İyİrmİ beşİncİ dərs: Riya NİYYƏT ƏSAS ŞƏRTDİR
Əvvəlki söhbətlərdə niyyətin əhəmiyyəti haqqın-da danışdıq. Qeyd etdik ki, ilahi niyyət bütün əməllərə ibadət rəngi verə bilər. Amma elə xüsusi ibadətlər var ki, bu ibadətlərdə ilahi niyyət olmasa insan cəhənnəm əzabına düçar olar. Yə`ni bu əməllərdə əməlin qəbul olmasından ötrü niyyət çox mühüm şərtdir. Namazdan əlavə bir çox ibadətlər də var ki, onlarda da riyakarlıq olarsa həmin əməl batil olar.
Allahın razılığını qazanmaq niyyəti ilə yerinə yetiriləcək ibadətlər iki qismdir: yalnız Allahın qarşısında bəndəliyin izharı üçün yerinə yetirilən oruc və namaz kimi ibadətlər və Allaha yaxınlaşmağa səbəb olan xums və zəkat kimi ibadətlər.
Birinci qism ibadətlərdə niyyət ibadətin əsas şərtidir. Yə`ni niyyət düzgün deyilsə, ibadət qəbul deyil. Riya bu ibadətləri puça çıxarır. Amma infaq kimi ikinci qism əməllərdə ilahi niyyət yoxdursa nə savab var nə də cəza. Yə`ni başqalarına görə namaz qılan günah qazanırsa, başqalarına görə də sədəqə verən, bir növ, pulunu çölə tökür. Sədəqə, zəkat kimi əməllər yalnız o zaman faydalı olur ki, Allahın razılığını qazanmaq məqsədi ilə yerinə yetirilsin.
Dostları ilə paylaş: |