Xxxix fəsil Təbiətşünaslıq elmləri Ümumi hissə a Təbiətşünaslıq təhsilinin əhəmiyyəti



Yüklə 289,44 Kb.
səhifə53/240
tarix01.01.2022
ölçüsü289,44 Kb.
#104043
1   ...   49   50   51   52   53   54   55   56   ...   240
İstiqamət: Canlı aləm

Təb.V.1. Şagird çiçəkli bitkinin əsas orqanlarını onun funksiyaları ilə əlaqələndirə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Çiçəklilərin başqa bitkilərdən hansı əlamətlərlə fərqləndikləri barədə suallar qoyur, tədqiq və analiz aparırsa;

  • Bitkilərin orqanlarının quruluşunu öyrənmək üçün təlimatları yerinə yetirir, müvafiq avadanlıqlardan istifadə edirsə (məs., lanset/bıçaq, böyüdücü cihaz), müşahidələrin nəticələrini şəkil formasında təqdim edirsə;

  • Çiçəyin əsas hissələrini tədqiq edir və onların funksiyalarını bitkinin çoxalması ilə əlaqələndirirsə;

  • Yarpaqda günəş enerjisinin hesabına hansı qidaların yarandığı barədə verilmiş təlimat əsasında tədqiqat aparırsa;

  • Gövdə ilə kökün su keçirmə funksiyaları üzrə sınaqlar keçirir və bunları aşkara çıxarırsa. Sınağın mərhələlərinin ardıcıllığını verirsə, nəticələr çıxarırsa.

Təb.V.2. Şagird onurğalı heyvanların əsas orqanlarını onların funksiyaları ilə əlaqələndirə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Onurğalıların başqa heyvanlardan hansı əlamətlərə görə fərqləndikləri barədə suallar qoyur, tədqiqat aparır və təhlillər keçirirsə;

  • Təsviredici kartlardan istifadə edir və onurğalıların əsas daxili orqanlarını onların qarşılıqlı münasibətinə əsasən yerləşdirməyi bacarırsa;

  • Orqanların təyinatını sadalaya bilirsə (məs., əzələlər – hərəkət, ciyərlər – nəfəs, ürək-qanın hərəkəti, mədə-qida həzmi);

  • Müxtəlif onurğalının (məs., balıq, amfibiya, quş) skeletinin xüsusiyyətləri barədə mülahizə yürüdə bilirsə.


Yüklə 289,44 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin