ELAN
"Yaşıl Paket həftəsi” Respublika müsabiqəsi
“Davamlı İnkişaf” Cəmiyyəti Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə BP şirkətinin (Bakı-Tbilisi-Ceyhan (BTC) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) şirkətlərindəki tərəfdaşları) maliyyə dəstəyi ilə "Yaşıl Paket həftəsi” Respublika müsabiqəsi keçirir.
Müsabiqənin əsas məqsədi Azərbaycanın orta məktəbləri üçün nəzərdə tutulan multimedia tədris vəsaiti olan və müasir ekoloji biliklər verən "Yaşıl Paket"in təbliği və onların gündəlik praktikada tətbiqidir.
Müsabiqənin şərtləri aşağıdakılardır:
-
"Yaşıl Paket" tədris komplektindən istifadə zamanı əldə olunan biliklərin gündəlik həyatda tətbiqi
-
Azərbaycan təhsil sistemində "Yaşıl Paket"in tətbiq edilməsinin və orta məktəblərdə şagird və müəllimlər tərəfindən nə dərəcədə istifadə olunmasını yoxlanılması;
-
"Yaşıl Paket"in məlumatına əsaslanan praktiki tədbirlərin keçirilməsi, bununla da vəsaitə marağın cəlb edilməsi;
-
Bir sıra problemlərin həllində "Yaşıl Paket"in müasir ekoloji biliklərdən praktiki istifadənin genişləndirilməsinin əsasını qoymaq.
Fəaliyyətin üstün növlərinin siyahısı
Bölmə: “Ətraf mühit”
Mövzu: “Hava”
Fəaliyyət: Fəaliyyətin əsas istiqaməti "Yaşıl Paket"in mövzu və məlumatlarına əsaslanmalıdır. “Hava” mövzusunda əsas prinsip – Tullantıların yandırılmasına – yox”. Tədbirin əsas məqsədi məktəblərə yaxın ərazilərin zibillərdən təmizlənməsi, ərazilərin yaşıllaşdırılması və abadlaşdırılması, müasir ekoloji bilik və texnologiyaların təbliğinə yönəlmiş "Yaşıl Paket"in gündəlik həyatda tətbiq edilməsi və bu haqda geniş maarifləndirmə kompaniyasının aparılmasıdır. Təklif olunan fəaliyyətin növləri:
-
müasir prinsip və texnologiyaların təbliğinə yönəlmiş məlumat- maarifləndirmə fəaliyyəti, məişət və kənd təsərrüfatı tullantılarından necə istifadə edilməsi;
-
məktəbyanı sahənin zibildən təmizlənməsi və abadlaşdırılması;
-
“Tullantıların yandırılmasına - yox” devizi altında geniş aksiya keçirilməsi;
-
tullantılar yandırılan yerlərin və faktların üzə çıxarılması və həmin yerlərdə mlumat-təbliğat lövhələrinin vurulması;
-
aksiyada iştirak edən məktəblilərin ailələrində tullantılardan necə istifadənin müasir prinsiplərlə tətbiq edilməsi;
-
tullantıların ayrılaraq anbarlara yığılmasının tətbiq edilməsiylə kənd ictimai zibilxanalarının yaradılması və ya abadlaşdırılması;
-
“kompostlaşdırma” metodu ilə təbii tullantılardan istifadə edilməsi üçün təcrübi sahələrin yaradılması;
-
Tullantıların idarə edilməsində müasir prinsiplərlə təşviqə və tətbiqə yönəlmiş başqa fəaliyyət.
Mövzu: “Su”
Fəaliyyət: bir çox yaşayış məntəqələrində içməli su və suvarma suları ilə əlaqədar problem var. Su obyektləri bir çox hallarda kanalizasiya və məişət tullantılarının yığılması zamanı istifadə olunur. Bütün bunlar həm ətraf suların çirklənməsinə, həm də ümumi sanitar sistemin korlanmasına gətirib çıxarır.
Realizasiya üçün tövsiyə edilən fəaliyyət növləri
-
Suyun əhəmiyyəti və ondan rasional istifadə barədə məlumat- maarifləndirmə aksiyası keçirmək;
-
Çayların və kanalların məcra və sahillərini təmizləmək;
-
Sahillərin möhkəmləndirilməsi və eroziyanın qarşısının alınması üçün ağaclar əkmək.
Mövzu: “Biomüxtəliflik”
Faəliyyət: Məktəbyanı sahədə “biomüxtəliflik guşəsi” yaratmaq və rayonun biomüxtəlifliyini nümayiş etdirən bitkilərin əkilməsini həyata keçirmək. Hətta məktəb sahəsində yerli əhaliyə yüksək keyfiyyətli meyvə və giləmeyvələr verən, yerli bitkilərin müxtəlifliyini əks etdirən meyvə bağları salmaq olar.
Realizasiya üçün tövsiyə edilən fəaliyyət növləri
-
Biomüxtəlifliyin əhəmiyyəti barədə məlumat-maarifləndirmə aksiyasının keçirilməsi;
-
Öz rayonunun biomüxtəlifliyi barədə məlumat kitabçası (broşur) hazırlanması;
-
Məktəbyanı sahədə yerli giləmeyvələr və meyvələrin daha qiymətli növlərindən ibarət “bizim bağ” adlı təcrübə sahəsi yaradılsın.
Müsabiqədə iştirak etmək istəyən məktəb kollektivləri və ya siniflər ərizə formalarını 15 oktyabr 2008-ci il tarixinə kimi doldurmalıdırlar.(Ərizə formalarını “Davamlı İnkişaf” Cəmiyyətinin ofisindən almaq olar. Ünvan: Bakı ş., Neftçilər pr. 61, m. 24/25. tel/ 99-412 492-78-56, mob. 055 790-67-88 və ya cəmiyyətin vebsaytı: www.sdpu.az) Təqdim olunan ərizələrə xüsusi komissiya tərəfindən 30 oktyabr tarixinə kimi baxılacaq. Komissiyanın qərarı ilə 10-15 kollektivə ərizədə irəli sürülən fəaliyyətin realizə olunması üçün mini-layihələrin plan və proqramlarını hazırlamaq təklif olunacaq.
Realizasiya olunan mini-layihələrin nəticəsinə əsasən müsabiqənin 2-ci turu keçiriləcək və qaliblər müəyyənləşəcək.
Mini-layihələr haqda təqdim olunan hesabatlar aşağıdakı nominasiyalar üzrə müsabiqə qaliblərini təyin etmək üçün komissiya tərəfindən baxılacaq:
-
"Yaşıl Paket"dən alınan ekoloji biliklərin realizə edilməsi üzrə ən yaxşı məktəb;
-
"Yaşıl Paket"dən alınan ekoloji biliklərin realizə edilməsi üzrə ən yaxşı sinif;
-
"Yaşıl Paket" metodu üzrə şagirdləri dərin biliklərlə təmin edən ən yaxşı müəllim.
Hər bir nominasiya 1-ci, 2-ci və 3-cü yerdən ibarət olacaq. Bütün nominasiyalar müvafiq diplomlarla yanaşı, həm də qiymətli hədiyyələrlə təltif olunacaq.
Ələvə № 1.
“Yaşıl Həftə” də iştirak üçün ərizə forması
Rayon
|
|
Məktəbin № -si, sinif
|
|
Sinif rəhbəri (adı, soyadı)
|
|
İştirakçıların (şagirdlərin) sayı
|
|
“Yaşıl Paket”-dən istifadə haqda məlumat (təsdiq edən sənədləri tədqim etmək vaçıbdir – müduriyyətdən arayış, səkil və s.)
|
mövzular
|
Neçə saat
|
|
|
Yaşayış sahəsində zibillik (Bərk Məişət Tullantıları - BMT ) halları (vəziyyət) barədə məlumat
|
|
Mini-layihələrin hansı fəaliyyət növü ilə realizə etmək planlaşdırılır (seçilmiş fəaliyyət növünün üstündən xətt çəkin)
| -
Müasir prinsip və texnologiyaların təbliğinə yönəlmiş məlumat-maarifləndirilmə fəaliyyəti, məişət və k/t tulantıların utilizasiyası.
-
Məktəbyanı sahənin zibildən təmizlənməsi və abadlaşdırılması.
-
“Tulantıların yandırılmasına - Yox” devizi altında geniş aksiya keçirilməsi.
-
Tullantıların yandırılan yerlərin və faktların üzə çıxarılması və həmin yerlərdə məlumat-təbliğat lövhələrinin yerləşdirilməsi.
-
Asiyada iştirak edən məktəblərin ailələrində tulantılardan necə istifadənin müasir prinsiplərlə tədbiqi.
-
Tulantıların ayrılaraq anbarlara yığılmasının tətbiq edilməsiylə kənd ictimai zibilxanalarının yaradılması və ya abadlaşdırılması.
-
“Kompostlaşdırma” metodu ilə təbii tulantılardan istifadə edilməsi üçün təcrübi sahələrin yaradılması.
-
Suyun əhəmiyyəti və ondan səmərəli istifadə barədə məlumat-maarifləndirmə aksiyasının kecirilməsi.
-
Cayların və kanalların məcra və sahillərinin təmizlənməsi.
-
Sahillərin möhkəmlənməsi və eroziyanın qarşısının alınması üçün ağacların əkilməsi.
-
Biomüxtəlifliyin əhəmiyyəti haqqında məlumat-maarifləndirmə aksiyasının keçirilməsi.
-
Öz rayonun biomüxtəlifliyi barədə məlumat kitabçası (broşur) hazırlanması.
-
Məktəbyanı sahədə yerli giləmeyvə və meyvələrin daha qiymətli növlərindən ibarət olan “Bizim bağ” adlı təçrübə sahəsi yaradılması.
-
Müasir ekoloji prinsiplərin təşviqinə və təbliğinə yönəlmiş başqa fəaliyyət.
|
Planlaşdırılmış iş fəaliyyətinin qısa təsvir edin (200 sözdən çox olmasın)
|
|
İctimai aksiyanın iştirakçılarını və realizə edilən yeri təsvir edin.
|
|
|
|
|
|
Əlavə № 2
Təqdim olunan ərizələr aşığıdakı meyarlara müvafiq olmalıdır:
-
Müəllimdə “Yaşıl Paket” tədris vəsaitindən istifadə edilməsi haqda sertifikat olmalıdır.
-
Tədris prosesi zamanı “Yaşil Paket” dən müntəzəm istifadə olunmalıdır.
-
Ərizədə planlaşdırılmış iş fəaliyyəti müsabiqənin təsdiq olunmuş elanındakı mövzulara və “Yaşil Paket”-in metodologiyasına əsaslanmalıdır.
-
Mini-layihənin realizə olunması üçün planlaşdırılmış bütün iş məktəblər tərəfindən həyata keçməli və onların bacarıq və imkanlarına uyğun olmalıdır.
-
Planlaşdırılmış fəaliyyət “Yaşıl” düşüncənin formalaşmasına səbəb olmalı və yaşayış sahəsinin konkret ekoloji probleminin həllinin uzunmüddətli planına uyğun olmalıdır.
-
Planlaşdırılmış fəaliyyət məktəb rəhbərliyi və rayon təhsil şöbəsi tərəfindən dəstəklənməlidir.
Dostları ilə paylaş: |