ON DÖRDÜNcÜ DƏRS: TƏFƏKKÜRÜN ƏHƏMİYYƏTİ
Ötən söhbətlərdə Qur`an ayələri və əqli dəlillərdən mə`lum oldu ki, bütün azğınlıqların əsas səbəbi insanın özündən, öz insani şəxsiyyətindən xəbərsizliyidir. İnsan azad bir varlıq olduğundan səadət yolunu özü seçməlidir. İnsan özünə qarşı diqqətli olub, öz yaranış məqsədini anlasa səadətə çata bilər. Amma öz şəxsiyyətini unudan insanın heyvan dərəcəsinə, hətta heyvandan da alçaq dərəcəyə alçalması mümkündür: “Onlar heyvan kimidirlər, bəlkə, daha çox zəlalətdədirlər.”1
Qeyd etdik ki, qəflətin qarşısını almaq üçün onu törədən amilləri tanımaq lazımdır. İnsan öz diqqətini gücləndirmək üçün xüsusi bir proqram hazırlayıb bu proqrama əməl etməlidir. Bu proqram insana özünə, tövhid və məada qarşı diqqətli olmaqda kömək göstərməlidir.
Diqqətin müqəddiməsi tanımaqdır. İnsan tanımadığı bir şeyə diqqətli ola bilmir. Demək, tövhid, nübüvvət, məad inanclarına diqqətli olmaq üçün bu həqiqətləri tanımaq lazımdır. Qeyd edildi ki, bu üç həqiqət arasında tövhid, yə`ni bir Allaha e`tiqad mehvər rolunu oynayır. Demək, bura qədər haqqında danışdığımız bütün həqiqətlərin mərkəzində Allaha inam, Allahı tanıma dayanır. Allahı tanımayan insan üçün zikrin, duanın heç bir əhəmiyyəti olmayacaq. Allahı tanımadan nübüvvət və məad həqiqətlərinə diqqətli olmaq qeyri-mümkündür. Bəs Allahı tanımaq üçün nə etmək lazımdır?
Dostları ilə paylaş: |