Yazıçı-publisist, fəlsəfə doktoru



Yüklə 16,6 Kb.
tarix22.10.2017
ölçüsü16,6 Kb.
#11391
növüYazı

Müqəddəs rəmzlər

j:\depo\26-04-2016\akif ali++.jpg

Akif ƏLİ,

yazıçı-publisist,

fəlsəfə doktoru

------------------
Müasir dövrün reallıqlarına uyğun olaraq, qloballaşan dünyada inteqrasiya proseslərində iştirak etmək, ancaq eyni zamanda bu prosesdə öz simasını saxlamaq, milli dəyər və xüsusiyyətlərini qorumaq heç də asan deyil. Məsələnin mürəkkəbliyi ondadır ki, mövcud beynəlxalq situasiyalara adekvat reaksiya verərkən milli-mənəvi dəyərləri mümkün ziyanlardan müdafiə etmək üçün xalqın mental şüuruna və ölkənin daxili həyatına cavab verən ciddi mexanizmlərin olması vacibdir.

Bəşəriyyət uzun əsrlər boyu yaradıb cilaladığı belə mexanizmlərdən biri və bəlkə də birincisi - xalqın qədim tarixinə, mədəniyyətinə, əxlaqi-mənəvi keyfiyyətlərinə və düşüncə tərzinə cavab verən milli atributlarının varlığıdır. Hər xalqın dünyagörüşü onun yaratdığı milli atributlarda öz əksini tapır və xalqı tanıdır. Dövlətin anoloji rəmzləri keçmişdən gələcəyə doğru gedən inkişaf prinsiplərini özündə əks etdirməklə özgür xüsusiyyəti büruzə verir.

Hələ qədim zamanlardan dövlətləri fərqləndirən əlamətlər – özünəməxsus rəmzlər olub. Müxtəlif görünüşlü emblemlər, müxtəlif ölçülü və rəngli bayraqlar, işarətlər, medallar, gerblər və digər simvolika nümunələri günümüzə qədər gəlib çatıb. Xalqın, onun qurduğu dövlətin tarixi, mədəniyyəti, ənənələri, düşüncə tərzi həmin rəmz və atributlarda öz əksini tapır. Bu rəmzi atributlar dövlətin mövcudluğunu və xalqın arzu-niyyətlərini aydın şəkildə və obrazlı dillə ifadə edir. Dövlət atributlarının bir xüsusiyyəti də ondan ibarətdir ki, qəbul olunduqdan sonra həmin atributlar - bayraq, himn, gerb - müqəddəs və toxunulmaz sayılır.

Müasir dövrdə azadlığına qovuşaraq müstəqil, demokratik, dünyəvi dövlət quran Azərbaycan xalqının da belə müqəddəs dövlət atributları - bayrağı, gerbi, himni mövcuddur.

Hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti zamanı istiqlal rəmzi kimi yaranan üçrəngli bayrağımız indi dünya dövlətlərinin bayraqları arasında dalğalanır. Hərçənd 1920-ci ildə bolşevik istilası bu bayrağı endirsə də, xaqlın azadlıq yanğısını söndürə bilnmədi və 70 il sonra o öz müqəddəs bayrağını bir daha qaldırdı. Üçrəngli bayraq ilk dəfə 1990–cı il noyabrın 17–də qədim Azərbaycan diyarı Naxçıvanda böyük dövlət xadimi, dahi Heydər Əliyevin rəhbərliyi ilə əvvəlcə Naxçıvan Muxtar Respublikasının, sonra isə suveren Azərbaycan Respublikasının dövlət bayrağı kimi ucaldıldı.

İndu bu bayraq milli qeyrət və təəsüb çəkən hər bir namuslu Azərbaycan vətəndaş üçün şərəf və ləyaqət rəmzidir. Xalqın kimliyini, əsrlərcə apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin, mənəvi dünyasının rəmzi olan bayraq qürur və güvənc yeridir. Onun uğrunda igidlər ölümə gedir...

Prezident İlham Əliyevin 2007–ci il noyabrın 17–də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə, 2009–cu il noyabrın 17–də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncamlar imzaladıqdan sonra, noyabrın 9–u respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunur. 2010–cu il sentyabrın 1–də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılışı zamanı dövlət başçısının vurğuladığı kimi, əzəmətli bayrağımızdan qürur duyan hər bir azərbaycanlının qəlbində indi bir müqəddəs arzu var: üçrəngli bayrağımız Azərbaycanın işğal altında olan yaşayış məntəqələrində ucalsın!

Və bu belə də olacaqdır...


Türklüyümüzü, müasirliyimizi və mənəvi kamilliyimizi bildirən üçrəngli bayrağımız kimi, eynən milli himnimiz də dövlət atributu olaraq xalqın ruhunu ifadə edir, birliyimizi söz və musiqi vəhdəti ilə tanıdır. Təntənəli mərasimlərdə səslənən bu müqəddəs əsəri təkcə azərbaycanlılar deyil, mərasimə qatılan bütün iştirakçılar da dərin ehtiram əlaməti olaraq ayaq üstə dinləyir. Dahi Üzeyir Hacıbəylinin və böyük şair Əhməd Cavadın yaratdığı bu inci qəlbimizi hər zaman fərəhlə dodurur, gözlərimizdən qürur və fəxarət hisslərinin gətirdiyi sevinc yaşları axıdır. O bizim gücümüzü, qüdrətimizi bildirir, əsrlərlə bu yurdun azadlığı uğrunda vuruşmuş igid qəhrəmanlarımızın sönməz ruhunu yada salır, uca amalımızı dünyaya bildirir... Əzəmətli dövlət himnini sevməmək mümkün deyil. Və onu yalnız sayqı duruşunda müntəzir dinləmək hər kəsin borcudur.
Bayraq və himn kimi dövlət gerbi də xalqın müstəqillik rəmzidir. Azərbaycan gerbində təsvir olunan qalxan - özünü müdafiə amalı kimi sülhsevərlik mənasındadır. Üzərindəki üç rəng bayrağımızın rənglərində ehtiva olunan simvolikanı bildirir. Səkkiz guşəli ulduz - Odlar yurdunun tapındığı əbədi günəşin, odun, ocağın, alovun, atəşin, işığın rəmzidir. Palıd budağı – güc, qüdrət, sünbül - bərəkət rəmzidir. Bütün bunlar da xalqın qədim inanc və görüşlərinin, mədəniyyətinin, mənəvi dünyasının əlamətləri olaraq hər bir qeyrətli, vətənpərvər azərbaycanlı üçün müqəddəs simvolika, sevgi, məhəbbət, ehtiram nişanəsidir.
Ulu öndər Heydər Əliyevin bilavasitə iştirakı ilə yazılan və 1995 -ci il noyabrın 12-də ümumxalq referendumu yolu ilə qəbul edilən yüksək hüquqi qüvvəyə malik Konstitusiyamız da Bayraq, Gerb və Himn kimi toxunulmazdır, xüsusən lüzumsuz müzakirələrə rəvac verilməyən ali dövlət atribtlarındandır. Dövləti sevən hər vətəndaş bu atributlara sayğı ilə yanaşmağa borcludur. Çünki xalqın səs verib qəbul etdiyi Konstitusiyada əklsini tapan Azərbaycan Respublikasının dövlət rəmzləri - Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himni – bu xalqın ən müqəddəs dəyərləridir.

Ulu öndərin öz həyatı bahasına qoruyub saxladığı, qurub yaratdığı dövlətin nüfuzu, şöhrəti və qüdrəti daim artmaqdadır. Müstəqil Azərbaycan Respublikası indi bütün dünyada mənz öz bayrağı, gerbi və himni ilə azad, hüquqi, dünyəvi dövlət olaraq tanınır.


-----------------------------------
17.05.2016
Yüklə 16,6 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin