ÅXëlxgghpxn nclplhkxn ncpxl


bİrİncİ dərs təzkiyə (Paklanma) ANLAYIŞI VƏ ONUN ƏHƏMİYYƏTİ



Yüklə 3,76 Mb.
səhifə2/186
tarix03.01.2022
ölçüsü3,76 Mb.
#49268
1   2   3   4   5   6   7   8   9   ...   186

bİrİncİ dərs

təzkiyə (Paklanma) ANLAYIŞI VƏ ONUN ƏHƏMİYYƏTİ

Peyğəmbərlərİn İkİ əsas hədəfİ


Qur`ani-kərimdə peyğəmbərlərin göndəril-məsində əsas məqsədin insanların tə`lim və təzkiyəsi olduğu bildirilir. Bə`zi ayələrdə təzkiyə, bə`zilərində isə tə`lim birinci qeyd olunur.1 Bu iki söz, yə`ni “tə`lim və təzkiyə” dilimizə “tə`lim və tərbiyə” kimi də tərcümə oluna bilər. Başqa sözlə, “təzkiyə” dedikdə “tərbiyə” nəzərdə tutulur. İnsan bu tə`lim və tərbiyəyə dini maarifə yiyələnmədən və ya peyğəmbərlərin köməyi olmadan nail ola bilməz. Elə elmlər var ki onlar insanın xoşbəxtliyində birbaşa rol oynamır. Amma dini elmlərdən xəbərsizlik insanı əbədi axirət səadətindən məhrum edir.

Peyğəmbərlərin göndərilməsinin iki əsas məqsədi var:

1. Dini maarifin tə`limi.

2. İnsanların tərbiyəsi.

Bu iki iş əvvəl peyğəmbərlərin, sonra isə onla-rın vəsilərinin (canişinlərinin) öhdəsindədir. İslam peyğəmbərinin vəsiləri olan mə`sum imamlardan sonra bu vəzifə Əhli-beyt alimlə-rinin çiyninə düşür.

Tərbiyə o qədər geniş sahəni əhatə edir ki, hətta bədən tərbiyəsi də bu sahəyə aid olunur. Amma peyğəmbərlərin əsl vəzifəsi insanların mə`nəvi tərbiyəsi, yə`ni təkamül yolunda olnları Allaha yaxın məqama çatdırmaqdan ibarətdir.



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin