ÅXëlxgghpxn nclplhkxn ncpxl


ALLAHA YAXıNLıĞıN MƏ`NASı



Yüklə 3,76 Mb.
səhifə19/186
tarix03.01.2022
ölçüsü3,76 Mb.
#49268
1   ...   15   16   17   18   19   20   21   22   ...   186

ALLAHA YAXıNLıĞıN MƏ`NASı


Bə’zi nəzər sahibləri tərəfindən Allahla yaxınlıq məsələsinə dair verilmiş müəyyən tə`riflər zahirən düzgün görünsə də, eybsiz deyildir. Onların fikrincə əvvəl insanın vücudunda çoxlu nöqsan və çatışmazlıqlar mövcud olur. İnsan yaşadığı dövrdə bu çatışmazlıq və naqislikləri vicdana çevirdikcə Allaha yaxın-laşır. Mütləq kamillik yalnız Allah olduğundan insan öz naqisliklərini kamilliyə çevirə-çevirə həmin müləq kamilliyə doğru hərəkət edir. Məsələn, insan öz elmini artırdıqca Allaha yaxınlaşır.

Yuxarıdakı nəzəriyyəni araşdırıb qiymətlən-dirdikdə görürük ki, heç də hər sifətin güclən-məsi insanı ilahi məqama yaxınlaşdırmır. Məsələn, bədənin qüvvə və çəkisinin artımı inkişaf hesab olunsa da, bu inkişafın ilahi kamilliklə heç bir əlaqəsi yoxdur. Ağırlıq qaldırmaqda, güləşdə dünya çempionu adı qazananları Allaha yaxın hesab etməyə heç bir əsasımız yoxdur.

Bə`ziləri iddia edirlər ki, insanın elmi artdıqca o, Allaha yaxınlaşır. Bütün elmlərdə belə bir xüsusiyyət varmı? Unutmaq olmaz ki, İslam dinində bə`zi elmlərin təhsili haram buyurulmuşdur. İslam isə yalnız insanı Allahdan uzaqlaşdıran şeyləri haram buyurur. Deməli, yuxarıda zikr olunmuş xüsusiyyət heç də bütün elmərə şamil deyil.

Allaha yaxınlığa aparan amillər barəsində olan rəvayətlərin mütaliəsi bizə həqiqəti tapmaqda kömək edə bilər. Mərhum Kuleyninin “Üsuli-kafi”də, Şeyx Bəhainin “Ərbəin”də nəql etdiyi bir rəvayət əxlaq alimləri arasında məşhurdur. İmam Sadiq (ə) nəql edir ki, həzrət Peyğəmbər (s) buyurmuşdur:

“Allah-təala buyurur: Mənim dostlarımdan birinə hörmətsizlik edən şəxs Mənə qarşı müharibə e`lan etmişdir. Mənə yaxınlaşmaq üçün ən gözəl vasitə vacib buyurduqlarıma əməl etməkdir. Bəndəm müstəhəb işləri yerinə yetirməklə Mənə o qədər yaxınlaşar ki, onu sevərəm. Onu sevən zaman ona eşidən qulaq, görən göz, danışan dil, işləyən əl olaram. Əgər məndən bir şey istəsə ona əta edərəm.”

Allahın Öz bəndəsinə qulaq, göz, dil, əl olması olduqca maraqlı görünür. Necə ola bilər ki, Allah insanın dili ilə danışsın? Araşdırmalar göstərir ki, rəvayəein əsl mə`nası zahiri mə`nasından fərqlidir. Zahiri mə`nadan belə çıxır ki, Allah qulaq, göz, dil və əl olur. Allah maddi olmadığından belə bir iş də mümkün deyil.

Rəvayətin əsl mə`na və məqsədi Allahın öz bəndəsinə olduqca yaxınlaşdığını göstərməkdir. Rəvayətdə nəzərdə tutulan bəndə elə bir məqama çatmışdır ki, Allah daim onun yaxınlığın-dadır. Belə bir insan daim Allahın lütf və inayətindən bəhrələnir. Adi insanlar Allahın xüsusi lütfündən təsadüfən bəhrələndikləri halda rəvayətdə nəzərdə tutulan insan ilahi lütfə qərq olmuşdur.

Hər bir insan öz həyatında az-çox Allahın inayətini, yardımını hiss edir. Allahın öz bəndələrinə inayətlərindən kitab tərtib olunsa bu kitabın cildləri saya-hesaba gəlməz. Gözlənilməz halda çətinliyin aradan qalxması, hər hansı bir işin düzəlməsi Allahın lütf və inayətindən danışır. Müəllif şahid oluduğu bir neçə hadisəni nəzərinizə çatdırır:

Uzun illər Nəcəfdə olmuş tələbə İrana gəldiyi zaman deyirdi: «Atamla anam ixtilaf üzündən ayrıldıqlarından anamı tapa bilmirdim.» Bu tələbə Məşhədə gedib imam Rizanı (ə) ziyarət edir və imamdan anası ilə görüş istəyir. Tələbə deyirdi ki, imamı (ə) ziyarət edib bayıra çıxanda anamla rastlaşdım!

Allah evinin ziyarətindən qayıdan bir şəxs belə nəql edirdi: “Rəcəb ayında Məkkədə “ümrə” əməlini yerinə yetirməyin böyük savabı var. Amma Mədinədə şər`i çətinliyim olduğu üçün Məkkəyə gedə bilmirdim. Müqəddəs bir torpaqda oduğum halda “ümrə”ni əldən vermək mənə ağır gəlirdi. Rəcəbin qurtarmasına iki-üç gün qalırdı. Həzrət peyğəmbərin (s) ziyarətinə gedib dua etdim ki, bu səfərə getməyim üçün şərait yaratsın. Səhəri gün oteldə məni çağırıb, “hazırlaş, maşın gözləyir, Məkkəyə gedirsən” dedilər!

“Ərəfə” duasında oxuyuruq: “Ya Rəbb, Öz tədbirinlə məni öz tədbirimdən ehiyacsız et. Öz ixtiyarınla məni öz ixtiyarımdan ehtiyacsız buyur.” Bu duada məqsəd o deyil ki, insan tənbəllik üzündən öz işlərini Allaha tapşırsın. Məqsəd ilahi inayət və yardımdan faydalanmaqdır. Qur`ani-kərimdə buyurulur: “Allaha təvəkkül edən üçün Allah kifayətdir.”1 Allaha təvəkkül edən bəndə öz vəzifələrini yerinə yetirdiyi halda qəlbən inanır ki, əsil müvəffəqiyyət yalnız Allahın yardımı ilə mümkündür. O, əmindir ki, Allahın iradəsi, istəyi olmadan göstərilən sə`y əbəsdir. Belə insan həm çalışır, həm də Allaha təvəkkül edir: “İşlərimi Allahın ixtiyarına verirəm.”2

“Üsuli-kafi”dən nəql etdiyimiz rəvayətdə də məqsəd Allahın iradə və istəyini hər şeydən üstün tutan bəndənin məqamını işıqlandırmaqdır. Belə bəndə danışarkən, dinləyərkən, baxarkən, iş görərkən əsil hərəkətverici kimi Allahı tanıyır. Rəvayətin sonunda buyurulur ki, bu bəndə nə istəsə ona verilər. Duaları qəbul olan belə insanlara “müstəcəbüd-də`və” deyilir.



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin