ÅXëlxgghpxn nclplhkxn ncpxl


HİDAYƏT VƏ RİYAKAR TƏBLİĞ



Yüklə 3,76 Mb.
səhifə135/186
tarix03.01.2022
ölçüsü3,76 Mb.
#49268
1   ...   131   132   133   134   135   136   137   138   ...   186

HİDAYƏT VƏ RİYAKAR TƏBLİĞ


Bə`zi ibadətlərdə riyanı tanımaq asan olur. Dinin təbliği, minbərdən moizə xalqın hidayə-tinə yönəlmiş böyük ibadətlərdəndir. İslam Peyğəmbəri (s) Həzrət Əliyə (ə) belə buyurur: “Əgər Allah sənin əlinlə bir nəfəri hidayət edərsə, bu sənin üçün günəşin işıqlandırdığı (zülmətdən qurtardığı) şeydən daha üstündür”.1 Hədisdən göründüyü kimi xalqın hidayəti təsəvvürə sığmaz savablara malikdir. Amma bu işdə də ilkin şərt niyyətdir. Bu savablar yalnız təbliğ və minbəri Allahın razılığı üçün olan insanlara aiddir.

Bəs bu işdə riyanı necə tanımaq olar? Əgər bir təbliğçi başqa bir təbliğçinin tə`siri nəticə-sində bir nəfərin hidayət olmasından sevinirsə, demək, o, Allahın razılığını düşünür. Əgər təbliğçinin əsas məqsədi minbərdən kimin danışmağı yox, insanların tərbiyəsidirsə, bu məqsəd riyadan uzaqdır. Əgər təbliğçi minbərdən başqası danışarkən narahat olursa ortada riya var. Xalis niyyətli insan anlayır ki, onun tikdiyi xəstəxananın qapısı üstünə başqasının adı yazılsa da, savab ona çatır. Fikiri–zikri Allahın razılığını qazanmaq olan insanı bu razılıqdan başqa heç nə maraqlandırmır.

Əlbəttə ki, belə bir niyyət asanlıqla ələ gəlmir. Xalis niyyətli əməllə riya niyyətli əməl arasında yerdən göyə qədər fərq var. Yalnız Allahın razılı-ğını qazanmaq məqsədi ilə görülmüş kiçik bir iş insana nicat verdiyi halda, yüz illərin saxta ibadəti faydasız olur.


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin