Xx əsrdə moda aləmində mövcud olan geyim üslublarının analizi” mövzusunda magistr dissertasiyasi


Tədqiqatın əsas məqsədi və vəzifələri



Yüklə 1,72 Mb.
səhifə3/22
tarix11.01.2022
ölçüsü1,72 Mb.
#110737
1   2   3   4   5   6   7   8   9   ...   22
Tədqiqatın əsas məqsədi və vəzifələri. Dəbin yaranması bir çox amillərlə elaqədardır. Moda yarandığı ölkənin iqliminin, xammal mənbələrinin, onun adət-ənənələrinin, sosial-siyasi quruluşunun, sənayesinin inkişaf səviyyəsindən asılı olaraq meydana çıxır. Əgər Skandinav ölkələrinin dəb yaradıcılığının inkişafında xəz və dəri məmulatları üstünlük təşkil edirsə Afrika xalqlarının geyim tərzində daha çox təbii materiallar, pambıq və kətan üstünlük təşkil edir. İngiltərə iqlimi yağışlı olduğundan gödəkçələrin modelləşdirilməsi və üst geyimləri təşkil edir. Bu o demek deyil ki, bu ölkələr digər müvsümlərlə bağlı istehsal və geyim məmulatlarının layihələşdirilməsinə biganədirlər. Bu ölkələrdə hər növ geyim modası işlənib, hazırlana bilər. Təlabatın üstünlük təşkil etdiyi geyim ən çox iqlim faktoru ilə bağlıdır.

Modanın adət-ənənələrlə bağlı inkişafı şərq modasındakı qapalılıq istiqaməti ilə, qərbdə daha çox qısa və açıq təmayüllərin inkişaf etməsində öz əksini tapır.

Sosial-siyasi vəziyyətin modaya təsiri isə əhalinin həyat tərzində, ölkənin iqtisadi və siyasi vəziyyətinin sosial təbəqələşmənin dərəcəsi və sürətindən asılı olur.

Modanın inkişafı ölkə sənayesinin təkamülləşməsi ilə də sıx şəkildə əlaqəlidir. İstehsal sahəsindəki maşınların, parça istehsalına tətbiq edilən əməyin səviyyəsi ve s. bu kimi faktorlar mühim hesab edilir.

Dissertasiyada bu məqsədlə aşağıdakı əsas məsələlər araşdırılmışdır: Moda nəzəriyyəçiləri V.D.Parıqin və Q.Q.Şubin, modanı 3 əsas funksiyada müəyyənləşdirmişdilər. Bunlardan:

I. Modanın kommunikativlik funksiyasıdır. Bu funksiyaya əsasən informasiya mübadiləsində əksini tapmışdır. Bu zaman nüfuz, rəmz və sosial işarə kimi göstərilir.

II. Modanın daşıyıcısı interaksiya funksiyasıdır. Bu funksiya moda sahəsində öz addımının razılaşma yolu ilə həyata keçirilməsində, birgə və anlaşma fəaliyyətində öz əksini tapır. Moda yaymaq xüsusiyyətinə və bir üslubu yönəltməyə malik olub, qəbul edilmiş vasitələrlə, yeniliyə marağı stimullaşdırır.

III. Modanın kompensatorçu funksiyası. Bu az təminatlı və ya təmin olunmuş insanların tələbatının ödənilməsində, sosial tələbatın tənzimləyicisi kimi göstərilir.

Tarixdən günümüzə Avropa standartları demək olar ki, dəyişməz qaldı. Həqiqi inqilaba əsrimizin əvvəlində qadın ayaqlarının təsiri oldu. Ümumiyyətlə, müasir geyimdə çılpaqlığı artırmaq arzusu, xüsusən də idman geyimidir. Ayıblıq hissi dərəcəsi bir-birindən fərqli olaraq, cəmiyyətin müxtəlif dairələrində (məsələn, müsəlmanlarda üzlərini örtməyə məcburluq) ənənələrə və adətlərə görə fərqlənir.

Yunanıstan sənətinin abidələri də qadın paltarları üçün bir çox əlavələr göstərirdi. Sonra dekolte Orta əsrlərdə yenidən üzə çıxdı. Bu, yalnız sinə deyil, həm də kürək dekoltesi sayılırdı.




Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin