İstiqamət: Cisimlər və hadisələr
Təb.V.3. Şagird işığın və səsin yayılmasını bir-biri ilə müqayisə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Kölgənin yaranmasını müşahidə və təsvir edirsə;
Müxtəlif mühitdə (işığın sınması və ya əks olunması) işığın yayılmasını müşahidə və təsvir edirsə;
Ətraf mühitdə səsin yayılmasını müşahidə edir və əks-sədanın yaranması barədə ehtimal söyləyə bilirsə, onu işığın əks olunması ilə müqayisə edir və müvafiq nəticələr çıxara bilirsə;
Şimşək nümunəsində səs ilə işığın yayılma sürətini bir-biri ilə müqayisə edirsə;
Heyvanlar üçün exolokasiyanın əhəmiyyəti barədə (məs., yarasa, delfin) informasiya toplayırsa;
Həyati vəziyyətdə səs problemini (məs., otaqda) müzakirə edir və onun həlli yollarını axtarırsa.
Təb.V.4. Şagird materialları fərqləndirə, onların xassələri barədə mülahizə yürüdə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Cisimləri tədqiq edir və onların hansı materiallardan ibarət olduğunu sadalaya bilirsə;
Təbii və süni materialları tanıyır və sadalayırsa, onların xüsusiyyətləri və istifadə olunması barədə söhbət aparırsa;
Cismi hazırlamaq üçün material seçirsə və seçimini əsaslandırırsa (məs., istilik keçirmə, elastiklik, şəffaflıq, bərklik).
Dostları ilə paylaş: |