İstiqamət: Yer kürəsi və ətraf mühit
Təb.I.4. Şagird məktəbin ərazisində istiqamətlənə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Tədris mühitində (məs., sinif otağı, məktəbin dəhlizi, məktəbin həyəti) obyektlərin təyinatını və özünə nəzərən onların yerləşməsini (ondan: uzaq-yaxın, yuxarıda-aşağıda, öndə-arxada, sağda-solda) qeyd edirsə;
Məktəbdə onun üçün əhəmiyyətli olan yerləri (məs., sinif otağı, idman salonu, tualet, bufet, həkim kabineti, yaşlı adamı gözləməli olduğu yer) təyin edirsə;
Tədris mühitinin müvafiq obyektlərlə birlikdə (məs., məktəb binası, həyət, sinif otağı) şəklini çəkirsə.
Təb.I.5. Şagird gecə-gündüzün əvəzlənməsi ilə əlaqədar hadisələri xarakterizə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Təbiətdə və ya illüstrasiyalarda səma cisimlərini (günəş, ay, ulduzlar) tanıyırsa;
Gecə-gündüz ərzində öz aktivlərinin dəyişməsini təsvir edirsə və onu konkret bir zamanla əlaqələndirirsə (məs.: səhər saat 9-da dərsin başlanması, axşam saat 6-da sevdiyi televiziya verilişi);
Gecə-gündüz ərzində heyvanların (məs., yarasa, ev heyvanları, həşərat) davranışını təsvir edirsə, onun üçün maraqlı tarixlər verə bilirsə və inşa yazırsa.
Dostları ilə paylaş: |