DÜNYA VƏ AXİRƏT HAQQINDA
Beləcə, insan təfəkkür mərhələsində bu nəticəyə gəlir ki, dünyanın yaranışı əbəs deyil. İnsanın yaranışında son məqsəd onun təkamül yolunu seçib, ilahi ne`mətlərə nail olmasıdır. Seçim insanın öz istək və iradəsindən asılı olduğu üçün o, azğınlıq yolunu seçib, ilahi qəzəbə də düçar ola bilər.
Araşdırılması mühüm olan mövzulardan biri “dünya və axirətin müqayisəsi” mövzusudur. Dünya həyatından sonra axirət həyatının mövcudluğunu qəbul etdikdən sonra dünya və axirət həyatı haqqında düşüncələr təkamüldən ötrü yardımçı vasitə ola bilər. “Bəqərə” surəsinin 219-220-ci ayələrində buyurulur: “Allah Öz ayələrini sizə bu cür açıqlayır ki, bəlkə dünya və axirət haqqında düşünəsiniz.”
Həmin düşüncələrin əhəmiyyətini nəzərə alaraq dünya və axirət həyatını müqayisə edirik
1. Dünya məhdud, axirət isə əbədidir. Qur`ani-kərimdə qeyd olunur ki, insan öz maddi varlığı-nın tə`siri altında maddi dünya həyatına meyl-lidir. Hansı ki, axirət həyatı bütün aspektlərdə dünya həyatından üstündür. “Ə`la” surəsinin 16-17-ci ayələrini oxuyuruq: “Amma siz dünya həyatını üstün tutursunuz. Halbuki, axirət daha xeyirli və əbədidir.” Ayədə göstərilir ki, axirət həyatı-nı dünya həyatından üstün edən ən mühüm cəhətlərdən biri onun davamlı olmasıdır. Münasib bir misal çəkək: Tutaq ki, bir insan yüz illik ömrünün əvvəlindən son gününədək hər gün bir-birinin ardınca 9 rəqəmini müəyyən bir yerə qeyd etsin. Şübhəsiz ki, təsəvvürə sığmayacaq dərəcədə böyük bir rəqəm alınar. Amma bu rəqəm nəhayətsiz olmayacaq. Amma axirət həyatı nəhayətsizdir. Başqa sözlə, axirətin sonuncu “9”-u yoxdur!
Görənsən, insandan soruşulsaydı ki, yüz illik, yoxsa sonsuz bir həyatı istəyirsən, nə cavab verərdi? Hətta bir il rahat yaşayışı yox, iki il narahat yaşayışı seçəcəyimizə heç bir şübhə yoxdur. E`tiraz etməyin. Bir il rahat yaşayışı seçmiş adamdan bir il sona çatdıqda soruşun: “Seçimindən peşiman deyilsən?” Onda e`tirazınızı geri götürərsiniz. Bəs necə olur ki, bir il artıq yaşamaq üçün rahatçılıqdan keçən insan əbədi həyata e’tina etmir? Bəlkə, o, heç bu barədə düşünmür? Yaxşı düşünənlərdən isə bu barədə yeni qərarlar gözləmək olar.
2. Dünya ləzzətləri ağrı-acısız olmur. Axirət ləzzətlərinin üstünlüyü ondadır ki, bu ləzzətlər-də zərrə qədər də olsa ağrı yoxdur. Amma dünya həyatında hər bir ləzzət bir ağrı-acı ilə müşayiət olunur. Dadlı bir xörək hazırlamaq üçün insan hökmən əziyyət çəkməlidir. Əvvəlcə pul qazanmaq, sonra bazarlıq etmək, daha sonra bu xörəyi bişirmək lazımdır. Bəli, bir dadlı tikədən ötrü bir bu qədər əziyyət! Hələ siz bazardan aldığınız ərzaqların hansı çətinliklərlə hazırlandığına diqqət edin. Əkinçi, dəyirmançı, çörəkçi, qənnadçı, quşçu, maldar, qəssab bu ərzaqların başa gəlməsi yolunda nə qədər tər axıtmışlar! Bütün dünya ləzzətləri bu sayaq çətinliklə hasil olur. Hansısa bir sanatoriyada istirahət, elmi dərəcə almaq asanlıqla mümkün olurmu?
Amma axirət ləzzətləri belə deyil. Onlar həqiqi və saf ləzzətlərdir. Bu ləzzətlərlə yanaşı heç bir əziyyət duyulmaz. Bu ləzzətlər insanı yormaz, bezikdirməz. Əgər dünya şərabı insanın əqlini əlindən alıb, onu heyvana çevirirsə, axirət içkilərindən heç bir mənfi tə`sir duyulmaz: “İçənlərə ləzzət verən şərabdan çaylar...!”1 “O, nə baş ağrıdar, nə də ağlı aparar.”2 “Hicr” surəsinin 48-ci ayəsində buyurulur: “Orada heç bir əzab-əziyyət yoxdur.”
Dünya ne`mətləri nə zamansa insanın əlindən çıxır və sona yetir. Amma behiştdə ləzzətlər qoynunda olan insan narahat deyil ki, sabah nə olacaq. O, sabahından və əbədi gələcəyindən arxayındır. “Həmişə orada qalarlar.”3
Dostları ilə paylaş: |