı. İngilis malları baykot edildi, qatarların hərəkəti dayandırıldı. Hərəkat iştirakçıları arasında birliyin olmamasından istifadə edən ingilis hökuməti onu yatırdı. Ölkədə müsəlman-hindli qırğınları törədildi. İngilis hökuməti 1928-ci ildə Lord Saymonun başçılığı ilə yeni Konstitusiya layihəsi hazırlamaq üçün komissiya yaratdı. 1930-cu ildə HMK-nın qərarı ilə yeni vətəndaş itaətsizliyi kampaniyası başladı. Yanvarın 26-sı “Hindistanın istiqlaliyyət günü” elan edildi. Martda duz hasilatı və satışına güclü inhisar qoyması əleyhinə “duz yürüşü” başlandı. M. K. Qandi tərəfdarları Ərəbistan dənizi sahillərinə çıxdılar və duz çıxarmağa başladılar. Hakim dairələr yürüşün bir çox iştirakçılarını həbs etdilər. Lakin milli-azadlıq hərəkatı yüksəlməkdə davam edirdi. Qorxuya düşən hökumət onları azad etdi. Milli Konqres isə vətəndaş itaətsizliyi kampaniyasını dayandırdı. 1935-ci ildə Böyük Britaniya Hindistanın yeni konstitusiyanı təsdiq etdi. Xalq tərəfindən bu konstitusiya “Köləlik konstitusiyası” adlandırıldı.
İran. I Dünya müharibəsindən sonra da İran Böyük Britaniyanın yarımmüstəmləkəsi olaraq qalırdı. Aqrar ölkə olan İranın iqtisadiyyatı dağılmış, maliyyə sistemi iflasa uğramış, daxili və xarici ticarət, əkin sahələri kəskin şəkildə azalmışdı. Çörəyin və ərzaq məhsullarının qiyməti durmadan artırdı. Açlıq, epidemiya əhaliyə amansızcasına əziyyət verirdi. 1919-cu ilin avqustun 9-da Vüsüqüddövlə hökuməti Böyük Britaniya İran sazişini imzaladı. Sazişə əsasən İran Böyük Britaniyadan asılı vəziyyətə düşdü. 1920-ci ilin mayında başlanan “cəngəllilər” hərəkatı iyunun 5-də Gilanın Respublika elan edilməsi ilə nəticələndi.İyunun 25-də Vüsuqüddövlə istefa verdi. Hərbi nazir Rza xan həmin ilin noyabrında Gilan respublikasını dağıtmağa müvəffəq oldu.
İran Məclisi 1925-ci il oktyabrın 31-də Qacar sülaləsini hakimiyyətdən kənar etdi. Dekabrın 8-də Məclis Rza xanı irsi şah seçdi. Bununla da mənşəcə fars olan Pəhləvilər sülaləsinin (1925-1979) ağalığı başlandı. Sənayeləşdirmə təşəbbüsünü dövlət öz əlinə aldı. 100-ə qədər sənaye müəssisəsi tikildi. İslahatlar ardıcıl olmasa da İranda kapitalizmin inkişafına təkan verdi. Məclis ali qanunvericilik funksiyasını itirərək hökumətdən asılı bir orqana çevrildi.Paniranizm ideologiyası əsas götürülərək farslaşdırma siyasəti yeridildi. Bu dövrdə İranın xarici siyasətində faşistpərəst meyil gücləndi. II Dünya müharibəsində Rza şah Hitlerə yaxınlaşmağa başladı.
Ərəb ölkələri. I Dünya müharibəsindən sonra Ərəb ölkələrində hökmranlıq qalib dövlətlərin əlinə keçdi. Asiyadakı Ərəb ölkələrindən yalnız Səudiyyə Ərəbistanı və Yəmən müstəqillik əldə etdi. Digərlərində isə Millətlər Cəmiyyətinin mandatı əsasında Böyük Britaniya və Fransa öz ağalıqlarını möhkəmləndirdilər. Böyük Britaniya gələcəkdə Fələstini özünün etbarlı istinadgahına çevirmək üçün 1917-ci ilin noyabrın 2-də “Balfur bəyannaməsi” adlandırılan sənəd irəli sürdü. Bu bəyannamədəFələstində “yəhudi xalqı üçün milli ocaq” yaradıldığı elan edildi. (Balfur bəyannaməsi – 1916-1919-cu illədə Böyük Britaniyanın Xarici İşlər Naziri lord H. A. Balfur tərəfindən irəli sürüldüyü üçün belə adlanır). ABŞ, Fransa və İtaliya dövlətləri də bu bəyannaməyə qoşuldular. Bununla da Böyük Britaniya Fələstində qoşunlarını saxladı. Böyük Britaniya 1920-ci ildə Fələstin üzərində mandat hüququ almağa nail oldu. Böyük Brtiniya yəhudilərin Fələstin torpaqlarına kütləvi şəkildə köçürülməsinə şərait yaratdı. Yəhudilərin çoxlu torpaq almaları nəticəsində ərəb-yəhudi münasibətləri kəskinləşdi. İraqda ingilislərin hökmranlığı çox çətinliklə başa gəlirdi. 1920-ci ildə xalqın narazılığı artdı və silahlı çıxışlar Böyük Britaniya hakimiyyət orqanlarını ölkədə konstitusiya elan etməyə məcbur etdi. İraq konstitusiyalı monarxiya oldu. Hicaz vilayətinin kralı Hicay Şərifin oğlu şahzadə Feysəl əl-Haşimi taxt-taca gətərildi. 1930-cu il iyunun 30-da İraq hökuməti 23 il müddətinə yeni Böyük Britaniya-İraq müqaviləsini imzaladı. 1919 və 1921-ci illərdə Misirn müxtəlif sosial təbəqələrini və ərazisinin böyük bir hissəsini əhatə edən güclü üsyanlar baş verdi. Üsyanlar amansızlıqla yatırıldı. Böyük Britaniya ölkədə qoşunlarını saxlamaqla 1922-ci il fevralın 28-də Misirin istiqlaliyyətini tanıdı. 1923-cü ildə başda kral Fuad olmaqla Misir konstitusiyalı monarxiya elan edildi. Böyük Britaniya Misirdə yeni müqavilə imzaladı. 1927-ci ildə Səudiyyə Ərəbistanı krallığı yarandı. Səudiyyə Ərəbistanı birləşmə uğrunda hərəkata başladı. Yeni krallıq rəsmən 1932-ci ildən Sudiyyə Ərəbistanı Krallığı adlandırıldı. (ARMAKO adlı beynəlxal neft şirkəti)
Yeni Dünya müharibəsi astanasında.
I Dünya müharibəsindən sonra iqtisadi münasibətləri bərpa etmək üçün ilk cəhd Rusiya və Almaniyanın iştirak etdiyi Genuya konfransının çağırılması oldu. Lakin konfrans istənilən nəticəni vermədi. Onun gedişində Rusiya Rapolloda Almaniya ilə saziş imzaladı. Bu onların iqtisadi blokadadan çıxmaq yolunda atdığı ilk addım oldu. 1921-ci ildə London konfransında və Daues planı İngiltərə-ABŞ blokunun beynəlxalq aləmdə ön plana çıxdığını göstərirdi. 1925-ci il Lokarno konfransında Almaniya, Belçika, Fransa, İngiltərə, İtaliya arasında təminat müqaviləsi imzalandı. Buna Reyn təminat paktı da deyilir. Bu pakta görə, sənədi imzalayan dövlətlər Versal sülhü ilə müəyyən edilmiş ərazidə status-kvoya hörmət edəcəklərini bildirir, bir-birinə qarşı silah işlətməkdən imtina edir, sənədlərin toxunulmazlığına dair öhdəliklər götürüdülər.
B
Asiya və Avropada
müharibə ocaqlarının
yaranması.
öyük Britaniya dövlətlər arasında ziddiyyətlərin daha da kəskinləşdirdi. Belə şəraitdə Versal-Vaşinqton sistemi tədricən iflasa uğradı. Məğlub dövlətlər təzminat verməkdən açıq şəkildə imtina edirdi. Dövlətlərarası ziddiyyətlərin kəskinləşməsi müharibə ocaqlarının yaranmasına gətirib çıxardı. İlk müharibə ocağı Yaponiyada yarandı. 1931-ci ilin sentyabrında Yaponiya Vaşinqton müqaviləsini pozaraq Mancuriyaya (Şimal-Şərqi Çinə) hücum etdi. 1932-ci ilin əvvəllərində oranı işğal etdi. Çindən asılı olmayan oyuncaq (Monjou-Qo) bir dövlət yaratdı. Millətlər Cəmiyyəti Yaponiyadan Çinə qarşı təcavüzü kəsməyi tələb etdi. Buna cavab olaraq Yaponiya 1933-cü ilin martında Millətlər Cəmiyyətindən çıxdı. 1937-ci ildə Çinə qarşı müharibəyə başladı. 1939-cu ildə Çinin cənubunda sahilboyu torpaqlarının çox hissəsini işğal etdi. 1938-1939-cu illərdə (Xalxin-Qol çayı və Xasan gölü rayonunda) yapon və sovet qoşunları arasında gərgin döyüşlər baş verdi. Həmin döyüşlərdə Yaponiya məğlub oldu.
II müharibə ocağı Avropada yarandı. Təqsirkarlar Almaniya və İtaliya idi. 1935-ci ilin oktyabrında İtaliya qoşunları Həbəşistana hücum etdi. 1939-cu ildə İtaliya Almaniyanı işğal etdi. 1933-cü il oktaybrın 14-də Almaniya Millətlər Cəmiyyətindən çıxdı. 1936-cı ilin oktyabrında Almaniya İtaliya ittifaqı yaradıldı. Bir ay sonra Almaniya və Yaponiya arasında Antikomuntern paktı imzaladı. 1937-ci ildə İtaliya həmin pakta qoşuldu. 1938-ci ilin martında Almaniya Avstriyanı dinc yolla özünə (anşlüs) birləşdirdi. 1940-cı ilin sentyabrında dünyanı yenidən bölüşdürmək məqsədi ilə Almaniya-İtaliya-Yaponiya üçlük paktı (“Polad paktı”) imzalandı. Sonralar bu pakta Macarıstan, Bolqarıstan, Finlandiya, Rumıniya, Danimarka və b. ölkələr də qoşuldu. 1939-cu ilin aprelində İspaniyada avtoritar faşist diktaturası bərqərar oldu.
N
Təcavüzü sakitləşdirmək
siyasəti və onun iflası.
asizminAlmaniyada hakimiyyətə gəlməsindən sonra Avropada yaranmış qüvvələr nisbəti şəraitində 1933-cü ildə SSRİ ilə ABŞ arasında diplomatik əlaqələr quruldu. 1934-cü ildə SSRİ Millətlər Cəmiyyətinə daxil oldu. 1938-ci il sentyabrın 29-30-da Böyük Britaniya və Fransa 4 dövlət başçılarının Hitler (Almaniya), Mussolini (İtaliya), Çemberlin (Böyük Britaniya) və Daladye (Fransa) Münhen toplantısında təcavüzkarları “sakitləşdirmək” və Şərqə tərəf “şirnikləndirmək” mövqeyini tutdular. “Münhen siyasəti” nəticəsində Mərkəzi Avropada vəziyyət kökündən dəyişdi. Almaniya starteji mövqeyini xeyli möhkəmləndirmişdi. Fransa, Böyük Britaniya isə beynəlxalq aləmdə mövqelərini zəiflətdilər. Almaniya 1939-cu il martında Çexoslovakiyanı zəbt etdi və parçaladı. “Polşa böhranı” meydana çıxdı. 1939-cu ilin martında SSRİ, Böyük Britaniya və Fransa arasında danışıqlar başladı. 1939-cu il avqustun 23-də Almaniya ilə SSRİ arasında 10-il müddətinə bir-birinə hücum etməmək barədə Molotov-Ribbentrop paktı bağlandı.
1920-1930-cu illərdə Mədəniyyət.
Elm, Texnika
Ədəbiyyat
və İncəsənət.
1920-1930-cu illərdə elm və texnikanın inkişafı sahəsində bir sıra irəliləyişlər olmuşdur. ABŞ-da Ç. Lomantan və SSRİ-də L. K. Ramzin yüksək təzyiqlə buxar qazanları yaratdılar. Bunun əsasında istilik-elektrik stansiyalarının tikintisi genişləndi. Almaniyada SSRİ-də, Fransada, Böyük Britaniyada maye və hava raket motorları sınaqdan keçirildi. Maşınqayırma sənayesində yarımavtomat, avtomat metal emalı dəzgahlarından istifadə edilməsinə keçilmişdi. Bu illərdə daha güclü motorlu, yüksək sürətli təyyarələr hazırlandı. 1920-ci illərin ortalarından televizor kəşf olundu. 1930-cu illərin ortalarından televiziya verilişlərinin yayımı başlandı. İlk televiziya ötürücü trubkası (ortikon) ixtira edildi. 1930-cu illərdə bir sıra alimlər tərəfindən atom enerjisi alınmasının nəzəri və praktiki imkanları kəşf edildi. Bu da sonradan atom bombasının yaradılmasına gətirib çıxardı. Fizika sahəsində elmi tədqiqatlarına görə A. Eynşteyn 1933-cü ildə beynəlxalq Nobel mükafatına layiq görüldü. 1920-1930-cu illərdə ədəbiyyatda müxtəlif cərəyanlar avanqardizm, realizm və “itirilmiş nəsl” ədəbi cərəyanları mövcud idi. Müharibədən sonra Qərbi Avropa, Rusiya və ABŞ-da teatr fəaliyyəti canlanmışdı.Qərb teatrında 2 məktəb – realist və şərti (ekspressionizm) məktəbləri var idi. Almaniyada teatr sənətində M. Reynqardt xüsusi rol oynayırdı. Bu illərdə Böyük Britaniyada teatrın inkişafında Fon Gülqudun, Sibil Trondaykın və b. mühüm rol oynamışdılar. SSRİ-də səhnə sənətinin inkişafında K. S. Stanislavski, Y. B. Vaxtanqov və b. müstəsna rol oynamışdılar. 1920-ci illərindən kinonun inkişafında yeni dövr başlanır. Kino çəkilişində Çarli Çaplinin və Maks Linderin sənətkarlığı xüsusilə fərqlənirdi. Bu dövrdə səsli kino inkişaf edirdi. 1920-1930-cu illərdə SSRİ-də kino sənətinin inkişafında S. Eyzenşteynin, Q. Aleksandrovun, A. Dovyenkonun və b. böyük xidmətləri olmuşdu. Musiqidə ekspressionizm və konstruktizm cərəyanları mövcud idi. ABŞ-da Boston və Filodelfiya simfonik kollektivləri dünyada məşhur idilər. Amerika caz musiqisinin vətəninə çevrilmişdi. SSRİ-də yeni musiqiçilər məktəbi formalaşmışdı.
II Dünya müharibəsi.
Müharibənin
başlanması.
Dünya dövlətlərinin mövcudnüfuz dairələrini, xammal və satış bazarlarını yenidən bölüşdürmək cəhdi. II Dünya müharibəsinə səbəb oldu Bu, zaman Almaniya, Yaponiya və İtaliya revanşizmə can atır, SSRİ Şərqi Avropanı ələ keçirməyə, Qara dəniz boğazlarında, Ön və Cənubi Asiyada, Uzaq Şərqdə nüfuzunu artırmağa, İngiltərə, Fransa və ABŞ öz mövqelərini qoruyub-saxlamağa çalışırdılar. II Dünya müharibəsinin səbəblərindən biri də burjua-demokratik dövlətlərin totalitar rejimləri – faşizm və kommunizm rejimlərini bir-birinə qarşı qoymaq cəhdi idi.
II Dünya müharibəsi xronoloji baxımdan 3 böyük dövrə bölünür: 1. 1939-cu il sentyabrın 1-dən 1942-ci ilin iyun ayınadək. Almaniyanın üstünlüyü ilə keçən dövr. 2. 1942-ci ilin iyun-1944-cü ilin yanvar ayları. Bu dövrdə üstünlük antihitler koalisiyasına keçdi. 3. 1944-cü ilin yanvar ayından 1945-ci ilin 2 sentyabradək olan dövr. Təcavüzkar dövlətlərin ordularının darmadağın edilməsi, həmin ölkələrdəki rejmlərin böhranı və süqutu ilə xarakterizə olunur.
Müharibə 1939-cu ilin sentyabrın 1-də Almaniyanın Polşaya hücumu ilə başlandı. Sentyabrın 28-də Varşava işğal edildi. Sentyabr ayında Sovet qoşunları da Polşa torpaqlarına hücum etdi. Polşa Almaniya təcavüzünün ilk qurbanı oldu. Almaniya polyak və yəhudi ziyalılarını məhv edib, əmək mükəlləfiyyəti tətbiq etdi.
Qəribə müharibə. Almaniyanın Polşaya hücumuna cavab olaraq sentyabrın 3-də İngiltərə və Fransa Almaniyaya müharibə elan etdilər. Lakin
1939-cu il sentaybrın 17-də Sovet qoşunları Qərbi Ukrayna və Qərbi Belarusiya erazilerini isgal etdi.
Boyuk Britaniya ve Fransa goturdukleri ohdelikleri uygun olaraq sentyabrin 3-de Almaniyaya muharibe elan etseler de feal hərbi əməliyyatlar aparmadılar. Ona görə də Qərb cəbhəsində II dünya müharibəsinin I dövrü “Qəribə müharibə” adlanırdı. Belorusiyanı ələ keçirdi. 1939-cu il sentyabrın 28-də imzalanmış “Dostluq və sərhədlər haqqında” sovet-alman müqaviləsi Polşanın bölüşdürülməsini rəsmiləşdirdi. Sovet-alman sərhədi müəyyənləşdirildi. Litva SSRİ-nin maraq dairəsinə daxil edildi. Noyabrın 30-da SSRİ Finlandiyaya müharibə elan etdi. Tarixdə həmin müharibə “Qış müharibəsi” adlanır. Stalin əvvəlcədən oyuncaq Fin “fəhlə hökuməti” hazırladı. Lakin Sovet qoşunları “Mannerheym xətti” adlanan istehkamlarda müqavimətlə üzləşdi. Yalnız 1940-cı ilin martında bu xətti keçə bildi. Finlandiya SSRİ-nin şərtlərini qəbul etdi. Martın 12-də Moskvada müqavilə imzalandı. Karel-Fin SSRİ təşkil edildi. 1939-cu ilin sentyabr-oktyabr aylarında Baltikyanı dövlətlərə qoşun yeridən SSRİ Estoniya, Latviya-Litvanı müqavilə bağlamağa məcbur etdi. 1940-cı il iyunun 21-də hər 3 respublikada Sovet hakimiyyətinin qurulduğu elan edildi. İki həftədən sonra bu respublikalar SSRİ-yə qoşuldu. SSRİ-nin işğalçı hərəkətləri İngiltərə ilə Fransa tərəfindən pisləndi və bu ölkə 1939-cu il dekabrın 14-də Millətlər Cəmiyyətindən xaric edildi.
Ş
Qərbdə Afrikada
Balkanlarda
hərbi əməliyyatlar.
imali Atlantikada dəniz əməliyyatları üçün baza əldə etmək istəyən alman ordusu özünü bitərəf elan etmiş Danimarka və Norveçə hücum etdi. 1940-cı il aprelin 9-da Danimarka iyunun 10-da Norveç təslim oldu. Mayda alman ordusunun (Vermaxtın)əsas qüvvələri Qərb cəbhəsində cəmləndi. Mayın 10-da Niderland və Belçikanı tutan almanlar ingilis-fransız-belçika qoşunlarını Dünkerk rayonunda sahilə sıxışdırıb Kale limanını tutdular. Lakin Hitlerin əmri ilə hücum dayandırıldı. Rəqibə mühasirədən çıxmaq imkanı verildi. Bu hadisə “Dünkerk möcüzəsi” adı aldı. Bu addımı atmaqla Hitler İngiltərə ilə müqavilə bağlayıb onu hələlik müharibədən kənarda saxlamaq niyyyətində idi. Mayın 26-da Fransaya hücuma başlayan almanlar Ema çayı yaxınlığında qələbə qazanaraq fransızların “Majino müdafiə xəttini” yarıb, iyunun 14-də Parisə daxil oldular. 1940-cı il iyunun 22-də Kompyen meşəsində 22 il əvvəl Almaniyanın təslim olduğu yerdə, marşal Foşun ştab-vaqonunda Fransa təslim olduğunu bildirən barışıq sazişini imzaladı. Şərtə görə Fransa 2 yerə bölündü.Sənaye cəhətdən inkişaf etmiş Şimali Fransa Almaniyanın işğal zonasına çevrildi. Fransanın cənubunda isə oyuncaq bir hökumət yaradıldı. Onun paytaxtı kurort şəhərciyi Vişi olduğuna görə ona “Vişi hökuməti” də deyirdilər. General Şarl de Qoll nə alman işğal zonasını, nə də oyuncaq “Vişi hökuməti”ni tanımadı. O, öz tərəfdarları ilə İngiltərəyə keçdi. Onun U. Çörçilin məsləhəti ilə yaratdığı “Azad Fransa” komitəsi Almaniyaya qarşı müharibəni davam etdirən ilk təşkilat oldu. Fransa məğlub oldu. İndi Almaniyaya qarşı yalnız İngiltərə təkbaşına vuruşurdu. İngiltərəyə qarşı Almaniya tərəfindən işlənib hazırlanan müharibə planı “Dəniz şiri” adlanırdı. Almaniya İngiltərə ilə qızğın döyüşlər aparan vaxt İtaliya Şimali Afrikada hərbi əməliyyatlar aparırdı. İlk vaxtlar Somali, Geniya, Sudan və Süveyş kanalı İtaliya tərəfindən ələ keçirildi. 1940-cı ilin sonu və 1941-ci ilin əvvəllərində İngiltərə Şimali Afrikada ələ keçirdiyi əraziləri itirdi. Faşist dövlətləri Balkanlara xüsusi əhəmiyyət verirdilər. Bu regionun həm strateji məntəqə olmasından, həm də xammal mənbəyi olmasından irəli gəlirdi. Balkan dövlətləri faşist meylli dövlətlər idi. 1940-cı ildə Rumıniya, noyabrda Macarıstan, 1941-ci ilin martın 1-də Bolqarıstan faşist dövlətləri ilə birləşdilər.
H
Almaniyanın SSRİ
üzərinə hücumu.
ABŞ-ın müharibəyə qatılması.
ələ 1940-cı ilin iyununda Hitler Vermaxt rəhbərliyinə SSRİ-yə hücum hazırlamaq əmri vermişdi. “Barbarossa” adını almış “İldırımsürətli” müharibə planı 1940-cı il dekabrın 18-də təsdiq edildi. Hücumun dəqiq vaxtı 1941-ci il iyunun 22-si səhər 5-ə təyin edilmişdi. SSRİ-nin taleyi 3-4 aya həll edilməli idi. SSRİ-yə hücum qəflətən oldu. Almanlar qışa qədər Arxangelsk-Həştərxan xəttinə çıxmaq niyyətində idilər. SSRİ ordusu ilk vaxtlar itki verə-verə geri çəkilirdilər. Müharibənin birinci həftəsində almanlar Smolenski ələ keçirib Leninqrad və Kiyevə yaxınlaşdılar. Sentyabrda Kiyev tutuldu. Leninqrad mühasirəyə alındı. Almanların Moskvanı tutmaq planı “Tayfun” əməliyyatı adlanırdı. Tayfun əməliyyatı 1941-ci ilin oktyabr-dekabr aylarında baş verdi. Əməliyyata 70 min alman diviziyası cəlb olunmuşdu. Moskva müdafiəsinə Jukov rəhbərlik edirdi. Dekabrın 5-6-da sovet qoşunu hücuma keçdi. 1942-ci il yanvarında almanlar 100-250 km Moskvadan geri çəkildilər. “İldırımsürətli müharibə” planı puça çıxdı. “Barbarossa” planı iflasa uğradı. 1941-ci il martın 11-də ABŞ Konqresi Lend-lizi qanununu qəbul etdi. Qanuna əsasən, ABŞ başqa ölkələrə hərbi və iqtisadi yardım göstərə bilərdi. 1941-ci il avqustun 14 Çörçillə Ruzvelt Kanada sahillərindəki Arcentiya buxtasında bir gəminin göyərtəsində görüşdülər. “Atlantika xartiyası” adlı sənəd imzalandı. SSRİ 40 gündən sonra bu xartiyaya qoşuldu. Almaniya İranı da öz təsiri dairəsinə salmağa çalışırdı. Buna yol verməmək üçün 1941-ci il avqust ayında SSRİ-İngiltərə qoşunları İrana yeridildi. Rza şah rejimi iflasa uğradı. 1941-ci il sentyabr-oktyabr aylarında Moskvada konfrans oldu. Bu konfransda İngiltərə-ABŞ-SSRİ sazişi imzalandı. “Böyük üçlüyün” əsası qoyulmuşdu. 1942-ci ilin mayında İngiltərə-SSRİ və iyunda isə ABŞ-SSRİ müqavilələri imzalandı. Bununla da antihitler koalisiyasının yaranması başa çatdı. Yaponiya müharibəyə Almaniya və İtaliyadan gec qoşuldu. Yaponiyada hakimiyyətə 1941-ci il oktyabrında general Tabzio gəldi. Dekabrın 7-də Yaponiya ABŞ-ın Havay adalarındakı Peri-Harbor hərbi bazasını bombaladı. Bu hadisə ABŞ-ın müharibəyə girməsini sürətləndirdi. Dekabrın 8-də ABŞ Yaponiyaya müharibə elan etdi. 1942-ci ildə müharibə genişləndi. Avropa ilə yanaşı, Afrikada, Asiyada və Sakit Okeanda hərbi əməliyyatlar gedirdi.
Ə
Tehran və Krım
konfransları.
saslı dönüş. Müharibənin ikinci mərhələsi onun gedişində əsaslı dönüşlə xarakterizə olunur. Dönüşün ilk əsaslı addımları 1942-ci ilin iyununda Sakit okeanda Miduey adası yaxınlığında yapon eskadrasının ABŞ tərəfindən məhv edilməsi ilə atıldı. Böyük itki verən Yaponiya bir daha Sakit okeanda hücuma başlaya bilmədi. Lakin müttəfiqlər verdikləri vədə əməletmədilər. 1942-ci ildə Avropada ikinci cəbhəni açmadılar. Bu, almanlara Şərqdə SSRİ-yə qarşı hücumu genişləndirməyə imkan verdi. Almanların hücumu Stalinqrad yaxınlığında dayandırıldı. Noyabrın 19-da əks-hücum başladı. Kalaç şəhəri yaxınlığında onlar mühasirəyə düşdülər. 1943-cü il fevralın 2-dək davam edən Stalinqrad döyüşündə qalib gələn Sovet qoşunu strateji təşəbbüsü ələ aldı. Sovet-alman müharibəsində əsaslı dönüş yarandı. Sovet qoşunlarının Qafqazda əks-hücumu başladı. Kursk əməliyyatı 1943-cü il iyun-iyul aylarında keçirildi. Ən dəhşətli döyüşlər Proxorovka kəndində getdi. Almniya bu döyüşdə də məğlub oldu. İyulun 15-də geri çəkildi. Oryol, Belqorod,Xarkov şəhərləri azad edildi. 1943-cü ildə Əsaslı dönüş başa çatdı.
Əsaslı dönüş faşist blokunda böhrana səbəb oldu. Faşist dövlətləri uzunmüddətli müharibəyə hazır deyildilər. 1941-1945-ci illərdə Böyük üçlüyün və onların nümayəndələrinin 5 dəfə görüşləri olmuşdu. 1941-ci ilin iyulunda Moskvada, 1943-cü ilin noyabrında Tehranda, 1945-ci ilin Krımda, 1945-ci ilin aprel-iyun aylarında San-Fransisko da və 1945-ci ilin iyul-avqust aylarında Podstamda.
Bu görüşlər içərisində Tehran konfransı xüsusi yer tutur. 1943-cü ilin noyabrın 28-dən dekabrın 1-nə kimi Tehran konfransı oldu. Tehran konfransı dövlət başçılarının: Stalinin; Ruzveltin və Çörçillin iştirak etdiyi ilk konfrans idi. Qərara alındı ki, ikinci cəbhə 1944-cü ilin yazından gec olmayaraq Şimali Fransada açılsın. Konfransda SSRİ-Polşa sərhədini müəyyənləşdirmək idi. Qərara alındı ki, SSRİ-Polşa sərhədi 1939-cu ildəki hüdudlarda müəyyən edisin. Tehran konfransı İran haqqında bəyannamə qəbul etdi. Müharibə qurtaran kimi SSRİ və İngiltərə öz qüvvələrini İrandan çıxarmalı idi. 2-ci cəbhənin açılması barədə razılıq ilk dəfə Tehran konfransında əldə edildi. Tehran konfransında SSRİ-nin Yaponiyaya qarşı müharibəyə başlayacağı barədə məxfi protokol da imzaladılar. 1944-cü ilin əvvəllərində əsas vəzifə almanları Leninqradda, Sağsahil Ukraynasından, Krımdan və Belorusiyadan sıxışdırıb çıxarmaq idi. Yanvarda Leninqradın mühasirəsinə son qoyuldu. Yanvar-may aylarında Qərbi Ukrayna və Krım azad edildi. 1944-cü ilin yayında “Baqration” adı altında ən böyük hərbi əməliyyat başladı. Bu əməliyyat nəticəsində bütün SSRİ ərazisi işğaldan azad edildi. 1944-cü il iyunun 6-da Şimali Fransada 2-ci cəbhə açıldı. 2-ci cəbhənin açılması əməliyyatına “Overlord” əməliyyatı deyilir. 2-ci cəbhənin açılmasına ümumi rəhbərliyi Amerika generalı Duayt Eyzenhauer edirdi.
K
Berlin əməliyyatı.
Müharibənin
başa çatması.
rım konfransı 1945-ci il fevralın 4-11-də Yaltada oldu. Konfrans bəyan etdi ki, alman faşizmi təslim olan kimi Avropadakı bütün hərbi əməliyyatlar dayandırılacaq. Qərara alındı ki, alman hərbi maşını məhv edilsin; alman hərbi qüvvələri tərksilah edilsin; alman baş qərargahı ləğv edilsin; müharibə günahkarları cəzalandırılsın; faşist partiyası və təşkilatları buraxılsın, Almaniya 20 milyard (50% SSRİ-yə çatırdı) təzminat ödəsin. Krım konfransı BMT yaradılmasını qərara aldı. Konfransda məxfi protokol da imzalandı. Gizli protokola görə, Almaniya ilə müharibə qurtarandan 3-4 ay sonra SSRİ Yaponiyaya qarşı müharibəyə başlamalı idi. BMT-nin Nizamnaməsi 1945-ci il oktaybrın 24-də imzalandı. Həmin gün BMT-nin yarandığı gün hesab olunur.
1945-ci ilin aprelin 16-dan mayın 7-nə kimi davam edən Berlin əməliyyatının gedişində, Berlin təslim oldu.Aprelin 30-da səhər tezdən Reyxstaq üzərinə Qələbə bağrağı sancıldı. Bu hadisədən 2 saat sonra Hitler intihar etdi.Mayın 7-də alman qoşunları Qərb cəbhəsində təslim oldular. Mayın 8-dən 9-na keçən gecə Berlində alman hökuməti adından feldmarşal V. Keytel danışıqsız təslim aktını imzaladı. Avropada müharibə qurtardı. 1945-ci ilin iyulun 17-dən avqustun 2-dək Berlin yaxınlığında yerləşən Potsdamda “böyük üçlüyün” növbəti görüşü keçirildi. SSRİ-dən İ. Stalin, Böyük Britaniyadan K. Ettli, ABŞ-dan H. Trumen bu konfransda iştirak edirdi. Almaniya ərazisi Böyük Britaniya, SSRİ, ABŞ və Fransa işğal zonalarına bölündü. Faşist rəhbərləri Beynəlxalq tribunala verildi. Almaniyadan alınacaq təzminat 20 milyard dollar müəyyən edildi, 50% SSRİ-yə çatmalı idi.
1945-ci ilin aprelində ABŞ ordusu Yaponiyanın 500 km-də olan Okinava adasına çıxdı. ABŞ avqustun 6-da Xirosima şəhərinə atom bombası atdı. 250 min dinc əhali həlak oldu. Avqustun 8-də SSRİ Yaponiyaya müharibə elan etdi. Avqustun 9-da ABŞ 2-ci atom bombasını Naqasaki şəhərinə atdı. Yaponiya hökuməti təslim olduğunu elan etdi. Rəsmi təslim aktı 1945-ci il sentyabrın 2-də ABŞ-ın “Missuri” xətt gəmisində imzalandı. II Dünya müharibəsi başa çatdı.
Bu müharibə tarixə ən böyük, ən qəddar və ən dağıdıcı müharibə kimi daxil oldu. II Dünya müharibəsində 61 dövlət, 110 mln. əsgər iştirak etmişdi. Hərbi əməliyyatlar 40 ölkənin ərazisində getmişdi, 67 mln.adam həlak oldu, onun 27 milyonu SSRİ vətəndaşı idi. Təkcə SSRİ-yə 485 mlyr.dollar ziyan dəymişdi.
ABŞ, SSRİ və Böyük Britaniya
XX əsrin II yarısında və müasir dövrdə.
ABŞ. ABŞ II Dünya müharibəsindən hərbi, siyasi və iqtisadi cəhətdən ən güclü ölkə kimi çıxdı. Avropa ölkələrindən fərqli olaraq onun ərazisi döyüş meydanına çevrilməmişdi. İnsan tələfatı az olmuşdu. Müharibə zamanı ABŞ öz sənaye və kənd təsərrüfatını qorudu. Eyni zamanda bir çox ölkələrə borc verən dövlətə çevrildi. 1945-ci ildə Ruzvelt vəfat etdkdən sonra ABŞ-da prezident vəzifəsini H. Trumen icra etməyə başladı. Onun siyasəti “ədalətli xətt” adlanırdı. Müharibədən sonra ABŞ-ın xarici siyasətində “soyuq müharibə” dövrü başladı. “Soyuq müharibə” çərçivəsində Trumen doktrinası və Marşall planı kimi tədbirlər həyata keçirildi.1949-cu ildə “Azad dünya”nı qorumaq məqsədi ilə Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) yaradıldı.
1952-ci il prezident seçkilərində D. Eyzenhauer qələbə qazadı. O, Sovet İttifaqına qarşı “zor işlətmək” xəttini daha da genişləndirdi. Daxili siyasətdə iqtisadi və sosial sahədə dövlətin tənzimedici rolunu artırmaq siyasıtini davam etdirdi, vergiləri azaltdı, səmərəli bazar və kredit siyasəti yeritdi.
1960-cıil prezident seçkilərində demokratların nümayəndəsi Kennedi qələbəqazandı. O, “yeni üfüqlər” adlanan islahat proqramı irəli sürdü. C.Kennedinin siyasi xətti, vətəndaş qanunlarının qəbul olunması, Sovet İttifaqı ilə qarşıdurmanın yumşaldılması mühafizəkarlar və irqçilər tərəfindən etirazla qarşılandı. C. Kennedi Texas ştatının Dallas şəhərində sui-qəsd nəticəsində öldürüldü. 1964-cü ildə növbəti seçkilərdə qələbə qazanan L.Conson vətəndaş haqları, yoxsulluqla mübarizə sahəsindəislahatlar keçirilməsini nəzərdə tutan “böyük cəmiyyət” proqramını elan etdi. Lakin Vyetnamda genişlənən müharibə proqramın yarımçıq qalmasına səbəb oldu. 1968-ci ildə Riçard Niksonun prezident seçilməsi ilə ABŞ-ın siyasi tarixində respublikaçılar dövrü başlandı. Nikson prezidentliyə ölkənin çox ağır sosial-iqtisadi şəraitində başlamışdı. 1971-ci ildə o, “yeni iqtisadi siyasət” elan etdi. Qiymət və əmək haqları donduruldu. Bir sıra sosial proqramları təxirə salan tədbirlər həyata keçirildi. Çoxlu vəsait tələb edən Vyetnam müharibəsi dayandırıldı.
1972-ci il seçkiləri zamanı R. Niksonun tərəfdarları Vaşinqtonda Demokrat Prtiyasının mənzil-qərargahı yerləşən “Uotorqeyt” otelində xəlvəti dinləmə qurğusu qoyarkən yaxalandılar. R. Nikson 1974-cü ildə istefa verdi. Bu, ABŞ tarixində ilk belə istefa idi. 1976-cı ildə növbəti prezident seçkilərində demokrat Cimmi Karterqələbə çaldı. Karterin prezidentliyi illərində ABŞ cəmiyyətində mühafizəkarlığa doğru dönüş baş verdi.
1980-cı il prezident seçkilərində respublikaçı Ronald Reyqan qələbəqazandı. O, “mühafizəkar inqilab” adlandırılan xətt irəli sürdü. Bu proqram “Reyqanomika adını almışdı. Həmin proqramda dövlətin iqtisadiyyatı tənzim etməsi xəttindən imtina olunur, bazar iqtisadiyyatını yüksəltmək xətti əsas götürülürdü. Proqramın həyata keçirilməsi sayəsində; 1. İqtisadi böhran dayandırıldı; 2. İnflyasiya və işsizliyin səviyyəsi aşağı salındı; 3. Gəlir vergisi azaldıldı; 4. İqtisadiyyatın inkişaf tempi sürətləndi; 5. Tətil hərəkatının qarşısı alındı. 1984-cü il prezident seçkilərində R. Reyqan yenidən prezident seçildi.
Reyqan hökuməti ABŞ-ın hərbi gücünü gücləndirmək məqsədi ilə “ulduzlar müharibəsi” adlandırılan “strateji müdafiə təşəbbüsü” (SMT) proqramını irəli sürdü. Hərbi xərclər artırıldı. 1985-1988-ci ilərdə SSRİ rəhbərliyi ilə silsilə görüşlər nəticəsində orta və yaxınmənzilli raketlərin ləğvi haqqında müqavilə qüvvəyə mindi. Bu, tarixdə nüvə ehtiyatlarının bir hissəsinin məhv edilməsi haqqında ilk saziş idi. 1988-ci ildəki prezident seçkilərində qələbə çalmış Corc Buş Reyqanın xəttini davam etdirirdi.
1992-ci il prezident demokratların lideri Bill Klintonqalib gəldi. O, “Reyqonomika”nı tənqid edərək “üçüncü yol” siyasətini təklif etdi. 1996-cı il seçkilərində Klinton yenidən prezident seçildi. İqtisadi inkişaf əhəmiyyətli dərəcədə artdı. 2000-ci ilin prezident seçkilərində hakimiyyətə respublikaçıların nümayəndəsi oğul C. Buş gəldi. Hazırda ABŞ dünyanın super dövləti, dünya iqtisadiyyatının üç güc mərkəzlərindən biridir. O özünü irticaya və beynəlxalq terrorizmə qarşı mübarizənin başlıca qüvvəsi elan etmişdir. 2003cu ide iraqda seddam huseyn reimi devridi
SSRİ. SSRİ müharibədən qalibiyyətlə çıxdı. Qələbə onun ümumdünya miqyasında hərbi-siyasi nüfuzunu artırdı. O, dünyanın 2-ci super dövlətinə çevrildi. Müharibədən sonra qarşıda duran başlıca vəzifə vurulan yaraları sağaltmaq və təsərrüfatı dinc quruculuq xəttinə keçirmək idi. 1950-ci ilin əvvəli üçün kənd təsərrüfatı istehsalı müharibədən əvvəlki səviyyəyə çatdırıldı. Müharibədən sonra əmək ehtiyatları qıtlığı yaranmışdı. Vəziyyətdən çıxmaq üçün məhbusların, sürgün olunanların və əsirlərin əməyindən istifadə olunurdu. 1947-ci il dekabrında ölkədə pul islahatı keçirildi. Məhsul bölgüsündə talon (kartoçka) sistemi ləğv olundu. 1946-cı ilin martında SSRİ Xalq Komissarları Soveti SSRİ Nazirlər Soveti adlandırıldı.
Bütün hakimiyyət partiya rəhbərliyinin əlində qalırdı. Totalitar rejim daha da gücləndirildi. Dövlət düşərgələr sistemi (QULAQ) özünün ən yüksək səviyyəsinə çatmışdı. Müharibədən sonra kütləvi repressiyaların yeni dalğası başladı. 1948-ci ildə “Leninqrad işi” üzrə 2 minə qədər adam həbs olundu. Bolşevik ideologiyasının ədəbiyyata, incəsənətə vəelmə təsiri gücləndi. 1953-cü il martın 5-də Stalin vəfat etdi. Hakimiyyət uğrunda mübarizə başladı. 1953-cü il yayında Beriya həbs olunub güllələndi.
N. Xruşşov 1953-cü ilin sentyabrından MK-nın birinci katibi oldu. Hakimiyyətdə əsas malik olan G. Malenkov 1955-ci ilin fevralında “Leninqrad işi”nin təşkilində günahlandırılaraq hökumət başçısı vəzifəsindən çıxarıldı.1957-ci ildəmarşal Jukov MK Rəyasət Heyətinin üzvü və müdafiə naziri vəzifələrindən kənarlaşdırıldı. 1958-ci ildə Xruşşov MK I katibi və Nazirlər Sovetinin sədri vəzifələrini öz əlində cəmləşdirdi. 1956-cı il iyunun 30-da MK “Şəxsiyyətə pərəstiş və onun nəticələrinin aradan qaldırılması barədə” qərar qəbul olundu. 30-40-cı illərdə repressiyalara məruz qalan minlərlə adama bəraət verildi. Balkar, inquş, kalmık, qaraçay,çeçen xalqlarının muxtariyyatı bərpa olundu. Hökumət strukturunda və təsərrüfat rəhbərliyində ciddi dəyişikliklər edildi. 1959-cu ildə kolxozçulara pasport verildi. 1964-cü il oktyabrında N. Xruşşov tutduğu vəzifədən azad edilərək pensiyaya göndərildi.
Brejnev Sov.İKPMK-nın I katibi, A. Kosıgin isə SSRİ Nazirlər Sovetinin sədri seçildilər. Brejnevin dövrü “neostalinizm”, “qızıl əsr” kimi də qiymətləndirilir. 1977-ci ildə SSRİ-nin yeni konstitusiyası qəbul edildi. Brejnevdən sonra SSRİ-ni Y. V. Andropov (1982-1984), Çernenko (1984-1985) və M. S. Qarbaçov (1985-1991) idarə etdilər.
1985-ci ilin aprelində Sov.İKPMK-nınplenumunda ölkənin sosial-iqtisadi inkişafını sürətləndirmək xətti irəli sürüldü. 1987-ci ilin yanvarında “sürətləndirmənin” əvəzinə, ictimai quruluşu kökündən yenidən qurmaq vəzifəsi irəli sürüldü. Bu, sovet cəmiyyətinin tarixinə “yenidənqurma” siyasəti kimi daxil oldu. 1989-cu ilin yazında xalq deputatları seçkiləri keçirildi. Qarbaçov SSRİ Ali Sovetinin sədri seçildi. 1990-cı ildə SSRİ-də prezident vəzifəsi təsis olundu. Qarbaçov SSRİ-nin birinci və sonuncu prezidenti oldu.
Milli regionlarda başlanan azadlıq mübarizəsi SSRİ-nin dağılmasını sürətləndirdi. 1990-cı il martında Litva və Estoniya, may ayında isə Latviya müstəqilliklərini bərpası barədə qərarlar qəbul etdilər. İyunda RSFSR dövlət suverenliyi barədə Bəyannamə qəbul etdi. 1991-ci ildə B. Yeltsin RSFSR-in prezidenti seçildi. Avqust ayında Dövlət Fövqəladə Vəziyyət Komitəsi yaradan mühafizəkarlar Qarbaçovun “xəstəliyi ilə əlaqədar işləmək qabiliyyətində olmadığını” əsas gətirərək onun səlahiyyətlərinin vitse-prezident Q. Yanayevə keçdiyini bəyan etdilər. Moskvaya hərbi qüvvələr yeritdilər. Bu hadisədən sonra Yeltsin Kommunist Partiyasının fəaliyyətinin dayandırılması barədə fərman imzaladı. Dekabrın 8-də vaxtı ilə SSRİ-ni təşkil edən slavyan respublikaları – Rusiya Federasiyası, Ukrayna, Belorusiyanın liderləri 1922-ci il ittifaq müqaviləsinin fəaliyyətinin dayandırılması və MDB yaratmaq niyyətlərini bildirdilər. Dekabrın 25-də Qarbaçov istefa verdi və SSRİ dağıldı.1993-cü ildə RF-nın Konstitusiyası qəbul olundu. Konstitusiyaya görə RF-sı 21 respublika, 6 ölkə, 49 vilayət, 11 muxtar vilayətdən ibarət idi. 1996-cı ildə Yeltsin yenidən prezident seçildi. 1999-cu il dekabrın 31-də istefa verən Yeltsin prezident vəzifəsini Putinə həvalə etdi. 2000-ci il mayında V. V. Putin RF-nın prezidenti seçildi.
Böyük Britaniya.Böyük Britaniya müharibədən qalib çıxsa da, onun xarici borcu 7 dəfə artmışdı. Bir sıra müstəmləkələrini itirmiş, qalanlarında isə milli-azadlıq hərəkatı genişlənməkdə idi. 1945-ci il parlament seçkilərində qalib gələn Leyboristlər partiyası Klement Ettlinin başçılığı ilə hökuməti təşkil etdilər. Hökumət Hindistan, Seylon, Birma, Fələstin, İordaniyaya istiqlaliyyət verməyə məcbur oldu. Leyboristlərin keçirdiyi islahatlar bir nəticə vermədi. Vergilər daha da artdı, ölkədə kartoçka sistemi saxlanıldı. Bunlar leyboristlərin nüfuzunu aşağı saldı.
1951-ci il parlament seçkilərində mühafizəkarlar qalib gəldilər. Çörçill yenidən baş nazir oldu. Sudan, Malayya Federasiyası, Qızıl Sahil (Qana), Kipr və Nigeriyaya istiqlaliyyət verdi. Müstəmləkələrdən məhrum olma ölkənin iqtisadi vəziyyətinə ciddi təsir göstərmişdi. 1950-ci illərdə Böyük Britaniyanıniqtisadi inkişaf sürəti aşağı düşdü. Dünya iqtisadiyyatında onun payı azalmışdı. AFR, Fransa, Yaponiya onu ötüb keçmişdi. 1957-ci ildə yaradılan Avropa İqtisadi Birliyinə (AİB) Böyük Britaniya yalnız 1973-cü ildə qəbul olundu.
1964-cü ilinparlament seçkilərində leyboristlər qələbə qazandılar. Harold Vilsonun başçılıq etdiyi hökumət pensiyaları artırdı, ev kirayələrinin əsassız olaraq yüksəldilməsini məhdudlaşdırdı. Xarici siyasətdə Böyük Britaniya ABŞ-la əməkdaşlığı davam etdirirdi, NATO-nun fəaliyyətində yaxından iştirak edirdi. 1960-cı illərin axırlarında Şimali İrlandiya(Olster) problemi kəskin xarakter aldı. Şimali İrlandiya katolik azlığı 1968-ci ildən İrlandiyaya birləşmək uğrunda mübarizəyə başladı. Problem bu gün də kəskin olaraq qalmaqdadır.
1979-cu il seçkilərində mühafizəkarlar qələbə qazandılar.Böyük Britaniya tarixinda “dəmir ledi” adlandırılan Marqaret Tetçer baş nazir oldu. Ölkə tarixində bu vəzifəyə seçilən ilk qadın idi. “Tetçererası”nın bir neçə ili ərzində dövlət müəssisələrinin 2/3-i özəlləşdirildi. Əhalinin 60%-dən çoxu xüsusi mənzil sahibinə çevrildi.1982-ci il aprelin 2-də Argentina Böyük Britaniyaya mənsub olan Folklend adalarına qoşun çıxardı. Tetçer hökumətinin cavab tədbirləri ilə adalar geri qaytarıldı. Ölkədə büdcə kəsiri, inflyasiya, işsizlik artırdı. 1990-cı ilin noyabrında Tetçer vəzifəsindən və partiya rəhbərliyindən istefa verdi. 1997-ci ilin mayında keçirilən partiya seçkilərində leyborist 43 yaşlı Entoni Bleer səs çoxluğu qazanaraq yeni hökumət təşkil etdi. Böyük Britaniya hazırda Xaricə kapital qoyuluşunun həcminə görə ABŞ-dan sonra dünyada 2-ci yeri tutur.
Fransa, Almaniya və İtaliya
XX əsrin II yarısında və müasir dövrdə.
Fransa. Fransa II Dünya müharibəsində az itgi verməsinə baxmayaraq, onun beynəlxalq aləmdə nüfuzu sarsılmış, ABŞ-ın maliyyə köməyindən asılı vəziyyətə düşmüşdü. Hind-çin nəzarətdən çıxmış, Suriya və Livan müstəqillik qazanmışdılar.
Fransanın müharibədən sonrakı tarixini 3 dövrə bölmək olar: Müvəqqəti rejim (1944-1946); 4-cü respublika (1946-1958) və 5-ci respublika (1958-dən sonrakı dövr). Müvəqqəti rejim dövründə Fransanı Şarl de Qollun başçılıq etdiyi Müvəqqəti hökumət idarə edirdi. De Qollun təklifi keçmədi və o, istefa verdi.
1946-cı il dekabrında yeni konstitusiyanın qüvvəyə minməsi ilə 4-cü respublikanın 12 illik tarıxı başlandı. 50-ci illərdə kəskin sosial ziddiyyətlər ölkənin siyasi vəziyyətinə ciddi təsir göstərdi. Müstəmləkəçilik əleyhinə Əlcəzairdə başlanan müharibə vəziyyəti daha da kəskinləşdirdi. 1958-ci il iyunun 1-də Milli Məclis de Qollu hökumət başçısı seçdi. Sentyabrda keçirilən referendumda Qollun tərtib etdiyi konstitusiya bəyənildi. 5-ci respublika yaradıldı. Yeni Konstitusiyaya əsasən Fransa prezident respublikası oldu. 1958-ci ilin dekabrında Şarl de Qoll prezident seçildi. O, iqtisadi sahədə inhisarları möhkəmləndirmək xəttini əsas götürürdü. Fransa Böyük Britaniyanı ötərək iqtisadi göstəricilərinə görə dünyada 5-ci yeri tutdu.
1960-cı ildə Ekvador və Qərbi Afrika müstəmləkələrinə müstəqillik verdi. 1962-ci ildə Əlcəzairə istiqlaliyyət verilməsi haqqında müqavilə imzalandı. Xarici siyasətdə de Qoll qarşısına 3 əsas vəzifə qoymuşdu: Böyük Fransanı bərpa etmək; onun müstəqilliyini möhkəmləndirmək; ABŞ-ın Avropadakı təsirini zəiflətmək.
De Qoll Fransanı nüvə dövlətinə çevirdi. NATO-da üzvlüyünü saxlamaqla onun hərbi təşkilatından çıxdı. 1969-cu ildə de Qoll istefa verdi. De qollçu Jorj Pompidu prezident seçildi. O, iqtisadi həyatın dövlət tənzilmlənməsini zəiflətdi, sosial qanunvericiliyi genişləndirmişdi. ABŞ-la münasibətlər yaxşılaşdırıldı. 1981-ci ildə prezident və parlament seçkilərində sol qüvvələr qələbə çaldılar. Sosialist partiyasının lideri Fransua Mitteran prezident seçildi. Əmək haqqı, işsizliyə, çoxuşaqlılığa görə yardım artırıldı; pensiya və təqaüdlər çoxaldıldı; iqtisadiyyata dövlət müdaxiləsi genişləndirildi. 1995-ci ildə Jak Şirak prezident seçildi. 2002-ci ilin prezident və parlament seçkilərində Jak Şirakın qələbəsi ilə nəticələndi.
AFR. II Dünya müharibəsi Almaniya üçün faciəli nəticələrlə başa çatdı. Almaniya müstəqil dövlət kimi varlığını itirdi. Onun ərazisi sovet (şərq), ingilis (şimal-şərq), fransız (qərb) və amerikan (cənub) işğal zonalarına bölündü. 1946-cı ilin dekabrında ingilis və amerikan işğal zonaları, bir ildən sonraFransa işğal zonası birləşdirildi. 1949-cu ilin mayında AFR konstitusiyası qüvvəyə mindi. Konstitusiya AFR-nı parlamentli respublika elan etdi. Bonn şəhəri yeni dövlətin paytaxtı elan olundu. AFR-in ilk federal kansleri K.Adenauer AFR-in siyasi cəhətdən möhkəmlənməsində, demokratik dövlət kimi formalaşması və inkişafında, iqtisadi tərəqqisində böyük rol oynamışdı. 1949-cu il oktyabrın 7-də sovet işğal zonasında ADR yaradıldı. Şərqi Berlin onun paytaxtı oldu.
ABŞ “Marşall planı” üzrə AFR-ə bol maliyyə yardımı göstərdi. 1950-ci illərdə ucuz işci qüvvəsindən istifadə iqtisadiyyatın sürətlə inkişafına səbəb oldu. Bunu obrazlı olaraq “alman möcüzəsi” adlandırırdılar. 1951-ci ildə onun ərazisində işğal rejimi ləğv edildi. Almaniya ilə Fransanın tarixi barışması baş verdi. 1969-cu ildə seçkilərdə qalib gələn sosial-demokratlar azad demokratlarla ittifaqa girərək “Kiçik koalisiya hökuməti”ni təşkil etdilər. Ona sosial-demokratların lideri Villi Brandt başçılıq edirdi. Brandt hökuməti AFR-in “Yeni Şərq siyasəti”ni reallaşdırdı. Bu siyasət nəticəsində Şərqi Avropada müharibədən sonrakı sərhədlər tanındı, ADR-lə dövlətlərarası münasibətlər yaradıldı. Qərbi Berlinin statusu haqqında razılığa gəlmək mümkün oldu. Bütün bunlar “Münhen amirliyi” adlandırılan siyasətin sonu demək idi. V. Brandta qarşı birləşmiş qüvvələr 1974-cu ilin mayında onun vəzifəsindən uzaqlaşdırılmasına nail oldular. Başlıca səbəb Brandtın əməkdaşlarından birinin ADR kəşfiyyatının agenti olmasının aşkarlanması oldu. Hökumətə sosial-demokrat Helmut Şmidt başçılıq etməyə başladı. 13 ildən sonra yenidən hakimiyyətə Xristian Demokratlar gəldi. Onun lideri Helmut Kol federal kansler oldu. O, Almaniyanın birləşdirilməsinə nail oldu. 1989-cu ildə “Berlin hasarı” dağıdıldı. 1990-cı il sentyabrın 12-də SSRİ, ABŞ, Fransa, Böyük Britaniya, ADR və AFR-in xarici işlər nazirlərinin “2+4” adlandırılan danışıqlarında Almaniyaya münasibətdə qəti tənzimləmə barədə müqavilə imzaladılar. 1990-cı il oktyabrın 3-də Almaniya birləşdirildi. H. Kol birləşmiş Almaniyanın ilk federal kansleri oldu. 1998-ci ildə hakimiyyətə sosial-demokrat H. Şröder gəldi. Hazırda Almaniya iqtisadiyyatı sabit vədinamik inkişaf edir.
İtaliya. Monarxiya dövlət formasını ləğv etmək məqsədi ilə 1946-cı ilin iyununda ümumxalq referendumu və Müəssislər Məclisinə seçkilər keçirildi. Respublika tərəfdarları qalid gəldilər. İtaliya respublika elan olundu. Xristian Demokrat Partiyasının lideri Alçide Qasperininbaşçılığı ilə hökumət təşkil edildi. 1947-ci il fevralında İtaliya qalib dövlətlərlə sülh müqavilələri imzaladı. May ayında kommunistlər hökumətin tərkibindən çıxarıldı.
1948-ci ildə İtaliya “Marşall planı” üzrə ABŞ-dan iqtisadi yardım aldı. Yanvarın 1-də Kostitusiya qüvvəyə mindi. 1948-ci il seçkilərində XDP qalib gəldi A. Qasperiyenidən hökuməti təşkil etdi. İtaliya 1949-cu ildə NATO-ya daxil oldu. 1950-ci illərdə İtaliyada fəhlə hərəkatı genişləndi. 1950-ci illərin sonlarında iqtisadi yüksəliş baş verid, əmək məhsuldarlığı artdı. Ölkənin cənubu isə inkişafdan geri qalırdı. 1967-68-ci illərdə tələbə hərəkatı gücləndi. Bu illərdə İtaliyada “sol” və “sağ” ekstrmist terrorçu təşkilatlar meydana gəldi.
1974-cü ildə İtaliya iqtisadiyyatını böhran bürüdü. 1978-1985-ci illərdə sosialist A. Pertini İtaliya prezidenti oldu. 1992-ci ildə “Təmiz əllər” adlanan geniş kampaniya aparılaraq hakimiyyətin yüxarı eşelonunda və iri siyasi partiyaların rəhbərliyində kütləvi korrupsiya halları üzə çıxarıldı. 1994-cü il parlament seçkilərində “Milli alyans” qruplaşması qalib gəldilər. Koalision hökumətə Berliskoni başçılıq etməyə başladı. 1998-ci il parlament seçkilərində Demokratik Sol Qüvvələr Partiyası qalib gəldi. Onun lideri Massimo de Alema hökuməti formalaşdırdı.
Mərkəzi və Cənub-Şərqi Avropa ölkləri.
II Dünya müharibəsinin son aylarında Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrində müxtəlif partiyalar və sosial qrupların əksəriyyətini özündə birləşdirən xalq cəbhələri yarandı.1944-1946-cı illər bu ölkələrin tarixinə “xalq demokratiyası” mərhələsi kimi daxil oldu. Regionda sovet rejiminin yaranmasına və möhkəmlənməsinə təsir göstərən əsas amillər: 1. SSRİ-nin “xilaskar dövlət” kiminüfuz qazanması; 2. Ərazilərdə sovet hərbi hissələrinin olması; 3. SSRİ-nin “Marşall planı”ndan imtina etməsi.
1948-1949-cu illərdə hakimiyyətdə olan kommunist partiyaları bu ölkələrdə sosializim qurmaq xəttini irəli sürdülər. Bazar iqtisadiyatının mərkəzləşmiş planlı iqtisadiyatla əvəz olunmasına başlanıldı. Nəticədə bu ölkələrdə totalitar sosialist cəmiyyəti təşəkkül tapdı.Xüsusi mülkiyyət ləğv olundu, sahibkarlıq və fərdi kəndli təssərüfatları sıradan çıxarıldı. SSRİ ilə münasibətləri pisləşən ilk ölkə Yuqaslaviya oldu.1949-cu ildə QİYŞ, 1955-ci ildə isəVarşava müqaviləsi təşkilatıyaradıldı. Stalinin ölümü və şəxsiyyətə pərəstişin pislənməsi Mərkəzi və Cənubi Şərqi Avropa ölkələrində siyasi iqlimin dəyişməsinə şərait yaratdı.1956-cı ildə oktyabrın 23-dəMacarıstanda kütləvi nümyişlər başladı. Macarıstan hökümətinə başçı seçilən İmre Nad noyabrın 1-də öz ölkəsinin Varşava Müqaviləsi Təşkilatından çıxdığını elan etdi. Noyabırın 4-də Budapeşt şəhərinə hücum edən sovet tankları macar xalqının azadlıq hərakatını qan içində boğdu. İmre Nad dövlətə xəyanətdə ittiham olunaraq edam edildi.
1968-1969-cu illərdə Çexoslavakiyada “ Praqa baharı” adını almış hadisələr baş verdi. A. Dubçek başçılıq etdiyi Çexoslavakiya Kommunist Partiyası ölkənin şəraitinə uyğun olaraq sosialist cəmiyyəti modelinə keçmiş niyyətiniifadə edən “Fəaliyyət proqramı” qəbul etdi. Bu hadisəyə SSRİ və bəzi sosialist ölkələrinin rəhbərləri öz kəskin etirazlarını bildirdilər.SSRİ, Polşa, ADR, Macarıstan və Bolqarıstan qanunları Çexoslavakiyaya təcavüz etdilər. A. Dubçek və silahdaşları həbs edilərək Moskvaya gətirildi. 1969-cu ildə Dubçek vəzifəsindən uzaqlaşdırılaraq Q. Qusakla əvəz olundu. SSRİ-də “yenidənqurma” siyasətinin həyata keçirilməsi və imperiyanın dağılmağa başlaması 1980-cı illərin sonu- 1990-cı illərin əvvəllərində Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrində sosialist sisteminin iflası ilə nəticələndi. Polşa sosializm sistemindən qopan ilk ölkə oldu. Dünya sosializm sisteminin dağılması nəticəsində SSRİ ilə yanaşı “Balkan imperiyası” adlandırılan Yuqoslaviya parçalanaraq Serbiya və Çernoqoriya, Xorvatiya, Sloveniya, Bosniya və Hersoqovina, Makedoniya adlı müstəqil dövlətlərə, Çexoslovakiya isə 1993-cü ildə Çexiya və Slovakiyadövlətlərinə bölündü. 1999-cu ildə Polşa, Macarıstan və Çexiya NATO-ya üzv oldular.
Türk dünyası və Qafqaz xalqları
XX əsrin II yarısında və müasir dövrdə.
Türkiyə. Müharibədən sonra Türkiyə respublikasının qarşısında duran əsas məsələ ölkənin iqtisadiyyatını sağlamlaşdırmaq idi. Əmək nazirliyi yaradıldı. Ölkədə ictimai təşkilatların və siyasi partiyaların yaradılmasına icazə verildi. Tezliklə ölkədə 30-a qədər siyasi partiya yarandı. Türkiyə Millət Məclisi 1945-ci ildə torpaq islahatı haqqında qanun verdi. 1947-ci ildə həyata keçirilən torpaq islahatı problemləri tam həll edə bilmədi. Ölkənin iqtisadiyyatı qapalı iqtisadiyyatdan açıq iqtisadiyyata keçirildi. 1945-1946-cı illərdə ABŞ-la müqavilələr bağlandı. ABŞ-dan kreditlər alındı. ABŞ 1947-ci ildə “Trumen doktrinası”, 1948-ci ildə isə “Marşall planı” xətti ilə Türkiyəyə hərbi və maliyyə yardımları göstərildi. Türkiyə ABŞ-ın təsir dairəsinə düşdü. Lakin ölkə iqtisadiyyatı sahmana salındı.
1950-ci ilin mayında parlament seçkiləri keçirildi. Seçkidə Bayar Cəlalın Demokratik Partiyası qalib gəldi. Cəlal Bayar ölkə prezidenti seçildi. Bu dövrdə Türkiyə daha çox qərb yönlü siyasət yeridirdi. O, 1952-ci ildə NATO-ya daxil oldu. Ölkənin hərbi xərcləri ildən-ilə artırdı. Bu da vergilərin artmasına və əhalinin güzaranına pis təsir etdi. Nəticədə ictimai gərginlik və qarşıdurma dərinləşdi. 1960-cı ilin aprelində İstanbul Universitetinin tələbələri etraz mitinqi keçirdilər. Polis qaz və silah işlətdi. Aprelin 29-da Qızılay meydanında Ankara tələbələri həmrəylik mitinqi keçirdilər. Hərbi məktəbin kursantları gizli zabitlər qrupu yaradaraq hakimiyyəti devirmək haqqında qərar çıxardılar. Ankara və İstanbul qarnizonları mayın 27-də hökumət dairələririni ələ keçirərək nazirləri, Menderesi, Bayarı və bir sıra deputatları həbs etdilər. Hərbi çevriliş nəticəsində hakimiyyət Milli Birlik Komitəsinin əlinə keçdi. 1924-cü il konstutisiyası ləğv olundu. Milli Məclis buraxıldı, I respublika sona yetdi.
1961-ci il yanvarın 6-da Müəssislər Məclisi işə başladı. May ayında yeni Konstitusiya qəbul olundu. TBMM-ə keçirilən seçkilərdə Ədalət Partiyası üstünlük qazandı. Hökumətə İsmət İnönü rəhbərlik edirdi. Bu dövr Türkiyə tarixində II respublika adlandırılır. 1962-ci ildə İ. İnönü istefa verdi, hökumət dağıldı. 1963-1966-cı illərdə ölkədə fasiləsiz hökumət böhranları baş verdi. 1966-cı ildə ordu generalı Cövdət Sunayın prezident seçilməsi ölkədəki siyasi gərginliyi zəiflətdi. 1970-ci ildə Ədalət partiyasının nümayəndəsi S. Dəmirəl yeni hökumət təşkil etdi. 1971-ci il martın 12-də Ali hərbi komandanlığın prezidenti C. Sunaya ünvanladığı memorandumda dərhal islahat keçirilməsi tələb edilirdi. S. Dəmirəl hökuməti istefa verdi. Cümhuriyyət Xalq Partiyasından olan deputat Nihat Erim yeni hökumət yaratdı. Ölkədə qayda-qanun yaradıldı. 1973-cü il aprelin 6-da Fəxri Korutürk prezident seçildi. Naim Talu koalision hökumət təşkil etdi.
Yunanıstanın enozis yolu ilə Kipri ilhaq etməsi siyasəti Türkiyənin kəskin müqavimətinə səbəb oldu. 1974-cü il iyulun 20-də Kipr Respublikasının müstəqilliyini və türk əhalisinin təhlükəsizliyini təmin etmək üçün Türkiyə adaya qoşun çıxartdı. Yunan millətçilərinin arzusu reallaşmadı. “Kipr böhranı” Türkiyənin beynəlxalq vəziyyətini çətinləşdirdi. Yeni hökumət böhranı baş verdi. 1975-ci ilin aprelində S. Dəmirəlin başçılığı ilə “Milliyyətçi cəbhə” koalision hökuməti formalaşdı. 1976-cı ildə tətillər başladı. Koalisiya dağıldı.
1
Mərkəzi Asiya
və Qazaxıstan
Krım, Volqaboyu
və Sibir türkləri.
980-cı il sentyabrın 12-də generallar Kənan Evrenin başçılığı ilə hərbi çevriliş etdilər. II respublikaya son qoyuldu. 1983-cü il noyabrında keçirilən parlament seçkilərində Ana Vətən Partiyası qələbə çaldı. Onun lideri Turqut Özal təkpartiyalı hökumət təşkil etdi. Bu, Türkiyə tarixində 3-cü respublika adlandırılır. Turqut Özal Türkiyəni iqtisadi böhrandan çıxardı. Beynəlxalq aləmdə T. Özal Türkiyədə baş verən “iqtisadi möcüzələrin atası” adlandırılır. 1989-cu ildə o, prezident seçildi. 1993-cü ildə T. Özal qəflətən vəfat etdi. Növbədənkənar prezident seçkilərində S. Dəmirəl prezident seçildi. Ecevitin başçılığı ilə koalision hökumət təşkil edildi. 2000-ci ilin mayında S. Dəmirəlin prezidenlik müddəti bitdi. Onu Əhməd Nejdət Sezər əvəz etdi. “Ədalət və İnkişaf” partiyasının lideri Rəcəb Taib Ərdoğan hökuməti təşkil etdi.
Müharibədən sonrakı illərdə Mərkəzi Asiya və Qazaxıstan respublikaları iqtisadi cəhətdən inkişaf etməyə başladılar. 50-70-ci illərdə sənayenin yeni sahələri yaradıldı. M. Qorbaçovun “yenidənqurma” xəttinin ilk qurbanı Qazaxıstan oldu. Qazaxıstan KPMK-nın I katibi D. Ə. Kunayev istefaya göndərildi. Onun yerinə qazax xalqına yad olan, şovinist əhval-ruhiyyəli Kolbin təyin edildi. 1986-cı il dekabrın 17-19-da Alma-Atada qazax gəncləri etiraz nümayişi keçirdilər. Sovet ordusunun müdaxiləsi nəticəsində min nəfərdən artıq qazax gəncinin qanı töküldü. Bu, sovetləşmə, ruslaşdırma siyasətinə qarşı çevrilmiş ilk açıq milli hərəkat idi. 1989-cu ilin may-iyun aylarında Özbəkistanda özbəklərlə Məhsəti türkləri (1953-cü ildə Gürcüstandanköçürülmüşdülər) arasında qanlı toqquşma baş verdi. Fərqanə və Əndicanda Məhsəti türklərinə qarşı özbaşnalıq, terror aktları, qırğın və talanlar törətdilər. Nəticədə Məhsəti türkləri 2-ci dəfə öz ev-eşiklərindən deportasiya olundular. SSRİ-nin dağılması nəticəsində Mərkəzi Asiya və Qazaxıstanda müstəqil dövlətlər yarandı.
1954-cü ilinfevralın 19-da Ukraynanın Rusiyaya qatılmasının 300 illik yubileyi münasibəti ilə Krım vilayəti Ukraynaya verildi. Bu vilayət Qərbi ukraynalılarla məskunlaşdırıldı. Lakin krım türkləri vətənə qayıtmaq uğrunda mübarizələrini dayandırmadılar. SSRİ Ali Sovetinin 1989-cu ilin noyabrında zorla deportasiyaya məruz qalmış xalqlara qarşı törədilmiş hadisələri cinayət kimi tanıması və onların hüquqlarının təmin edilməsi ilə əlaqədar qəbul etdiyi Bəyannamə Krım tatarlarının da vəziyyətini qismən yaxşılaşdırdı. SSRİ-nin dağılmasından sonra Krım türklərinin bir qismi Ukraynada muxtar respublikanı bərpa edə bildilər. Lakin burada türklər azlıq təşkil etdiyi üçün bu, milli deyil, ərazi muxtariyyəti oldu.
1991-1993-cü illərdə Tatarıstanda müstəqillik uğrunda kütləvi hərəkat başladı. Mentemir Şaymiyev Tatarıstanın prezidenti seçildi. Tatarıstan Rusiyanın muxtar qurumları içərisində ilk olaraq suverenlik haqqında Bəyannamə qəbul etdi. Tatarıstan mərkəzəheç vergi ödəmədən müstəqil siyasət həyata keçirməyə başladı. 1994-cü ilin fevralında Rusiya ilə Tatarıstan arasında dövlət idarələrinin bölüşdürülməsi haqqında müqavilə imzalandı.
Qafqaz xalqları. Müharibədən sonrakı illərdə də sovet rejimi ənənəvi olaraq Azərbaycanın zəngin sərvətlərini, xüsusən yanacağını, Cənubi Qafqazın digər respublikalarının iqtisadiyyatının bərpa və inkişaf etdirilməsinə yönəltmişdi. 1957-ci ildə balkar, çeçen, inquş, kalmık və qaraçay xalqlarına bərait verildi. Onların milli muxtariyyəti bərpa olundu. 1956-cı il 28 aprel tarixli fərmanla deportasiyaya məruz qalmış xalqların, o cümlədən Məhsəti türklərinin xüsusi yaşayış yerləri haqqında məhdudiyyətlər aradan götürülmüşdü. Lakin hüquqlarını bərpa edə bilmədi. 1965-ci ilin aprelin 25-də İrəvanda uydurma 1915-ci il “erməni soyqırımına” abidə qoyuldu. 1989-cu ildən etibarən “türksüz Ermənistan” və Dağlıq Qarabağ uğrunda separatizm və terror hərəkatı güclənmişdi. Gürcüstanda başlanan milli-azadlıq hərəkatından qorxuya düşən Sovet rəhbərliyi Tbilisiyə qoşun göndərmək haqqında qərar qəbul etdi. 1989-cu il aprelin 9-da Sovet qoşunları mitinqi dağıdarkən 16 nəfər həlak oldu. SSRİ-nin dağılması nəticəsində Cənubi Qafqazda müstəqil dövlətlər yarandı. Çeçenistanın (1994-cü ildə I Çeçenistan – 1999-cü ildə II Çeçenistan müharibəsi başlandı) Rusiya Federasiyasından ayrılıb öz müstəqilliyini elan etməsi bu gün də nəticəsi bəlli olmayan hadisələrə gətirib çıxardı. Amansız hərbi əməliyyatlar çeçen xalqını fiziki cəhətdən məhv olmaq təhlükəsi qarşısında qoydu.
Asiya, Afrika və Latın Amerikası ölkələri
XX əsrin II yarısında və müasir dövrdə.
Yaponiya. Yaponiya II Dünya müharibəsindən ağır vəziyyətdə çıxmışdı. İena qiymətdən düşmüş, real əmək haqqı 8dəfə azalmışdı. Ölkə ərazisi ABŞ qoşunları tərəfindən işğal edilmişdi. Bu vəziyyət 1952-ci ilə qədər davam etdi. Tokioda ABŞ, SSRİ, Böyük Britaniya və Çin nümayəndələrindən ibarət İttifaq Şurası fəaliyyət göstərmişdi. 1946-cı ildə Yaponiyada parlament seçkiləri keçirildi. 1947-ci ildə Parlament ölkə konstitusiyasını qəbul etdi. Konstitusiyaya görə Yaponiyanın dövlət quruluşu konstitusiyalı monarxiya idi. “Soyuq müharibə” ABŞ-ın Yaponiyaya qarşı mövqeyini kəskin surətdə dəyişdi. Yaponiyanı SSRİ-yə qarşı mübarizə dayağına çevirmək xətti götürürdü. Yaponiyanın müharibədən sonrakı xarici siyasətinin əsasını ABŞ-la əməkdaşlıq təşkil etdi. 1951-ci ilin sentyabrında San-Fransisko konfransında ABŞ və Yaponiyaya qarşı müharibədə iştirak etmiş ölkələrin çoxu onunla sülh müqaviləsi imzaladılar. Lakin SSRİ, Polşa, Çexoslavakiya müqaviləni imzalamaqdan imtina etdilər. ABŞ və Yaponiya arasında təhlükəsizlik müqaviləsi imzalandı. 1952-ci ildə işğal rejiminə son qoyuldu. 1956-cı ildə birgə bəyannamənin imzalanması ilə SSRİ və Yaponiya arasındakı müharibə vəziyyətinə son qoyuldu, diplomatik əlaqələr bərpa edildi. 1975-ci ildən etibarən Yaponiya ən çox inkişaf etmiş dövlətlərin (yeddilərin – indi səkkizlərin) hər il keçirilən görüşlərinin iştirakçısı oldu. Yaponiya iqtisadi gücünə görə yalnız ABŞ-la müqayisə edilə bilər. Lakin ABŞ-dan fərqli olaraq Yaponiya özünün xammal və enerji bazasına malik deyil, bütün bunları idxal edir. Müasir Yaponiyanın siyasi sistemi imperatorun dövlət başçısı kimi saxlanılması şərti ilə çoxpartiyalı parlament demokratiyasına əsaslanır.
Çin. 1945-1949-cu illərdə ÇKP-nın silahlı qüvvələri və Homindan ordusu arasında gedən vətəndaş müharibəsi kommunistlərin qələbəsi ilə nəticələndi. 1949-cu il oktyabrın 1-də Çin Xalq Respublikasının (ÇXR) yaradıldığı elan edildi. ÇKP-nın lideri Mao Tszedun (1893-1976) ÇXR-nın başçısı seçildi. Homindançı Çin Respublikasının prezidenti Çan Kayşi Tayvan adasına çəkilərək öz dövlətini yaratdı. Aqrar islahat nəticəsində mülkədar torpaq sahibliyi ləğv edildi. 47 mln. hektar torpaq kəndlilər arasında bərabər paylandı. Dərhal sonra kənd təsərrüfatının kooperativləşdirilməsinə başlandı. 1950-ci illərin ortalarında bu iş başa çatdırıldı. Xarici siyasətdə Çin SSRİ-nin mövqeyində durur, onun siyasətini müdafiə edirdi. Qərb dövlətləri CXR-nı dövlət kimi tanımırdılar. BMT-də onun yerini homindançılar tutmaqda davam edirdi. 1958-ci ilin mayında ÇKP “üç qırmızı bayraq” strategiyasını elan etdi. 1965-ci ilin sonlarında Mao mədəni inqilab elan etdi. Bu inqilab əslində Mao əleyhinə və onunla razılaşmayan qüvvələrlə hesablaşmaq məqsədi daşıyırdı. Bu siyasət 10 il (1966-1976) davam etdi. Bu illərdə Sovet-Çin münasibətləri daha da pisləşdi. 1971-ci ildə Çin BMT-nin Təhlükəsizlik Şurasında öz yerini tutdu. 1976-cı ildə M. Tszedunun ölümündən sonra Çində yeniləşmə xətti başlamışdı. 80-ci illərin əvvəllərində rəhbərliyə gələn DenSyaopin kommunizm quruculuğunda tələskənlik təcrübəsini rədd etdi, iqtisadi islahatlar keçirdi. 1992-ci ildə sosializm quruculuğunun “Çin modeli” konsepsiyası təsdiq edildi. Böyük Britaniyanın 1898-ci ildə icarəyə götürdüyü Honkonq 1997-ci ildə Çinə qaytarıldı. Lakin hələ 50 il öz hökumətini və iqtisadi sistemini olduğu kimi saxlamalıdır.
Hindistan. II Dünya müharibəsinin sonlarına yaxın Hindistanda milli azadlıq hərəkatı genişləndi. 1947-ci ildə Hindistanda ingilis ağalığına son qoyuldu. Həmin ilin avqustunda dini əlamət əsas götürülməklə ölkə - hindusların çoxluq təşkil etdiyi Hindistan və - əhalisi müsəlmanlardan ibarət olan Pakistan dövlətlərinə parçalandı. Hindistan yarımadasının şimalında – Kəşmirdə müsəlmanlar yaşamasına baxmayaraq buranın Hindistana verilməsi nəticəsində: 1. Bu dövlətin bir-birinə qarşı ərazi iddiası meydana çıxdı. Onlar arasında 1948-ci ildən başlayaraq Kəşmir knyazlığına yiyələnmək uğrunda bir neçə dəfə (1966, 1987, 1988, 1997) hərbi toqquşmalar baş verdi. Şimal-qərb Kəşmir – Kəşmirin 1/3 hissəsi (Azad Kəşmir) Pakistanın, qalan ərazisi isə Hindistanın nəzarətinə keçdi. Bu münaqişələrdə Hindistan SSRİ-nin köməyinə arxalanırdı; 2. Pakistan özü isə Şərqi və Qərbi Pakistana bölündü: 1971-ciildə Şərqi Pakistanda geniş muxtariyyət uğrunda gedən mübarizəyə Hindistanın da müdaxilə etməsi nəticəsində müstəqil Banqladeş dövləti yarandı. 1974-cü ildə Pakistan Banqladeşi müstəqil dövlət kimi tanıdı.
1950-ci ildə Hindistan respublika elan edildi. Konstitusiyaya görə Hindistanın dövlət quruluşu federativ respubluka, idarə forması isə parlamentli respublikadır. Onun daxili və xarici siyasətinin əsas prinsipləri C.Nehru tərəfindən hazırlanmışdır. “Dünyanın ən böyük demokratiyası” adlandırılan Hindistan Respublikası çoxmillətli, dini mənsubiyyətinə görə rəngarəng, savadsız kənd əhalisinin üstünlük təşkil etdiyi ölkədir. Baş nazirlər İndira Qandi (1984) və Raciv Qandi (1991) terrorun qurbanı oldu. 1999-cu ilin oktyabrında parlamentə və yerli qanunvericilik orqanlarına seçkilər keçirildi. Bhatriya Canata partiyası səslərin çoxunu topladı. Bütün çətinliklərə baxmayaraq Hindistan yenə Cənubi Asiyada aparıcı mövqeyini saxlayır.
Pakistan. 1947-ci ilin avqustunda yaradılmış Pakistan 1956-cı ildə federativ respublika elan edildi. 1958-1962-ci illərdə hərbçilər tərəfindən idarə olunan Pakistan 1962-ci ilin martından prezident respublikası oldu. 1970-ci ildə ölkədə ilk dəfə parlament seçkiləri keçirildi. Seçkilərdə qələbə qazanan Pakistan Xalq Partiyasının lideri Zülfüqar Bhutto mülki hökumət təşkil etdi. 1979-cu ildə hakimiyyətdən sui-istifadə etməkdə günahkar bilinən Z. Bhutto, general Ziya-ül-Həqq tərəfindən təşkil olunmuş hərbi çevriliş nəticəsində devrildi və edam olundu. Parlament buraxıldı. Konstitusiya ləğv olundu. 1979-cu ildə Pakistan İslam Respublikası elan edildi.
1988-ci ilin avqustunda Ziya-ül-Həqq təyyarə qəzasında həlak oldu. Keçirilən parlament seçkilərində qələbə qazanan PXP-nın lideri Z. Bhuttonun qızı Bənazir Bhutto baş nazir vəzifəsini tutdu. 1990-cı ildə B. Bhutto prezident Qulam İshaq xan tərəfindən istefaya göndərildi. 1999-cu ildə baş vermiş hərbi çevriliş nəticəsində hakimiyyətə Pərviz Müşərrəf gəldi. Pakistan nüvə silahına malikdir. Pakistan İslam Respublikası Cənub-Qərbi Asiyanın qüdrətli dövlətlərindən biridir.
Əfqanıstan.II Dünya müharibəsindən sonra Əfqanıstan geridə qalmış aqrar ölkə olaraq qalırdı. 1964-cü ildə konstitusuya qəbul edildi. 60-cı ilin əvvəllərindəƏfqanıstan Xalq Demokratik Partiyası yaradıldı. Nur Məhəmməd Təraki onun baş katibi seçildi. Ölkə daxilindəki qeyri sabitlikdən istifadə edən ƏXDP 1978-ci ilin aprelində Kabildə dövlət çevrilişi etdi. Əfqan demokratik Respublikasının yaradıldığı elan olundu. ƏXDP daxilində ziddiyyətlər 1979-cu ilin sentyabrda siyasi çevrilişə gətirib çıxardı. N. Təraki rəqibi H. Əmin tərəfindən devrilib öldürüldü. Əminin siyasətinin sovetpərəst olmadığını görən SSRİ 1979-cu ilin dekabrında Əfqanıstana qoşun yeritdi. Döyüş zamanı Əmin öldürüldü. Onun yerini B. Karmət tutdu. Karmət “sosializm qurmaq” xəttini davam etdirdi. Əfqanıstan müharibəsində sovet dövləti uğur qazana bilmədi. 1988-1989-cu illərdə Əfqanıstandan qoşunlarını çıxardı.
1995-ci ildə Əfqanıstanın hərbi siyasi meydanında islamçı kimi tanınmış “Taliban”-hərəkatı ortaya çıxdı. 1999-cu ildə taliblər ölkənin bütün ərazisinə nəzarət etməyə başladılar. 2001-ci il sentyabrın 11-də ABŞ-da törədilən faciəvi terrorda Bin Ladenin və onun “Əl qaidə” təşkilatı üzvlərinin əli olduğunu nəzərə alaraq taliblərə qarşı müharibə elan etdi. Bunu nəticəsində Əfqanıstanda Taliban rejimi süqut etdi. 2004-cü ildə Həmid Kərzayi ölkə prezidenti seçildi. O, demokratik Əfqanıstan uğrunda mübarizə aparır.
İran. II Dünya müharubəsindən sonra İranda ingilislərin inhisarında olan neft sənayesinin milliləşdirilməsi uğrunda hərəkat başladı. Hərəkata Milli Cəbhənin rəhbəri doktor Məhəmməd Müsəddiq başçılıq edirdi. 1951-ci il martında neft sənayesinin milliləşdirilməsi haqqında qərar qəbul edildi. Az sonra Müsəddiq baş nazir təyin edildi. 1953-cü ilin avqustunda Tehranda general Zahidinin başçılığı ilə hərbi çevriliş baş verdi. Müsəddiq devrildi və general Zahidi baş nazir vəzifəsini ələ keçirdi. Ölkədən qaçmış Məhəmməd Rza şah Pəhləvi İrana qayıdaraq hakimiyyətini möhkəmləndirdi. 1954-cü ildə İranda ingilislərin neft inhisarına (Beynəlxalq neft konsorsiumuna icarəyə verildi) son qoyuldu.
1962-1970-ci illərin ortalarında genişmiqyaslı islahatlar həyata keçirildi. Bu islahat İran tarixinə “ağ inqilab” adı ilə daxil oldu. 1963-cü ildə qadınlara müəyyən şərtlərlə seçki hüququ verildi. 1978-ci ilin yanvarında Qum şəhərində nümayişçilərə qarşı silah işlədilməsi İran inqilabının başlanmasına səbəb oldu. Genişlənən xalq hərəkatı 1979-cu ilin yanvarında Məhəmməd Rza şah Pəhləvi İranı tərk etməyə məcbur etdi. Aprelin 1-də İran İslam Respublikası elan olundu. İnqilabdan sonrakı dövrdə İran uzun müddət özünü dünya ölkərindən təcrid etdi. 1997-ci ilin mayında Seyid Məhəmməd Hatəmi prezident seçildi. 2001-ci il seçkilərində o, yenidən qələbə qazandı. İran Azərbaycanın ərazi bütövlüyünü müdafiə etsə də, işğalçı Ermənistanla sıx siyasi-iqtisadi və diplomatik əlaqələr saxlayır. Xəzər dənizinin sektorlara bölünməsində özünə 20% pay tələb edir.
Fələstin-İsrail münaqişəsi. BMT Baş Məclisi 1947-ci ilin noyabrında ingilis idarəçiliyindən azad olmuş Fələstin ərazisində yəhudi və ərəb dövlətlərinin yaradılması, Qüdsün isə BMT-nin nəzarəti altına verilməsi haqqında qərar qəbul etdi. 1948-ci ildə Fələstin ərazisində İsrail dövlətinin yaranması ilə I Ərəb-İsrail müharibəsi baş verdi. Müharibə ərəb ölkələrinin məğlubiyyəti ilə nəticələndi. İsrail Fələstin Ərəb dövləti üçün ayrılmış ərazinin bir hissəsini işğal etdi. 1964-cü ildə Y. Ərəfat başda olmaqla Fələstin Azadlıq Təşkilatı (FAT) yaradıldı. İsrailə qarşı partizan müharibəsi başlandı. 1967-ci ilin iyununda İsrail ordusu Misir, İordaniya və Suriya üzərinə hücum etdi. Qəzza bölgəsini, Sinay yarımadasını, İordan çayının qərb sahilini, Qüdsün ərəb hissəsini, Suriyaya məxsus Colan təpələrini tutdu. 1973-cü ilin oktyabr ayında yeni Ərəb-İsrail müharibəsinin başlanmasına səbəb oldu. Bu müharibədə İsrail ilk dəfə məğlub oldu. 1973-cü ilin dekabrında Cenevrədə SSRİ və ABŞ nümayəndələrinin sədrliyi ilə Yaxın Şərq üzrə sülh konfransı çağırıldı. Lakin ABŞ və İsrail konfransın işini pozdular. 1975-ci ilin sentyabrında ABŞ-ın köməyi ilə Sinayda qoşunları aralamaq haqqında separat Misir-İsrail sazişi imzalandı. Bununla da ərəb ölkələrinin birliyi pozuldu. 1978-ci ildə İsrailin ABŞ-ın vasitəçiliyi ilə Misirdə apardığı danışıqlar nəticəsində Kemp-Devid sazişi imzalandı. Sazişə görə İsraillə Misir arasında müharibəyə son qoyuldu. Misirin İsraillə “sülh” müqaviləsi bağlaması ərəb ölkələrinin Misirlə bütün əlaqələrinin kəsilməsinə səbəb oldu. Misir Ərəb Dövlətləri Birliyindən çıxarıldı. 1980-cı ildə İsrail Qüds şəhərini özünün “vahid və bölünməz paytaxtı” elan etdi. 1988-ci ilin noyabrında Əlcəzairdə Fələstin Milli Şurası müstəqil Fələstin dövlətinin yaradıldığını elan etdi. 1994-cü ildə Qahirədə ABŞ, Rusiya, Misirin xarici işlər nazirinin iştirakı ilə İsraillə FAT arasında Fələstin muxtariyyətinin yaradılmasını nəzərdə tutan Qəzza-Əriha sazişi imzalandı. 1994-cü ildə iyulunda İsrailin baş naziri ilə İordaniya kralı arasında bağlanmış Vaşinqton bəyannaməsi ilə iki ölkə arasında 46 ildən davam edənmüharibə vəziyyətinə son qoydu. 1996-cı ildə FAT ilə bağladığı Oslo sülhünə görə, İsrail işğal etdiyi Fələstin ərazilərinin 30%-ni boşaltmağı öhdəsinə götürsə də, Qüdsün ərəblər yaşayan hissəsində 1997-ci ildə yəhudi məskənləri salmağa başlaması münasibətləri yenidən gərginləşdirdi. İsrail hərbi hissələri dəfələrlə Fələstin muxtariyyəti ərazisinə hücum edərək qanlı qırğınlar törətmişdir. Y. Ərəfatın vəfatından sonra onların arasında gərginlik yenidən başladı. Fələstinlilərin yeni lideri Əhməd Abbas problemi sülh yolu ilə həll etməküçün səy göstərməkdədir.
Misir.İngiltərənin toxuculuq sənayesi üçün “pambıq plantasiyası” rolunu oynayan Misir II Dünya müharibəsindən sonra rəsmən müstəqil dövlət hesab olunsa da, əslində İngiltərədən asılı vəziyyətdə idi. 1952-ci ilin iyulunda Qahirədə Camal Əbdül Nasirin başçılığı “Azad zabitlər”təşkilatı üsyana qalxaraq İngiltərənin əlaltısı olan Faruqu hakimiyyətdən uzaqlaşdırdı. 1953-cü ildə respublika elan edilmiş Misirin ilk prezidenti C. Ə. Nasir oldu. 1958-ci ildə Misir və Suriya Birləşmiş Ərəb Respublikası adlanan dövlətdə birləşdilər. Suriya 1961-ci ildə bu dövlətin tərkibindən çıxsa da, yalnız 1971-ci il konstitusiyası veriləndən sonra Misiri 1972-ci ildən yenidən Misir Ərəb Respublikası adlandırıldı. 1970-ci ildə prezident olmuş Ənvər Sadat “açıq qapı” və “liberallaşdırma” siyasətini elan etdi. 1981-ci ildə hərbi parad zamanı Ə. Sadat öldürüldü. Hüsnü Mübarək prezident oldu. Daxili təhlükəsizliyi və sabitliyi təmin etmək səyi Mübarəkin siyasətində mühüm yer tuturdu.
Səudiyyə Ərəbistanı. II Dünya müharibəsindən sonra ABŞ Səudiyyə Ərəbistanı ilə işgüzar əlaqələrini genişləndirdi. 1950-ci ildə uzunluğu 1720 km olan transərəb neft kəmərinin çəkilməsinə nail olmuşdu. Neft hasilatının həcminə görə Səudiyyə Ərəbistanı artıq 1966-cı ildə Yaxın Şərqdə 1-ci yeri tuturdu. 1970-ci illərdə neftin dünya qiymətinin artması Səudiyyə Ərəbistanın gəlirini 10 dəfələrlə artırdı. Neft sənayesi ilə yanaşı digər sənaye sahələri yaradıldı.
İraq.II Dünya müharibəsindən sonra İraqda hakimiyyət ingilispərəst qüvvələrin əlində idi. 1958-ci ildə ordunun və vətənpərvər qüvvələrin köməyi ilə inqilab baş verdi. Monarxiya rejimi devrildi. İraq respublika elan olundu. İraq 1959-cu ildə Bağdad(1955) paktından çıxdı, ərazisindəki hərbi bazaları ləğv etdi. 1970-ci illərin axırlarında S. Hüseyn başda olmaqla hərbi qrup hakimiyyəti ələ aldı. 1980-cı ilin sentyabrında İranla 8 il davam edən müharibəyə girdilər. 1988-ci ilin avqustunda BMT Baş katibinin vasitəçiliyi ilə bu dövlətlər arasında barışıq əldə olundu.
1990-cı il avqustun 2-də İraq Küveytə təcavüz edərək onun ərazisini işğal etdi. BMTTŞ avqustun 15-nə kimi Küveyt ərazisini azad etməyi tələb etdi. İraq bu tələbi rədd etdi. ABŞ və Böyük Britaniya daxil olmaqla bir sıra dövlətlər hərbi əməliyyatlara başladılar. İraq müharibəni uduzdu. 1991-ci il fevralın 28-də BMTTŞ-nın tələbi ilə Küveyti azad edərək təslim oldu. Bu müharibə tarixə “Körfəz müharibəsi” kimi daxil olmuşdur. 2002-ci ilin martında ABŞ hərbi qüvvələri İraqa hərbi müdaxilə etdi. Nəticədə S. Hüseyn rejimi dağıldı. O, həbs edildi. İraqda keçid hökuməti fəaliyyət göstərsə də, ölkədə qeyri sabitlik hökm sürür.
Latın Amerikası ölkələri.II Dünya müharibəsindən sonra Latın Amerikasında köklü dəyəşikliklər baş verdi. Müharibə dövründə yığılmış qızıl valyuta ehtiyatlarından istifadə iqtisadiyyatı dirçəltdi, sənayeni yeniləşdirdi. Xarici kapital qoyuluşu artdı. Lakin iri torpaq mülkiyyəti formalarının, latifundiyaların qalması cəmiyyətdə, o cümlədən aqrar sahədə demokratik dəyişikliklər aparılmasına mane olurdu. Müharibədən sonra latifundiyaların dağılması prosesi sürətləndi. 1940-1950-ci illərdə Latın Amerikası ölkələrində siyasi dəyişikliklər baş verirdi. Bu illərdə tez-tez dövlət çevrilişləri baş verirdi.
İqtisadi inkişaf baxımından Braziliya 1-ci yerdə idi. Braziliyada diktator Varqas öz səlahiyyətlərindən istifadə edib qüdrətli dövlət yaratmaq istəyirdi. “Solçuluq” mövqeyi tutduğuna görəhərbçilər Varqasa qəsdlər hazırladılar. Varqas təzyiqlərə dözmədi və özü-özünü öldürdü. Müharibədən sonra Argentinada hakimiyyətə Xuan Peron gəldi. Hərbçilər 1955-ci ildə çevriliş edib onu hakimiyyətdən uzaqlaşdırdılar. Çilidə1970-ci ildəki prezident seçkilərində bütün sol qüvvələr birləşib, üstünlük qazandılar. Sosialistlərin namizədi Salvador Alyende ölkə prezidenti seçildi, 3 il prezident oldu. O, bütün latifundiyaları ləğv etdi. 1973-cü ildə sentaybrın 11-də S. Alyende hökuməti devrildi. Xunta dövrü Çiliyə baha başa gəldi. Hakimiyyətə hərbi xunta və onun lideri Auqusto Pinoçet gəldi. Münlərlə adam güllələndi və tutuldu. O 25 il ölkəni idarə etdi. Müharibədən sonra Latın Amerikasında yalnız Kuba sosializm quruculuğu yolunu seçdi. 1959-cu il yanvarın 1-də Fidel Kastro Rusun dəstəsi üsyan qaldırdı. Diktator Batista ölkədən qaçdı.Fidel Kastro başda olmaqla yeni hökumət yaradıldı. Adada ABŞ-a məxsus olan bütün əmlak milliləşdirildi. Kuba SSRİ-yə arxalanaraq, sosializm qurmaq, yolunu seçdi. XXI əsrdə də bu yolu davam etdirir. 1980-1990-cı illərdə Latın Amerikası ölkələri tarixində xüsusi bir mərhələ başladı. Avtoritar rejimlərdən demokratik quruluşlara keçid dövrü olan bu mərhələdə hakimiyyət demokratik seçkilər yolu ilə formalaşır. Müasir mərhələdə Latın Amerikası ölkələrinin iqtisadiyyatı dünya iqtisadiyyatına intiqrasiya edir.
İkinci Dünyamüharibəsindən sonra
beynəlxalq münasibətlər.
Müharibədən sonra
dövlətlərarası münasibətlər.
Dövlətlərarası münasibətləri tənzimləməyə xidmət edən beynəlxalq qurumun təşkili sahəsində ilk addım BMT-nin yaradılması oldu. 1945-ci ilin aprel-iyun aylarında keçirilən San-Fransisko konfransında BMT-nin yaradılması işi başa çatdırıldı. BMT-nin təsis konfransı 1945-ci il oktyabrın 24-də oldu. Mərkəzi orqan Baş Məclisdir. Baş qərargah Nyu-York şəhərində yerləşir. Müharibədən sonra dünyada yeni qütbləşmə baş verdi. 2 fövqəldövlət SSRİ və ABŞ; 2 ictimai sistem –kapitalizmlə sosializm arasında qarşıdurma yarandı. 2 hərbi-siyasi blok 1949-cu ildə NATO və 1955-ci ildə sosialist ölkələrinin hərbi qüvvələrini birləşdirən Varşava Müqaviləsi Təşkilatı yaradıldı.NATO-ya əvvəl 12 dövlət: ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Kanada, Belçika, Niderland, Lüksemburq, Norveç, Portuqaliya, Danimarka, İslandiya; Yunanıstan və Türkiyə (1952); AFR (1955); İspaniya (1982); Polşa-Macarıstan-Çexiya (1999) daxil oldu.
Böyük Britaniyanın baş naziri U. Çörçillin 1946-cı ildə ABŞ-ın Fulton şəhərindəki çıxışı, ilk real addımı isə 1947-ci ildə “Trumen doktrinası” oldu. 1949-cu ildə Avropa Şurası yaradıldı. SSRİ-də öz növbəsində 1949-cu ildə, Yuqoslaviyadan başqa, sosialist ölkələrini birləşdirən QİYŞ-nı yaratdı. 1957-ci ildə Fransa, AFR, İtaliya və Benilüks (Belçika, Niderland, Lüksemburq ) ölkələrinin daxil olduğu Avropa İqtisadi Birliyi yaradıldı. 1973-cü ildə bu birliyə Böyük Britaniya, İrlandiya, Danimarka, İspaniya, Portuqaliya, Yunanıstan, 1995-ci ildə Avstriya, İsveç və Finlandiya daxil oldular. Avropada qütbləşmə Almaniyanın parçalanması ilə nəticələndi.
II Dünya müharibəsindən sonra yapon işğalından azad edilən Koreyanın şimalı Sovet, cənubu isə ABŞ qoşunları tərəfindən tutulmuşdu. 1945-ci ildə Potsdam konfransında 38-ci paralel 2 ölkənin sərhəd xətti müəyyən edildi. Nəticədə 1948-ci ildə şimalda KXDR, cənubda Koreya Respublikası yaradıldı. II Dünya müharibəsindən sonra Şərqdə “Kəşmir məsələsi” üzrə Hindistan və Pakistan, “Fələstin problemi ilə bağlı Ərəb-İsrail münaqişələri meydana çıxdı. Beynəlxalq münasibətlərdə müsəlmanlara qarşı ikili standartlara yol verilməsi bu problemlərin hələ də çözülməməsinə səbəb olmuşdur. 1953-cü ildə ABŞ və SSRİ rəhbərliyinin dəyişməsi beynəlxalq münasibətlərdə gərginliyi nisbətən “yumşaltdı”. 1950-1953-cü illərdə Koreyada şimal-cənub arasında baş vermiş müharibəyə son qoyuldu. 1954-cü ildə Cenevrədə imzalanan sazişə əsasənFransa Kampuçiya və Laosun müstəqilliyini tanıdı. Vyetnam iki yerə bölündü: şimalda Vyetnam Demokratik Respublikası və cənubda Vyetnam Respublikası yaradıldı. 1959-cu ildə N. Xruşşov ABŞ-a ilk rəsmi səfər etdi. 1961-ci ildə Berlin böhranı, 1962-ci ildə “Karib böhranı” (əsas səbəb Kubada Sovet raketlərinin yerləşdirilməsi) beynəlxalq münasibətləri yenidən gərginləşdirdi. 1962-ci ildə qərb və şərq arasında hasar çəkildi. Bu “ 2-ci Çin səddi” də adlandırılırdı. 1965-ci ildə ABŞ, şimal ilə cənub arasında münaqişə gedən Vyetnama müdaxilə təşkil etdi. Lakin sonradan ABŞ qoşunlarını oradan çıxardı. 1975-ci ildə Cənubi Vyetnam rejimi süqut etdi. Birləşmiş Vyetnam kommunistlərin nəzarətinə keçdi. Kipr adasında türk icmasının sıxışdırılması 1963-cü ilin dekabrında yunan-türk silahlı toqquşmasına gətirib çıxardı. 1964-cü ildə adaya BMT qoşunları gətirildi. Lakin bu, qarşıdurmaya son qoymadı. 1974-cü ilin iyulunda Kipri Yunanıstana birləşdirməyə (enozis) çalışan hərbçilər qanuni hökuməti devirdilər. Buna cavab olaraq Türkiyə adaya qoşun çıxardı. Kipr türklərini təqib və “enozis”dən xilas etdi. Adanın şimalında Quzey Kıbrıs Türk Cümhuriyyəti yaradıldı.
1975-ci ildə Helsinkidə (Finlandiya) Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsinin (ATƏM) (indi ATƏT) yaradılması ilə nəticələndi. 1975-ci ildə Böyük yeddilər (Rambuye klubu da adlandırırlar) – ABŞ, AFR, Fransa, Böyük Britaniya, Yaponiya, İtaliya və Kanada; 1997-ci ilin iyununda “Böyük yeddilərin” Denver sammitində Rusiya bu birliyə qəbul olunmuşdur. Hal-hazırda böyük rəsmi sənədlərdə “Böyük səkkizlər” adlanır. II Dünya müharibəsindən sonra müstəmləkə sisteminin dağılması nəticəsində “III dünya” dövlətlərimeydana gəldi. Onlar bitərəf, bloklara qoşulmamaq siyasəti yürüdürlər. 1986-cı ildə bloklara qoşulmamaq hərəkatı öz sıralarında 117 dövləti birləşdirdi. 1979-cu ilin dekabrında Əfqanıstana hərbi müdaxilə təşkil etdi. Beynəlxal münasibətlərdə “son tutaşma” adlandırılan mərhələ başladı. 1987-ci il dekabrın 8-də orta və yaxın mənzilli raketlərin ləğvi barədə saziş imzalandı.
S
Dünya birliyi
müasir mərhələdə.
SRİ və dünya sosializm sistemi dağıldıqdan sonra beynəlxalq münasibətlər yeni xarakter aldı. Dövlətlərin ictimai quruluşuna görə qütbləşməyə son qoyuldu. Vahid zəminli dünya birliyi bərpa olundu. 1946-cı ildən davam edən “soyuq müharibə” başa çatdı. Dövlətlərarası münasibətlərdə əməkdaşlıq, həmrəylik, birgə fəaliyyət üstünlük təşkil edirdi. 1990- ilin noyabrında ATƏM-in Parisdə zirvə görüşündə Yeni Avropa üçün Xartiya (Paris Xartiyası) qəbul olundu. Sosializm birliyinə son qoyuldu. SSRİ dağıldıqdan sonra fövqəldövlət kimi ABŞ-ın nüfuzu artdı. O, dünyada demokratiyanın qorunub inkişaf etdirilməsinin ən güclü qarantı rolunu oynamağa başladı. Təhlükəsizlik və əməkdaşlıq mühiti yaratmaqda məqsədli təşkilat kimi ATƏT-in rolu artdı. ATƏT-in 1992-ci ildə fəaliyyətə başlayan Minsk qrupuna Ermənistanın təcavüzü üzündən və aqressiv separatizm nəticəsində yaranmış Dağlıq Qarabağ problemini nizama salmaq vəzifəsi həvalə edilmişdi. Hazırda bu işlə ABŞ, Fransa və Rusiya nümayəndələrindən ibarət həmsədrlər məşğul olurlar. Lakin onların səyləri hələlik heç bir nəticə vermir. Bu təşkilata 54 dövlət üzvdür.
1994-cü il dekabrın 5-6-da Budapeştdə zirvə toplantısı keçirilmişdi. 1996-cı il dekabrın 2-3-də ATƏT-in Lissabonda keçirilən zirvə toplantısında XXI əsr Avropa evi üçün ümumi və hərtərfli təhlükəsizlik modeli haqqında Bəyannamə kimi mühüm sənəd qəbul olunmuşdur. İstanbul zirvə toplantısında (1999) Avropa Təhlükəsizliyi Xartiyası adlı sənəd imzalanmışdır. Dünyada beynəlmiləlləşmənin, inteqrasiya prosesinin geniş miqyas alması dünya birliyi və əməkdaşlığının möhkəmləndirilməsində çox mühüm addımdır. Bu proses Avropada daha sürətlə getmişdir.
1999-cu ilin yanvarından etibarən isə dövriyyəyə yeni Ümumavropa valyutası – yevro buraxılmışdır. O, artıq ümumdünya valyutasına çevrilmişdir. İnteqrasiya prosesi Yaponiya başda olmaqla, Asiya-Sakit okean regionunda da güclənməkdədir. İnteqrasiya prosesinin gücləndiyi regionlardan biri də Amerika qitəsidir.
XX əsrin bizə miras qoyduğu qlobal problemlərin həll edilməsidir. Onlara nüvə müharibəsi təhlükəsi, maddi ehtiyatların tükənməsi, ekoloji, demoqrafiya və ərzaq problemləri, beynəlxalq terrorizm, təhlükəli xəstəliklərin yayılması və s. daxildir. Beynəlxalq terrorizm daha təhlükəli xarakter almışdır. 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda və Vaşinqtonda törədilən terror aktları beynəlxalq terrorizmdən soraq verən hadisələrdəndir. Beynəlxalq terrorizm sırasında erməni terrorizmi də özünə məxsus yer tutur. XX əsrin 90-cı illərində azərbaycanlılara qarşı 32 terror aktı, o cümlədən Xocalı soyqırımı törədilmişdir. Qədəm qoyduğumuz XXI əsrin ilk addımları ümid verir ki, bu 100 ilik əmin-amanlıq, demokratiyanın təntənəsi, həmrəylik, dünya birliyinin əməkdaşlığının daha da möhkəmlətmək əsri olacaqdır.
Mədəniyyət.
Elmi-texniki inqilab. XX əsrin II yarısında dünyada elmin inkişafı çox yüksək dərəcədə sürətlənmişdi. Dünyada III elmi texniki inqilab baş verdi. Bu mərhələdə yeni kəşflərlə onların istehsalata tətbiqi arasındakı müddət kəskinsurətdə azaldı. Elmin-texnikanın inkişafını sürətləndirən bu proses elmi-texniki inqilab (ETİ) adını aldı. XX əsrin 50-ci illərində fizika sahəsində olan kəşf kvant elektronikasını meydana gətirdi. Kvant elektronikası kosmik rabitəni lazımi qədərgücləndirdi. Radioelektronika sürətlə inkişaf etdi. Hələ 1940-cı illərdə yaradılan Elektron hesablama maşınları (EHM) daha da təkmilləşdirildi. 1957-ci ildə SSRİ-də Yerin ilk süni peyki orbitə çıxarıldı. 1961-ci ildə Yuri Qaqarin dünyanınilk kosmonavtı oldu. 1969-cu ildə Neyl Armstronq Ayın səthinə endi.
ETİ nəqliyyat texnikasını da kökündən dəyişdi. Reaktiv mühərrikli təyyarələr səsdəniti sürətlə uçur və indi 100 tonlarla yükü havaya qaldırıb apara bilir. Yarım milyon tonluq tankerlər mavi sularda üzərək yük daşıyır. Təhlükəli xəstəliklərə qarşı güclü dərmanlar hazırlanması üzərində gərgin iş gedir. Cərrahiyyə əməliyyatları lazerlə aparılır. Süni ürək,böyrək və s. orqanların hazırlanması üzərində də iş davam edir. Rabitə, telekommunikasiya vasitələri və məlumatların alınması, işlənməsi, saxlanılması və ötürülməsində kompyuter texnologiyasının əhəmiyyəti böyükdür.
Elmi-texniki tərəqqi bəşəriyyətə misilsiz nailiyyətlər bəxş etsə də, onun nəticələrinin düzgün tətbiq edilməməsi bir sıra təbii, sosial-iqtisadi-mədəni problemlər yaratmış və dünya üçün təhlükə törədən qlobal problemlər yaratmışdır. Atom-nüvə silahlarının sınaqlarının keçirildiyi bölgələr, iri kimya kombinatları yerləşən rayonlar indi əsl fəlakət bölgələrinə çevrilmişdir. 90-cı illərdə “soyuq müharibə” buzlarının əriməsi, qarşıdurmadan və hərbi rəqabətdən qarşılıqlı anlaşmaya, əməkdaşlığa keçilməsi elmi-texniki tərəqqinin yeni istiqamətlərini müəyyən etmişdir.
Ədəbiyyat. II Dünya müharibəsindən sonra ədəbiyyatın inkişafı üçün yeni şərait, yeni mövzu yarandı. Ernest Heminqueyin əsərlərində insanların humanist prinsiplərə sadiqliyi öz əksini tapdı. 1952-ci ildə yazdığı “Qoca və dəniz” povest-hekayəsi Nobel mükafatına layiq görülmüşdür. Faşizmə, müharibəyə qarşı mübarizədə türk yazıçılarının da əsərləri böyük rol oynamışdır.
1950-ci illərdə ədəbiyyata “qəzəblənmiş gənc adamlar” adlandırılan cərəyanın nümayəndələri gəldilər. XX əsrin son 10 illiklərində realizmin ifşaedici tərəfi mühüm problemlərin işıqlandırılmasında meydana çıxdı. Dedektiv romanlar müəllifi, azərbaycanlı Ç. Abdullayev öz əsərləri ilə dünya şöhrəti qazanmışdır. SSRİ-də və dünyanın bir sıra ölkələrində fəhlə və kommunist hərəkatının güclənməsi “sosializm realizmi” adlanan cərəyanın geniş yayılmasına səbəb oldu. Başqa cür düşünmək, dövrün sosial-siyasi ziddiyyətlərini ifşa edən əsərlər yazmaq üstündə bir çox yazıçı və şairlərin taleyi faciəli olmuş, repressiyalara, sürgün və həbslərə məruz qalmışdılar.
İncəsənət. 1950-ci illərin sonu- 1960-cı illərin əvvəllərində abstrakt sənət janrı inkişaf edərək bütün dünyada geniş yayılmışdı. Abstrakt eksprossionizmin vətəni ABŞ olmuşdur. XX əsrin II yarısında bədii həyatın parlaq təzahürü özünü müsiqidə yaranmış rok-hərakatda göstərmişdi. Rok-hərakat 1960-cı illərin əvvəllərində Böyük Britaniya və ABŞ-da meydana gəldi. Onun yaradıcıları “Elvis Presli”, “Bitls”, “Rollinq Stounz”, “Hu”, “Ti Reks” və b. qruplar olmuşdular. 1968-ci ildə keçirilən beynəlxalq rok festivalı Vyetnamdakı müharibəni pislədi.
Totalitar Sovet rejimində incəsənətin əsas vəzifəsi kommunist ideologiyasını tərənnüm etmək olmuşdu. SSRİ-də elə incəsənət ustaları var idi ki, onlar sovet ideologiyasının təsir dairəsindən çıxaraq dəyərli əsərlər yaratmağa nail olmuşdular. Öz baxışlarına görə onlar sovet vətəndaşlığından xaric olmuş və ölkədən çıxarılmışdılar. II Dünya müharibəsindən sonra kino sənətinin inkişafında yeni bir mərhələ başlandı. Kütləvi mədəniyyət özünü daha çox kino sənətində büruzə verirdi. XX əsrin II yarısında və XXI əsrin başlanğıcında incəsənət sahəsində televiziyanın da özünəməxsus yeri olmuşdur.
Dostları ilə paylaş: |