Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"



Yüklə 1,84 Mb.
səhifə25/103
tarix01.01.2022
ölçüsü1,84 Mb.
#103909
növüYazı
1   ...   21   22   23   24   25   26   27   28   ...   103
Şirvanşahlar dövləti. Xəzərin qərb sahilində yerləşən Şirvan vilayəti Kür çayından Dərbənd mahalının şimal hüdudlarına kimi olan ərazini əhatə edirdi. XIII əsrin əvvəllərində Şirvanşahlar dövlətini Güştasb (1203-1225) idarə edirdi.

1225-ci ildə III Fəribürz (1225-1243) ölkənin idarəsi ilə ciddi məşğul olmayan atası Güştasbı hakimiyyətdən qovdu və XIII əsrin ortalarına kimi Şirvanı idarə etdi. Fəribürz Cəlaləddinə xərac versə də, Şirvanın müstəqilliyini qoruya bildi.

1231-ci ildə monqollar Şirvana daxil oldular, 1239-cu ildə Şirvan və Dərbənd ələ keçirildi. Şirvanı idarə edən II Axsitan (1243-1260) Hülakülərin hakimiyyətini qəbul etməli oldu. Onun dövründə Şirvanşahlar tədricən öz müstəqilliyini itirdi. Şirvan hakimləri Hülakülər tərəfindən təyin edilirdi və bu, XIV əsrin 2-ci rübünə qədər davam etdi. Şirvanşah Kavusun (1345-1372) dövründə Şirvanşahlar əvvəl Çobanilərdən, sonra isə Cəlairilərdən asılı vəziyyətə düşdülər. 1364-cü ildə Şirvanda Cəlairilərə qarşı üsyan qalxdı.

1367-ci ildə Şeyx Üveys Şirvana yürüş etdi. Cəlairilər 3 aya yaxın Şirvanda qalıb əhalini qarət etdilər. Kavus tutuldu və Üveysin hüzuruna gətirildi. O, 3 aydan sonra azad edildi və yenidən Şirvana hakim təyin olundu. Kavus öldükdən sonra Şirvanı onun oğlu Huşəng (1372-1382) idarə etdi. 1382-ci ildə Huşəng öldürüldü və hakimiyyətə Şeyx İbrahim Dərbəndi (I İbrahim) gəldi (1382-1417) O, Huşəngin doğma əmisi idi. Bir zamanlar babaları Dərbənd hakimi olmuşdur, xırda torpaq sahibi idi. Şirvanşah elan olunması zamanı o, cüt sürdükdən sonra ağac altında dincəlirdi.




Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin