ÅXëlxgghpxn nclplhkxn ncpxl



Yüklə 3,76 Mb.
səhifə133/186
tarix03.01.2022
ölçüsü3,76 Mb.
#49268
1   ...   129   130   131   132   133   134   135   136   ...   186

RİYA VƏ ONUN NİŞANƏLƏRİ


Əməllərini ibadətə çevirmək istəyən insan bu əməlləri riyasız, xalis niyyətlə yerinə yetirməli-dir. Hədisi-qüdsidə belə buyurulur: “Hər hansı müştərək işdə çalışan hər insanın qazancdan öz payı var. Allah-təala buyurur ki, mən ən yaxşı şərikəm, çünki bütün payımı şəriklərimə verirəm. Əgər qıldığımız namazın doxsan doqquz faizi mənə, bir faizi camaata görə olubsa, mən öz payımdan keçirəm”.1 Burada Allahın öz payından imtina etməsi əməlin batil olmasına işarədir.

Xalis niyyət birdən–birə ortaya çıxmır və belə bir niyyətə nail olmaq üçün mə`rifət, iman, diqqət kimi ilkin hazırlıqlara ehtiyac var. Niyyətin xalis olub–olmadığını tə`yin etmək üçün müxtəlif yollar var. İnsan diqqətli olsa, xalis niyyəti tanıya bilər. Məsələn, Allahın razılığı-nı qazanmaq üçün xəstəxana tikən insana fərqi yoxdur ki, bu xəstəxananın qapısı üstə onun adı yazılacaq, yoxsa yox. Təəssüf ki, bə`ziləri tikdiyi məscidin divarına öz adını həkk edir. Belə insanların niyyəti xalis deyil və onlar xalqdan təşəkkür gözləyir.

Bə`zən insan öz əməlindəki riyanı hiss etmir və elə düşünür ki, niyyəti xalisdir. Əxlaq alimləri insanların diqqətini öz nöqsanlarına yönəldir və onlara gizli riyakarlığı tanıtdırır. Sizin evdə və ya məsciddə və yaxud da məsciddə başqaları olanda və ya olmayanda qıldığınız namazların sizin üçün fərqi varmı? Əgər fərqi varsa, bu fərqi doğuran riyadır. Əgər məscidə daxil olarkən həmişə namaz qıldığınız yerdə başqası-nı görüb, kənarda namaz qıldığınız zaman narahat olursunuzsa niyyətiniz xalis deyil. Mərhum Hacı Mirza Cavad Ağa Mələki Təbrizi “Namazın sirri” kitabında belə bir əhvalat nəql edir: “Tanınmış insanlardan biri böyük alimlərdən birinin pişnamaz olduğu cəmiyyət namazında iştirak edər və həmişə birinci cərgədə eyni yerdə dayanardı. Bir dəfə məscidə daxil olarkən birinci cərgə dolduğundan ikinci cərgədə durmağ ona ağır gəlir və xəcalət çəkir. Az sonra anlayır ki, bu günə qədər qıldığı namazlarda camaatın nəzərini güdüb və ötən otuz ilin namazını yenidən qılır”.

Əgər pişnamaz namazda səhvə yol verərkən xəcalət çəkərsə, bilsin ki niyyəti xalis deyil. Çünki bu xəcaləti doğuran xalqın nəzəridir. Əgər məscidə daim dostu ilə gedən kəs dostu olmayanda məscidə getmirsə, mə`lum olur ki, bu vaxta qədər məscidə xalis niyyətlə getməyib.

“Namazın sirri” kitabında növbəti qəziyyədə nəql olunur: “Məhərrəm günlərində hər gün eyni bir məclisdə iştirak edən şəxs bir gün özünə sual verir ki, əgər mən Allahın razılığı üçün imam Hüseynə (ə) ağlayıramsa nə üçün onun adına qurulan məclislər arasında fərq qoyuram? Sonra bu şəxs yalnız öz nəfsinə xoş gəlməyən əzadarlıq məclislərində iştirak etməyə başlayır.


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin