Təb.VI.2. Şagird tipik ekosistemləri xarakterizə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Ayrı-ayrı (biotik və abiotik) elementlərdən sadə ekosistemlər modelini qura bilirsə;
Tanış mühitdə ekosistemləri və onların ayrı-ayrı komponentlərini ayıra bilirsə;
Onun diyarında geniş yayılmış bitkiləri, eləcə də Qırmızı siyahıya daxil edilmiş növləri, zəhərli göbələkləri və bitkiləri, qorxulu heyvanları tanıyırsa;
Gürcüstan üçün tipik olan ekosistemləri bitkilərinə və heyvanlarının bəzi növlərinə əsasən (məs., meşə, çəmənlik, dağ, dəniz) tanıyırsa;
Təbiətdə həmsərhəd ekosistemləri (məs., meşə-çəmənlik) tanıyır və biotik və abiotik komponentlərinə əsasən onları bir-biri ilə müqayisə edirsə;
Yerli mühitin ekosisteminə insanın təsiri barədə informasiya toplayır, nəticələr barədə mülahizə yürüdür və problemin həlli yollarını axtarırsa.
Dostları ilə paylaş: |