Satınalma üsulunu əsasladırır
Bunun üçün qanunvericiliyin müəyyən etdiyi açıq tender, iki mərhələli tender elanı, bir mənbədən tender, təkliflər sorğusu, kotirovka sorğusu, məhdud və qapalı tender, xidmət təkliflərinin cəlb olunması üsullarından biri seçilir. Qanunvericilik imkan verdiyi təqdirdə auksion üsulu və “elektron ticarət bazarı” üsulundan da istifadə edilə bilər. Satınalma üsulu seçildikdən sonra əsaslandırılmaldır. Qanunvericilik hər satınalma üsulunu seçilməsi ilə bağlı şərtlər qoyur. Həmin şərtlərin biri (fövqəladə hal, təcili hal, təchizatçının bazarda tək olması və s.) seçilir və sübutedici arayış və sənədlərlə əsaslandırılır.
Hesablama Palatasının hesabatlarından aydın olur ki, ölkədə satınalmaya xərclənən hər 100 AZN-dən 4 manatı heç bir satınalma üsulundan istifadə etmədən xərclənir. Bundan başqa, satınalan təşkilatlar çox hallarda təkliflər sorğusu etmədən kotirovka sorğusu əsasında mal, xidmət və iş alırlar. Kotirovka sorğusu ilə 2015-ci ildə 150 milyon AZN-ə yaxın mal və xidmətlər alınmışdır. Bəzən isə açıq tender keçirməli olduğu, halda bir mənbədən, qapalı və məhdud tender təşkil etmiş olurlar. Satınalma üsulunun seçilməsində yol verilə biləcək sui-istifadə hallarının qarşısını almaq üçün satınalan təşkilat satınalma üsulunu seçərkən mütləq bunu əsaslandırmaldır. Bu audit qurumunun da işini asanlaşdıracaqdır.
Dostları ilə paylaş: |